Azərbaycan şərqşünaslığının
parlaq siması
Nadir istedada
malik, elə şəxsiyyətlər var
ki, onların elmə gətirdiyi yenilik və çəkdikləri zəhmətin
tam həcmi zaman və elmi
təfəkkür inkişaf
edib zənginləşdikcə,
dərk edilir. İstedadlı alim, ictimai xadim, gözəl qadın və ana olan
Aida İmanquliyeva belə alimlərdən, məhz belə şəxsiyyətlərdəndir.
Bu gün
XX əsrdə Azərbaycanın
dünya elminə bəxş etdiyi görkəmli simalardan biri - şərqşünas-alim,
pedaqoq, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın xatirə
günüdür. Aida
İmanquliyeva 1939-cu il
oktyabrın 10-da Bakı
şəhərində ziyalı
ailəsində dünyaya
göz açıb. Görkəmli jurnalist, pedaqoq, əməkdar elm xadimi olan
atası Nəsir İmanquliyev Azərbaycan mətbuatının bünövrəsini
qoyanlardan biri olmuş və uzun müddət "Bakı" və "Baku" qazetlərinin baş redaktoru işləmişdir.
Aida İmanquliyeva Bakıda
132 saylı orta məktəbi qızıl
medalla bitirdikdən sonra 1957-1962-ci illərdə
Azərbaycan Dövlət
Universitetinin Şərqşünaslıq
fakültəsinin ərəb
dili şöbəsində
təhsil alıb.
1966-cı ildə Moskvada
SSRİ Elmlər Akademiyasının
Şərqşünaslıq İnstitutunda ərəb filologiyası üzrə aspiranturanı bitirdikdən sonra Azərbaycan Elmlər Akademiyasının
Yaxın və Orta Şərq Xalqları İnstitutunda kiçik elmi işçi, daha sonra baş elmi işçi
(1966-1976), ərəb filologiyası
şöbəsinin müdiri
(1976-1988), elmi işlər
üzrə direktor müavini (1988-1991) vəzifəsini
icra edən Aida xanım 1991-ci ildən həmin institutda direktor vəzifəsində çalışmışdır. 1976-1988-ci illərdə, institutun ərəb filologiyası şöbəsinə rəhbərlik
etdiyi müddətdə,
10 nəfər ərəbşünas
namizədlik dissertasiyalarını
müdafiə edərək,
filologiya elmləri namizədi alimlik dərəcəsinə yiyələnib.
Şərqşünaslıq İnstitutunun elmi, ictimai-siyasi həyatında yaxından iştirak
edən Aida İmanquliyeva işgüzar
fəaliyyətinə görə,
1988-ci ildə institutun
elmi işlər üzrə direktor müavini vəzifəsinə
təyin olunmuş, bir il sonra
isə, uzun illər üzərində
işlədiyi doktorluq
dissertasiyasını müdafiə
edərək, filologiya
elmləri doktoru adına layiq görülmüşdür.
Beləliklə, Azərbaycanda
ərəb ədəbiyyatı
üzrə ilk elmlər doktoru, ilk professor - qadın olan Aida İmanquliyeva elmi işlərlə yanaşı, pedaqoji fəaliyyətlə də
məşğul olub.
O, Azərbaycan Dövlət
Universitetin Şərqşünaslıq
fakültəsində ərəb
ədəbiyyatından dərs
deyirdi. Elə, məhz buna
görə də,
SSRİ Nazirlər Soveti
yanında fəaliyyət
göstərən Ali
Attestasiya Komissiyasının
qərarı ilə, ona "Xarici Asiya və Afrika
xalqları ədəbiyyatı"
ixtisası üzrə,
1991-ci ilin mart ayında professor elmi rütbəsi verilmişdir.A.İmanquliyeva 1970-ci illərdə Azərbayca Dövlət Universitetinin
Şərqşünaslıq fakültəsində ərəb
dili müəllimi, filologiya elmləri namizədi M.Qarayevlə birlikdə "İnsan və quş" adlı hekayələr məcmuəsini çap etdirir. Bundan əlavə, "Ərəb filologiyası"
şöbəsinin əməkdaşlarının
tərcüməsində İraq
yazıçılarının əsərlərindən ibarət
kiçik bir antalogiyanın tərcüməsində
və çapında
da Aida xanımın
gərgin əməyini
xüsusi qeyd etmək lazımdır.
"Ağ günlərin
sorağında" adlanan
həmin məcmuədə
Aida xanımın tərcüməsində İraq
yazıçısı Mahmud
əz-Zahirin "Boğulmuş
hıçqırıqlar" adlı hekayəsi də öz əksini tapıb. Bunlardan əlavə, Aida xanım müxtəlif illərdə respublikanın
nəşriyyat orqanları
tərəfindən ərəb
ədəbiyyatı ilə
bağlı çap olunmuş bir çox kitaba ön söz yazmış və xeyli sayda kitabın
elmi redaktoru olmuşdur.Aida İmanquliyevanın
çoxsaylı elmi əsərlərində (3 monoqrafiya
("Mixail Nuayme və "Qələmlər birliyi", "Cubran Xəlil Cubran", "Yeni ərəb ədəbiyyatının korifeyləri")
və 70-dən artıq
elmi məqalə) Qərb və Şərq mədəni ənənələrinin sintezi,
yaradıcı üslubun
inkişafı və yeni bədii cərəyanların təşəkkül
tapması tədqiq olunur ki, bu
da, nəinki ərəb ədəbiyyatının,
həmçinin, bütün
yeni Şərq ədəbiyyatlarının gələcəkdə
tədqiqi üçün
çox mühüm zəmin yaradır. Aida xanım yalnız yaradıcılığı ilə
deyil, həm də təşkilatçılıq
bacarığı, rəhbərlik
fəaliyyəti ilə
öz həyatının
missiyasına - yaşadığı
mühit və rejim çərçivəsində
Azərbaycan milli özünüdərkinin qorunub-saxlanılması
və inkişafı idealına sadiq qalmışdır. İstedadlı gənc alim 1967-ci ilin martında Moskvada namizədlik dissertasiyasını
uğurla müdafiə
edib, filologiya elmləri namizədi alimlik dərəcəsini
aldıqdan sonra, elmi fəaliyyətini Azərbaycan EA-nın Yaxın və Orta Şərq Xalqları İnstitutunda davam etdirmişdir.
