“Kaspi” liseyində Xocalı faciəsi ilə əlaqədar anım tədbiri keçiriib
“Kaspi” liseyinin Ağ şəhər
filialında Respublika Veteranlar Təşkilatının
nümayəndələrinin, Böyük Vətən
müharibəsi veteranlarının, liseyin müəllim və
şagird kollektivinin iştirakı ilə Xocalı faciəsinin
27-ci ildönümünə həsr olunmuş tədbir
keçirilib. SİA-nın məlumatına görə,
əvvəlcə şagirdlərin
Xocalı faciəsinə
həsr edilmiş əl işlərindən
ibarət sərgi nümayiş etdirilib. Sərgidə nünayiş
etdirilən rəsmlər
veteranlarda dərin təəssuratlar oyadıb.
Daha sonra tanınmış
yazıçı, publisist
Hüseynbala Mirələmovun
“Xəcalət” povesti
əsasında hazırlanmış
kompazisiya nümayiş
etdirilib. Şagirdlər
ifaları ilə öz dədə-baba yurdlarından didərgin düşmüş soydaşlarımızın
vətən nisgilini, el-oba həsrətini və düşdükləri
çarəsiziyi gözlər
önünə gətirdi.
Səhnə əsərində
müharibənin yaratdığı
faciələr bir ailənin timsalında verilmiş və qaçqınlığın bu
gün dünyanı narahat edən problemə çevrilməsinə
xüsusi diqqət yetirilmişdir. Kompozisiya yadda qalan olmuşdur.
Tədbirdə Kaspi” Təhsil Şirkətinin təsisçisi
və idarə heyətinin sədri Sona xanım Vəliyeva Xocalı faciəsinin 27-cü ildönümü
ərəfəsində rellaşan
tədbirin məqsədi
barədə məlumat
verib. S.Vəliyeva gənclərimizin, o cümlədən şagirdlərin
Azərbaycan ilə bağlı tarixi həqiqətləri, xalqımıza
qarşı törədilən
faciələri dərindən
bilmələri, milli yaddaşımızın möhkəmlənməsi
baxımından belə
tədbir və görüşlərin
əhəmiyyətini xüsusi
vurğulayıb. Ermənilərin
xalqımıza qarşı
törətdikləri faciələri,
qətliamları “dənizdən
dənizə böyük
Ermənistan” xülyasının
reallaşdırılması planının tərkib hissəsi olduğunu diqqətə çatdırıb.
S.Vəliyeva Xocalı faciəsinin araşdırılmasının və qan yaddaşımıza həkk olunmasının gənclərin milli ruhda yetişməsi baxımından vacibliyini qeyd edərək bildirib ki, hər bir gəncin Vətən, dövlət qarşısında vətəndaşlıq borcu var. Gənclərimiz onların təhsil almaları üçün yaradılan şəraitdən istifadə edib vətənpərvər şəxslər kimi yetişməlidirlər. Onlar ölkəmizin ərazi bütövlüyünün bərpası üçün torpaqlarımızı hər an işğaldan azad etməyə hazır olmalıdırlar.Bu qətliam haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırım kimi tanıdılması üçün məqsədyönlü və ardıcıl işlərin aparıldığını vurğulayan S.Vəliyeva faciəyə ilk siyasi-hüquqi qiymətin ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verildiyini bildirib. Diqqətə çatdırıb ki, 1994-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan parlamenti fevralın 26-sını Xocalı Soyqırımı Günü elan edib. Sonrakı dövrdə də Ulu Öndər Xocalı faciəsi ilə bağlı bir neçə sərəncam imzalayıb. Faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycan dövlətinin, həmçinin Heydər Əliyev Fondunun son illərdə həyata keçirdikləri tədbirlərin əhəmiyyətini xüsusi qeyd edən “Kaspi” Təhsil Şirkətinin təsisçisi ardıcıl fəaliyyət nəticəsində son illərdə dünyanın ondan çox ölkəsinin Xocalı soyqırımını tanıdığını vurğulayıb.Respublika Veteranlar Təşkilatının sədr müavini Cəlil Xəlilov Xocalı soyqırımı haqqında tədbir iştirakçılarına geniş məlumat verib, Soyqırımın tanınmasında dövlətimizin apardığı ardıcıl və məqsədyönlü siyasətdən danışıb. Gələcəkdə belə halların təkrarlanmaması üçün gənclərin elmə təhsilə yiyələnməsinin vacibliyini qeyd edib. “Azərbaycanda gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsinə xüsusi diqqət yetirilir. Torpaqlarımızın işğaldan azad edilməsi üçün Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən ardıcıl və qətiyyətli iş aparılır. Azərbaycanın güclü ordusunun yaradılması, müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, veteranlara qayğı məhz bu fəaliyyətin nəticələridir.Biz düşmənə layiqli cavab verməyi bacarırıq. Belə şərəfli missiyanı isə yalnız vətənpərvər insanlar yerinə yetirə bilər. Bu gün gənclərimizin milli ruhda yetişməsi bizi sevindirir. Veteranlar Təşkilatı da yeniyetmə və gənclərimizin milli mənəvi dəyərlərimizə sədaqət ruhunda yetişmələri üçün ardıcıl işlər görür. Veteranlarla gənclərin görüşləri təşkil edilir, onların vətənpərvər ruhda tərbiyəsi məqsədi ilə əməli tədbirlər həyata keçirilir. Veteranlar məktəblərdə keçirilən hərbi dərslərdə aktiv iştirak edir.
Biz
düşməndən güclüyük və bu gücü
qoruyub daim saxlamaq üçün elmə yiyələnməliyik.
Bunun üçün siz üzərinizə düşən məsuliyyəti
anlamalı və dərslərinizə daha da məsuliyyətlə
yanaşmalısınız”.Sonra Böyük Vətən
müharibəsi veteranı Ulduz Səttarov
çıxış edib. Tarixin ən qanlı müharibəsini görmüş
bir döyüşçü
kimi gənclərə
tövsiyyələr verib.
Onlara vətəni sevməyin vacibliyini bildirib. O həmçinin:
“Biz Böyük Vətən müharibəsində
faşizmi gördük
və onun acılarını yaşadıq.
Faşizmi yer üzündən silmək,
azadlıq və vətən üçün
döyüşdük, canımızı,
gəncliyimizi bu yolda fəda etdik. Müharibə bitdiyində biz faşizmi tamamən məhv edə bilmədik. Daha qəddar olan erməni faşizminin
1992-ci ildə fevralın
26-da bir daha şahidi olduq. Mən sizə qətiyyətlə bildirirəm
ki, Erməni faşizmi daha qəddar və daha amansız olmuşdu. Onarın murdar xislətinin misli bərabəri olmamışdır”.
Sonra Respublika
Veteranlar Təşkilatının
Rəyasət Heyətinin
qərarı ilə Kaspi” liseyinin təhsildə fərqlənən
müəllim və şagirdlərinə fəxri
fərmanlar təqdim olunub, xatirə şəkli çəkdirilib.
Səs.-
2019.- 26 fevral.- S.7.