Azərbaycan dili xalqımızın mənəvi sərvətidir

 

Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Jalə Əliyevanın yap.org.az- müsahibəsi

 

- Jalə xanım, bildiyimiz kimi Ümummilli Lider Heydər Əliyevin Fərmanı ilə 2001-ci ildən etibarən 1 avqust tarixi ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur. Sizcə, bu qərarın tarixi əhəmiyyəti nədən ibarətdir?

- Dövlətimizin müstəqilliyinin başlıca rəmzlərindən biri olan Azərbaycan dili xalqımızın mənəvi sərvətidir. Ana dilimizin saflığının qorunması dövlətin diqqət mərkəzindədir və bu istiqamətdə məqsədyönlü, ardıcıl işlər görülür, mühüm tədbirlər həyata keçirilir. Ümumiyyətlə, Ulu Öndərimiz Heydər Əliyevin verdiyi qərarlar, imzaladığı sənədlər təkcə dünənimiz və bugünümüz üçün deyil, o cümlədən gələcəyimiz üçünçox aktualdır və xalqımızın mənafeyinə xidmət edir. Ulu Öndər Heydər Əliyev hələ sovetlər dönəmində respublikamıza rəhbərlik edərkən ana dilimizi qoruyub və təbliğ edib.

Ölkəmizdə dil siyasətinin formalaşdırılması, ana dilinin dövlət dili olaraq tətbiqi işinin təkmilləşdirilməsi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Heydər Əliyev 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildikdən sonra məhz Azərbaycan dili siyasi elitanın dilinə çevrilməyə başladı. Bu, Azərbaycan dilinin inkişaf tarixində ən parlaq səhifələrdən biri kimi yadda qalıb. Ən mühüm məqamlardan biri isə budur ki, Ulu Öndər 1978-ci ildə tarixi bir uğura imza atdı. Belə ki, həmin ildə qəbul olunan Azərbaycan SSR-in növbəti Konstitusiyasında ilk dəfə olaraq Azərbaycan dili rəsmi dil statusu əldə etdi. Beləliklə, Azərbaycan yerli dilin rəsmi dil statusuna malik olduğu azsaylı sovet respublikalarından biri idi.

Bundan başqa, müstəqillik illərində Ulu Öndər Heydər Əliyev tərəfindən milli dilimizin qorunması istiqamətində tarixi əhəmiyyət kəsb edən qərarlar qəbul edildi. Belə ki, Ümummilli Lider Heydər Əliyevin 2001-ci il avqustun 9-da imzaladığı Fərmana əsasən, avqustun 1-i respublikamızda Azərbaycan Əlifbası Azərbaycan Dili günü kimi təsbit olunub. Heydər Əliyevin Fərmanı ilə 1 avqust tarixinin ölkəmizdə Azərbaycan Əlifbası Azərbaycan dili günü kimi qeyd olunması da çox önəmlidir. Biz bu günü qeyd edərkən yaddaşlarımızı saflaşdırırıq, yeniləyirik bu dilin uğrunda aparılan mübarizəni unutmayaraq onu gələcək nəsillərə ötürməli olduğumuzu bu tarix bizə dönmədən xatırladır.

Yəni 1 avqust tarixinin əhəmiyyəti bu günü ildə bir dəfə qeyd etməkdən ibarət deyil. Ulu Öndərimizin həmin qərarı onu ifadə edir ki, bu günə gətirən yol o qədər böyük, şərəfli keşməkeşlidir ki, xalq öz dili uğrunda apardığı mübarizə üçün qürur, iftixar hissi keçirə bilər. Bu qürur iftixarı da bizə yaşadan Ümummilli Liderimiz Heydər Əliyevdir. Ümumiyyətlə, bu gün Azərbaycanı dünyaya tanıdan, hörmət qazandıran amillərdən biri dilimizə olan ehtiramdır bu yöndə həyata keçirilən dövlət siyasətidir.

Eyni zamanda, Ulu Öndər Heydər ƏliyevinDövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli Azərbaycan Respublikasında dövlət dili haqqındaAzərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2 yanvar 2003-cü il tarixli fərmanları ilə ədəbi dilimizin fəaliyyət meydanı daha da genişləndirilib.

- Mühüm hadisələrdən biri latın qrafikalı əlifbaya keçid idi. Bu əlifbaya keçidin üstünlükləri haqqında deyə bilərsiniz?

- Latın qrafikalı əlifbaya keçid çox əhəmiyyətli məsələdir. Biz 70 ilə yaxın müddətdə kirill əlifbasından istifadə etmişik ki, bu əlifba da sovetlər dövründə məcburən qəbul etdirilib. Kirill əlifbasının yaxından-uzaqdan soyumuzla bağlı heç bir əlaqəsi yoxdur. Müstəqillk illərində Ulu Öndərimiz Heydər Əliyevin qərarı ilə latın qrafikalı əlifbaya tam keçid Azərbaycanın dünyaya açdığı pəncərənin daha da genişlənməsinə səbəb oldu. Bu, dünya əbədiyyatına qovuşmaq, onu daha yaxın izləmək, eləcə köklərimizə qayıtmaq nöqteyi nəzərindən latın əlifbasına keçid önəmli qərar idi. Ona görə , eyni zamanda, Əlifba Günü kimi 1 avqust tarixi bizim üçün dəyərlidir.

