“Heydər Əliyev Azərbaycan gəncliyinin düşüncəsində.
50 il” layihəsinin yekunu və eyniadlı portalın təqdimatı olub
İyulun 4-də Yeni Azərbaycan Partiyasının İcra Katibliyində “Heydər Əliyev Azərbaycan gəncliyinin düşüncəsində.
50 il” adlı layihənin yekununa və eyniadlı portalın təqdimatına
həsr edilən tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə
tədbirdə ümummilli
lider Heydər Əliyevin həyat və fəaliyyətinə
həsr olunmuş videoçarx nümayiş
olunub.
Sonra çıxış
edən YAP Nəsimi rayon təşkilatı Gənclər Birliyinin sədri, layihənin koordinatoru Salman Salmanov bildirib ki, layihə ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə
gəlməsinin 50 illiyinə
həsr olunub. O, layihə və portal haqqında geniş məlumat verib və qeyd
edib ki, gənclər bu layihədə fəal iştirak ediblər.
Tədbirdə çıxış edən
Azərbaycan Respublikası
Baş Nazirinin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov gənclərin həyata keçirdikləri layihəni
yüksək qiymətləndirib.
Ulu öndər Heydər Əliyevin xalqımız qarşısında
misilsiz xidmətlərindən
danışan Əli Əhmədov deyib ki, müasir Azərbaycan tarixinin son 50 illik dövrü
Heydər Əliyevin adı ilə bağlıdır.
Əli Əhmədov
qeyd edib ki, ulu öndər
Heydər Əliyev Azərbaycanda hakimiyyətə
gələnə qədər
respublikamız keçmiş
SSRİ-də geridə
qalan respublikalardan biri idi. Amma Ulu Öndər 14 iyul 1969-cu ildə Azərbaycanda hakimiyyətə gəldikdən
sonra bütün sahələrdə inkişaf
başladı. Belə
ki, sosial-iqtisadi, mədəniyyət, elm, təhsil sahələrində
ciddi inkişaf baş verdi və qısa zamanda Azərbaycan keçmiş ittifaq respublikaları arasında
ön sıralara çıxdı.
YAP sədrinin müavini vurğulayıb
ki, Heydər Əliyevin hakimiyyətə
gəlməsi ilə milli inkişafın və intibahın əsası qoyuldu. Eyni zamanda, milli
özünüdərk prosesi
formalaşdı ki, bunun nəticəsində
1980-ci illərin sonunda
xalqımız azadlıq
mübarizəsinə qalxmış
oldu.
Müstəqil Azərbaycanın ulu öndər Heydər Əliyevin şah əsəri olduğunu deyən Baş Nazirin müavini bildirib ki, bu
gün Azərbaycanın
bütün nailiyyətlərinin
kökündə Heydər
Əliyev siyasəti dayanır. Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirməsi nəticəsində
Azərbaycan sürətlə
inkişaf edir, güclənir, əhalinin
rifah halı daha da yüksəlir.
Eyni zamanda, Azərbaycanın beynəlxalq
miqyasda da nüfuzu artmaqda, mövqeləri möhkəmlənməkdədir.
Bu gün Azərbaycan dünyada ən dinamik inkişaf edən, ən perspektivli ölkələrdən biri
kimi qəbul olunur. Bütün bu uğurların əsasında Heydər Əliyev siyasəti dayanır. Bu siyasət Azərbaycana yalnız və yalnız uğurlar gətirir. Baş Nazirin müavini gəncləri Heydər Əliyev irsini dərindən mənimsəməyə,
Prezident İlham Əliyevin ətrafında
daha sıx birləşməyə çağırıb
Səs.- 2019.-5 iyul.- S.4.