Azərbaycan dünyəvi müasir, milli dəyərlərə hörmətlə yanaşan ölkədir

     Bütün dinlərin etnik qrupların nümayəndələrinin birgə yaşadığı Azərbaycan torpağında hər kəs dini mənsubiyyətindən, irqindən asılı olmayaraq, azad nəfəs alır sərbəst fəaliyyət göstərir. Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan çoxkonfessiyalı çoxmillətli ölkədir bu, bizim böyük sərvətimizdir: "...Özünütəcrid, nifrət hisslərinin bəslənilməsi ya özünün digərlərindən üstün tutulması bumeranq effekti verəcək nəticədə, bu işlə məşğul olanların özlərinə xələl gətirəcək".

Azərbaycanda dindarların sərbəst şəkildə ibadət etmələri üçün dövlət tərəfindən hər cür şərait yaradılıb məzhəb mehribanlığı mövcuddur. Bunun əsas səbəbi Azərbaycandakı din-dövlət münasibətləridir. Bu, onu göstərir ki, Azərbaycan dünyəvi, müasir, dünyaya açıq olan dövlət olmaqla yanaşı, milli dəyərlərə, adət-ənələrində böyük hörmətlə yanaşan bir ölkədir. Azərbaycan tarixən tolerant ölkə olub hazırda bu, dövlət siyasəti kimi ölkə rəhbərliyi tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə 13 kilsənin, 7 sinaqoqun fəaliyyəti əsas göstəricidir. Azərbaycanın dünya tolerantlığına verdiyi töhfə beynəlxalq aləmdə nümunə kimi qiymətləndirilir.

Bütün dinlərə hörmətlə yanaşan Azərbaycanın islami dəyərlərə olan münasibəti əməli fəaliyyətdə aydın görünür. Ölkəmizdə iki mindən artıq məscdin olması fikrimizi əsaslandırır. Müxtəlif dinlərin məbədlərinə qayğı diqqət, o cümlədən, dini ocaqlarımıza - məscidlərimizə olan münasibət Azərbaycanda din-dövlət münasibətlərinin, vətəndaş həmrəyliyinin yüksək səviyyəsini nümayiş etdirir. Ölkəmizdə keçirilən dini mərasimlər tariximizi, mədəniyyətimizi, adət-ənənələrimizi həyat tərzimizi əks etdirir. Dini mərasimlər arasında Məhərrəmlik mərasimləri tarixi adət-ənənələrimizə söykənir. Artıq bildiyimiz kimi, müsəlman dünyasında bir neçə gündən sonra Məhərrəm ayı başlanır. Bütün azadlıqların təmin olunduğu Azərbaycanda mövcud olan məscidlərdə Məhərrəmlik mərasimləri keçiriləcək. Hazırda bəzi ölkələrdə Aşura ilə bağlı müşahidə olunan radikal, insan psixologiyasına sağlamlığına mənfi təsir göstərən tədbirlərdən,

Azərbaycanda uzun müddətdir ki, imtina olunub. Bir çox ölkələrdə Azərbaycanın bu təcrübəsi öyrənilir.

Azərbaycanda formalaşmış din-dövlət münasibətləri yüksəkdir. Dini abidəlrimizə, din xadimlərinə göstərilən qayğı diqqətdən yayınmır. Belə ki, hazırda 1060-dan çox din xadimi müxtəlif formada dövlətdən maddi yardım alır. Dövlət başçısının tapşırığına əsasən, cari il sentyabrın 1-dən həmin şəxslərdən gəlir sosial vergi tutulması dayandırılıb. Bu aydan etibarən, din xadimləri maddi dəstəyi tam məbləğdə alacaqlar. Dövlət məscidlərdə işləyən imam qazıların həyat şəraitinin yaxşılaşdırılması üçün yaxın aylarda əlavə tədbirlərin görülməsi nəzərdə tutulur.

Bu gün dünya ölkələri üçün nümunəyə çevrilən Azərbaycan modeli ölkəmizə gələn xarici qonaqlarda maraq doğurur. Çünki burada həm məscidlərimiz, həm qeyri-xalqların dini abidələri qorunur abadlaşır. "Bizim tarixi abidələrimiz, dini abidələrimiz milli sərvətimizdir", - deyən Azərbaycan Prezidenti çıxışlarının birində vurğulayıb ki, bütün başqa dinlərin məbədləri bizim üçün əzizdir, bizim sərvətimizdir: "Azərbaycanda bütün dinlərin tarixi-dini abidələri qorunur, bərpa edilir, tikilir. Bu, bir daha onu göstərir ki, Azərbaycanda dini siyasət çox düşünülmüş şəkildə aparılır Azərbaycan xalqının maraqlarına cavab verir". Əlbəttə ki, qonaqlar abadlaşdırılmış Pravoslav Dini-Mədəni Mərkəzini, Katolik məbədini, İmamzadə kompleksini, möhtəşəm Heydər Məscidini görür bunu heyranlıq hissi ilə qarşılayır Azərbaycan təcrübəsini öyrənməyə çalışırlar.

 

Bu gün müxtəlif mədəniyyətlərin dinlərin nümayəndələrinin, etnik azlıqların harmoniya halında yaşadığı Azərbaycan uğurlu bir inkişaf yolundadır. Terrorizmin baş alıb getdiyi dünyada, islama qarşı hücumların artdığı islamofobiyanın gücləndiyi bir vaxtda, Azərbaycan ekstremizm dözümsüzlük əleyhinə çıxış edir, kənar qüvvələrin, xaricdən gələn təhlükələrin qarşısını almaqda güclü qətiyyətlidir. "İndiki şəraitdə biz görürük ki, dünyanın müxtəlif yerlərində dini məzhəb zəminində qan tökülür, müharibələr alovlanır, böyük faciələr yaşanır" - deyən Azərbaycan Prezidenti bildirib ki, elə etməliyik ki, həm Azərbaycanda, həm yaşadığımız bölgədə vəziyyət müsbət istiqamətdə inkişaf etsin: "Biz adada yaşamırıq, biz bu bölgədə yaşayırıq yaşayacağıq. Ona görə biz həm ölkə daxilində bu məsələləri daim diqqət mərkəzində saxlayırıq hesab edirəm ki, beynəlxalq təşəbbüslərlə bölgədə dünyada dinlərarası münasibətlərin yüksək səviyyədə tənzimlənməsi işinə öz töhfəmizi veririk".

Əminliklə bildirək ki, Azərbaycan istər ölkə səviyyəsində, istərsə beynəlxalq səviyyədə dinlərarası çoxmədəniyyətli harmoniyanın inkişafına təkan verir bu nailiyyətin davamlı olması üçün tədbirlər həyata keçirir.

 

Zümrüd BAYRAMOVA

Səs.- 2018.- 12 sentyabr.- S.7.