"Bakı Marafonu-2018" insanları xeyirxah amal ətrafında birləşdirir

    Azərbaycan Prezidenti Cənab İlham Əliyevin davamlı məqsədyönlü fəaliyyətinin nəticəsidir ki, bütün sahələrdə olduğu kimi, idman sahəsində həyata keçirilən tədbirlər ölkəmizin idman ölkəsi kimi tanınmasına səbəb olub. Bu nailiyyət idman bədən tərbiyəsinə göstərilən diqqət qayğıdır. Azərbaycanda idman hərəkatının müasir dövrümüzdə inkişafından danışarkən, idman siyasətinin təməlinin Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu bildirməliyik. Qeyd edək ki, dövlətin gənclər idman siyasətinin həyata keçirilməsi üçün 1994-cü ildə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin məlum Fərmanı ilə Gənclər İdman Nazirliyi yaradılması artıq bu sahədə uğurlu addım idi. Daha sonra Ümummilli Liderin Fərmanına əsasən, Azərbaycanda idman fondu yaradıldı. Müstəqillik dövründə Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi idman siyasəti ölkədə idmana olan münasibəti dəyişdi. Azərbaycan Respublikasında bədən tərbiyəsi idman hərəkatı tarixində ilk dəfə Milli Məclis "Bədən tərbiyəsi idman haqqında" qanun qəbul etdi. İmzalanan bu ya digər sərəncamlar, dövlətin idman siyasəti idmanın kütləviliyinə nail olmaq, bədən tərbiyəsi idmanı geniş coğrafi məkanda inkişaf təbliğ etdirmək işində əhəmiyyətli rol oynadı. Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti vəzifəsinə Cənab İlham Əliyevin təyin edilməsi isə idman sahəsində böyük sıçrayışlarla nəticələndi. Komitənin Prezidentinin fəaliyyəti ölkəmizdə Olimpiya Hərəkatının sürətli inkişafına təkan verməklə yanaşı, Azərbaycanın beynəlxalq oyunlarının hərəkatına fəal qoşulmasına böyük təsirini göstərdi.

 

Bu gün çox mötəbər beynəlxalq idman yarışlarına müvəffəqiyyətlə ev sahibliyi edən Azərbaycan idmanı əsl yüksəliş dövrünü yaşayır. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin davamlı məqsədyönlü fəaliyyətinin nəticəsidir ki, Azərbaycan dünyada aparıcı idman ölkələrindən biri kimi tanınır.

 

Dünyanın idman arenasında artıq özünə layiqli yer tutan Azərbaycan beynəlxalq yarışlara ev sahibliyi edir. Xüsusi olaraq vurğulayaq ki, Azərbaycanın mötəbər tədbirlərə ev sahibliyi etməsində iqtisadi nailiyyətlərimiz əsas amillərdəndir. Son on beş ildə Azərbaycan dünyada ən sürətli templərlə inkişaf edən ölkəyə çevrilib. Ümumilikdə, son 15 ildə Azərbaycanda 300-dən çox beynəlxalq yarış keçirilib. Bu yarışların Azərbaycanda keçirilməsi, bir daha inkişaf etmiş bir dövlət olaraq, hər bir sahədə olduğu kimi, idmanda da ölkəmizə böyük imic qazandırıb.

 

