Azərbaycanın möhtəşəm inkişafı anti-azərbaycançı,
ermənipərəst dairələri
narahat edir və onlar məhz
radikal ünsürlər
vasitəsilə ölkəmizdə
sabitliyi pozmağa cəhd göstərirlər
Milli Məclisin
deputatı Tahir Süleymanov www.yap.org.az saytına
müsahibə verib:
- Azərbaycanın dinamik inkişafı və beynəlxalq nüfuzunun mütəmadi
olaraq artması bəzi dairələr tərəfindən qısqanclıq
və narahatlıqla qarşılanır. Həmin
anti-Azərbaycan dairələri
ölkəmizə qarşı
qarayaxma kampaniyası aparır, ikili standartlara əsaslanan qərəzli yanaşma nümayiş etdirirlər.
Bununla bağlı fikirləriniz nədən
ibarətdir?
- Yüksək iqtisadi inkişafa malik, yerləşdiyi regionun lider dövləti olan Azərbaycanda bütün
sahələrdə uğurlar
əldə edilib. Bunun nəticəsidir ki, bölgənin əsas iqtisadi-siyasi aktoru sayılan Azərbaycan istər daxili sabitliyinə, istərsə
də beynəlxalq nüfuzuna görə seçilir. Ölkəmizdə
vətəndaşların rifah
halının yaxşılaşması,
aztəminatlı ailələrin
sosial müdafiəsinin
gücləndirilməsi istiqamətində
davamlı tədbirlər görülür.
Atılan addımlar və
sosial sahədə ardıcıl şəkildə
həyata keçirilən
layihələr isə
onu göstərir ki, Azərbaycan hökuməti əhalinin maddi rifah halının
yaxşılaşdırılması üçün güclü
maliyyə imkanlarına
və islahatları dərinləşdirmək iradəsinə
malikdir.
Eləcə də bu gün
demokratik prinsiplərin
inkişafına, bu prinsiplərə sədaqətinə
görə ölkəmiz
postsovet məkanında
birinci, dünyanın
ən aparıcı dövlətləri arasında
isə öncül sırada dayanır. Demokratik təsisatların inkişafına
xüsusi diqqət yetirən Azərbaycan hakimiyyəti ölkəmizdə
gedən siyasi proseslərdə, o cümlədən
insan haqlarının qorunması məsələsində
hər zaman şəffaflığı, qanunun
tələblərinin qorunması
prinsipini əsas tutur.
Cənab Prezident İlham
Əliyev Özünün
15 illik prezidentliyi dövründə, ilk növbədə, Ümummilli
lider Heydər Əliyev tərəfindən
təməli qoyulmuş
vətəndaş birliyi
platformasına söykənərək
daxili ictimai-siyasi sabitliyi daha da möhkəmlədib, əhalinin təhlükəsizliyini,
insanların əsas hüquq və azadlıqlarını,
ölkənin əmin-amanlığını
təmin edib, vətəndaşların rifah
halının getdikcə
yüksəlməsinə nail
olub. Hazırda tərəddüd etmədən söyləmək
olar ki, daxili milli-vətəndaş
birliyi, hakimiyyətin yürütdüyü siyasətin
geniş əhali tərəfindən dəstəklənməsi
əsasında bərqərar
olmuş möhkəm
ictimai-siyasi sabitlik əmsalına görə
Azərbaycan dünyada
ilk sıralarda dayanır. Prezident İlham Əliyevin apardığı gələcəyə
yönəlik və dərin təhlillərə
əsaslanan iqtisadi və xarici siyasəti nəticəsində
Azərbaycan iqtisadi potensialını daha da artırır və öz iqtisadi maraqlarının Avrasiya regionunda təmin olunması yolunda əhəmiyyətli
nəticələr əldə
etməkdədir. Dövlət
başçısı tərəfindən
aparılan uzaqgörən
xarici siyasət nəticəsində Azərbaycan
regionda ən etibarlı, sözü və əməli üst-üstə düşən
dövlət kimi öz mövqelərini daha da möhkəmləndirib.
