Xalq Əmanəti - Ələkbər
Rzaquliyev
Onun yaradıcılığı
da həyatı kimi ağ-qara zolaqlardan toxunmuşdu. Amma yaratdığı çoxsaylı
linoqravüralardan fərqli
olaraq onun həyatındakı qara zolaqlar ağ zolaqlardan qat-qat çox idi. Əməkdar rəssam, görkəmli qrafik Ələkbər Rzaquliyevin
həyat səhifələrini
vərəqləyərkənheyrətlənməmək
mümkün deyil.Amansız
tale bir istedadlı gəncin qarşısında açılan üfüqləri
necə bir anda tar-mar edib,
onu bəlkə də heç bir bəşər övladının indiyədək
yaşamadığı məşəqqətlərə
məhkum edərmiş.
Ələkbər Rzaquliyev amansız repressiya burulğanının
ilk dalğasının
qurbanı olur, o,
1928-ci ildə həbs
olunur və güllələnməyə məhkum
edilir. Sonradan ölüm hökmü səkkiz illik sürgünlə əvəzlənir.
O, ümumilikdə həyatının iyirmi beş ilini islah-əmək düşərgələrində
keçirəcək. Üç
sürgün arasında
qısamüddətli fasilələr
valideynləri ilə
görüşlər, ailə
qurması, övladlarının
dünyaya gəlməsi
- sanki növbəti məhkumluğun acısını
birə-beş artırmaq məqsədi daşıyırdı. Zalım
fələk onu yenidən alışdığı
həyat tərzindən,
sevdiyi insanlardan, arzularından, sənətindən
qoparıb ölüm
saçan düşərgələrin
qoynuna atacaq. Həyatında soyuq Arxangelsk, tayqanın donmuş torpaqları, qorxunc Solovki və amansız Altay bir-birini əvəz edəcək, amma sənətkar sınmayacaq, onun ümidi üzülməyəcək,
həyat eşqi sönməyəcək. Düşərgənin tikanlı sədləri arasına iyirmi beş yaşlı gənc oğlan ikən girən rəssam orada həyatının böyük
hissəsini, ömrünün
ən gözəl çağlarını,sağlamlığını
itirsə də, yaşayıb-yaratmaq eşqini
itirməyəcək. Əlli
üç yaşında
azadlığa çıxıbyenidən
doğulmuş uşaq
kimi həyata baş vurur. O, hər zaman
vaxt darlığını
hiss edəcək və daim itirilmiş
illərini, qaçırılmış
məqamları geri döndərmək, illərlə
düşündüyü planları həyata keçirmək, yaddaşının
dərinliklərində qoruyub
saxladığı təsvirlərin
hamısını kağıza
köçürmək üçün
tələsəcək.
Emalatxanasında15-16 saat yorulmadan işləyən
rəssam gördüklərini,
yaşadıqlarını, həyatının müxtəlif
mərhələlərinin ovqatınıtamaşaçıya ötürmək, onunla bölüşmək istəyirdi.Xalq
Bankın Xalq Əmanəti layihəsinin
on yeddinci nəşri Azərbaycan milli qrafika sənətinin sütunlarından
biri, Əməkdar rəssam Ələkbər
Ələsgər oğlu
Rzaquliyevin (1903-1974) həyat
və yaradıcılığına
həsr olunmuşdur. ƏləkbərRzaquliyev yaradıcılığı
vətənə, doğma
torpağa möhkəm
tellərlə bağlı
olan sənətkarlardan
idi. Milli qrafika sənətinin formalaşmasında müstəsna
rolu olan rəssam zəngin sənət yolu keçib. O, İçərişəhərdə
dünyaya göz açmış, ilk bədii təhsilini Bakıda almış, Moskva şəhərindəisə
Ali Bədii-Texniki Emalatxanalarında (VXUTEMAS) təhsilini
davam etdirmişdi. Bu təhsil ocağısənətin müxtəlif
üslub və istiqamətlərini dərindən
öyrənmək üçün
əvəzsiz məkan
idi. Fəallığı ilə seçilən,
təbiətcə ünsiyyətcilRzaquliyevtezliklə
müəllim və tələbə kollektivinin
hörmətini qazanmışdı.
