Əbülfəs Qarayev: “Geniş islahatlar aparılacaq,
ancaq insanların öz işlərini itirməsindən söhbət
gedə bilməz”
Prezident İlham
Əliyevin “Azərbaycan
Respublikası Mədəniyyət
Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi
ilə bağlı tədbirlər haqqında”
15 yanvar 2019-cu il tarixli Fərmanına uyğun olaraq bu sahədə geniş islahatlar aparılacaq.
AZƏRTAC xəbər verir ki, bu
fikirləri mədəniyyət
naziri Əbülfəs
Qarayev Tovuz şəhərində vətəndaşların
qəbulundan sonra mətbuata açıqlamasında
deyib.
Bildirib ki,
aparılacaq islahatlarda,
ilk növbədə,
insan faktoru diqqətdə saxlanılacaq.
“İnsanların öz
işlərini itirməsi,
kimlərinsə işdən
azad olunmasından söhbət gedə bilməz. Aparılan islahatlar mədəniyyət
sahəsində işlərin
təkmilləşdirilməsinə, müasir texnologiyaların
tətbiqinə, ümumilikdə,
işin səviyyəsinin
yüksəldilməsinə xidmət edir”, - deyə nazir qeyd edib.
İki sahil.- 2019.- 9 fevral.- S.3