- Ümummilli lider Heydər Əliyev tərəfindən bu sahədə əsası qoyulan siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu barədə fikirlərinizi bilmək istərdik...

- Hər bir azərbaycanlının Prezidenti olan cənab İlham Əliyevin Azərbaycan dilinin qorunması inkişafı istiqamətində atdığı addımlar da əvəzedilməzdir. Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev dilimizin qorunması inkişafına böyük həssaslıqla yanaşır. Dövlətimizin başçısının imzaladığı Fərman sərəncamlar ana dilimizin saflığının qorunması inkişafı yönündə mühüm əsas olmaqla yanaşı, eyni zamanda, milli identikliyi gücləndirən əhəmiyyətli amildir.Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqındaAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 yanvar 2004-cü il tarixli Sərəncamı da bu istiqamətdə xüsusi əhəmiyyət kəsb edir. Bundan başqa, dövlət başçısı tərəfindən 2012-ci il mayın 23-də “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqındaSərəncamın imzalanması da ayrıca qeyd edilməlidir. Prezident İlham Əliyevin 17 iyul 2018-ci il tarixliAzərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqındaSərəncamı da Azərbaycan dilinin inkişafı tətbiqi dairəsinin daha da genişləndirilməsi baxımından müstəsna əhəmiyyətə malikdir. Bunlarla yanaşı, Azərbaycan Respublikasının Prezidenti İlham ƏliyevAzərbaycan dilinin saflığının qorunması dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqındaFərman imzalayıb. Fərmanda göstərilir ki, müasir Azərbaycan dili mükəmməl qrammatik quruluşa, zəngin lüğət tərkibinə ifadə vasitələrinə malikdir. Bununla yanaşı, dilimizin hüdudsuz imkanlarından yetərincə düzgün istifadə edilməməsi halları hələ kifayət qədər geniş yayılıb. Televiziya radio kanallarında, internet resurslarında, mətbu nəşrlərdə reklam daşıyıcılarında ədəbi dilin normalarının kobud şəkildə pozulması, leksik qrammatik qaydalara əməl edilməməsi, məişət danışığından istifadə olunması, əcnəbi söz ifadələrin yersiz işlədilməsi az qala adi hala çevrilib. Bu sahədə hüquqi tənzimləmənin daimi nəzarətin olmaması dil pozuntularının azaldılması aradan qaldırılması istiqamətində təsirli tədbirlər görməyə imkan vermir. Məhz bu təsirli tədbirləri görmək üçün ölkə başçısı tərəfindən imzalanan sözügedən Fərmana əsasən Azərbaycan Respublikasının dövlət dilinin tətbiqinə nəzarət edən, kütləvi informasiya vasitələrində, internet resurslarında reklam daşıyıcılarında ədəbi dil normalarının qorunmasını təmin edən, dövlət büdcəsindən maliyyələşənAzərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzipublik hüquqi şəxs yaradılması öz əksini tapdı.

Şübhəsiz ki, “Azərbaycan dilinin saflığının qorunması dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqındaFərman ana dilimizin qorunması inkişafına diqqət qayğının bariz nümunəsidir. Digər tərəfdən, sözügedən Fərman Azərbaycan dilinin tətbiqi sahəsində hüquqi tənzimləmənin daimi nəzarətin təmin edilməsinə, mövcud nöqsanların pozuntuların aradan qaldırılmasına xidmət edir.

Bütövlükdə, dövlət dilinin istifadəsi dairəsinin genişləndirilməsi saflığının qorunması sahəsində mövcud problemlərin mütəmadi olaraq öyrənilməsi, monitorinqinin aparılması nöqsanların aradan qaldırılması diqqət mərkəzindədir.

Azərbaycan dilini qorumaq gələcək nəsillərə çatdırmaq hər birimizin ən ali borcudur. Eyni zamanda, Azərbaycan dilinin tətbiqi dairəsinin genişləndirilməsi saflığının qorunması mühüm vəzifələrdən biri kimi müəyyənləşdirilib. Bu istiqamətdə davamlı xarakter daşıyan mühüm tədbirlər həyata keçirilir səmərəli nəticələr əldə olunur. Bütün bu işlərə görə, Azərbaycan dilinin saflığının qorunmasını daim diqqətdə saxlayan, ana dilimizin keşiyində duran dövlətimizə dövlətimizin başçısına böyük minnətdarlığımızı bildiririk.

 

Səs.- 2019.- 1 avqust.- S.8.