Azərbaycanın media nümayəndələri
Truskavets şəhərinin
meri ilə görüşüblər
"SƏS"
Media Qrupun baş redaktoru Bəhruz Quliyevin rəhbərliyi ilə Azərbaycanın bir qrup media nümayəndələri
və turizm sahəsində çalışan
menecerlər Ukraynaya səfərləri çərçivəsində
bu gün Truskavets şəhərinin
meri Andri Kulçinski ilə görüşüblər. SİA-nın verdiyi məlumata görə, mer A.Kulçinski qonaqlara şəhərin sanatoriya-istirahət kompleksləri,
xüsusilə də
“Karpat dağları” sanatoriya-istirahət komplekinin
turizm potensialı və imkanları barədə məlumat verib.
A.Kulçinski Truskavets şəhərindəki turistlərin sayının artması istiqamətindəki müsbət tendensiyaları qeyd edib. Bununla əlaqədar olaraq, o, Ukraynada və xüsusilə də, Truskavetsdə digər dövlətlərin vətəndaşlarının yaşamasının maksimum təhlükəsizliyinin təmin edilməsinə Ukrayna tərəfinin xüsusi diqqət ayırdığını bildirib.Qeyd olunub ki, şəhərin təhlükəsizliyi polis və küçə müşahidə kameraları vasitəsilə təmin edilir. Bundan əlavə pansionat və sanatoriyaların özlərində də təhlükəsizliyə böyük diqqət ayrılır. Mer qeyd edib ki, azərbaycanlı turistlər şəhərin xarici qonaqları arasında birinci yeri tutur. Onun sözlərinə görə, buna həm də Bakı və Kiyev, eləcə də, Lvov arasında olan mütəmadi avia reyslər təsir edir.Bundan əlavə Azərbaycandan olan turistlərin normal şəraitdə və rahat yaşaması üçün Truskavetsdə Azərbaycan mətbəxinin yer aldığı bir neçə restoran fəaliyyət göstərir, bəzi otellərdə Azərbaycana məxsus elementlərdən istifadə olunur. Bundan başqa, mer Azərbaycandan Truskavetsə investisiya yatırımının artırılması kimi müsbət tendensiyanı qeyd edib."SƏS" Media Qrupun rəhbəri Bəhruz Quliyev isə səmimi qəbula görə, Truskavets şəhərinin merinə dərin təşəkkürünü bildirib və Azərbaycan-Ukrayna mediaları arasındakı əlaqələrdən danışıb. Qurum rəhbəri davamlı və səmərəli əməkdaşlığa ümid bəslədiyini bildirib. Azərbaycandan, dövlətimizin qısa müddətdə qazandığı uğurlardan söz açan B.Quliyev Azərbaycanda mətbuat azadlığının yüksək səviyyədə olduğunu və qanunvericilik səviyyəsində təmin edildiyini diqqətə çatdırıb.Daha sonra görüş çərçivəsində gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.Qeyd edək ki, 5 günlük səfər çərçivəsində nümayəndə heyəti Ukraynanın Livov şəhərində təşkil olunacaq Foruma qatılacaqlar, həmçinin Livov vilayətinin qubernatoru ilə görüşəcəklər.
Səs.-
2018.- 2 noyabr.- S.7.