İstanbulda Hüseyn Cavidinİblisəsəri tamaşaya qoyulub

 

 

İstanbulun Harbiyə-Muhsin Ərtuğrul səhnəsində görkəmli Azərbaycan dramaturqu Hüseyn Cavidin “İblis” əsəri tamaşaya qoyulub. Tamaşa İstanbul Şəhər Teatrlarının təşkilati maddi dəstəyi ilə hazırlanıb.

 

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, mədəniyyət naziri Əbülfəs Qarayev, Beynəlxalq Türk Mədəniyyəti İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, Türkiyənin Mərmərə Qrupu Strateji Sosial Araşdırmalar Vəqfinin sədri Akkan Suver, səfir Xəzər İbrahim, baş konsul Məsim Hacıyev, səfirliyin konsulluğun əməkdaşları, ziyalılar, media nümayəndələri digərləri iştirak ediblər.

 

Tamaşanın quruluşçu rejissoru Azərbaycanın Əməkdar incəsənət xadimi, İstanbul Şəhər Teatrlarının direktor müavini Məlahət Abbasova, əsərin mətnini müasir türk dilinə uyğunlaşdıran dramaturq Hilmi Zəfər Şahin, baş məsləhətçisi isə filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyevadır.

 

Baş rolların ifaçıları Türkiyənin tanınmış aktyorları Rıdvan Çələbi, Əmrə Narcı, İskəndər Bağcılar, Şenay Bağ, Nurseli Tırışkan Çağatay Palabıyıkdır.

 

Səhnə əsərinin musiqisi xüsusi olaraq bu tamaşa üçün Azərbaycanın Xalq artisti, bəstəkar Aygün Səmədzadə tərəfindən bəstələnib.

 

Bu tamaşada ilk dəfə olaraqMaping” 3D işıq cihazlarından istifadə edilib. İstanbulun teatr səhnələri üçün ilk olan, kino effekti ilə seçilən bu qurğu tamaşaya xüsusi görkəm verib.

 

Tamaşaya baxışdan sonra çıxış edən Məlahət Abbasova, Əbülfəs Qarayev Sona Vəliyeva Hüseyn Cavid kimi dahi bir yazıçını türk, eləcə dünya tamaşaçısına tanıtmağın vacibliyini qeyd ediblər. Bildirilib ki, “İblisCavid dramaturgiyasının şah əsəridir. Əsərin 1918-ci ildə yazılmasına baxmayaraq, mövzu bu gün aktuallığını qoruyur təəssüf ki, müasir həyatımızda davam edən qarşıdurmaları özündə əks etdirir.

 

Çıxışlarda Türkiyə ilə Azərbaycan arasında dostluq qardaşlıq münasibətləri ilə yanaşı, mədəni əlaqələrin sıx olduğu vurğulanıb. Bu əsərin Türkiyənin ən görkəmli səhnələrindən birində tamaşaya qoyulması yüksək qiymətləndirilib.

 

Səs.- 2019.- 19 aprel.- S.5.