Ümummilli lider Heydər Əliyevə həsr olunmuş rəsm sərgisinin açılışı
olub
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə
həsr olunmuş rəsm sərgisi açılıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən
AZƏRTAC-a bildirilib ki,
mayın 10-da Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov rəsm sərgisinə baxıb.
Məlumat verilib ki, sərgidə 32 rəssamın
Ulu Öndərə həsr olunmuş portretləri, Naxçıvan
Muxtar Respublikasının
tarixi abidələrini,
təbiətini və
müasir inkişafını
əks etdirən mənzərə, natürmort,
qarışıq kompozisiya
janrlarında çəkilmiş
100-ə yaxın rəsm
əsəri, eləcə də maket və dekorativ
fiqurlar nümayiş olunur.
Azərbaycan Respublikasının Əməkdar Rəssamı
Ülviyyə Həmzəyevanın
“Naxçıvan bəşəriyyətin
beşiyi”, Naxçıvan
Muxtar Respublikasının
Əməkdar rəssamlarından
Həbibə Allahverdiyevanın,
Həmzə Sadiqovun, Əli Səfərlinin Ümummilli Liderə həsr olunmuş əsərləri, Paşa
Rəhimovun “Ümummilli
Liderin mənzərə fonunda portreti”, Eldar Zeynalovun “Mənalı ömür”, Qəhrəman
Tağıyevin “Naxçıvan”,
gənc rəssamlardan
Arzu Novruzovun, Ləman Məmmədovanın,
Tural Rəhimovun və digər rəssamların əsərləri
maraqla qarşılanıb.
Ali Məclisin
Sədri ümummilli lider Heydər Əliyevin muncuqla işlənmiş portretini
Naxçıvan Muxtar
Respublikası Rəssamlar
Birliyinə hədiyyə
edib.
Ali Məclisin Sədri
ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr
olunmuş sərgidə
nümayiş olunan əsərlərin məzmun
və xaraktercə düzgün seçildiyini,
rəssamların Ulu Öndərə olan ehtiramının hər bir əsərdə ifadə olunduğunu bildirib, sərginin təşkilatçılarına və rəssamlara təşəkkür edib.
Azərbaycan Respublikasının Əməkdar
Rəssamı Ülviyyə
Həmzəyeva rəssamların
fəaliyyəti üçün
yaradılan şəraitə
görə Naxçıvan
Muxtar Respublikası Rəssamlar Birliyinin üzvləri adından Ali Məclisin Sədrin minnətdarlıq edib.
Səs.-
2018.- 11 may.- S.12.