Paris “Haute Couture Fashion” həftəsinə qoşulanNargisjurnalı 5 yaşını qeyd edib

   

 Nargisjurnalı Azərbaycanın Fransadakı səfirliyinin, “Tattigner Champagne”, “BF Travel”, “Gyunel”, “Le Louis XV”, “Maison Samadişirkət markalarının birgə təşkilatçılığı ilə Parisdə təşkil edilən “Haute Couture” moda həftəsi çərçivəsində təntənəli şəkildə 5 yaşını qeyd edib.

Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə ölkəmizin Fransadakı səfiri Rəhman Mustafayev, Azərbaycan əsilli fransız aktyor Rober Hossein, onun həyat yoldaşı aktrisa Kandis Patu, Sen-Klu şəhərinin meri Erik Berdoati, moda aləminin Jan-Klod Jitrua, Stefan Rollan, Yasin Samoylov, Tilman Grav, Liviya Stoyanova, Marcello Jones, Brigitte Sabi, Kristof Gilerme kimi tanınmış üzvləri, “Dior” muzeyinin direktoru Filipp Moll, “Damiani”, “Bulgari”, “Van Cleef & Arpels”, “Chanel”, “Louis Vuitton”, “Piaget” kimi məşhur markaların nümayəndələri, moda sahəsində məşhur beynəlxalq nəşrlərin baş redaktorları, moda tənqidçiləri, eləcə biznes sənət dünyasında tanınmış şəxslər iştirak ediblər.

Nargistədbir çərçivəsində 1934-cü ildən fəaliyyət göstərən “Studio Harcourt Paris” əfsanəvi fotostudiyasını əməkdaşlığa dəvət edib. Fotostudiyanın satış direktoru Paulina Rust-Johnkman ilk dəfə fotolarında loqosunuNargisjurnalının adı ilə birgə yerləşdirməyə razılıq verib. Tədbir iştirakçılarıNargis “Harcourt” loqoları ilə xatirə fotoları çəkdiriblər.

Nargis”in yaradıcılıq axtarışı inkişaf tarixinə həsr olunmuş maraqlı fotosərgi, musiqi proqramı, Azərbaycan xüsusilə , “Nargisüçün çalışan “Gladys Perint Palmer” kimi beynəlxalq fotoqrafların illüstratorların əsərləri, isti səmimi mühit tədbir iştirakçılarının yaddaşında uzun müddət qalacaq.

Ülviyyə Mahmudovanın eskizləri əsasında kukla hazırlayan gənc usta Günay İbrahimova sərgi çərçivəsində işlərini təqdim edib.

Paris moda həftəsi çərçivəsində Azərbaycanın 5 yaşlıNargisjurnalı dünyanın nəhəng moda evləri ilə eyni sırada dayandı. Jurnalın baş redaktoru Ülviyyə Mahmudova moda şöbəsinin redaktoru Leyla İmanova moda paytaxtında keçirilən moda nümayişlərində iştirak ediblər. “Christian Dior” moda evinin nümayişinin ilk sırasındaNargis”in nümayəndələri Olivia Palermo, Monika Bellucci, Vincent Cassel, Alla Verber, Evelina Khromtchenko, Naomi Campbell, Emanuele Farneti kimi ulduzlar moda dünyasının tanınmış ekspertləri ilə eyni sırada dayanıb.

Nargisjurnalı moda həftəsinə Azərbaycandan ilk dəvət alıb rəsmi olaraq “Fashion Week” media sisteminə müstəqil nəşr kimi daxil olub. Bu nailiyyət ölkəmizdə moda media sənayesinin inkişafı Avropada ölkəmizin mədəniyyətinin təbliği üçün böyük əhəmiyyət kəsb edir. Nargisjurnalının əsas məqsədi moda sənayesinin media qruplarının nümayəndələrini oxucularına, eləcə Azərbaycanın dizayner, qrafist fotoqraflarını beynəlxalq səviyyədə tanıtmaqla beynəlxalq media bazarında tanınan brend olmaqdır.

 

Şəhla Ağalarova

Səs.2018.- 30 yanvar.- S.6.