Mədəniyyət və turizm naziri Xırdalan şəhərində vətəndaşlarla
görüşüb
Yanvarın 30-da mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev Xırdalan şəhərində
vətəndaşlarla görüşüb.
AZƏRTAC xəbər verir ki, nazir
Xırdalan şəhərindəki
Heydər Əliyev Mərkəzində Sumqayıt
şəhəri, Abşeron,
Xızı, Qubadlı,
Şuşa və Zəngilan rayonlarının
sakinlərini qəbul
edib.
Görüşdən öncə nazir Əbülfəs Qarayev və Abşeron Rayon İcra Hakimiyyətinin başçısı
İradə Gülməmmədova
ümummilli lider Heydər Əliyevin abidəsi önünə
gül dəstəsi qoyaraq xatirəsini ehtiramla anıblar.
Qəbulda vətəndaşların
müxtəlif məsələlərlə
bağlı müraciətləri
səslənib.
Sumqayıt sakinləri şəhərdəki
Heydər Əliyev Mərkəzində ödənişli
xidmətlərin göstərilməsi,
“Kimyaçı” mədəniyyət
sarayının nəzdində
filarmoniyanın yaradılması,
beynəlxalq dekorativ sənət ustalarının
festivalının keçirilməsi,
istedadlı gənclərin
yaradıcılığının dəstəklənməsi və
stimullaşdırılması məqsədilə auksion mərkəzinin təşkili,
regionda fəaliyyət
göstərən turizm
obyektləri haqqında
məlumat bazasının
yaradılmasını xahiş
ediblər.Abşeron rayonundan
qəbula yazılan vətəndaşların müraciətləri
ümummilli lider Heydər
Əliyevin 95 illik yubileyi ilə bağlı film çəkilişlərinə kömək göstərilməsi,
tanınmış kino
aktyoru Bahadır Əliyevin 85 illik yubileyinin keçirilməsi,
mərkəzi kitabxana
üçün yeni binanın tikilməsi və işlə təminat barədə olub.Xızı sakinləri
rayonda turizmyönümlü peşə məktəbinin yaradılması,
rayonda fəaliyyət
göstərən uşaq
musiqi məktəbinin
filialının açılması
və digər məsələlərlə bağlı
müraciət ediblər.
Qubadlı sakinlərinin xahişləri
musiqi məktəbinə
musiqi alətlərinin
verilməsi, Sumqayıt
şəhərində məcburi
köçkünlər üçün
tikilən çoxmərtəbəli
binaların birinci mərtəbəsində muzey
üçün yerin
ayrılmasına kömək
göstərilməsi barədə
olub.Şuşa sakinləri
tərəfindən "Şuşanın
dağları" ansamblına
xalq kollektivi adının verilməsi, musiqi alətləri ustası Musa Yaqubovun hazırladığı
alətlərin təbliği,
eləcə də işlə təmin olunma ilə bağlı xahişlər
edilib.
Nazir Zəngilan
rayonlarının sakinlərinin
işlə təmin olunma və digər məsələlərlə
bağlı müraciətlərini
də dinləyib.
Qəbulda vətəndaşların müraciətlərinin bir
qismi həllini tapıb, digər məsələlər araşdırılması
üçün nəzarətə
götürülüb və
lazımi tədbirlərin
görülməsi ilə
bağlı tapşırıqlar
verilib.
Əbülfəs Qarayev jurnalistlərə müsahibəsində dövlətimizin
başçısının tapşırığı ilə
müntəzəm olaraq
keçirilən bu cür görüşlərin
əhəmiyyətini diqqətə
çatdıraraq deyib:
“Bildiyiniz kimi, hər ay ölkəmizin
müxtəlif bölgələrində
vətəndaşlarla görüşlər
keçirilir. Onlar tərəfindən maraqlı
təkliflər, müraciətlər
səsləndirilir. Belə
görüşlər ümumi
işimizə, fəaliyyətimizə
öz təsirini göstərir. Bugünkü
qəbulda da bir sıra maraqlı
təkliflər səsləndirildi.
Sumqayıt şəhərində
əl işləri festivalının keçirilməsi,
musiqi məktəblərində
yeni tədris sisteminin, kitabxanalarda yeni texnologiyaların tətbiqi kimi məsələlər diqqətə
çatdırıldı”.
Regionlarda turizmin inkişaf
etdirilməsinin dövlət
başçısının daim diqqət mərkəzində olduğunu
deyən Əbülfəs
Qarayev bütün qəbullarda bununla bağlı səslənən
təkliflərin nəzərdən
keçirildiyini bildirib:
"Çox sevindirici
haldır ki, Sumqayıt və Abşeron bölgəsi artıq turizm baxımından əlverişli məkana çevrilir. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu iqtisadi siyasət nəticəsində
ölkəmizdə nəqliyyat
sisteminin təkmilləşdirilməsi,
turizm sənayesinin inkişafı və digər lazımi infrastrukturun yaradılması
təmin olunub. Mədəniyyət və
Turizm Nazirliyi tərəfindən bu bölgədə turizm zonasının yaradılması
istiqamətində iş
aparılır. Xarici mütəxəssislər cəlb
olunub, müvafiq layihə hazırlanmaqdadır.
Layihənin yay aylarına qədər hazır olması nəzərdə tutulur".
Səs.-
2018.- 31 yanvar.- S.7.