Müdriklik zirvəsi:
Çimnaz Əliqızının
70 illik həyat yolu
Portret, yaxud yubiley
yazıları yazmaq çətindir, hətta çox;
düşünürəm ki, elə hamı
üçün. Ona görə ki,
bir ömrü kiçik bir yazıya sığışdırmaq,
həyatının bütün
məqamlarını orada
bütünlüklə ifadə
etmək, ömrün
hansısa məqamlarını
unutmamaq… Çox çətindir. İllah da ki, həmin
adam elm, sənət, mədəniyyət
adamı ola.
Folklorşünas alim, Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnsitutunun hazırda təqaüddə olan elmi işçisi Çimnaz Əliqızıdan
bəhs edəcəyik.
O Çimnaz Əliqızıdan ki, bütün şüurlu fəaliyyətini folklorşünaslığın
və mədəniyyətimizin
inkişafına həsr
edirb.
Çimnaz Əliqızı
kimdir?
Qəhramanımız 1 sentyabr 1949-cu ildə Naxçıvanda anadan olub. Orta təhsilini
Naxçıvan şəhər
1 saylı orta məktəbində, ali təhsilini isə Azərbaycan Dövlət Universitetində (indiki BDU)
alıb. Azərbaycan dili və ədəbiyyatı
fakültəsini bitirən
Çimnaz Əliqızı
əmək fəaliyyətinə
hələ tələbə
olduğu illərdən
başlayıb.
Özünün dediyinə görə, ədəbiyyatçı olmaq
arzusu olmayıb, lakin taleyin işi
elə gətirib ki, o bu sahədə
püxtələşməli olub: “Ən böyük arzum həkim olmaq idi. Orta məktəbi
bitirəndən sonra sənədlərimi Azərbaycan
Tibb İnsitutuna versəm də, tale üzümə gülmədi. Növbəti
il qohumlarım təklif etdilər ki, sənədlərimi Azərbaycan Azərbaycan Dövlət Universitetinin Kimya və Biologiya
fakültəsinə verim.
O zaman bu fakültələrə sənədi
ixtisas üzrə götürürdülər. Bu
səbəbdən həmin
fakültəyə sənəd
verə bilmədim”.
Çimnaz xanım
ərz edir ki, əlində Ədəbiyyat muzeyinin arayışı olub. O zamanlar Bakıya gəlmək elə də asan deyildi.
Anamın dayısı
rəhmətə getmişdi
və mən anamla birlikdə paytaxta gəlmişdim. Yeganə yolum qalmışdı: Filologiya
fakültəsinə sənəd
vermək. Daxili intuisiyam deyirdi ki, sən bütün
imtahanlardan kəsiləcəksən:
“Sözün açığı
könlümdən də
deyildi. Bütün imtahanlara anamla birlikdə gedirdik. Özüm də gözləmədiyim halda
bütün imtahanlardan
yüksək qiymətlər
aldım və Filologiya fakültəsinə
qəbul olundum.”
“Mən elə
bilirdim insan özü öz taleyini müəyyən edir. Necə deyərlər, “sən
saydığını say,
gör fələk nə sayır” misalında olduğu kimi, hər şey fərqli məcrada inkişaf etdi” deyən Çimnaz xanımın sözlərinə görə,
bu fakültəyə
qəbul olunması onun həyatında köklü dəyişiklərə səbəb olub: “Hər şey elə ilk günlərdən başladı. Anam da ədəbiyyatçı
idi deyə, bizim qrupun uşaqları
onun başına toplaşdılar. O abituriyentlərin
bütün suallarına
cavab verirdi. Sual verənlərdən biri də Əslixan
idi. Laçınlı
oğlan özünü
qəribə aparırdı.
Sonradan biləcəkdim
ki, onun niyyəti başqa imiş (gülür). Əslixan məndən fərqli olaraq Filologiya fakültəsini sevərək seçmişdi.
Hətta
bu istəyini həyata keçirmək üçün bir neçə il konkursa da düşmüşdü.
İnsitut illərində
hansı dəftərim
əlinə keçsəydi,
ora şeirlər yazır, məndə maraq oyatmağa çalışırdı. Nəhayət
biz 1973-cü ildə evləndik və hazırda iki oğul övladımız
və dörd nəvəmiz var”.
Həyatda yalnız
o adamlar uğur qazanır ki…
Həyatda müəyyən uğurlar qazanmış, özünü təsdiq etmiş insanların keçmişinə nəzər
yetirsən görərsən
ki, əksəriyyətinin
tərcümeyi-halında bir
oxşar cəhət var: çətinliklərdən
törəyən inkişaf.
Çinmaz Əliqızının
da uşaqlıq illəri keşməkeşlli
və dolanbac olub. Atası Bakıda Tibb texnikumunda oxuyurmuş. Atasının qohum-qəbiləsi
təkidlə tələb
edir ki, onu evləndirin. Çünki müharibə
dövrüymüş və
istəyirmişlər ki,
başına bir iş gəlsə, heç olmasa nişanəsi qalsın. Atası böyüklərin
sözünə əməl
edir və Çimnaz xanımın böyük qardaşı
dünyaya gələndən
sonra atasını Mozdok döyüşlərinə
aparırlar.
