“Jerusalem Post” qəzeti:
Müstəqil və güclü Azərbaycan dövləti Azərbaycan
Xalq Cümhuriyyətinin layiqli varisidir
Sovetlər dönəmində Azərbaycan – Azərbaycan
Xalq Cümhuriyyətinin mövcud olduğu dövrün
(1918-1920-ci illər) hadisələri təhrif edilib və Azərbaycan
tarixində çox cüzi xatırladılıb. Həmin
dövrdə arxiv sənədləri həmişə
qapalı olduğundan, tədqiqatçılar həqiqi tarixi
öyrənə bilmir və bunu bilənlər isə qəsdən
xalqa zidd adlandırırdılar. Lakin Azərbaycan
öz müstəqilliyini bərpa edəndən sonra məxfi
və tam məxfi arxivlər açıldı, tamam başqa
nöqteyi-nəzər yarandı. Bu yeni nöqteyi-nəzər
Azərbaycan Xalq Cümhuriyyətinin həqiqi tarixinə əsaslanırdı.
Məlum oldu ki, sovet dövründə böhtan atılmış
tarix əslində qürur və fəxarət
mənbəyidir. İsraildəki “Cəmiyyət
üçün beynəlxalq layihələr” adlı
qeyri-hökumət təşkilatının
başçısı, beynəlxalq münasibətlər sahəsində
tanınmış israilli ekspert Arye Qutun İsraildə ən
nüfuzlu ingilisdilli nəşr olan “The Jerusalem Post” qəzetinin
15 yanvar 2018-ci il tarixli nömrəsində
dərc edilmiş “Müstəqil və güclü Azərbaycan
dövləti Azərbaycan Xalq Cümhuriyyətinin layiqli
varisidir” sərlövhəli məqaləsi
(http://www.jpost.com/Blogs/News-from-Arye-Gut/An-independent-and-strong-Azerbaijan-is-a-worthy-successor-of-the-Azerbaijan-Democratic-Republic-534693)
bu barədədir.Məqalə müəllifinin fikrincə,
2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan
edilməsi Azərbaycan xalqı, dövləti və cəmiyyəti
üçün böyük əhəmiyyət kəsb edir.
Arye Qut yazır: “Yüz il bundan əvvəl
yaradılmış dövlət müasir Azərbaycanın bütün
dünyada demokratik respublika kimi tanınmasında mühüm
rol oynayıb. Azərbaycan Xalq Cümhuriyyətinin
qısa müddət mövcud olmasına baxmayaraq məhz həmin
dövrdə Azərbaycan dövlətçiliyinin təməli
qoyulub, bu təməl 1991-ci ildə müstəqilliyi bərpa
ediləndən sonra müasir Azərbaycan quruculuğu
üçün möhkəm platforma olub”.İsrailli
ekspert vurğulayır ki, İslam dünyasında ilk dünyəvi
dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci il
mayın 28-də elan edilib. Bu il Azərbaycan Xalq Cümhuriyyətinin
yaradılmasının 100 illiyi qeyd ediləcək. Azərbaycan Nazirlər Kabinetinin iclasında Prezident
İlham Əliyev 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti
İli” elan etdi. İl ərzində həm ölkədə,
həm də onun hüdudlarından kənarda təntənəli
tədbirlər keçiriləcək.Məqalə müəllifi
Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyəti
barədə dediyi aşağıdakı sözləri sitat gətirir:
“Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və
iki il ərzində fəaliyyəti tarixi hadisə idi. Azərbaycan
o ölkələrdəndir ki, hələ yüz il bundan əvvəl
ən ülvi demokratik dəyərləri nəinki bəyan
edib, öz praktiki fəaliyyətində onları təmin
edib. Bugünkü Azərbaycan, müstəqil Azərbaycan Azərbaycan
Xalq Cümhuriyyətinin varisidir. Biz Azərbaycan Xalq
Cümhuriyyətinin bütün demokratik ənənələrinə
sadiqik və bu ənənələri yaşadırıq. Ancaq onu da qeyd etməliyəm ki, indiki Azərbaycan Azərbaycan
Xalq Cümhuriyyəti ilə müqayisə edilə bilməz.
