Sosial şəbəkələr vasitəsilə böhtan kampaniyası aparmaq, insanları təhqir etmək, mənəvi terrora məruz qoymaq yolverilməzdir

 

Milli Məclisin deputatı Eldəniz Səlimov www.yap.org.az saytına müsahibə verib:

- Eldəniz müəllim, bu gün Azərbaycan dünyanın ən dinamik inkişaf edən dövlətlərindən biridir. Ölkəmizin keçdiyi inkişaf yolu haqqında deyə bilərsiniz?

- Ümumiyyətlə, son 15 ildə bütün sahələr üzrə o qədər çoxsaylı uğurlar qazanılıb ki, onlardan günlərlə danışmaq olar. Azərbaycan iqtisadiyyatı bu illər ərzində 3,3 dəfə artıb, 2 milyona qədər yeri yaradılıb. Həmin dövr ərzində Azərbaycan iqtisadiyyatına 250 milyard dollara qədər sərmayə qoyulub. Bu gün Azərbaycan iqtisadiyyatı güclü sahibkarlıq təbəqəsinin formalaşması sayəsində inkişaf etməkdədir. Əgər 2003-cü ildə Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 50 faizini təşkil edirdisə, bu gün ölkəmizin payı 80 faizə yüksəlib.

Prezident İlham Əliyevin uzaqgörən siyasəti, prinsipiallığı beynəlxalq aləmdə böyük nüfuzu sayəsində Azərbaycan dünyanın siyasi iqtisadi məkanında mövqeyini gündən-günə gücləndirir. Azərbaycanın təşəbbüskarı olduğu transmilli layihələr hazırda Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Bakı-Tbilisi-Ceyhan neft kəməri vasitəsilə Xəzər dənizinin enerji resursları region ölkələrinə Avropaya nəql edilir. Son illərdə reallaşdırılan ən mühüm layihələrdən olan, Azərbaycanın təşəbbüsü liderliyi ilə həyata keçirilən, Prezident İlham Əliyevin “XXI əsrin layihəsiadlandırdığı Cənub Qaz Dəhlizi layihəsi isə enerji əməkdaşlığımızı genişləndirərək Azərbaycanı Avropanın böyük təbii qaz təchizatçılarından birinə çevirəcəkdir.

HəmçininDəmir İpək yoluadlandırılan Bakı-Tbilisi-Qars dəmir yolu quru xətlə birbaşa Avropaya çıxış imkanı yaradır. Eyni zamanda, 2018-ci ildə may iyul aylarında Cənub Qaz Dəhlizi TANAP layihələrinin təntənəli açılış mərasimləri keçirildi. Qardaş Türkiyə ilə dostluğun, qardaşlığın, müttəfiqliyin daha bir nümunəsi kimi, ötən ilin payızında “STAR” neft emalı zavodunun tarixi açılış mərasimi düzənləndi ki, bunlar da nəticə etibarı ilə Azərbaycanın regionun bütövlükdə dünyanın enerji təhlükəsizliyinin təminatında əsas aktorlardan birinə çevrildiyini təsdiqlədi.

Uğurlu siyasət nəticəsində əhalinin sosial rifahı da əhəmiyyətli dərəcədə yüksəlib. Dövlət başçısının bu istiqamətdə verdiyi qərarlar xalqımız tərəfindən çox yüksək qiymətləndirilir.

- 2004-cü ildən icrasına start verilən regionların sosial-iqtisadi inkişafı ilə bağlı 3 Dövlət Proqramı uğurla icra edildi. Artıq dördüncü Dövlət Proqramı da qəbul olunub. Bir millət vəkili olaraq, sözügedən Dövlət proqramlarının icrasını necə deyərləndirərdiniz?