O, Moskvada əsərlərini
sərgiləyən ilk
azərbaycanlı rəssam
idi.Öyrəndiklərinigənc həmvətənləri ilə
bölüşür, sənətdə
onlara dəstək olmağı özünə borc bilirdi. Bakıda yerli rəssamların
sərgilərinin təşkilində
fəal iştirak edir, öz işlərini
də nümayiş etdirirdi.O illərdən cəmi iki əsəri
- Azərbaycanlı qadın
və Pəhləvanlar
rəsmləri günümüzə
çatmışdır. İkisi
də Bakıda Azərbaycan Milli İncəsənət Muzeyində
qorunub saxlanılır.Buiki
rəsm və bir neçə akvareldən başqa Rzaquliyevinbütünboyakarlıqişləri isə həmişəlik
itirilmişdir.Sürgündən qayıtdıqdan sonra Ələkbər Rzaquliyev
linoqravüra texnikasını
dərindən mənimsəmişdir.
Ömrünün qalan
hissəsini bu texnikaya həsr edən sənətkar
Köhnə Bakı,
Tələbəlik illəri,
Azərbaycan balıqçıları
silsilələri, Solovki
adalarına, doğma
vətənin mənzərələrinə,
müasirlərinə həsr
olunmuş çoxsaylı
əsərlər yaratmışdı.
Onun Köhnə Bakı silsiləsi XX əsrin əvvəllərini,
insanların yaşayış
və məişətini
əks etdirən ən müfəssəlpanoramıdır.
Bu silsilədən olan əsərlər böyük uğur qazanır. Bakı və Moskvada keçirilən fərdi sərgilərlə yanaşı,
Rzaquliyevinlinoqravürləridünyanın
bir çox ölkələrindətəşkil olunan qrup sərgilərdə
nümayiş etdirilmişdi.
Rəssamın sənəti
bu gün də təkcə həmvətənləri tərəfindən
yüksək qiymətləndirilmir,
xaricdən gələn
qonaqlar sənətkarın
estamplarını həvəslə
əldə edirlər.
Onlar üçün
rəssamın yaratdığı
obrazlar və əsərlər Azərbaycan xalqının
mədəniyyətini təcəssüm
etdirən ən dəyərli nümunələrdir
Xalq
Əmanəti layihəsi ASC Xalq Bankı tərəfindən
2010-cu ildən etibarən həyata keçirilir. Layihə xalqımızın
mədəni irsinin qorunub gələcək nəsillərə ötürülməsi,
mənəvi dəyərlərimizin
dünyaya tanıdılması
məqsədini daşıyır.
Layihə çərçivəsində
nəşr olunan kitablar üç dildə - azərbaycan, ingilis, rus dillərində
çap olunur. Nəşrlər ölkənin ali
və orta təhsil müəssisələrinə,
uşaq evləri və kitabxanalara, müxtəlif fondlara, dövlət müəssisələrinə,
xarici ölkələrin
Azərbaycanda və Azərbaycanın xaricdə
fəaliyyət göstərən
səfirlik və konsulluqlarına, dünyanın
böyük muzeylərinə, kitabxanalarına, eləcə
də sənətsevərlərə
hədiyyə olunur. Ötən zaman ərzində Xalq rəssamları Böyükağa
Mirzəzadə, Maral Rəhmanzadə, Səttar
Bəhlulzadə, Xalidə
Səfərova, Mikayıl
Abdullayev, eləcə
də Mahmud Tağıyev, Vəcihə
Səmədova, Kamal Əhməd, Fazil Əliyev, Rza Məmmədov, GennadiBrijatyuk, Qorxmaz Sücəddinovun, şəhid-heykəltəraş
Samir Kaçayevinəsərlərindən
ibarət sərgilər
təşkil olunmuş
və bədii albomlar nəşr edilmişdir. Xalq şairləri Məmməd
Araz, Hüseyn Arif, Xəlil Rza Ulutürk, unudulmaz Mikayıl Müşfiqin seçilmiş
əsərləri, görkəmli
alim-numizmat, professor Əli Rəcəblinin Azərbaycan sikkələri
kitabı və üçcildlik Aşıq
ədəbiyyatı antologiyası
işıq üzü
görmüşdür.
Rəssamın əsərlərinin ekspozisiyası noyabr ayının 3-dən başlayaraq Xalq Bankın Əsas binasında (Ünvan: Bakı şəh., İnşaatçılar prospekti, 22L) fəaliyyət göstərəcək. Sərgini iş günləri saat 18:00-dan 21:00-dək, şənbə və bazar günləri isə saat 10:00-dan 16:00-dək seyr etmək mümkündür. Giriş sərbəstdir.
Mehparə Əliyeva
Səs.- 2018.- 7 noyabr.- S.-3.