27 sentyabr  Beynəlxalq Turizm Günüdür

 

27 sentyabr - Ümumdünya Turizm Günü kimi qeyd edilir. Aydındır ki, beynəlxalq turizm hər bir ölkə üçün sosial-iqtisadi münasibətləri əks etdirir. Bununla da beynəlxalq münasibətlərin tərkib hissəsi kimi fəaliyyət göstərir. Bu prosesin tənzimlənməsi üçün müəyyən norma standart nizamlar işləyib hazırlayan beynəlxalq institutlar fəaliyyət göstərir. Bunlardan Ümumdünya Turizm Təşkilatı ən üzdə olan təşkilatlardan biridir. 1979-cu ildə Baş Qərargahı Madrid şəhərində yerləşən Təşkilat 27 sentyabrÜmumdünya Turizm Gününü təsis edib. Bu beynəlxalq bayram dünyada 30 ildən artıqdır ki, keçirilir. Həmin gün turizm turizm biznesinə həsr olunan tədbirlər, festivallar keçirilir.

Turizm gününün başlıca məqsədi turizmin təbliği, dünya cəmiyyəti iqtisadiyyatına qoyulan vəsaitin işıqlandırılması müxtəlif ölkə xalqları arasında əlaqələrin inkişafıdır.

 

Qeyd edək ki, dünyada ilk turizm agentliyi 1841-ci ildə Tomas Kuk tərəfindən açılmışdır. Ümumdünya Turizm Günü 1980-ci ildən bəri BMT-nin Beynəlxalq Turizm Təşkilatı (BMBTT) tərəfindən hər il 27 sentyabr tarixində qeyd olunur. Bu tarix 1970-ci ildə BMBTT-nin Nizamnaməsinin qəbul olunduğu gündür. Bu nizamnamənin qəbulu qlobal turizmdə dönüş hesab edilir. Bu günün məqsədi beynəlxalq aləmdə turizm haqqında məlumatlanmanı artırmaq bunun sosial, mədəni, siyasi iqtisadi tərəflərini dünya miqyasında nümayiş etdirməkdir.

Azərbaycanda Ümumdünya Turizm Günü 2001-ci ildən, Azərbaycanın Beynəlxalq Turizm Təşkilatına üzv olduğu vaxtdan qeyd olunur.

Azərbaycan turizm sənayesinin inkişafı üçün zəngin ehtiyatlara malikdir. Bütün infrastruktur-Avropanı Qafqaz Mərkəzi Asiya ölkələri ilə birləşdirən hava dəniz daşımaları, magistral avtomobil nəqliyyat yolları buradan keçir.

Son illər respublikamızda turizm sahəsində dövlət siyasətini həyata keçirən aidiyyatı qurumlar tərəfindən ölkəmizin mövcud turizm potensialının beynəlxalq aləmdə tanınması, turistlərin Azərbaycana çoxsaylı səfərlərinin təşkili, turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi, hüquqi-normativ aktların qəbul edilməsi, turizm sahəsində orta kiçik sahibkarlığın inkişaf etdirilməsi, müasir turizm infrastrukturunun yaradılması sahəsində məqsədyönlü işlər görülməkdədir. Ötən illər ərzində ölkəmizdə turizm sahəsində çoxsaylı beynəlxalq tədbirlər keçirilmiş və beynəlxalq marşrutlar fəaliyyətə başlamışdır.

Dünya ölkələrində qeyd olunduğu kimi, hər il Azərbaycanda da 27 sentyabr - Ümumdünya Turizm Günü kimi qeyd olunur. Həmin günÜmumrespublika Daxili Turizm Konfranslarıda keçirilir.

Azərbaycanda ilk dəfə olaraq 2003-cü ildə 26 sentyabr tarixində 1-ci Turizm Filmləri Festivalı keçirilmişdir. 2005-ci ildən başlayaraq məşhur xarici televiziya kanallarında respublikanın turizm potensialını əks etdirən reklam çarxları yayımlanır. 2006-cı ildəCənnət görmək istəyən Azərbaycana gəlsinşüarı altındaTurizm aləmifotomüsabiqəsi keçirilmişdir.

Turizm sahəsində çalışanların peşə hazırlığının artırılması məqsədilə 2006-cı ildən ölkədə Turizm İnstitutu yaradılıb, onun nəzdində müxtəlif peşələr üzrə daimi fəaliyyət göstərən kurslar açılıb. 2002-ci ildən başlayaraq Bakıda hər il Beynəlxalq Turizm Ümumrespublika Daxili Turizm Sərgilərikeçirilir.

Son illər ölkəmizdə turizm sektoru sürətlə inkişaf edir. Qeyd edək ki, Azərbaycanın zəngin təbiətə malik olması ölkəmizdə bu sahənin inkişafı üçün əlverişli imkanlar yaradıb.

Məhz ölkə prezidenti tərəfindən 2011-ci ilinTurizm ilielan edilməsi turizm sektorunun Azərbaycan üçün xüsusi əhəmiyyətini göstərmişdir.

Azərbaycanda turizmin inkişafı üçün Prezident İlham Əliyevin təsdiq etdiyiAzərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı bu proqrama uyğun olaraq çoxsaylı layihələr həyata keçirilir.

Proqramın başlıca məqsədi ölkədə yüksək iqtisadi, sosial ekoloji tələblərə cavab verən müasir turizm sahəsinin formalaşdırılmasıdır.

Məlumdur ki, turizmin inkişafı üçün ilk növbədə infrastruktur lazımdır bu infrastruktur da Azərbaycanda gündən-günə artır. Məsələn, təkcə Bakıda yox, regionlarda, rayon mərkəzlərində, istirahət üçün yararlı əksər yerlərdə nəinki üçulduz, dördulduz, hətta beşulduz mehmanxanalar fəaliyyət göstərir.

Azərbaycana gələn turistlərin sayı ildən-ilə artır. Bunların hamısı ölkəmizdə turizm sahəsinin inkişafının göstəricisidir.

Azərbaycan 2020: gələcəyə baxışadlı inkişaf konsepsiyasında da ölkədə turizmin inkişafı üzrə müvafiq hədəf məqsədlər əks olunub.

Böyük turizm potensialına malik olan bu sahənin inkişafı istiqamətində yeni-yeni addımlar atan Azərbaycanda da bu tarix bir sıra silsilə tədbirlərlə yadda qalır.

Bu bayram turizm sahəsində çalışan bütün turizm şirkətlərinin əməkdaşları, muzey işçiləri, mehmanxana komplekslərinin rəhbərləri işçi heyətipeşəkar səviyyədə rahat təhlükəsiz istirahəti təmin edən hər bir kəsin bayramıdır.

Səs.- 2018.- 12 sentyabr.- S.11