- Bu dövr ərzində Azərbaycan regionları başdan-başa gözəlləşdi, simasını dəyişdi, inkişaf etdi. Məhz bu inkişaf nəticəsində Azərbaycanın regionları bu gün dünyanın turizm məkanlarına çevrilməkdədir. Hər il minlərlə, on minlərlə xarici turist Azərbaycanın bölgələrinə, son dərəcədə müasir beynəlxalq standartlara cavab verən istirahət, turizm məkanlarına axın etməkdədirlər. Ümumiyyətlə, 2004-cü ildən etibarən Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları bütövlükdə ölkənin iqtisadi potensialının artırılmasında əhalinin maddi rifah halının yaxşılaşmasında mühüm rol oynadı. Keçən 15 il ərzində 3 Dövlət Proqramının icrası nəticəsində Azərbaycan iqtisadiyyatı 3,3 dəfə artaraq dünya miqyasında rekord göstəriciyə imza atdı. İxracın 4,7 dəfə, valyuta ehtiyatlarımızın isə 24 dəfə artması paralel olaraq iqtisadiyyata 250 milyard dollar investisiya qoyulması nəticəsində Azərbaycan güclü regional iqtisadiyyat qurmağa nail oldu.

Ölkənin dayanıqlı inklüziv inkişafına nail olmaq məqsədilə Prezident İlham Əliyev tərəfindən aparılan geniş islahatlar paketi regionların inkişafına da mühüm təsir edir görülən uğurlu işlərin davam etdirilməsi üçün qəbul edilən yeni 4-cü Dövlət Proqramı da regionların sosial-iqtisadi inkişafını sürətləndirməklə yanaşı, bütövlükdə Azərbaycan iqtisadiyyatının daha sürətli inkişafının təmin edilməsi əhalinin rifah halının daha da yaxşılaşması yönümündə hazırlanmış mühüm Dövlət proqramıdır. Dövlət başçısının da dediyi kimi, ilkin hesablamalara görə, regionların sosial-iqtisadi inkişafına dair dördüncü Dövlət Proqramının icrası üçün ən azı 17 milyard manatdan çox vəsait nəzərdə tutulur. Bir sözlə, dövlət başçısının qeyd etdiyi kimi, bundan sonra da ölkəmiz yalnız inkişaf, tərəqqi qələbələr yolu ilə gedəcək.

- Ölkəmizin uğurlu inkişafından danışdınız. Amma bəzi dairələr Azərbaycan haqqında mənfi rəy formalaşdırmağa çalışırlar. Buna münasibətiniz necədir?

- Bu, çox təəssüf doğurur. Yaxşı olardı ki, ölkəmizdə görülən bu möhtəşəm işləri anti-Azərbaycan dairələrin əlində alətə çevrilən, müstəqil inkişafımıza qarşı həmin dairələr tərəfindən təzyiq, təsir mexanizmi kimi istifadə edilən, edilməyə çalışılan bəzisapı özümüzdən olan baltalarda görsünlər, duysunlar, anlasınlar. Bilsinlər ki, heç kim, heç bir qüvvə artıq Azərbaycanla zor, təzyiq, təhdid, diktə dili ilə danışa bilməz. Bu yöndə cəhdlər yersiz əbəsdir. Atdıqları bumeranq kimi yalnız özlərinə dəyəcək, özlərini əzib keçəcək. Atalar məsəlində deyildiyi kimi, yel qayadan heç apara bilməz bilməyəcək. Ona görə yaxşı olardı ki, onlar da səhvlərini, yanlışlarını, nəhayət, anlasınlar, oyuncaq kimi istifadə edilməkdən qurtulsunlar düz yola gəlsinlər. Yoxsa onlar üçün sonra çox gec olacaq. Sosial şəbəkələr vasitəsilə şər, böhtan kampaniyası aparmaq, insanları təhqir etmək, mənəvi terrora məruz qoymaq yolverilməzdir. Bütün bunların qarşısı qanun çərçivəsində alınmalıdır. Demokratiya, söz azadlığı o demək deyil ki, hər kəs istənilən zaman başqalarını təhqir edə bilər. Bu reallıq dünya ölkələrində narahatlıq doğurur bunun qarşısını almaq üçün lazımi addımlar atılır. Azərbaycanda da bu yöndə tədbirlər görülməlidir.

Səs.- 2019.- 16 fevral.- S.7.