Çünki o vaxt çətinliklər də olub, müstəqilliyimiz
tam imkan vermirdi ki, Azərbaycan müstəqil siyasət
aparsın. İqtisadi çətinliklərimiz olub, torpaq itkilərimiz
də olub və bizim tarixi şəhərimiz olan İrəvan
Ermənistana verilmişdir. Ona görə, biz Azərbaycan Xalq
Cümhuriyyətinin fəaliyyətini çox düzgün təhlil
etməliyik. Bu müsbət və çətin məqamları
gizlətməməliyik. Amma bütün çətinliklərə
və əlbəttə ki, bizim üçün sağalmayan
yara olan İrəvanın Ermənistana verilməsinə
baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətini
Azərbaycan dövləti və xalqı yüksək qiymətləndirir”.Arye
Qut qeyd edir ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq
Cümhuriyyətinin yaradılması Azərbaycan tarixində
mühüm hadisə və şanlı səhifələrdən
biri oldu. Arye Qut
yazır: “1917-ci ilin fevralında Rusiyada monarxiya rejimi devrildi. Monarxiyanı əvəz etmiş müvəqqəti
hökumət Müəssislər Məclisinə seçkilər
keçirdi, lakin müvəqqəti hökumətin hakimiyyəti
çox davam etmədi. 1917-ci il
oktyabr ayında dövlət çevrilişi baş verdi. Nəticədə Cənubi Qafqazdan olan Rusiya Müəssislər
Məclisinin üzvləri Rusiyaya gedə bilmədilər.
Onlar bunun əvəzində 1918-ci il
fevralın 14-də Tiflisdə Zaqafqaziya Seymi – Zaqafqaziya
Parlamenti təsis etdilər. Seymin müsəlman
fraksiyası Cənubi Qafqaz regionundan Müəssislər Məclisinə
seçilmiş 44 nümayəndədən ibarət idi.
Onlar Azərbaycanın və bütün Cənubi
Qafqazın bir milyondan çox türk-müsəlman sakinini təmsil
edirdilər. Lakin ciddi ziddiyyətlər və
milli maraqların münaqişələri hər hansı
konkret addımlar atmaq üçün həm Zaqafqaziya
Seyminin, həm də Zaqafqaziya respublikalarının
imkanlarını məhdudlaşdırırdı. Nəhayət,
1918-ci il mayın 25-də Gürcüstan
nümayəndə heyəti Seymi tərk etdi və 1918-ci il
mayın 26-da Gürcüstanın müstəqilliyini elan etdi.
1918-ci il mayın 27-də müsəlman
fraksiyasının üzvləri ayrıca iclas keçirdilər
və Azərbaycanın müstəqilliyinin elan olunması
haqqında qərar qəbul etdilər. Bu məqsədlə
Zaqafqaziya Müsəlman Şurası özünü Azərbaycanın
Milli Şurası, daha dəqiq desək Azərbaycan parlamenti
elan etdi. Bu, əslində Azərbaycanda ilk
parlamentin formalaşmasına və ilk parlament respublikasının
əsaslarının yaradılmasına dəlalət edirdi”.Məqalə
müəllifi vurğulayır ki, Milli Şuranın sədri
vəzifəsinə Məmmədəmin Rəsulzadə
seçildi. İsrailli politoloq yazır: “1918-ci il
mayın 28-də Həsənbəy Ağayevin sədrliyi ilə
Azərbaycan Milli Şurasının tarixi iclası
keçirildi. İclasda Azərbaycanın
müstəqilliyi haqqında bəyannamə qəbul edildi”.