İdman bədən tərbiyəsi hər bir ölkənin beynəlxalq aləmdə tanınması, nəslin sağlam inkişafı üçün önəmli vasitələrdən biri olduğundan, Azərbaycan dövləti idmanın, xüsusilə , Olimpiya Hərəkatının inkişafına xüsusi diqqət yetirir. Azərbaycan Prezidenti İlham Əliyevin bu sahəyə diqqətlə yanaşması, idmançıların qayğı problemləri ilə yaxından maraqlanması ölkədə idmanın kütləviləşməsinə, gənc nəslin bu sahəyə sürətli axınına şərait yaradıb. Azərbaycanın idman sahəsində qazandığı nailiyyətlər, dünya Avropa çempionatlarında idmançılarımızın qazandığı medallar mükafatlar ölkəmizin beynəlxalq idman təşkilatlarında da mövqeyinin xeyli güclənməsinə səbəb olub Azərbaycanı dünyaya əsl idman ölkəsi kimi tanıdıb. Bu gün ölkəmizdə mövcud olan idman obyektləri - Bakı Olimpiya Stadionu, Tofiq Bəhramov adına Respublika Stadionu, Bakı Su İdmanı Sarayı, Bakı İdman Sarayı, Bakı Tennis Akademiyası, Heydər Əliyev adına İdman Arenası, "Bakcell Arena", Bakı Atıcılıq Mərkəzi, Bakı Ekspo Mərkəzi s. müxtəlif növ yarışların ölkəmizdə keçirilməsinə imkan verir. İdmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah amallar ətrafında bir araya gətirmək məqsədi daşıyan "Bakı Marafonu-2018" artıq ölkəmizdə üçüncü dəfədir ki, keçirilir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə mayın 13-də paytaxtımızda baş tutan növbəti "Bakı Marafonu-2018" "Küləyə qalib gəl" şüarı altında keçirildi.

 

Qeyd edək ki, Bakıda 2016 2017-ci illərdə təşkil olunan yarımarafonlarda 20 mindən çox iştirakçı qeydiyyatdan keçmişdi. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə keçirilən bu

 

yarışlara Azərbaycan vətəndaşları ilə yanaşı, ölkəmizdə yaşayıb-çalışan əcnəbilər qoşulmuşdu. Ötən illərdə olduğu kimi, builki yarımarafonda xarici ölkələrdən olan turistlər, o cümlədən , yerli sakinləri iştirakı ediblər.

 

"Bakı Marafonu-2018"-ə Azərbaycan vətəndaşları ilə yanaşı, İtaliya, Fransa, Rusiya, Türkiyə, İran, Gürcüstan, Ukrayna, Belarus, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), İraq, ABŞ, Çin, Malayziya, Hindistan, Yaponiya, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Kolumbiya, Litva, Latviya, Almaniya, Çex Respublikası digər ölkələrin təmsilçiləri qoşulublar.

 

Marafonda kişilər arasında Ukrayna vətəndaşı İqor Olefirenko I, iranlı Məhəmməd Cəfər Muradi II, türkiyəli Ömər Alkanoğlu isə III yerə sahib çıxıb. Qadınların arasında isə türkiyəli Çelik Fadimə, ukraynalı Valentina Poltavska Rusiyadan olan Anastasiya Petrova müvafiq olaraq I-II III yerləri tutublar.

 

Bu cür tədbirlərin təşkili insanların kütləvi olaraq idman bədən tərbiyəsi ilə məşğul olmağa imkan verir. Bu tədbirə ilbəil maraq artır. İnsanlar birlik həmrəylik nümayiş etdirməklə, xeyirxah missiyaya öz töhfələrini vermiş olurlar.

 

Qeyd edək ki, xeyirxah missiyaya xidmət edən "Bakı Marafonu-2018"-dən toplanan vəsait Heydər Əliyev Fondunun valideyn himayəsindən məhrum olan uşaqlarla bağlı layihəsinə yönəldilib. Qaçqın ailələrindən olan uşaqlara kömək, diabet talassemiya xəstəliyindən əziyyət çəkən balacalara yardım, respublikadakı uşaq evlərinin internat məktəblərinin əsaslı şəkildə yenidən qurulmasına dair möhtəşəm proqram s. məhz Heydər Əliyev Fondunun xeyriyyəçilik aksiyaları sırasındadır. Uşaq evlərində tərbiyə alan gənclərin mənzillə təmin olunması kimi daim cəmiyyətimizi narahat edən mühüm problemin həllində fondun həyata keçidiyi layihələri, xüsusi olaraq, vurğulamalıyıq. Bütün bunlar fondun həyata keçirdiyi xeyirxahlığa insanlığa xidmət edən layihələrdir.

 

Nəzakət ƏLƏDDİNQIZI

Səs.- 2018.- 15 may.- S.3