Heydər Əliyev Fondu dostluğun və əməkdaşlığın inkişafına önəm verir

 

Bu gün Azərbaycanda, eləcə də, onun hüdudlarından kənarda fəaliyyəti ilə tanınan və nüfuz qazanan Heydər Əliyev Fondu əsrimizin qabaqcıl və humanizm prinsiplərini bəşər övladına təqdim etmək gücündə olan qurum kimi beynəlxalq miqyasda hörmətlə qarşılanır. Fondun fəaliyyəti dövründə həyata keçirilən genişmiqyaslı layihələr insanların ictimai-mədəni, sosial həyatının yüksəldilməsi və inkişafı baxımından, birmənalı olaraq, çoxsaylı insanların həyat tərzində dönüş yaradıb. Hər bir addımı böyük təntənəyə səbəb olan fond, xüsusilə, humanitar missiyada fəaliyyət proqramının həyata keçirməklə bütün yaş həddində olan vətəndaşların qayğı və problemlərin təminatçısına çevrilib.

Belə ki, ölkə ərazisində uşaq bağçalarının, orta məktəblərin, səhiyyə müəssisələrinin təmir və inşası, eləcə də, əqli və fiziki cəhətdən zəif, qüsurlu olan uşaqlara, yaşlı və kimsəsiz insanlara maddi və mənəvi dayaq olması, şəkərli diabet, böyrək çatışmazlığından əziyyət çəkənlərə pulsuz və yüksək səviyyədə yardım və kömək göstərilməsi Heydər Əliyev Fondunun, qısa bir zaman məsafəsində, gördüyü işlərin təntənəsi kimi qəbul olunur. Bunların hər biri fondun, qısa zamanda, məqsəd tək qarşıya qoyduğu amalın reallaşması nəticəsində baş tutub. Millət və dövlət maraqları baxımından, müstəsna əhəmiyyətə malik bir sıra layihələri uğurla gerçəkləşdirərək cəmiyyətdə mərhəmət və xeyirxahlığın ali ünvanına çevrilmiş Heydər Əliyev Fondunun qarşıya qoyduğu hər bir xoş məram, ilk növbədə, Ümummilli Liderin ali ideallarını özündə ehtiva edir.

Firavanlığı yaratmaq, həyat tərzində sağlam mühiti formalaşdırmaq, insanların fiziki sağlamlığına diqqət yetirmək, sülhün, əmin-amanlığın çarçısına çevrilmək, müasir dövrün tələblərinə və gələcəyin təminatı olan təhsilə, elmə böyük diqqət ayırmaq, fondun məqsədi olaraq, özünü büruzə verir.

İctimai, mesenatlıq və xeyriyyəçilik əməlləri, xalqlar arasında dostluğun möhkəmlənməsi, sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyət, qayğıya ehtiyacı olan uşaqlara, təhsilə diqqət və s. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Azərbaycanın Birinci Xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı Səfiri Mehriban xanım Əliyevanın humanizm prinsiplərindən qaynaqlanır. Onu da vurğulayaq ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən layihələr ölkələr arasında əməkdaşlığın inkişafında əhəmiyyəti ilə seçilir. Bu gün deyə bilərik ki, dünyanın bütün ölkələrində fondun həyata keçirdiyi layihələrə münasibət yüksəkdir. Mehriban xanım Əliyevanın dünyanın bir sıra nüfuzlu mükafatlarına layiq görülməsi də elə bu bəşəri dəyərlərə münasibətinin və fəaliyyətinin nəticəsidir. Azərbaycanın Birinci Xanımı sivilizasiyalararası dialoqa töhfə verməklə yanaşı, məktəblərin tikintisinə, dini məbədlərin bərpasına da köməklik göstərir. Mehriban xanım dostluğun, əməkdaşlığın inkişafı naminə diqqət yetirdiyi sahələrin hər biri Onun fəaliyyətinin yüksək səviyyədə olduğundan xəbər verir. Humanist, xeyriyyəçi layihələrilə dünya miqyasında tanınan və birmənalı olaraq, belə aksiyaların təşəbbüskarı kimi nüfuz qazanan Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva çoxşaxəli fəaliyyəti, layihələri ilə beynəlxalq aləmdə əks-səda doğurub.

