Akademik Zərifə Əliyeva haqqında kitabın elektron məlumat bazasının təqdimatı olub

Mayın 2-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında görkəmli oftalmoloq-alim, Əməkdar Elm Xadimi, akademik Zərifə Əliyevaya həsr edilmişZərifə Əliyeva. Biblioqrafiyakitabının Zərifə xanım Əliyeva – 95” adlı elektron məlumat bazasının təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, tədbirdə rəsmi şəxslər, elm mədəniyyət xadimləri iştirak ediblər.

Milli Kitabxananın direktoru Kərim Tahirov çıxış edərək görkəmli alimin keçdiyi həyat yolu haqqında məlumat verib. Biblioqrafiyanın əhəmiyyətindən danışan direktor deyib ki, bu nəşr Mədəniyyət Nazirliyi Milli Kitabxananın birgə layihəsi əsasında ərsəyə gəlib. “Azərbaycanın görkəmli şəxsiyyətləriseriyasından oxuculara təqdim olunan bu yeni biblioqrafiyaya yeni bölmələr yarımbölmələr əlavə edilib. Yeni nəşrdə son illərin materialları da öz əksini tapıb. Biblioqrafiya alimin 1958-2018-ci illərdə Azərbaycan, rus ingilis dillərində nəşr edilmiş kitabları, elmi konqres, sessiya konfrans materiallarında dövri mətbuatda dərc edilmiş məqalələri haqqında materialları əhatə edir. NəşrdəGörkəmli şəxsiyyətlər Zərifə Əliyeva haqqında”, “Həyat fəaliyyətinin əsas tarixləri”, “Zərifə Əliyevanın xatirəsinin əbədiləşdirilməsibölmələri yer almaqla yanaşı, ilk dəfə olaraqZərifə Əliyeva dünya kitabxanalarındabölməsi əlavə edilib. Vəsaitə daxil edilmiş materiallar xronoloji ardıcıllıqla, daxildə isə əlifba sırası ilə qruplaşdırılıb. Qeyd edilib ki, vəsaitin sonunda oxuculara kömək göstərmək biblioqrafiyadan istifadəni asanlaşdırmaq məqsədilə köməkçi bölmələr - “Zərifə Əliyevanın əsərlərinin əlifba göstəricisi”, “Zərifə Əliyeva haqqında yazan müəlliflərin əlifba göstəricisi Həmmüəlliflərin əlifba göstəricisi tərtib olunub.

Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev böyük alim, akademik Zərifə Əliyevanın elmi, fəaliyyətindən, onun ömür-gün yoldaşı ulu öndər Heydər Əliyevə olan böyük sevgisindən danışıb. Nazir müavini deyib ki, Azərbaycanın səhiyyəsinə böyük töhfələr vermiş bu insanı xatırlayanda hər bir azərbaycanlının gözü önündə mənəvi kamilliyin ən uca zirvəsində dayanan, əziz xatirəsi milyonlarla insanın qəlbində yaşayan, insanların gözlərinə nur verən görkəmli elm fədaisinin işıqlı çöhrəsi canlanır. Eyni zamanda, biz nəcib Azərbaycan qadını, böyük bir nəslin layiqli övladı, vəfalı ömür-gün yoldaşı, fədakar ana obrazı görürük. Yüksək intellekt, geniş erudisiya, zəngin mədəniyyət, dərin bilik, insanpərvərlik, Vətənə məhəbbət xeyirxahlıq kimi keyfiyyətlər Zərifə xanımın portretini tamamlayır. Zərifə xanım kövrək çiyinlərində böyük məsuliyyət fədakarlıqla Ümummilli Liderlə çiyin-çiyinə getmək, onun dayağı olmaq, qayğısına qalmaq ağır günlərdə dərdinə şərik olmaq yükünü daşıdı. O övladlarını layiqli vətəndaşlar kimi, öz nəslinin yüksək mənəvi dəyərlərinin varisi kimi yetişdirdi.

Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, Azərbaycan Tibb Universitetinin prorektoru Rauf Əliyev görkəmli alimin yaradıcılığından, insani keyfiyyətlərindən söz açıblar. Bildirilib ki, onun mükəmməl biliyə bacarığa malik oftalmoloqların ümumiyyətlə, tibb işçilərinin hazırlanmasında böyük əmək sərf etməsi danılmazdır. Dünya oftalmologiya elminə böyük töhfələr vermiş akademik Zərifə xanım Əliyevanın zəngin irsi, tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifələrini təşkil edir. Görkəmli alimin keçdiyi şərəfli ömür yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim həkim üçün həyat mənəviyyat dərsi, kamillik müdriklik məktəbidir.

Tədbirdə digər çıxış edənlər alimin yaradıcılığı gördüyü işlərlə bağlı fikirlərini bölüşüblər.

SonraZərifə xanım Əliyeva – 95” elektron məlumat bazasının təqdimatı olub.

Tədbir çərçivəsində Milli Məclisin deputatı, yazıçı-dramaturq Hüseynbala MirələmovunZərifə Əliyevaadlı kitabının yenidən çap olunmuş variantı da təqdim edilib.

Səs.- 2018.- 3 may.- S.4.