Azərbaycan təşkilatçılıq
qabiliyyətini bir daha nümayiş etdirdi
Dövlət başçısının
sərəncamları ilə
UNESKO-nun Ümumdünya İrs
Komitəsinin 43-cü sessiyasının
yüksək səviyyədə
təşkili və keçirilməsində fəal
iştirak etmiş şəxslər fəxri
adlara layiq görülüblər
Bu gün
beynəlxalq əhəmiyyətli
tədbirlərin keçirildiyi
məkana çevrilən
Azərbaycan mədəniyyətlərarası
dialoqa töhfələrini
verir. Bu, Azərbaycan
mədəniyyət diplomatiyasının
təntənəsidir. Ölkəmizdə beynəlxalq tədbirlərin
keçirilməsi, dinindən,
irqindən asılı
olmayaraq, saysız insanların Azərbaycana səfəri bu diyarın sivilizasiyaların
qovuşuğunda yerləşdiyinə
əsaslanır. Beynəlxalq səviyyəli
tədbirlərin burada
keçirilməsi dünya
dövlətləri tərəfindən
ölkəmizə ayrılan
rəğbətin də
göstəricisidir. Müxtəlif
məzmunlu tədbirlərə
Azərbaycanın ev sahibliyi etməsi ölkəmiz üçün fərəhləndirici
məqamdır. Ölkəmizin durmadan artan beynəlxalq nüfuzu və mədəniyyətlərarası
dialoq Azərbaycanın
beynəlxalq tədbirlərin
mərkəzinə çevrilməsinə
dəlalət edir.
Bütün bunlar Azərbaycan
dövlətinin sülhsevər
olduğunu və multikulturalizm siyasətini dünya ictimaiyyətinə
təqdim edir.
Müasir dünyanı narahat edən məsələlər
də ölkəmizdə
müzakirə olunur. Dünyada baş
verən qlobal dəyişikliklərlə bağlı
yaranmış çətinliklərin
aradan qaldırılması
yollarının müzakirəsi
baxımından keçirilən
tədbirlərdə ölkələrin
təmsilçiləri və
fərqli fikirli insanlar arasında daha böyük anlaşmanı təmin etmək kimi böyük bir missiya həyata keçirilir. Qütbləşən dünyada əhatəli və sülhsevər cəmiyyətlərin necə
qurulması yolları
müzakirə edilir.
Təbii
ki, hər məsələnin mərkəzində
insan amili dayanır və bəşəriyyətdə olan
insanların rifahın
yüksək olması
vacib məsələlərdəndir.
AZƏRBAYCAN
ÜÇÜN MÜHÜM ƏHƏMİYYƏTƏ
MALİK QƏRARIN QƏBUL OLUNMASI ÖLKƏMİZİN
UNESKO İLƏ TƏRƏFDAŞLIQ
MÜNASİBƏTLƏRİNİN YÜKSƏK
SƏVİYYƏDƏ İNKİŞAF ETDİYİNİ
GÖSTƏRİR
Bu günlərdə
paytaxtımızda keçirilən
UNESKO-nun Ümumdünya İrs
Komitəsinin 43-cü sessiyası
da Azərbaycanın dövlət siyasətinin
əsas istiqamətlərindən
biri olaraq milli-mənəvi dəyərlərin,
tarixi-mədəni irsin
qorunması və təbliği ilə yanaşı, beynəlxalq
səviyyədə dünya
irsinin müdafiəsi
və mühafizəsinə
dəstək vermiş
oldu. 2013-cü ildə
UNESKO-nun Qeyri-Maddi Mədəni
İrsin Qorunması üzrə Hökumətlərarası
Komitəsinin 8-ci sessiyasına
uğurla ev
sahibliyi edən Azərbaycanda eyni müvəffəqiyyətlə hər iki ildən
bir UNESKO-nun rəsmi tərəfdaşlığı ilə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir.
Ümumdünya İrs
Komitəsinin 42-ci sessiyasında
qəbul edilmiş qərara əsasən, Azərbaycan bu mötəbər qurumun növbəti sessiyasına
ev sahibliyi
etmək hüququ əldə edib. Azərbaycan üçün mühüm
əhəmiyyətə malik
belə bir qərarın qəbul olunması ölkəmizin
UNESKO ilə tərəfdaşlıq
münasibətlərinin yüksək
səviyyədə inkişaf
etdiyini göstərir.
Məlumdur ki, Prezident İlham Əliyev iyunun 30-dan iyulun 10-dək davam edəcək sessiyanın Bakıda layiqincə keçirilməsini
təmin etmək məqsədilə müvafiq
Sərəncam imzalamışdır.
Bununla da, UNESKO-nun Ümumdünya
İrs Komitəsinin
43-cü sessiyasının Bakıda
yüksək səviyyədə
keçirilməsi təşkil
olundu. UNESKO-nun Ümumdünya
İrs Komitəsinin
43-cü sessiyası zamanı
Bakıda 45 qərar qəbul edildi və 29 irs
nümunəsi siyahıya
salındı. Qəbul edilən
qərarlar dünya mədəni irsinin qorunmasına, gələcək
nəsillərə çatdırılmasına
töhfə verəcək.
Azərbaycanın "Xan Sarayı
ilə birgə Şəkinin tarixi mərkəzi" adlı
nominasiyasının UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi xalqımızın
beynəlxalq aləmdə
daha bir mədəni və siyasi qələbəsi, eyni zamanda, dünya
mədəniyyətinə verdiyi
xüsusi töhfənin
beynəlxalq miqyasda növbəti təsdiqi oldu.
Azərbaycan dəfələrlə
olduğu kimi, bu dünya miqyaslı
tədbirə də ən yüksək səviyyəli təşkilatçılıqla
ev sahibliyi
etdi. UNESKO-nun Ümumdünya
İrs Komitəsinin
43-cü sessiyasının Bakıda
keçirilməsi Azərbaycan
Prezidenti İlham Əliyevin rəhbərliyi
altında yürüdülən
uğurlu xarici siyasətin, Birinci vitse-prezident və
UNESKO-nun Xoşməramlı Səfiri Mehriban xanım Əliyevanın dəstəyi və qayğısı nəticəsində
bu təşkilatla tərəfdaşlığın yüksək səviyyədə
inkişafının göstəricisi
kimi çox yüksək qiymətləndirilir.
Bu kimi tədbirlərin
ölkəmizdə keçirilməsi
dünya ictimaiyyətində
Azərbaycana olan etibarın və inamın parlaq nümunəsidir. Bakıda
keçirilən sessiyaya
ölkəmiz yüksək
səviyyədə ev sahibliyi etdi və təşkilatçılıq
qabiliyyətini bir daha nümayiş etdirdi.
Dövlət başçısı UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının
Bakıda təşkili
və keçirilməsində
fəal iştirak etmiş şəxslərin
təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, 2019-cu il 30
iyun–10 iyul tarixlərində
UNESKO-nun Ümumdünya İrs
Komitəsinin 43-cü sessiyasının
Bakı şəhərində
yüksək səviyyədə
təşkili və keçirilməsində, həmçinin
Şəki şəhərinin
tarixi mərkəzi ilə birgə Şəki Xan Sarayının Dünya İrs Siyahısına salınmasında fəal iştirak etmiş şəxslər "Vətənə
xidmətə görə"
ordeni, "Tərəqqi"
medalı "Azərbaycan
Respublikası Prezidentinin
fəxri diplomu" ilə təltif ediliblər.
Nəzakət ƏLƏDDİNQIZI
Səs. - 2019.-3 avqust.- S.5.