Yaponiyanın traicy.com saytı “Azərbaycana
səyahət“ adlı məqalə yayıb
Yaponiyanın traicy.com saytı “Azərbaycana səyahət” adlı məqalə yayıb.
AZƏRTAC xəbər verir ki, məqalə “Azərbaycan Hava Yolları” aydın şəkildə Tokioya uçuşlar planlaşdırdığını bildirir” cümləsi ilə başlayır.
Azərbaycanın son illər
sürətli və dinamik inkişaf
yolu keçdiyinin qeyd edildiyi məqalədə,
ölkəmizin logistik mərkəzə, Şimal və Cənub, Şərq ilə Qərb
arasında mühüm nəqliyyat
qovşağına çevrildiyi
vurğulanır. Qeyd edilir
ki, sərnişin təyyarələri
donanmasını genişləndirən Azərbaycan Dehli, Şanxay, Çjençjou, Banqkok, Seul, Kuala-Lumpur, Amsterdam, Vyana, Roma, Əmman, Karaçi,
Qahirə, Düşənbə kimi şəhərlərlə
hava əlaqəsi yaratmağı
planlaşdırır. Hazırda Yaponiya ilə
Azərbaycan arasında birbaşa uçuşlar yoxdur.
Məqalədə "Azərbaycan Hava Yolları" QSC barədə də ətraflı məlumat verilir. Qeyd edilir ki, ölkənin paytaxtı Bakı şəhərində yerləşən bu şirkət “Boeing-737” təyyarələrinin sayını artırmaqda davam edərək, 2018-ci ildə marşrutların sayını da çoxaltmağa çalışır. Məlumatda, həmçinin qeyd edilir ki, öz müasir arxitekturası, gözəlliyi və xidmət keyfiyyəti ilə diqqəti cəlb edən Heydər Əliyev Beynəlxalq Aeroportu ildə təqribən 7 milyon sərnişinə xidmət göstərir və onların sayını artırmaq məqsədilə iş davam etdirilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
Səs.- 2018.- 6 oktyabr.- S.5.