Arye Qut daha sonra yazır: “Müstəqillik elan ediləndən
sonra qısa müddətdə ölkənin sərhədləri
müəyyən edildi. Müstəqilik bəyannaməsində
ölkənin konkret ərazisi göstərilirdi. Sənəddə deyilir ki, Zaqafqaziyanın cənubunda
və şərqində yerləşən Azərbaycan
müstəqil dövlətdir. Vaxtilə
Gülüstan (1813) və Türkmənçay (1828)
müqavilələrinə uyğun olaraq Rusiya tərəfindən
işğal edilmiş Şimali Azərbaycan torpaqları Azərbaycan
xalqının qanuni irsidir. Bəyannamənin birinci maddəsində
deyilir: “Bu gündən Azərbaycan suveren hüquqlara malik
olacaq. Şərqi və cənubi Zaqafqaziyadan
ibarət olan Azərbaycan hüquqi cəhətdən müstəqil
dövlətdir”.Azərbaycan Xalq Cümhuriyyəti
özünün siyasi və hüquqi cəhətdən əsaslandırılmış
xəritəsini çap etdi. Azərbaycan
Xalq Cümhuriyyəti öz hakimiyyətini Qarabağ vilayətinin
bütün tarixi ərazisinə şamil etməyə
çalışırdı, lakin yeni yaradılmış Ermənistan
Respublikası Qarabağ barəsində əsassız iddialar
irəli sürməyə başladı. Azərbaycan
Xalq Cümhuriyyəti hökuməti isə bu iddiaların əleyhinə
çıxış edirdi.
Arye Qut
öz məqaləsində vurğulayır ki, Azərbaycan
Xalq Cümhuriyyəti parlamentinin sədri Əlimərdan bəy
Topçubaşov 1918-ci il noyabrın 18-də
İstanbulda Osmanlı İmperiyasının xarici işlər
naziri ilə danışıqlar zamanı deyib: “Ermənilər
tərəfindən qaldırılan Qarabağ məsələsi
təkcə 5 və ya 10 kəndə aid deyil, bu məsələ
bütün 4 qəzanı: Şuşa, Cavanşir, Cəbrayıl
və Zəngəzur qəzalarını əhatə edir. Bu ərazi yalnız bir millətə məxsusdur və
həmin ərazidə müsəlmanların və ermənilərin
sayının bərabər olmamasına baxmayaraq ermənilərin
üstünlüyü barədə danışmağa əsas
yoxdur, çünki onlar bu rayonların yerli sakinləri
deyildir. Onlar Rusiya ilə müharibədən
sonra Türkiyədən bizim regiona köçüblər...
nəhayət, ermənilər Qarabağın özündə
ayrı yaşamırlar, onlar azərbaycanlılarla
qarışıq yaşayış məntəqələri
yaradırlar. Bununla belə, biz problemin dinc
yolla nizamlanmasının tərəfdarıyıq”.Məqalə
müəllifi qeyd edir ki, Azərbaycan Xalq Cümhuriyyəti
dövründə erməni daşnaklar Qarabağı
işğal etmək məqsədilə soyqırımı
aktları törətməkdə davam edirdilər. Arye
Qut yazır: “Yaranmış vəziyyəti, Şuşa,
Cavanşir, Cəbrayıl və Zəngəzurda qanlı hadisələri
nəzərə alaraq Azərbaycan hökuməti 1919-cu ilin
yanvarında Qarabağ general-qubernatorluğu təsisatı
yaratdı və X.Sultanovu Qarabağ general-qubernatoru təyin
etdi. Ermənistanın xarici işlər naziri
bununla əlaqədar narazılığını bildirdi,
lakin Azərbaycan hökuməti bu narazılığı əsassız
hesab edərək bəyan etdi ki, həmin vilayətlər Azərbaycan
Respublikasının ayrılmaz tərkib hissəsidir. Qarabağ general-qubernatoru öz fəaliyyətini belə
bir mürəkkəb şəraitdə həyata keçirməli
idi. Bir tərəfdən Ermənistanın
iddialarına qarşı mübarizə, digər tərəfdən
əvvəlcə ingilislərlə, sonra isə amerikanlarla gərgin
münasibətlər şəraitində. Lakin ermənilər regionda sülhün bərqərar
olmasına heç cür imkan vermirdilər”.İsrailli ekspert
qeyd edir ki, Milli Şura 120 nəfərdən ibarət parlament
formalaşdırmağı qərara aldı. Parlament 80 nəfər azərbaycanlıdan və
başqa xalqların Azərbaycan əhalisinin tərkibindəki
payına müvafiq olaraq onların nümayəndələrindən
ibarət olmalı idi. Lakin Azərbaycanın
müstəqilliyini istəməyən ermənilər
parlamentin fəaliyyətində iştirak etmədilər.
