Bakıda “Heydər Əliyev
və milli mənəvi dəyərlər”
mövzusunda konfrans keçirilib
Mayın 1-də Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
(DQİDK) təşkilatçılığı
ilə Azərbaycan xalqının Ümummilli
Lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə
həsr olunmuş “Heydər Əliyev və milli mənəvi
dəyərlər” mövzusunda
konfrans keçirilib.
Konfransı açan DQİDK-nın sədri Mübariz Qurbanlı ümummilli lider Heydər Əliyevin Azərbaycanın özünəməxsus
dövlət-din münasibətləri
modelinin formalaşdırılmasında,
eləcə də milli mənəvi dəyərlərin qorunub
saxlanılmasında əvəzsiz
xidmətlərindən bəhs
edib. Bildirib ki, Ulu Öndər xalqda milli heysiyyəti gücləndirmək, habelə
zəngin irsimizi, mədəniyyətimizi, incəsənətimizi,
adət-ənənələrimizi yaşatmaq, ana dilimizi inkişaf etdirmək üçün
bir sıra mühüm tədbirlər
həyata keçirib.
Ümummilli lider Heydər Əliyevin
1993-cü ildə
hakimiyyətə qayıdışı
gənc dövlətin
siyasi və iqtisadi əsaslarını
yaratmaqla yanaşı,
Azərbaycan xalqının
milli mənəvi irsini ehtiva edən
ideyanın – Azərbaycançılığın
təşəkkül və
inkişafında müstəsna
rol oynayıb. Bu uğurlu siyasətin davamı olaraq bu gün
Prezident İlham Əliyev milli mənəvi dəyərlərimizin
qorunub saxlanılmasını,
təbliğ və təşviq edilməsini daim diqqət mərkəzində saxlayır.
Mənəvi Dəyərlərin
Təbliği Fondunun təsis edilməsi dövlət başçısının
milli mənəvi dəyərlər sahəsinə
göstərdiyi diqqət
və qayğını
bir daha sübut edir. Qloballaşma
prosesinə baxmayaraq, xalqların milli xüsusiyyətlərinin, mədəniyyətinin,
milli özünəməxsusluğunun
qorunub saxlanılmalı
olduğunu deyən Mübariz Qurbanlı Fondun milli mənəvi
dəyərlərimizin qorunması
və gələcək
nəslə çatdırılması
istiqamətində işlər
apardığını deyib.
O, milli mənəvi dəyərlərimizin mühafizəsində
Qafqaz Müsəlmanları
İdarəsinin də
böyük xidmətlərinin
olduğunu bildirib.
“Heydər Əliyev və milli mənəvi dəyərlər” mövzusunda
konfransın materiallarından
ibarət kitabın nəşr edildiyini bildirən Dövlət Komitəsinin sədri nəşrdə Ümummilli
Liderin milli mənəvi dəyərlərimizə
göstərdiyi qayğı,
dini etiqad azadlığının təmin
olunması sahəsində Azərbaycan təcrübəsi, eyni zamanda, İslam həmrəyliyi ideyası
və ölkəmizdə
tarixən mövcud olan tolerantlıq mühiti barədə dolğun məlumatların
əks olunduğunu deyib.
Prezident Administrasiyasının millətlərarası münasibətlər,
multikulturalizm və dini məsələlər
şöbəsinin böyük
məsləhətçisi Ceyhun Məmmədov bildirib ki, Azərbaycanda
90-cı illərin əvvəllərində
müəyyən dini
təşkilatlar öz
planlarını həyata
keçirmək üçün
müxtəlif üsul və metodlardan istifadə etməyə cəhdlər
ediblər. Məhz ulu öndər
Heydər Əliyevin dövlətin din siyasətinin müəyyənləşdirilməsi
istiqamətində atdığı
addımlar, onun təşəbbüsü ilə
Azərbaycanın müstəqillik
illərinin ilk vaxtlarında qəbul edilən qanun layihələrinin sonradan təkmilləşdirilməsi bu
prosesin qarşısını
aldı.
Azərbaycanda dinə göstərilən
dövlət qayğısı
barədə məlumat
verən C.Məmmədov
deyib ki, Azərbaycanda dövlətin
dinə göstərdiyi
diqqət və qayğı digər ölkələrdə müşahidə
olunmur. Ulu öndər Heydər
Əliyev təkcə
Azərbaycanın deyil,
bütövlükdə İslam
dünyasının problemləri
ilə maraqlanırdı.
1998-ci ildə Azərbaycanda
“Qafqazda İslam sivilizasiyası” adlı böyük konfransda Ümummilli Liderin İslam dünyasına verdiyi dəyər özünü açıq
şəkildə göstərirdi.
