GÜCLÜ XALQ, GÜCLÜ
DÖVLƏT, GÜCLÜ LİDER VƏHDƏTİ
Hər bir xalqın dünyada tanınmasında, uğurlar əldə etməsində və təbii ki, dünyada cərəyan edən qlobal proseslərin öndə gedənlərinə çevrilməsində liderlərin xüsusi əhəmiyyəti mövcuddur. Çünki liderlik amili elə bir şəxsiyyətlərə aid olunur ki, onlar xalqın, dövlətin maraqlarını müdafiə etməklə yanaşı, həm də inkişaf etdirir. Məhz bu kimi önəmli faktorun təhlilini apararkən, Azərbaycanın bu siyahıda birinci olması şəksizdir. Çünki Azərbaycanın inkişaf və tərəqqi, eləcə də, xalqın rifahı faktorunda İlham Əliyev LİDERLİYİ amili mövcuddur. Artıq 13 ildən çoxdur ki, Azərbaycan xalqının etimadı əsasında ölkəyə rəhbərlik edən Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu şaxələndirərək, uğurla reallaşdırması nəticəsində perspektiv baxımdan əhəmiyyətli nəticələrin əldə olunmasında öz uğurlu sözünü deyir. Məhz Prezident İlham Əliyevin son illər ərzində həyata keçirdiyi sosial-iqtisadi və siyasi islahatlar müasir Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirib, regional gücünü və qlobal əhəmiyyətini kifayət qədər artırmış olub. Azərbaycan xalqı son 23 ildə Ulu Öndər Heydər Əliyevin Onun siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin fəaliyyəti sayəsində davamlı inkişafın və tərəqqinin şahidinə çevrilib.
Ancaq daha
bir fakt budur ki, tale
hər bir xalqa bu cür mühüm
xarizmalara sahib ola biləcək lider bəxş
etmir. Və nə xoşdur
ki, Azərbaycan xalqı Ümummilli
Lider Heydər Əliyev
dühasının tarixi liderliyini
qəbul etməklə, yaşatmaqla bərabər,
hazırda Onun layiqli
davamçısı İlham Əliyev Liderliyi dövrünü
yaşayır! Bununla yanaşı, Prezident İlham
Əliyevin rəhbərliyi ilə reallaşdırılan strateji kurs daxili
ictimai-siyasi sabitliyi və
tərəqqini də ən yüksək səviyyədə təmin
edib. Yerli və xarici analitiklərin
yekdilliklə üzərində durduqları başlıca məsələlərdən
biri də budur ki, Azərbaycanda hökm
sürən ictimai-siyasi sabitliyin
əsaslarını dövlət tərəfindən həyata
keçirilən uğurlu islahatlar
və tətbiq edilən yeniliklər, inkişaf
modelləri təşkil edir.
İnsan və vətəndaş hüquq və azadlıqlarının ən
yüksək səviyyədə təmin edilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi,
sosial-siyasi təsisatların legitimləşdirilməsi,
vətəndaşların siyasi həyatda
iştirakına maksimum şəraitin
yaradılması kimi göstəricilər
və nəticələr deyilənləri bir
daha təsdiq edir. Bu günün Azərbaycanı yalnız beynəlxalq
münasibətlər sistemindəki yeri və
roluna görə deyil,
həmçinin, daxili sosial-iqtisadi
quruluşuna, tərəqqisinə və
nailiyyətlərinə, milli-dini və etnik quruluşuna, eyni zamanda, polietnik
və çoxkonfessiyalı atmosferdə qardaşlığın,
dözümlülüyün mövcudluğuna görə dünya dövlətləri üçün
bir inkişaf modelidir. Belə ki,
bazar iqtisadiyyatı yolu
ilə inkişaf edən Azərbaycanda sosial-iqtisadi sahədə liberal
islahatlar gerçəkləşdirilir,
dövlət səviyyəsində azad
sahibkarlığa böyük diqqət və
qayğı göstərilir, əməkhaqları, təqaüdlər
artırılır, yeni iş
yerləri açılır, həmçinin, insanların
rifah halının yüksəldilməsi üçün mühüm
qərarlar verilir və bunun
nəticəsində də, ölkəmizin sosial
həyatında dəyişikliklər müşahidə olunur.
Azərbaycan
həm də dünyada mötəbər tədbirlərin
keçirildiyi bir mərkəzə çevrilmişdir. Avropa Oyunlarının 2015-ci ildə tarixdə
ilk dəfə ölkəmizdə
keçiriləcəyi hər bir azərbaycanlıya
tükənməz qürur hissi bəxş edir. Bütün bunlar, əlbəttə
ki, məhz Onun - Azərbaycan
Prezidenti İlham
Əliyevin misilsiz əməyinin nəticəsidir.
Prezident
İlham Əliyevin yüksək idarəetmə qabiliyyətinin
və iqtisadiyyatda islahatların davamlılığını
təmin etmək məharətinin ən bariz nümunəsini
dünya iqtisadi böhranı zamanı həyata keçirilən
mükəmməl iqtisadi konsepsiyanın uğurlu nəticələrinə
diqqət yetirməklə görmək olar. Azərbaycan
iqtisadiyyatı böhran meyillərinə, demək olar ki, məruz
qalmayıb.
Bu
gün tam cəsarətlə demək olar ki, ölkəmizdə
aparılan müstəqil dövlət quruculuğu prosesində
iqtisadi islahatların və inkişafın Azərbaycan modeli
yaranıb. Dövlətimizin
başçısı İlham Əliyev bildirir ki, hər sahə
üzrə proqramların mövcudluğu,
həyata keçiriləcək layihələrin xalq tərəfindən dəstəklənməsi,
birgə addımların atılması gələcəyə
daha böyük inamla irəliləməyə stimul
verir. Prezident İlham Əliyevin hər bir vədini konkret əməli
işi ilə təsdiqləməsi, həyata
keçirdiyi siyasətin alternativsizliyi
beynəlxalq qurumların, dünyanın tanınmış
siyasətçilərinin, politoloqlarının, nüfuzlu araşdırmalar mərkəzlərinin
açıqlamalarında xüsusi qeyd edilir, ən yüksək
mükafatlara layiq görülür.
Prezident
İlham Əliyev tarixi çıxışlarının
birində vurğulayıb ki, Azərbaycan bu gün dünya
üçün çox önəmli tərəfdaşa
çevrilib: "Bu gün Azərbaycanın dünyada artan
hörməti, eyni zamanda, bizim prinsipial mövqeyimizdən
qaynaqlanır. Bizim tərəfdaşlarımız
bilirlər ki, Azərbaycan etibarlı tərəfdaşdır.
Bizim sözümüzlə əməlimiz
arasında heç bir
fərq yoxdur".
Bəli, məhz belədir! Bu gün Azərbaycan xalqı ilk olaraq öz Liderinə arxalanır, Xalqımız isə məhz öz sevimli Prezidenti ətrafında daha da sıx biləşərək, ölkənin inkişaf və tərəqqisində inamla irəliləyir. BU YOL İSƏ ƏBƏDİ VƏ DÖNMƏZDİR!
Ələddinqızı Nəzakət
Səs . -2018.- 10 oktyabr.-
S.5.