1964-cü ildə "Mixail Nüaymə və XIX əsr qabaqcıl rus ədəbiyyatı" adlı
ilk mətbu məqaləsi "Azərbaycan"
jurnalında dərc olunmuşdur. O, Livan yazıçısı M.Nüaymənin
bir neçə hekayəsini ərəb dilindən rus dilinə tərcümə
edərək, 1979-cu ildə
Moskvada "Vostoçnı
almanax" jurnalında
çap etdirmişdir.
Müasir ərəb ədəbiyyatının
aktual problemləri və rus-ərəb ədəbi əlaqələri
haqqında məqalələri
dövri mətbuatda -
toplularda və elmi-kütləvi məcmuələrdə
müntəzəm çap
olunmuşdur.Aida İmanquliyeva
1971-1973 və 1979-1981-ci illərdə
Azərbaycan Elmlər
Akademiyasının Şərqşünaslıq İnstitutunun nəşr etdirdiyi "Ərəb filologiyası məsələləri"
məcmuəsinin tərtibçisi
və redaktoru vəzifəsində çalışıb.
"Şərq şairləri
Lenin və Sovetlər ölkəsi haqqında"(1970), "Böyük
Oktyabr və Şərq xalqlarının
milli azadlıq mübarizəsi" (1977), "Sovet Azərbaycanı və xarici Şərq" (1980), "Yaxın
Şərq xalqlarının
müasir ədəbiyyatında
tərəqqi və ictimai ədalət uğrunda mübarizə problemi" (1982), "Yaxın
və Orta Şərqdə milli azadlıq hərəkatı
məsələləri" (1985), "Şərq filologiyası məsələləri" (1986-1987), "Yaxın Şərq xalqları ədəbiyyatı imperializmə
qarşı mübarizədə"
(1987), "Xarici Şərqin
problemləri: tarix və müasirlik"
(1988), "Şərq ədəbiyyatında
ənənə və
novatorluq" (1988) məqalələr
məcmuələrinin redaksiya
heyətinin üzvlərindən,
müəlliflərindən və redaktorlarından biri olmuşdur. İctimai işlərdə
fəal çalışmışdır.A.İmanquliyeva
1987-ci ildə Ümumittifaq Şərqşünaslar
Cəmiyyəti Rəyasət
Heyətinin üzvü
və 1983-cü ildən
etibarən, sözügedən
cəmiyyətin Azərbaycan
bölməsi sədrinin
müavini olmuşdur.
Moskva, Bakı, Düşənbə,
Hamburq, Kiyev, Sankt-Peterburq, Poltava, Tbilisi və digər şəhərlərdə
keçirilən Şərq
problemlərinə həsr
olunmuş beynəlxalq
konfranslarda məruzələrlə
çıxış edib.Bütün
elmi fəaliyyətini
Qərb və Şərq mədəni ənənələrinin sintezi,
yaradıcılıq üslubunun
inkişafı və yeni bədii cərəyanların
təşəkkül tapmasının
tədqiqi həsr edən Aida xanım özündən
sonra çağdaş
ərəb ədəbiyyatının
tədqiqində yeni bir səhifə və yeni bir
yol açıb.Onun elmi fəaliyyəti, nəinki ərəb ədəbiyyatının, həmçinin, bütün
yeni Şərq ədəbiyyatının gələcəkdə
tədqiqisi üçün
çox mühüm zəmin yaradır.Aida xanımda Azərbaycan qadınlarına xas olan ən nəcib
keyfiyyətlər təcəssüm
edirdi. Onun ömür yolu həyatın, varlığın
əsasında duran mənəvi bağları
qurmağa, tamlığa
və vəhdətə
can atan bir insan idrakının,
bir ana, bir qadın ruhunun təcəssümü
olub. Onun bütün elmi-bədii yaradıcılığı, ictimai
fəaliyyəti də,
bütövlüyə və
vəhdətə can atan xarakterin ifadəsi olub. Xalqımızın tarixində ilk
azərbaycanlı qadın
- ərəbşünas - elmlər
doktoru olan bu böyük alim öz həyatını
xalqının tarixinin,
ənənələrinin minillik
dərin köklərlə
bağlı olduğu
Şərq mədəniyyətini
və ədəbiyyatını
öyrənməyə sərf
edib və özünün şəxsiyyəti və
yaradıcılığı timsalında dünənimizlə
bugünümüz arasındakı
əlaqə bağlarını
bərpa etməyə
çalışıb.
Görkəmli ədəbiyyatşünas xanım
A.İmanquliyeva 1992-ci il
sentyabrın 19-da Bakıda
vəfat edib.
ZÜMRÜD
Səs.-
2018.- 19 sentyabr.- S.10.