Ulu Öndərin kursunu uğurla davam etdirən Prezident İlham Əliyev tərəfindən İslam
həmrəyliyinə yönələn
siyasətin aparıldığını
deyən C.Məmmədov
diqqətə çatdırıb
ki, ölkəmizdə
İslam dini ilə yanaşı, digər dinlərə də diqqət və qayğı göstərilir.
Qafqaz Müsəlmanları
İdarəsi sədrinin
müavini Qəmərxanım
Cavadlı çıxış
edərək bildirib ki, milli mənəvi
dəyərlər sisteminin
formalaşması ideyasının
əsası ulu öndər Heydər Əliyev tərəfindən
qoyulub. Dinin milli mənəvi
dəyərlərin əsasını
təşkil etdiyini deyən QMİ sədrinin
müavini vurğulayıb
ki, dövlətimiz tərəfindən müsəlmanlarla
yanaşı, xristianlar
və yəhudilər
üçün də
hər cür imkan yaradılıb.
Ailə, Qadın
və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin
sədr müavini Aynur Sofiyeva qeyd edib ki,
konfransda bu gün aktual olan milli mənəvi
dəyərlər mövzusunun
müzakirəyə çıxarılması
təqdirəlayiqdir. O deyib ki, 90-cı illərdə müxtəlif
qüvvələr Azərbaycanı
ciddi böhranla üz-üzə qoymuşdu.
Ümummilli lider Heydər Əliyevin apardığı siyasət
nəticəsində Azərbaycan
xalqı bu çətinlikdən çıxdı
və bu gün milli mənəvi dəyərlərimizin
yaşaması bu siyasətin nəticəsidir.
Bu gün hər bir Azərbaycan
ailəsində bu dəyərlərimiz qorunub
saxlanılır və
olduğu kimi gələcək nəsillərə
ötürüləcək.
Daha sonra Bakı
şəhəri Dağ
yəhudiləri dini icmasının sədri Milix Yevdayev, “SƏS” Media Qrupunun rəhbəri, Mənəvi
Dəyərlərin Təbliği
Fondunun Himayəçilər
Şurasının üzvü
Bəhruz Quliyev, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin
icraçı direktoru
vəzifəsini icra edən Rəvan Həsənov, Avropa
yəhudilərinin Bakı
dini icmasının sədri Aleksandr Şarovski, AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun şöbə müdiri Sakit Hüseynov, Prezident yanında Bilik Fondunun nümayəndəsi Hacı
Abdulla və Azərbaycan Respublikasının
Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili çıxış
edərək bildiriblər
ki, ulu öndər
Heydər Əliyev bütün həyatı boyu mənəvi-əxlaqi
və dini dəyərlərimizin, adət-ənənələrimizin
keşiyində durub. Heydər Əliyev dövlət quruculuğu prosesi ilə paralel surətdə mədəni-mənəvi quruculuq
və milli-tarixi yaddaşın bərpası
işlərini də həyata keçirib. Ümummilli Liderin işıqlı ideyaları
bu gün də yaşayır və həyata keçirilir.
DQİDK sədrinin birinci müavini Səyyad Salahlı dini icmalar arasında
keçirilən yazı
müsabiqəsi haqqında
məlumat verdi. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik
yubileyi haqqında” imzaladığı Sərəncama
əsasən Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin tərəfindən
“Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik
yubileyinə dair Tədbirlər Planı” təsdiq olunub. Sözügedən Tədbirlər Planında
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən dini icmaların üzvləri arasında Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti ilə bağlı məqalə müsabiqəsinin keçirilməsi
nəzərdə tutulub.
Həmin müsabiqənin
yekunlarına əsasən
6 nəfər dini icma nümayəndəsi münsiflər heyəti tərəfindən qalib seçilib.
Sonra məqalə
müsabiqəsinin qalibləri
mükafatlandırılıb.
Müsabiqənin nəticələrinə görə Ağcabədi
rayon “Seyid Mürsəl Ağa” məscidi dini icmasının sədri Zeynəb Quliyeva I yerə, Daşkəsən
şəhər “Cümə”
məscidi dini icmasının sədri Ənvər Əliyev II yerə, Lənkəran rayonu Tükəvilə kənd məscidi dini icmasının sədri Murad Əzizov III yerə layiq görülüblər. Zaqatala rayon
Çobankol kənd “Cümə” məscidi dini icmasının sədri Məhəmməd
Nurullayev, Lənkəran
rayon Şağlaser kənd məscidi dini icmasının sədri Ruhulla Ruhullayev və Ağdam rayon Xındırıstan kənd
məscidi dini icmasının üzvü
Mehman Nəsirov isə həvəsləndirici mükafatlarla
təltif ediliblər.
Səs.-
2018.- 2 may.- S.6.