Təbii ki,
bu uğurların fonunda müəyyən beynəlxalq dairələr,
qurumlar, anti-azərbaycançı
mərkəzlər və
erməni lobbisi çox narahatlıq keçirir. Ona görə də vaxtaşırı olaraq bəzi qurumlar tərəfindən qərəzli
qətnamələr qəbul
olunur, erməni lobbisinin təsirində olan avropalı siyasətçilər ölkəmizin
əleyhinə bəyanatlar
verirlər. Bütün
bunlar məqsədli şəkildə həyata
keçirilir ki, ölkəmizin artan beynəlxalq nüfuzuna zərbə vurulsun, dünya dövlətləri
Azərbaycana etimad etməsinlər. Amma hər zaman belə planlar fiaskoya uğrayıb. Son vaxtlar yenə
də həmin qüvvələr fəallaşmağa
başlayıblar. Amma
hər zaman olduğu kimi, bu dəfə də məqsədlərinə
çata bilməyəcəklər.
- Anti-Azərbaycan dairələrin sifarişlərini
yerinə yetirən antimilli ünsürlər,
yəni ölkəmizdəki
“beşinci kolon” nümayəndələri də
Azərbaycanda sabitliyin
pozulmasına çalışır,
mitinq adı altında təxribatçı
hərəkətlərə yol verirlər. Bu fakt özlüyündə
nəyi ifadə edir?
- Azərbaycanda radikal müxalifət düşərgəsində cəmləşənlərin
daim milli maraqlara zidd mövqe sərgiləmələri,
özlərinin korporativ
maraqlarını hər
şeydən önə
çəkmələri cəmiyyətdə
onlara qarşı adekvat münasibət formalaşdırıb. Bu gün ölkəmizdə
insanlar radikallara açıq şəkildə
“yox” deyərək özünün məqsədyönlü
siyasəti ilə Azərbaycanı dinamik inkişaf relsləri üzərinə çıxaran
iqtidarla həmrəylik
nümayiş etdirirlər.
Dağıdıcı ünsürlərin
düzənlədiyi hər
bir tədbir isə cəmiyyətimizin
onlara olan mənfi münasibətini
növbəti dəfə
açıq şəkildə
ortaya qoyur. Radikal müxalifət cəmiyyətə yeni, faydalı, konstruktiv heç nə təklif edə bilmir.
Uzun illərdir ki,
düşüncə tərzində,
məsələlərə yanaşmasında dəyişiklik
edə bilməyən
radikal müxalifət
düşərgəsinin xarici
antimilli mərkəzlərin
sifarişləri əsasında
“fəaliyyət proqramı”
qurması hər kəsə bəllidir.
Bu mənada, dağıdıcıların mövsümi
olaraq “qabarma-çəkilmə”
proseslərinə məruz
qaldığı da göz önündədir.
Belə ki, illərdir anti-azərbaycançı
dairələrin direktivləri
əsasında birləşən-ayrılan,
küsən-barışan, aksiya keçirən radikal ünsürlərin
mövqeyi, məqsədi
ortada olub. Ancaq antidemokratik çağırışlarla
yadda qalan, Azərbaycanın dövlət
maraqlarına düşmən
kəsilən, xarici qüvvələrin təsiri
ilə ölkədə
siyasi sabitliyi pozmağa çalışan
və hər addımda yalnız korporativ maraqlarını düşünən radikal
ünsürlər əsl
müxalifətçilik missiyasından çox uzaqdadırlar. Məlumdur ki, demokratiyanın
göstəricilərindən biri olan fərqli
düşüncə - müxalifətçilik
hər hansı problemin həlli ilə bağlı alternativ yol göstərmək, məsələlərə
konseptual müstəvidə
yanaşma nümayiş
etdirmək, eləcə
də fərqli məsələlərlə
bağlı konsepsiya irəli sürməkdir. Azərbaycanın radikal müxalifət düşərgəsinə
mənsub olanların məqsədləri isə
yalnız xarici maraqların təminatına,
xəyanətə və
satqınlığa yönəlib.
