BSU-da Mehdi Hüseynzadəyə
həsr olunmuş tədbir keçirilib
Bakı Slavyan
Universitetində Mehdi Hüseynzadənin 100 illik
yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbirin əvvəlində Azərbaycan
Respublikasının Dövlət
himni səsləndirilib.
Sonra Üzeyir Hacıbəylinin uverturasının
sədaları altında
Azərbaycan bayrağı
salona gətirilib.
Bakı Slavyan Universtetinin
rektoru, professor Nurlana Əliyeva çıxış edərək
Sovet İttifaqı Qəhrəmanı, İkinci
Dünya müharibəsi
dövründə antifaşist
müqavimət hərəkatının
görkəmli nümayəndəsi
Mehdi Hüseynzadənin
insanlığın faşizm
əsarətindən xilas
olmasında göstərdiyi
misilsiz şücaətdən
danışıb. O, Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin bu il iyun ayında
Mehdi Hüseynzadənin
anadan olmasının
100 illiyinin qeyd olunması barədə Sərəncamının milli
dəyərlərimizə verilən
ən yüksək qiymət olduğunu vurğulayıb. N.Əliyeva
Mehdi Hüseynzadənin
şərəfli həyat
yolunun bu gün Vətənimizin sərhədlərini qoruyan
gənclər üçün
əsl örnək olduğunu deyib. Rektor tələbələri
məhz belə qəhrəmanlardan nümunə
götürməyə, onların
vətən, torpaq sevgisini əməllərində
və qəlblərində
yaşatmağa çağırıb.
O, işğal altındakı
torpaqlarımızın tezliklə
azad olunacağını,
müstəqil Azərbaycan
dövlətinin ərazi
bütövlüyünün təmin olunacağını
əminliklə vurğulayıb.
Rektor çıxışının
sonunda Yeni Azərbaycan Partiyasının
Yasamal rayon təşkilatının Qadınlar
Şurasının sədri
Tamilla Şahbazova ilə birlikdə Sloveniyanın Çepovan kəndində Mehdi Hüseynzadənin məzarını
ziyarət etmələrini
xatırladıb. N.Əliyeva
tələbələrə müraciət edərək
haqq, ədalət, bəşəri dəyərlər
uğrunda döyüşmüş
insanların xatirəsini
heç vaxt unutmamağa çağırıb.
Sonra söz
alan T.Şahbazova da Çepovan kəndindəki qardaşlıq
qəbristanlığında uyuyan M.Hüseynzadənin məzarını ziyarətin
bəzi məqamlarını
yada salıb. Rayon Qadınlar Şurasının sədri
Slovaniyadan gətirdiyi
və üstündə
Mehdi Hüseynzadənin
büstünun şəkli
olan suveniri universitetin muzeyinə hədiyyə edib.
Sonra BSU tələbələri
“Azərbaycan oğlu”
şeirini söyləyiblər.
Fəlsəfə İnstitunun əməkdaşı
İlham Abbasov “M.Hüseynzadənin partizanlıq
fəaliyyəti” barədə
müfəssəl məruzə
ilə çıxış
edib. O, çıxışında
Mehdi Hüsenyzadənin
“uzaq sahillərdəki”
fəaliyyəti ilə
bağlı bir çox qiymətli tarixi faktlara toxunub, onu tanıyan
insanların xatirələrindən
bəzi nümunələr
səsləndirib. İ.Abbasov
həm də M.Hüseynzadənin partizan
dəstəsində tək
olmadığını, həmin
batalyonda 80 azərbaycanlının
döyüşdüyünü bildirib.
Tədbirin davamında
tələbələr Mehdi
Hüseynzadənin qələminə
məxsus “Adriana sahillərində”, “Görən
olsaydı” şeirlərini
səsləndiriblər. Azərbaycan
Mili Konservatoriyasının
nəzdində Musiqi Kollecinin IV kurs tələbəsi Pünhan
Piriyev M.Hüseynzadənin
sözlərinə yazılmış
mahnını ifa edib.
Sonra Mehdi
Hüseynzadənin bacısı
oğlu Hənifə Əlizadə çıxış
edərək tədbir
təşkilatçılarına yaxınları adından təşəkkürünü bildirib.
Tədbirin sonunda
Bakı Slavyan Universitetinin tələbələri
“Cənab leytenant”, “Qurban olduğum Azərbaycanım!” mahnılarını
ifa ediblər.
Tədbirin sonunda BSU-nun Gənc Rəssamlar Dərnəyinin hazırladığı Mehdi Hüseynzadəyə həsr olunmuş əl işlərindən ibarət sərgiyə baxış keçirilib.