BSU-da “Kulturoloji paradiqmalar
və yeniləşən
Azərbaycan” mövzusunda
beynəlxalq konfrans keçirilir
Dünən Bakı Slavyan Universitetində (BSU) “Kulturoloji
paradiqmalar və yeniləşən Azərbaycan”
mövzusunda beynəlxalq
elmi konfrans öz işinə başlayıb. Bakı Slavyan Universiteti və Türkiyənin Reytinq Akademiyasının birgə təşkilatçılığı
ilə keçirilən
ikigünlük konfransda
dövlət rəsmiləri,
səfirlər, təhsil
ekspertləri iştirak
edirlər.
Konfransı açan
BSU-nun elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov beynəlxalq tədbirin məqsəd və əhəmiyyətindən danışıb.
Sonra BSU-nun
rektoru, professor Nurlana Əliyeva Azərbaycan mədəniyyət
tarixinə nəzər
salaraq xalqımızın
milli-mənəvi dəyərlərini
mərhələlər üzrə
səciyyələndirib. O, Azərbaycan xalqının
tarix boyu tolerant və multikultural dəyərlərə
üstünlük verdiyini,
ədəbi-bədii, ictimai-siyasi,
elmi-fəlsəfi fikir
tarixində həmin dəyərlərin yerini konkret tarixi fakt və ədəbi-fəlsəfi
nümunələrlə diqqət
çatdırıb. Rektor
bugünkü Azərbaycanı
qədim və böyük mədəniyyətin
varisi adlandırıb.
Professor Nurlana Əliyeva
deyib ki, müasir Azərbaycan Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi və Prezident İlham Əliyevin bu gün böyük
əzmlə, uğurla
həyata keçirdiyi
məqsədyönlü strategiya
sayəsində sosial-iqtisadi
sahədə dünyanın
sürətlə inkişaf
edən dövlətinə
çevrilib: “Regionlarımızın
inkişafı, yeni iş yerlərinin açılması, təhsil,
səhiyyə kimi sahələrdə aparılan
əsaslı islahatlar
Azərbaycanın yeniləşməsi,
müasirləşməsi deməkdir”.
BSU-nun rektoru bu konfransı
Azərbaycanın xarici
ölkələrlə humanitar
sahədə əməkdaşlığının
genişləndirilməsi istiqamətində
atılan mühüm
addım kimi dəyərləndirib. Ölkəmizin
bəşəriyyəti düşündürən
geniş spektrli dialoqların, humanitar forumların keçirildiyi
mərkəzə çevrildiyini
qeyd edən professor Nurlana Əliyeva deyib: “Respublikamızın paytaxtı
sivilizasiyalar arasında
körpü rolunu oynayır, nəzəri və praktiki bilik mübadiləsi məqsədilə konstruktiv
debatlara ev sahibliyi edir. VI Bakı Beynəlxalq
Humanitar Forumu dünya birliyinin qarşısında təhsilin
və elmin insan kapitalına yönəldilməsi, innovasiyaların
iqtisadiyyatın yeni mənbəyinə çevrilməsi,
cəmiyyətdə sabitliyin
bərqərar olması
üçün multikulturalizm
siyasətinin reallaşdırılması,
regional tərəfdaşlığın
gücləndirilməsi, təhlükəsizlik, sülh
və davamlı inkişaf naminə mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi kimi prinsipial məsələlər
irəli sürüb.
Bugünkü konfrans da həmin Forumun
elm və təhsil sahəsində tövsiyələri əsasında
keçirilir”.
“Kaspi” Təhsil
Şirkətinin təsisçisi
və idarə heyətinin sədri, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva mövzunun aktuallığını
vurğulayıb və
konfransın işinə
uğurlar arzulayıb.
Tədbirin əhəmiyyətini
diqqətə çatdıran
Sona Vəliyeva bildirib ki, müasir
dövrdə dünyada
baş verən dəyişikliklər bütün
sahələr kimi, elm, təhsil və mədəniyyəti
də əhatə edir. Xalqlar arasında
mədəni əlaqələrin
inkişafında mühüm
rol oynayan elm və təhsil
həm də dünyada sülh, dinclik, əmin-amanlıq yaranmasına böyük təsir göstərir. O,
ümidvar olduğunu bildirib ki, Bakı
Slavyan Universitetində
keçirilən bu konfrans da təhsil
və mədəniyyətlərin
mübadiləsinə öz
töhfəsini verəcək.
Sona Vəliyeva
bugünkü Azərbaycanın
nailiyyətlərində, müstəqil
dövlətimizin əldə
etdiyi uğurlarda, onun dünyada tanınmasında Ümummili
lider Heydər Əliyevin misilsiz xidmətlərini xüsusi
vurğulayıb. Ulu öndərin
təhsil sahəsindəki
xidmətlərinə toxunan
Sona Vəliyeva Onun müstəqil Azərbaycana rəhbərliyi
dövründə ölkəmizdə
dövlət gənclər
siyasətinin formalaşdığını,
müvafiq Dövlət
proqramlarının icra
olunduğunu bildirib.
Ege Universitetinin
professoru Fikrət Türkmən Azərbaycanla
Türkiyə arasında
qurulan dostluq əlaqələrinin qədim
tarixə malik olduğunu qeyd edib. O, iki qardaş
ölkəni birləşdirən
bağların humanitar
sahədə özünü
yüksək səviyyədə
büruzə verdiyini vurğulayıb və bu konfransı “bir millət, iki dövlət” siyasətinə daha bir töhfə adlandırıb.
L.N.Qumilyov adına
Avrasiya Milli Universitetinin professoru Şolpan Jarkınbekova konfrans çərçivəsində
BSU ilə təmsil etdiyi ali məktəb
arasında əməkdaşlıq
müqaviləsi imzalanacağı
barədə məlumat
verib. Avrasiya Milli Universitetində Azərbaycana aid guşə yaradıldığını
bildirən qonaq qazaxıstanlı tələbələrin
ölkəmizin mədəniyyətinə,
tarixinə olan marağından söz açıb.
Təhsil eksperti, professor
Şahlar Əsgərov
kulturoloji paradiqmaların
pedaqoji paradiqmalarla tamamlanmasının vacibliyindən
danışıb, respublikamızda
müxtəlif humanitar
forumların, idman yarışlarının və
beynəlxalq tədbirlərin
keçirilməsini Azərbaycanın
dünyada güclü
mövqeyə malik olmasının göstəricisi
kimi səciyyələndirib.
Türkiyənin Reytinq Akademiyasının professoru Turqay Berksoy mədəniyyətin
cəmiyyətə təsiri
barədə fikirlərini
bölüşüb.
Çexiya-Azərbaycan Mədəni Əlaqələr
Mərkəzinin sədri,
Beynəlxalq Diaspor Mərkəzinin Avropa təmsilçisi, Çexiya
Texnologiya Universitetinin
professoru Azər Kərimov Azərbaycanın
tanıdılması məqsədilə
xaricdə keçirilən
tədbirlərdən söz
açıb.
Nəsimi Rayon İcra
Hakimiyyətinin başçısı
Asif Əsgərov “Kulturoloji paradiqmalar və yeniləşən Azərbaycan” mövzusunda beynəlxalq elmi konfransı Azərbaycanın
xarici ölkələrlə
humanitar sahədə əməkdaşlığının möhkəmləndirilməsinə yönəlmiş mühüm
addım kimi dəyərləndirib.
Konfrans işini
noyabrın 16-da bölmə
iclasları ilə davam etdirəcək.
Zümrüd
Səs.-
2018.- 16 noyabr.- S.7.