Sənət tarixində silinməz iz salmış xanəndə

    Dövlət başçısının Sərəncamı ilə Hacıbaba Hüseynovun 100 illik yubileyi qeyd ediləcək

 

Xanəndəlik sənəti ənənələrinin layiqli davamçılarından olan Azərbaycan musiqi sənətinin görkəmli nümayəndəsi, respublikanın xalq artisti Hacıbaba Hüseynov sənət tariximizdə özünəməxsusluğu ilə seçilib. Muğamın tədrisi sahəsində uzun illər səmərəli fəaliyyət göstərib. Belə bir sənətkarın bu il 100 illiyi tamam olur. Onun 100 illik yubileyinin qeyd edilməsi haqqında

Azərbaycan Respublikası Prezidenti Sərəncam imzalayıb. Sərəncama əsasən, muğamı bədii sözü ahəngdar şəkildə uzlaşdırmış, yüksək ifaçılıq mədəniyyətinin parlaq nümunələrini yaratmış sənətkarın 100-cü ildönümünün qeyd olunmasını təmin etmək məqsədi ilə Mədəniyyət Nazirliyi tədbirlər planını hazırlayıb, həyata keçirəcək.

Azərbaycanın musiqi mədəniyyətinin inkişafı təbliğində təqdirəlayiq xidmətləri olan ustad sənətkar mahir ifaçısı olduğu rəngarəng muğamlarla yanaşı, çoxsaylı təsniflər xalq mahnıları ilə musiqisevərlərin qəlbində silinməz iz qoymuşdur.

H.Hüseynov 1919-cu ilin mart ayında Bakı şəhərinin Çəmbərəkənd məhəlləsində, dənizçi ailəsində anadan olmuşdur. Ruhani ailəsində böyümüş, erkən yaşlarında məscidlərdə, yas məclislərində nohə mərsiyyə söyləyərmişdir. 1938-ci ildə xanəndə Zülfü Adıgözəlovun plastinkasını əldə edən H.Hüseynov, onun oxuduqlarını təkrar edir, yamsılıyarmış. Dostları da gənc Hacıbabaya deyərmişlər ki, sən oxuyanda, elə bilirik Zülfü oxuyur. Sənətkarla bağlı olan mənbələrdə göstərilir ki, 1941-ci ildə Böyük Vətən müharibəsinin başlaması ilə, gənc Hacıbaba muğam oxumağa fasilə verib. Öz dediyinə görə, ucadan olmasa da, ürəyində həmişə muğam oxuyarmış. 1945-ci ildə müharibə bitəndən sonra, H.Hüseynovu tarzən Əhməd Bakıxanovla tanış edirlər. Ə.Bakıxanov gənc xanəndənin öz ansamblına işə götürür. O, həmin ansamblda üç il çalışır. Güclü hafizəsi sayəsində eşitdiyi dini musiqi nümunələrini muğamları dərindən mənimsəyir, əruz vəzninin qayda-qanunlarına uyğun olaraq, qəzəllər yazmağa başlayır. Həmin vaxtlarda H.Hüseynov ansamblla çıxış edən xanəndələrdən, musiqiçilərdən, Ə.Bakıxanovdan muğamın incəliklərini öyrənir ömrünün sonuna qədər onu özünün əsas ustadı hesab edir. H.Hüseynov xatirələrinin birində deyir: "Bir gün Zülfü Adıgözəlova söyləyirlər ki, bir cavan oğlan var, nağara ifa edir oxuyur, yaman səni yamsılıyır. Zülfü məni öz yanına Konservatoriyaya çağırdı oxumağımı xahiş etdi. Oxuyub qutarandan sonra dedi ki, yaxşı oxuyursan, amma məni yamsılama. O vaxtdan öz ifa tərzimi seçdim". Onun səs diapozonu o qədər geniş olmasa da, öz tembrinə görə təsirli məlahətli idi. Xanəndənin zəhmətsevərliyi sənət axtarışları nəticəsində, əldə etdiyi ifaçılıq texnikası, poeziya muğamı yüksək bədii zövqlə uzlaşdırma qabiliyyəti muğam biliciləri musiqisevərlər tərəfindən yüksək dəyərləndirlimişdir.

1963-cü ildə Zülfü Adıgözəlovun vəfatından sonra, Əhməd Bakıxanov H.Hüseynovu Azərbaycan Dövlət Musiqi Məktəbində muğamatdan dərs deməyə dəvət edir. Hacıbaba Hüseynov ömrünün sonuna qədər, 30 il ərzində, həmin məktəbdə dərs demiş istedadlı xanəndələr yetişdirmişdir. H.Hüseynovun yaratdığı çoxsaylı təsniflər musiqi irsinə daxil olmuş muğam ifaçılığında geniş yayılmışdır.

H.Hüseynov muğamda oxunan "Rast" muğamının "Üşşaq" "Hüseyni", "Novruz-rəvəndə", digər muğamlarda olan "Şah Xətai" şöbələrinin ilk ifaçısı olub. H.Hüseynovun təşəbbüsü ilə "Bayatı-şiraz" muğamının "Dilruba" şöbəsi dərsliyə əlavə olunub.

Xanəndəlik sənəti yüksək qiymətləndirilib, 1989-cu ildə Azərbaycanın əməkdar artisti, 1990-cı ilin oktyabr ayında xalq artisti fəxri adı ilə təltif olunub.

Onun 1989-cu ildə 70 illik yubileyindən sonra, ilk dəfə xarici səfərə, böyük bir musiqiçi ziyalı heyəti ilə İraqa gedir. 1990-cı ildə Türkiyənin Adana şəhərinə, 1991-ci ildə Fransanın Paris, Marsel, Leon, Monpelye, Belçikanın Brüssel şəhərlərində, İsveçrədə, Hollandiyada konsetrlər verir. Son səfəri 1992-ci ildə İran İslam Respublikasına olur, İranda yadda qalan ifalar edir. Hacıbaba Hüseynov 1993-cü ildə dünyasını dəyişib birinci Fəxri Xiyabanda dəfn olunub.

Xanəndənin zəhmətsevərliyi sənət axtarışları nəticəsində əldə etdiyi ifaçılıq texnikası, poeziya muğamı yüksək bədii zövqlə uzalaşdırma qabiliyyəti muğam biliciləri musiqisevərlər tərəfindən yüksək dəyərləndirilib. O, muğam ustadlarının ənənələrindən bəhrələnərək, bu sənətdə öz dəsti-xəttini yaratmağa nail olaraq, sənət tarixində silinməz iz salmışdır.

 

Zümrüd BAYRAMOVA

Səs.- 2019.- 28 fevral.- S.10