Xocavəndin işğal tarixindən 26 il ötür

 

Xocavənd rayonu 1992-ci il oktyabrın 2-də Ermənistan silahlı birləşmələri onların havadarları tərəfindən işğal edilib. Bu tarixdən 26 il ötür.

 

İşğal nəticəsində rayonun azərbaycanlılar yaşayan 10 kəndində 1723 yaşayış evi ermənilər tərəfindən yandırılaraq əmlakları talan edilib, 47 sənaye, 144 kənd təsərrüfatı obyekti dağıdılaraq viran qalıb. Erməni vandalları tərəfindən 17 təhsil müəssisəsi, 4 məktəbəqədər tərbiyə ocağı, 32 səhiyyə məssisəsi, 59 mədəniyyət obyekti, 10 tarixi abidə dağıdılıb. Rayonun infrastrukturuna aid olan 12 rabitə qovşağı, 341 km aftomobil yolları, 32 körpü, 42 su anbarı 316 km su kəməri xətti dağıdılıb, talan edilərək, yararsız hala salınıb. İşğal nəticəsində vurulmuş maddi-mənəvi ziyanla barəbər, rayonun bitki meşə örtüyünə böyük miqdarda zərər dəyib. Belə ki, rayonun 1202 ha meşə sahəsindəki qiymətli ağac növləri qırılaraq məhv edilib.

 

Xocavəndlilər 13 nəfəri qadın, 13 nəfəri uşaq olmaqla 145 nəfər şəhid verib, rayon sakinlərindən 300 nəfərdən çox insan sağlamlığını itirib ya əlil olub, 243 uşaq valideynlərindən birini, 68 qadın həyat yoldaşını itirib. Müxtəlif dövrlərdə girov götürülmüş 110 nəfər dinc sakindən 49 nəfəri əsir girovluqda olarkən, erməni terroru vəhşiliyinin qurbanı olub, bir ailədən olan 3 uşaq hər iki valideynini itirib.

 

Ərazisi alçaq dağlıq şərqdə maili düzənlikdən ibarət olan Xocavənd rayonunun ümumi sahəsi 145647 hektardır. Əsasən, Yura, Təbaşir, Antropogen çöküntülərindən ibarətdir. Mərmər yatağı var. İqlimi çox yerdə yayı quraq keçən mülayim istidir. Qədim yaşayış məskənlərindən sayılan Xocavəndin ərazisi təbii sərvətlərlə - tikinti materialları faydalı qazıntılarla, meşə zolaqları şirin su ehtiyatları ilə zəngindir. Ekologiya Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, Xocavənd rayonunun Qırmızıbazar qəsəbəsində diametri 600 sm, hündürlüyü 25 metr olan 1 ədəd 1000 1 ədəd 2000 il yaşlı Şərq çinarları qədim təbiət abidəsi kimi qorunurdu. Rayonun Qarakənd kəndində "Qırmızı kitab"a düşən, üçüncü dövrün relikt növü olan, orta diametri 24 sm, hündürlüyü 12 metr, yaşı 100 illik azat ağacları da mühafizə edilirdi. Rayonun Tuğ kəndinin

 

5 km-də V əsrə aid "Alban" kilsəsi, Tuğ kəndi ərazisində XII-XVII əsrlərə aid "Alban" kilsələri, I-V əsrlərə aid "Alban" qəbiristanlıqları, Salaketin kəndi ərazisində yerləşən "Dəmrov" ocağı, "Dağdağan" ocağı, Xocavənd kəndi ərazisində yerləşən "Cicim" ocağı, Qaradağlı kəndi ərazisində Qədim "Alban" qəbirstanlığı, Bəhrəmli kəndi ərazisində yerləşən "Bəhmənli" piri, Muğanlı kəndində yerləşən "Seyid Rza" gümbəzi, Qaradağlı kəndi ərazisində "Yel" piri erməni işğalçıları tərəfindən vəhşicəsinə dağıdılmışdır. Azərbaycanı qədim yaşayış məskəni kimi dünyada tanıdan abidələrdən biri, dəniz səviyyəsindən 900 metr hündürlükdə yerləşən, uzunluğu 190 metr, əhəng daşları Oksfordkimeric dövrünə aid olan Azıx mağarası Xocavəndin Füzuli rayonuna yaxın, Azıx kəndinin 1 kilometr cənubi-şərqində yerləşir. İşğal altında olan Xocavəndin ərazisi, bütövlükdə, ekoloji terrora məruz qalıb. Azıx mağarasını ermənilər silah anbarına çeviriblər. Rayonun ərazisində yerləşən ümumi sahəsi 25,5 min hektar olan meşədəki palıd ağacları qırılaraq daşınıb, Xonaşen çayının kənarlarında bitən təbii meşə isə tamamilə məhv edilib. Xocavəndin Yelli Gədik sahəsində Füzuliyə gedən yolun sağ sol tərəflərində avtomobil yollarının mühafizəsi məqsədilə əkilən ağaclar da kəsilib.

