İslam dinində erkən nikah məsələləri
"Erkən nikah
problemi bütün dövrlər üçün
cox ciddi və aktual məsələdir. Bəzən deyirlər
ki, erkən nikah probleminin kökündə adət-ənənə,
savadsızlıq dayanır.
Mən isə bunun kökündə iqtisadi məsələlərin dayandığını
düşünürəm”. Bunu Lent.az-a açıqlamasında
Milli Məclisin Səhiyyə komitəsinin
sədr müavini, Əmək və sosial siyasət komitəsinin üzvü
Musa Quliyev deyib.
Millət
vəkili bildirib ki, qadınlar üçün xüsusilə
rayon yerlərində kifayət
qədər iş yerləri olmalı, peşə hazırlığı
təşkil edilməlidir:
"Valideyn bilməlidir
ki, onun qızı peşəyə
yiyələnib özünə
iş tapacaq. Belə olsa, erkən nikah problemi ciddi surətdə azalacaq. Cənab Prezidentin son dövrlərdə
apardığı siyasət
də buna yönəlib. Rayonlarda xalçaçılıq
sənətinin inkişafı
qadınların məşğuliyyəti
üçün geniş
imkanlar açacaq.
Kənd təsərrüfatı
sektorunun-baramaçılıq, meyvəçiliyin və
s. inkişafı qadınlarımızn
iş tapmasına imkan yaradacaq".
M.Quliyevin dediyinə görə, bu gün təhsil
və səhiyyə sahəsində çalışanların
80 faizi qadınlardır. "Məsələn,
nə üçün
polisdə qadınlar olmasın?Yaxud gömrük sahəsində
sayları az olsun? Bunlara situmul verdikcə,
yaxşı nümunələrin
sayı artdıqca, erkən nikah problemi də aradan qalxacaq. İqtisadi əsaslar yaratmadan qadağa və təbliğatla bu problemin qarşısını
almaq olmaz”.
Millət vəkili əlavə edib ki, hər
bir qadın ayağı üzərində
dayanmağı bacarmalıdır. Onun sözlərinə
görə, ayağı
üzərində dayanmağı
bacaran qadın gələcəkdə ailəsi
dağılsa da, ciddi
problemlərlə üzləşməz.
M.Quliyev
bildirib ki, qızların təhsilinə
oğlanlardan daha çox önəm verilməli, erkən nikah problemi ilə bağlı məktəblərdən maarifləndirmə
aparılmalıdır: "Müəllimin özü
bununla bağlı ali təhsil
ocağında maarifləndirilməlidir
ki, daha sonra təbliğatı aparsın. Bundan başqa, ailə
həkimləri bu işdə rol almalıdır. Maarifləndiməni aparmaq üçün mobil qruplar olmalıdır
ki, onların da önündə bələdiyyələr
dayanmalıdır. Sosial bələdiyyə
üzvləri bu işləri görməlidirlər.
Amma xüsusilə kənd yerlərindəki bələdiyyələrin
bu sahədə məlumatları yoxdur”.
Deputat erkən
nikah probleminin qarşısının alınması
üçün ən
geniş auditoriyanın
isə televiziya, sosial şəbəkələr,
elektron KİV-lər olduğunu vurğulayıb.
Qeyd edək
ki, Azərbaycanda 18 yaşından daha tez nikaha girilməsi
problemi hələ də aktullaığını
saxlayır.
Erkən
yaşda evlənənlər
arasında nikaha girməyənlər olduğundan
onların hər biri statistik rəqəmələrdə özünü
göstərməsə də,
18 yaşınadək ailə
quranların sayı az deyil.
Belə
ki, 1980-ci ildə ölkədə 60134 nikah
qurulub ki, həmin il
nikaha girən qızların 167-si 18 yaşı
tamam olmayanlar olub. 1995-ci ildə
43130 nikahdan erkən nikaha girən qızların sayı 4030
olub.
2000-ci ildə bağlanan 39611 nikahdan 2473-ü, 2010-cu ildə
79172 nikahdan 4742-si, 2015-ci ildə
bağlanan 68773 nikahdan
388-si, nəhayət 2017-ci ildə
bağlanan 62923 nikahdan
317-si 18 yaşınadək olan qızlar olub.
Qızlarla yanaşı, oğlanlar arasında da erkən nikaha daxil olanlar
olur.
1980-ci ildə bağlanan
nikahlarda 6 oğlan,
1990-cı ildə 21, 1995-ci ildə 44, 2000-ci ildə
11, 2006-da 50, 2015-ci ildə 3, 2015-də isə 1 oğlan 18 yaşını tamamlamadan
nikaha daxil olub.
Qeyd edək
ki, hazırda Azərbaycanda nikaha daxil olma yaşı
qızlar və oğlanlar üçün
18 yaş müəyyən
olunub.
V.Ömərov
Səs.- 2019.- 4 iyul.- S.5