 

FONDUN XARİCİ  ÖLKƏLƏRDƏ ƏHƏMİYYƏTLİ LAYİHƏLƏRİ ƏMƏKDAŞLIĞI DAHA DA DƏRİNLƏŞDİRİR

 

Ölkələr arasında qarşılıqlı əlaqələrin yüksək olduğu bir zamanda, Azərbaycan və Pakistan arasında dostluq münasibətlərinin daha da dərinləşməsində Heydər Əliyev Fondunun müstəsna rolunu qeyd etməliyik. Mehriban xanım Əliyeva çıxışlarının birində vurğulamışdır ki, Heydər Əliyev Fondu tərəfindən bir sıra mühüm layihələr və xeyriyyə proqramları Pakistanın müxtəlif yerlərində icra olunur: “Çox fərəhlənirik ki, birinci layihəmiz - Müzəffərabadda 2005-ci ilin oktyabrında güclü zəlzələ nəticəsində dağılmış qızlar məktəbinin tikintisi çox uğurlu olmuş və gələcək əməkdaşlığımız üçün yaxşı əsas yaratmışdır”.

Mehriban Əliyevanın təşəbbüsü ilə zəlzələdən ən çox dağılan bölgələrdən olan Müzəffərabadın Rara bölgəsində 500 şagirdlik qızlar məktəbi tikilib. Xatırladaq ki, Heydər Əliyev Fondu tərəfindən Pakistanda silsilə humanitar yardımlar proqramı çərçivəsində “Edhi Home” kimsəsizlər evində sığınacaq tapan uşaqlara tibbi baxış və Hepatit B virusuna qarşı peyvəndləşdirmə aparılmış, Peşavər şəhərində “Akbar Careserebral iflic institutunda imkansızlar üçün pulsuz müayinə təşkil edilmişdir. Eyni zamanda, Xayber Paxtunxva əyalətinin Laki Marvat şəhərinin qadın və uşaq xəstəxanasında açıq ürək əməliyyatları aparılmış, Hamza Fondu (Peşavər) üçün müasir qanköçürmə avadanlığı, laboratoriya ilə təchiz edilmiş təcili tibbi yardım maşını və iki min qanköçürmə paketi alınmış, Xayber Göz Fondunun yeni binasının tikintisi üçün maddi yardım göstərilib.

Fondun Pakistanda həyata keçirdiyi layihələrin Azərbaycan və Pakistan xalqlarının dostluq və qardaşlıq münasibətlərinin inkişafına öz töhfəsini verir.

Azərbaycan-Pakistan dostluq və qardaşlıq əlaqələri səmimi münasibət və möhkəm təməllər üzərində qurulub. Mehriban xanım Əliyeva tərəfindən icra olunan sosialhumanitar layihələr onun Pakistana dair səmimi münasibətinin təzahürüdür.

Heydər Əliyev Fondunun Azərbaycanda və xarici ölkələrdə həyata keçirdiyi humanitar layihələr çərçivəsində Cibuti Respublikasına tibbi avadanlıqlar göndərilib. Cibuti Mərkəzi Xəstəxanasının pediatriya şöbəsi 10 adda tibbi avadanlıqla təmin olunubbu aksiya ölkənin səhiyyə sisteminin inkişafına, eləcə də, ikitərəfli münasibətlərin genişlənməsinə öz töhfəsini verir.