 

Xocavənd rayonu, əsasən, kənd təsərrüfatı rayonudur. Üzümü yaşıl mərməri ilə məşhur olan rayonda əsas təsərrüfat sahələri heyvandarlıq, üzümçülük, quşçuluq, taxılçılıq, bostançılıq tərəvəzçilikdir. Rayon ərazisində Bağırxan, Qırmızı Bazar, Mədə Bulağı, Baba Bulağı, Ballı Bulaq s. onlarla istirahət zonaları var.Yurd-yuvasından didərgin düşən xocavəndlilər, əsasən, Beyləqan rayonunda məskunlaşıblar. Burada dövlət qayğısı ilə Xocavənddən olan məcburi köçkünlər üçün 500 ailəlik müasir qəsəbə salınıb. Bu qəsəbədə rayonun icra hakimiyyəti, 360 yerlik məktəb, 50 yerlik uşaq bağçası, xəstəxana mədəniyyət evi fəaliyyət göstərir.

 

Bu gün xocavəndlilər isti ocaqlarından, yaşadıqları el-obadan uzaqda yaşayırlar. Zaman yetişəcək ki, xocəvəndlilər həsrətində yaşadıqları məkana dönəcəklər. Müasir dövrümüzdə dünya standarlarına cavab verən Azərbaycanın Milli Ordusu regionun ən güclü ordusu səviyyəsinə yüksəlib. Torpaqlarının 20 faizi işğalda olan Azərbaycanda ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev Ulu Öndər Heydər Əliyevin ordu quruculuğu siyasətinə sadiq qalaraq, ordunun gücləndirilməsi istiqamətində lazımi tədbirləri həyata keçirir. Ən yeni silah sursatla, peşəkar zabit kadrları ilə tam təmin olunmuş Azərbaycan Ordusu müharibəyə , mübarizəyə hazır, güclü cəsarətlidir. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan Ordusu işğal

 

olunmuş torpaqlarımızı azad etməyə hazır qadirdir. Dövlət başçısının "Bu gün Azərbaycan Ordusunda olan texnika ən güclü ordulardan da geri qalmır"- fikrini ifadə etməsi, ordumuzun gücünün göstəricisidir. Son dövr olayları Azərbaycan Ordusunun işğalçı Ermənistana nəyə qadir olduğunu, gücünü, ordu potensilanı bir daha nümayiş etdirməsi ölkənin hərbi qüdrətini yenidən göstərmiş oldu. Azərbaycan Ordusunun 26 il işğal altında olan Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt kəndi ətrafındakı mühüm strateji əhəmiyyətli yüksəkliklərin Əlahiddə Ümumqoşun Ordusunun əks-həmlə əməliyyatları ilə işğaldan azad edilməsi ordumuzun növbəti uğuru oldu. Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun hərbi birləşmələrinin döyüşçüləri çox böyük qəhrəmanlıqla, üç gün davam edən əməliyyatlar nəticəsində, 11 min hektar ərazini ermənilərdən azad etdi. 2016-cı ilin aprel savaşında 2 min hektar ərazi işğaldan azad edilmişdisə, daha sonra əsgərlərimiz 11 min hektar ərazini işğaldan azad etdi. Strateji əhəmiyyət kəsb edən yüksəkliklər silsiləsinin geri qaytarılması Azərbaycan üçün çox böyük önəm daşıyır.

 

Əminliklə vurğulamaq olar ki, tezliklə işğal altında olan torpaqlarımız erməni təcavüzkarlarının işğalından azad olunacaq. İşğal altındakı digər torpaqlarımız da Cocuq Mərcanlı kimi öz sakinlərinə qaytarılacaq. Təkcə qaçqın məcburi köçkünlər deyil, bütün Azərbaycan xalqı ölkə başçısının səyi ordumuzun qüdrəti sayəsində işğalda olan torpaqlarımızın azad ediləcəyinə inanır. İnsanlar doğma yurdlarına qayıdacaqlarının sevincini yaşayacaqlar.

 

Bu gün xocavəndlilər öz doğma yurdlarına, ev-eşiklərinə qayıdacaqları günə inanır həmin günü səbirsizliklə gözləyirlər.

Zümrüd Bayramova

Səs.- 2018.- 2 oktyabr.- S.12.