Parlamentin sonuncu sessiyası 1920-ci il aprelin
27-də keçirildi. Parlament 155 iclas
keçirib, 270-dən çox qanun layihəsini müzakirə
edib, onlardan 230-u qəbul edilib. Parlament 11
fraksiyadan ibarət idi. Parlamentin sədri Əlimərdanbəy
Topçubaşov, onun müavinləri isə Həsənbəy
Ağayev və Məmmədyusif Cəfərov idi”.Arye Qut qeyd
edir ki, 17 ay fasiləsiz fəaliyyət göstərmiş Azərbaycan
Xalq Cümhuriyyəti parlamenti bütövlükdə Azərbaycan
dövlətçiliyi tarixində silinməz izlər qoyub.Arye
Qut yazır: “İlk dəfə olaraq ölkənin
bütün vətəndaşları sosial statusundan, cinsindən,
milliyyətindən və dini mənsubiyyətindən
asılı olmayaraq bərabər hüquqlar əldə etdilər.
Qadınlar Avropanın bəzi ölkələri
və ABŞ ilə müqayisədə onlardan daha tez
kişilərlə bərabər səsvermə hüququ
qazandılar. Azərbaycan Xalq Cümhuriyyəti
dövründə yəhudi icmasının mühüm və
dəyərli rolu barədə Azərbaycanın
hüdudlarından kənarda məlumatı olan insanlar
azdır. Məsələn, Azərbaycan
Xalq Cümhuriyyətinin səhiyyə naziri yəhudi doktor
Yevsey Gindes, Azərbaycan Xalq Cümhuriyyəti dövründə
Mərkəzi Bankın direktoru Mark Mixayloviç Aberquz olub.
Bu, fantastika deyildi, reallıq idi: ilk Azərbaycan hökumətində
yəhudi icmasının iki nümayəndəsi nazir olub.
Bundan əlavə, Azərbaycan Xalq Cümhuriyyətinin
mövcud olduğu dövrdə yəhudi icmaları “Qafqaz yəhudi
bülleteni”, “Fələstin” qəzeti, “Bilbao” və “Sion gəncləri”
adlı mətbu nəşrlər dərc edirdi”.