“Tarix təkrar
olunur” deyiblər. Təsadüfi deyil ki, Çimnaz xanımın anası da oxşar
taleyi yaşayıb. İbtidadi sinifdə oxuyarkən qonşu evlərdən cürbəcür
yemək qoxusu gəlirmiş. Onların evində isə heç nə yox imiş. Çimnaz xanımın anası israrla tələb edir ki, ona plov
bişirsin. Çarəsiz
qadın həyətdə
ocaq qalayır, aşsüzəni gətirir,
çəkilmiş soğanı
bişirir. Axı çətin dövr idi. Qadın qüruru yenə öz sözünü deyirdi. Hər iki valideyni maaşla
dolanan Çimnaz xanım və bacı-qardaşları çox
çətinliklə böyüyüb
başa çatırlar.
1968-1973-cü illərdə
Naxçıvan Mədəniyyət
Nazirliyinin nəzdində
fəaliyyət göstərən
Ədəbiyyat muzeyində
bələdçi, elmiş
işçi, və baş mühafizəçi
işləyir. Ardınca
yolunu Laçın rayonundan salır və Ağanus kənd orta məktəbində müəllim
kimi fəaliyyət göstərir. Daha sonra Naxçivan
Pioner və Məktəblilər Sarayında
kitabxana müdiri, Naxçıvan Vilayət
Həmkarlar İttifaqı
Şurasının Mədəni-kütləvi
tədbirlər şöbəsinin
müdiri, Azərbaycan
Milli Elmlər Akademiyası Folklor İnsitutunda elmi işçi vəzifələrində
çalışır.
Niyə məhz
“Nənəmdən nəvəmə”?..
Dostlarının söylədiyinə görə,
Çimnaz xanım danışdığı lətifələrlə,
çəkdiyi misallarla,
dediyi atalar sözləri ilə, qızlara yemək bişirmək və xalq təbabəti ilə bağlı verdiyi tövsiyyələrlə
çalışdığı kollektivin sevimlisinə çevrilib. Türk xalqları folkloru şöbəsində çalışdığı
vaxtlarda iş yoldaşları ona bildiyi, eşitdiyi nümunələri qələmə
almağı tövsiyyə
edirlər.
Uzun təkidlərdən
sonra Çimnaz Əliqızı “Nənəmdən
nəvəmə” adlı
kitab yazır. Kitabda müəllif başına gələn,
eşitdikləri məqamların
əks olunduğu şeir və hekayələr toplayır.
Naxçıvanda folklor nümunələri,
toy mərasimləri, bayram adətləri, tarixi ənənələri,
fərqli inanclar, tarixi yerlər və adlarının izahı, Qarabağ folkloru, atmaca və öcəşmələr,
uşaq oyunları və s. tarixi faktlar kitabda öz əksini tapır.
Kitab o qədər
sevilir ki, Çimnaz xanım “Nənəmdən nəvəmə”nin
ikinci cildini də buraxır. Bu kitabda isə rəvayətlər, nağıllar,
lətifələr, bayatılar,
uşaq folkloruna dair örnəklər, atalar sözləri, dualar, andlar, xörəklər və onların hazırlanma qaydaları, Naxçıvana
aid dialektoloji lüğət, Balaxatın
nənənin söyləmləri
yer alır. Kitabın redaktorları – filologiya üzrə fəlsəfə
doktoru İlkin Rüstəmzadə və
Aynur Qəzənfərqızı
öz xatirələrində
yazırlar ki, bu kitab tarixi
ənənələrin qorunub
saxlanması, gələcək
nəsillərə ötürülməsi
baxımından nadir kitablardandır.
Müdriklik yaşı:
70
70 yaş müdriklik
yaşıdır deyiblər.
Hər bir insanın dünyaya gəlişi , həyat və fəaliyyəti müəyyən missiya ilə əlaqədardır.
Bu mənada hər kəs yaşadığı dövrdə
Tanrı tərəfindən
ona həvalə olunmuş missiyanı həyata keçirmiş olur. Bəşəri duyğularla yaşayan,
xalqına, millətinə
layiqli övlad olmağa çalışan,
onun yolunda hər cür fədakarlığa hazır
olan insanlar Tanrı tərəfindən
ona həvalə olunmuş missiyanı səssiz-küysüz icra
edir və bundan xüsusi zövq alırlar.
Çimnaz Əliqızı bütün həyatını
və şüurlu fəaliyyətini milli-mənəvi
dəyərlərin təbliğinə,
gənclərin vətənpərvərlik
ruhunda tərbiyəsinə,
adət-ənənələrimizin gənc nəslə ötürülməsinə həsr
edib.
O, dəyərli ziyalı, nəcib insan, qayğıkeş ana və ən
nəhayət xalqına,
millətinə, dövlətinə
bağlı vətəndaşdır!
Yubiley yaşın
mübarək, dəyərli
insan!
Səs.-
2019.- 29 iyul.- S.12