Qeyd olunmalıdır
ki, bu insanlar
normal, sivil qaydada tədbir keçirmək, ictimaiyyətə
öz fikirlərini, ideyalarını çatdırmaq
qabiliyyətində deyillər.
Çünki hələ
də 1990-cı illərin
qaragüruhçuluq ab-havası
ilə yaşayırlar.
Adını “demokrat” qoymuş
dağıdıcı ünsürlər
keçirdikləri aksiyalar
zamanı çıxışlarında
da cəmiyyətə
yeni, faydalı, konstruktiv heç nə təklif edə bilmirlər. 25 ildən çoxdur dəyişməyən eyni
simalar, eyni şüarlar, eyni populist və mənasız çağırışlar,
əsassız ittihamlar,
yalan vədlər, çıxışçıların
qulaqyorucu səs tembrləri yenidən təkrarlanır. Maraqlıdır ki, min bir
yalanla gəncləri çaşdırmağa niyyətlənən
liderciklər və bunun kimi siyasi
alverlə məşğul
olanlar 1992-ci ildə xalqın, dövlətin başına hansı oyunları açdıqlarını,
ölkənin müstəqilliyini
təhdid altına alacaq təhlükələr
yaratdıqlarını
dilə gətirmirlər.
1992-ci ildə
sadalanan xəyanətlərlə
yadda qalan, bu gün də
dağıdıcılıqdan başqa bir fəaliyyəti olmayan və fərqli xarici maraqların danışan dilinə, əlaltısına çevrilmiş
radikal düşərgə
təmsilçiləri hər
addımda Azərbaycanın
milli mənafeyinə zidd mövqe tuturlar. Milli birliyin daha da gücləndirilməsinə,
siyasi və iqtisadi sabitliyin qorunub saxlanmasına, dövlətçilik və
milli maraqlara xidmət edən siyasi kursun davamlılığına
qarşı “cəbhə”
açmağa cəhd
göstərən, xalqın
iradəsinə qarşı
düşmən mövqe
sərgiləyən radikal
kəsimin əsas
fəaliyyət xətti
isə, qeyd etdiyimiz kimi, məhz ermənipərəst
xarici mərkəzlərin
sifarişləri əsasında
formalaşır.
- Bu gün
sosial şəbəkələrdə
bəzi qruplar tərəfindən Azərbaycan
xalqına və dövlətinə qarşı
təhqiramiz, radikal çağırışların səsləndirilməsi cəmiyyətdə
böyük narazılıq
doğurur. Bu cür hallara qarşı qanunvericilik səviyyəsində hansı
addımlar atılmalıdır?
- Ölkəmizin
əldə etdiyi iqtisadi-siyasi nailiyyətlər,
Azərbaycanda güclü
xalq hakimiyyət birliyinin formalaşması
və bir vəhdət təşkil
etməsi, eləcə
də Dağlıq Qarabağ münaqişəsinin
həlli prosesində əldə olunan hüquqi, hərbi üstünlüklər anti-azərbaycançı,
ermənipərəst dairələri
həddindən çox narahat edir və onlar
məhz radikal ünsürlər vasitəsilə
ölkəmizdəki siyasi
sabitliyi pozmağa cəhd göstərirlər.
Bəzi maraqlı xarici qüvvələrin oyuncağına
çevrilmiş, ölkə
daxilində özünü
“müxalifət” qismində
təqdim etməyə
cəhd göstərən
dağıdıcıların ölkəmizdə bərqərar
olan demokratik prinsiplərə kölgə
salmaq üçün
ermənipərəstlərin “mətbəx”ində hazırlanan
yalanları yaymağa çalışması,
bu məqsədlə aksiyalar keçirməsi isə onların siyasi kimliyini bir daha üzə
çıxarır. Yəni
bu kampaniyalar Azərbaycanın klassik küçə-meydan müxalifətinin
xaricə sığınan
anti-Azərbaycan qüvvələri
ilə birlikdə təşkil etdiyi “ortaq tədbirlər”dir.
Tahir
Süleymanov
Səs.-
2019.- 8 fevral.- S.9.