Məqalə müəllifinin fikrincə, Azərbaycan
Xalq Cümhuriyyətinin çox əlverişsiz şəraitdə
mövcud olmasına baxmayaraq Azərbaycan hökuməti və
parlamenti elmin, təhsilin və səhiyyənin
inkişafına daim ciddi diqqət yetirirdi. İsrailli ekspert yazır:
“Demək olar ki, ölkənin hər yerində bir sıra orta
məktəblər, o cümlədən qızlar
üçün orta məktəblər, uşaq
bağçaları, pedaqoji tədris kursları, kitabxanalar
açılmışdı. Kənd rayonlarında
yoluxucu xəstəliklərin qarşısını almaq məqsədilə
klinikalar və tibbi yardım məntəqələri şəbəkəsi
nəzərdə tutulmuşdu. 1919-cu il
sentyabrın 1-də Parlament tərəfindən Bakı
Dövlət Universitetinin yaradılması haqqında qəbul
edilmiş qanun xüsusi diqqətə layiqdir. Milli
universitet yaradılması Azərbaycanın çox
böyük tarixi nailiyyəti oldu”.Lakin Arye Qutun sözlərinə
görə, gənc müstəqil respublika dünya birliyi tərəfindən
tanınmamışdı. 1919-cu ilin
yanvar ayında parlamentin sədri Əlimərdanbəy
Topşubaşovun rəhbərliyi ilə ilk Azərbaycan Xalq
Cümhuriyyətinin nümayəndə heyəti Paris Sülh
Konfransına göndərildi. Bu nümayəndə heyətinin
əsas məqsədi Azərbaycan Xalq Cümhuriyyətinin
müstəqil dövlət kimi tam və qeyd-şərtsiz
müstəqilliyinin bütün dünyada tanınmasına nail
olmaq idi.
Azərbaycan Xarici İşlər
Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət
Hacıyevin sözlərinə görə, Azərbaycan Xalq
Cümhuriyyəti qısa müddətdə dünya birliyinə
inteqrasiya etmək üçün böyük diplomatik iş
görmüşdü. Hikmət Hacıyev vurğulayır:
“Burada, ilk növbədə, Paris Sülh Konfransını qeyd
etmək lazımdır. Azərbaycan
diplomatlarının səyi nəticəsində Azərbaycan
Xalq Cümhuriyyəti dünya birliyi tərəfindən
de-fakto tanındı. Bundan əlavə, 1919-cu ildə Azərbaycan
Xalq Cümhuriyyətinin Xarici İşlər Nazirliyi
yaradıldı, bu nazirliyin yaradıldığı gün – 9
iyul isə ölkəmizdə Diplomatik İşçilər
Günü kimi qeyd edilir”.
Arye Qut İsraildə ən
nüfuzlu ingilisdilli nəşr olan “The Jerusalem Post” qəzetində
dərc edilmiş məqaləsinin sonunda qeyd edir ki, qanlı hərbi
əməliyyat nəticəsində sovet Rusiyası tərəfindən
Azərbaycanın işğal edilməsi faktına baxmayaraq Azərbaycan
Xalq Cümhuriyyəti milli azadlıq hərəkatı
tarixində böyük iz qoyub. O yazır: “Azərbaycan
Xalq Cümhuriyyəti 23 ay davam etmiş fəaliyyəti
dövründə əyani şəkildə göstərdi
ki, hətta ən qəddar və zülmkar müstəmləkə
rejimləri də Azərbaycan xalqının azadlıq
ideyalarını və milli dövlətçilik ənənələrini
məhv edə bilməyib.
Azərbaycan tarixində ilk parlament
respublikası olmuş Azərbaycan Xalq Cümhuriyyəti
bütün Yaxın Şərqdə, o cümlədən
türk-müsəlman dünyasında hüququn aliliyinə əsaslanan
ilk demokratik dünyəvi dövlət modeli idi. Bu gün
müstəqil və güclü Azərbaycan dövləti Azərbaycan
Xalq Cümhuriyyətinin layiqli varisidir. Azərbaycan Xalq
Cümhuriyyəti özünün siyasi strukturuna, dövlət
quruculuğu prosesində atılmış addımlara, habelə
özünün son məqsəd və hədəflərinin
səviyyəsinə görə ənənəvi Avropa
demokratiyaları səviyyəsinə çatıb.
1991-ci ildə öz dövlət müstəqilliyini
bərpa etmiş Azərbaycan xalqı Azərbaycan Xalq
Cümhuriyyətinin zəngin dövlətçilik ənənələrindən
istifadə edib və bu tarixi irs əsas
Səs.-
2018.- 17 noyabr.- S.8-9.