Fondun xarici ölkələrdə tarixi-mədəniyyət abidələrinin bərpası və yeni mədəniyyət obyektlərinin inşası sahəsində fəaliyyətini də qeyd etməliyik. Gürcüstanın Tbilisi şəhərində Azərbaycanın görkəmli şəxsiyyətlərinin - Mirzə Şəfi Vazehin, Mirzə Fətəli Axundovun, Həsən bəy Ağayevin və Fətəli xan Xoyskinin qəbirüstü abidələrinin yenidən qurulması və xiyabanın yaradılması, 2007-ci ildə Parisdə Versal Sarayının parkındakı ümumbəşəri abidələrin bərpası, 2008-ci ildə Luvr Muzeyinin bərpası, İkinci Dünya müharibəsi zamanı yanmış və dağıdılmış Berlin qəsrinin bərpası, Romanın Villa Borgeze Parkında Nizami Gəncəvinin abidəsinin ucaldılması, Vatikanda Roma katakombalarının bərpası, Moskvada M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının atriumunda Azərbaycanın görkəmli yazıçısı, filosofuhumanisti Mirzə Fətəli Axundovun abidəsinin ucaldılması, Parisdə Azərbaycan Mədəniyyət Mərkəzinin yaradılması, Romada Kapitolini MuzeyininFilosoflar zalı”nın təmirini misal göstərmək olar.

 

FONDUN CƏMİYYƏTDƏ VƏ XARİCDƏ ARTAN NÜFUZUNUN İFADƏSİ

 

Görülən buya digər işlərin, davamı olaraq, Heydər Əliyev Fondunun dəstəyi ilə Bosniya və Herseqovinanın Kotor Varoş şəhərində inşa olunan Təcili Tibbi Yardım Mərkəzinin yeni binası açılıb. Bu, BosniyaHerseqovina ilə Azərbaycan arasında dərin qarşılıqlı münasibətlərin - dostluğun göstəricisidir. Fondun reallaşdırdığı bu layihələr ölkələrimiz və xalqlarımız arasında əlaqələrin genişlənməsinə şərait yaradır. Fondun xeyriyyəçilik fəaliyyətinin nəticəsi olaraq, Kotor Varoş şəhərində istifadəyə verilən və müasir avadanlıqla təmin edilən Təcili Tibbi Yardım Mərkəzi yerli əhali üçün mühüm töhfədir. Bu mərkəz, son dövrlər ərzində, Kotor Varoşda ərsəyə gətirilən ən müasir və yüksək standartlara cavab verən tikinti layihəsidir və yerli əhalinin həyat keyfiyyətinin yaxşılaşdırılmasında mühüm rol oynayacaq.

Strasburq kafedralının XIV əsrə aid olan beş pəncərəsi bərpa edilmişdir. 1320-1340-cı illərdə salınmış vitraj şüşələrinin üzərində Müqəddəs Məryəmin və İsa peyğəmbərin həyatı əks olunub. Heydər Əliyev Fondu Fransanın müxtəlif regionlarındakı 20-dək kilsənin bərpasına maliyyə yardımı ayırmışdır.

Mehriban xanım Əliyeva dünya ölkələrindəki buya digər fəaliyyətinə görə, o, Fransanın “Şərəf Legionu ordeni, Küveytin “Fəxri diplomu, Polşanın “Xidmətlərə görə” ordeni, Serbiyanın “Sretenordenis. ilə təltif edilib. Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseyn tərəfindən Azərbaycanın Birinci Xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya Pakistanın ali dövlət mükafatı - “Hilal-e-Pakistanordeninin təqdim edilməsi də, məhz gördüyü işlərə verilən qiymət idi.

Həyata keçirilən xeyirxah işlər Ulu Öndər Heydər Əliyev ideyalarına sədaqətin, habelə, bu gün Vətən, xalq naminə aparılan məqsədyönlü siyasətə dəstək vermək istəyinin əməli təzahürü olmaqla yanaşı, həm də fondun cəmiyyətdə və xaricdə artan nüfuzunun ifadəsidir.

Mehriban Əliyeva gördüyü işlərlə Azərbaycan qadınının xeyriyyəçi, mərhəmətli, ictimai-siyasi fəaliyyətdə olan bir varlıq olduğunu dünya ictimaiyyətinə bir daha sübut edir. Ölkəmizdən kənarda apardığı xeyriyyəçilik işləri Azərbaycan qadınının humanizm, mərhəmət kimi dəyərlərə malik olduğunu, dövlət strukturlarında, siyasi arenada və digər sahələrdə Azərbaycan qadınının istedadlı mütəxəssis kimi fəallıq göstərdiyini nümayiş etdirir.

 

Nəzakət ƏLƏDDİNQIZI

 

Səs.- 2019.-2 avqust.- S.3.