Zəngin inkişaf yolu keçən sənət ocağımız
Dövlət
başçısının Sərəncamı ilə Azərbaycan
Dövlət Akademik Milli Dram Teatrının 100 illik yubileyi
qeyd olunacaq
Oktyabrın
29-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına
dövlət statusu verilməsinin 100 illiyi münasibətilə
təntənəli tədbir keçirilib. Tədbirdə dövlət
və hökumət rəsmiləri, ictimaiyyət
nümayəndələri, mədəniyyət xadimləri
iştirak ediblər.
Əvvəlcə qonaqlar teatrın foyesində sənət ocağının 100 illiyinə
həsr edilmiş fotosərgi ilə tanış olub və görkəmli aktyorlarımızın tarixi
rolları canlandırarkən
istifadə etdikləri
geyimlərə baxıblar.
Təntənəli yubiley gecəsi Mədəniyyət Nazirliyinin,
Azərbaycan Teatr Xadimləri İttifaqının
və Akademik Milli Dram Teatrının
təşkilatçılığı, Azərbaycan Dövlət Teatr Muzeyinin dəstəyi ilə reallaşıb.
Qonaqları salamlayan
Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru,
Xalq artisti, professor Azər Paşa Nemətov teatrın tarixinə nəzər salıb, görülən işlərdən
və əldə olunan uğurlardan söz açıb.
Azərbaycan Dövlət Akademik
Milli Dram Teatrının 100 illiyinin
keçirilməsinin qürurverici
hal olduğunu vurğulayan Azər Paşa Nemətov bildirib ki, 1919-cu ildə kiçik dəstələrdən ibarət
teatr truppaları birləşdirilərək ilk
dövlət teatrı
yaradılıb.
Teatrın yarandığı gündən çox böyük və keşməkeşli yol keçdiyini söyləyən
Azər Paşa Nemətov deyib ki, sənət ocağının səhnəsində
ilk olaraq “Azər və Baycan” adlı tamaşa nümayiş olunub.
Azərbaycan tarixində yaşananların
teatrdan da yan keçmədiyini söyləyərək 1937-cillərin qanlı repressiyalarına məruz qalanların sırasında bu sənət ocağının
da aktyorlarının olduğunu vurğulayıb.
O, İkinci Dünya müharibəsi zamanı teatrın aktyorlarının
şücaətini də
qeyd edib.
Teatrın bugünkü uğurlarında
görkəmli rejissorların,
ədiblərin böyük
zəhmətinin olduğunu
qeyd edən Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru
deyib: “1969-cu ildə Heydər Əliyev hakimiyyətə gəldikdən
sonra teatra çox böyük dəstək göstərib.
O, hər dəfə bizim premyeralara gələr, tamaşalardan
sonra səhnə arxasında aktyorlarla görüşər, hamısı
ilə bir-bir maraqlanardı. Onun qayğısı nəticəsində
aktyorlarımız mükafat
və fəxri adlarla təltif edilib, evlə təmin olunublar. Biz sevinirik ki,
bu gün bu yol Prezident
İlham Əliyev tərəfindən uğurla
davam etdirir. Dövlətimizin başçısı
heç zaman teatra biganə yanaşmayıb. Çox sevinirəm ki, Prezident İlham Əliyev iyulun 24-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Bu, bir daha göstərir
ki, dövlətimizin başçısı teatrı
unutmur, teatrı yaşadır”.
Gecədə “Ulu öndər Heydər Əliyev və teatr” və “Prezident İlham Əliyev və teatr” mövzularında videoçarxlar
nümayiş etdirilib.
Teatrın kollektivini təbrik
edən Mədəniyyət
naziri Əbülfəs
Qarayev Azərbaycan teatr sənətinin qədim və zəngin tarixi yol keçdiyini, ötən 147 illik zaman kəsiyində cəmiyyətin mənəviyyatının
mənbəyi rolunu oynadığını bildirib.
Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan Akademik Milli Dram Teatrının 1919-cu il oktyabrın 24-də dövlət statusu aldığını vurğulayan
nazir deyib ki, bununla da
Azərbaycan teatrının
yeni tarixi başlayır. Nə gözəldir ki, müstəqil Azərbaycan
bu tarixi yaşadır və gələcəyə doğru
aparır.
Ə.Qarayev bildirib
ki, uzun və şərəfli tarixi yol keçmiş
Azərbaycan teatrının
inkişafında son illərdə yeni mərhələ başlayıb.
Bu inkişaf özünü,
ilk növbədə,
teatrların maddi-texniki
bazasının müasir
dünya standartlarına
uyğun möhkəmləndirilməsində,
kollektivlərin yaradıcılıq
axtarışlarının bəhrəsi olaraq yeni maraqlı tamaşaların hazırlanmasında,
nüfuzlu Qərb, o cümlədən Avropa
teatrları ilə təcrübə mübadiləsinin
genişləndirilməsində və s. göstərir.
Azərbaycan teatrının 10 illik inkişaf perspektivlərini müəyyənləşdirən
“Azərbaycan teatrı
2009-2019-cu illərdə” Dövlət
Proqramının bu il yekunlaşdığını
diqqətə çatdıran
nazir teatr xadimləri ilə birgə növbəti illərin proqramını
hazırladıqlarını bildirib.
Nazir Prezident
İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın diqqəti
nəticəsində teatrlarımızın
yeni inkişaf mərhələsinə qədəm
qoyduğunu vurğulayıb.
Ə.Qarayev bu
gün Zəngilanın
işğalından 26 il
ötdüyünü vurğulayaraq
qeyd edib ki, Azərbaycan mədəniyyətinə daim
təcavüz olunub. O
deyib: “Bu təcavüzə layiqli cavab isə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 illik yubileyinin keçirilməsidir. Prezident
İlham Əliyevin səyləri nəticəsində
torpaqlarımız geri
qayıdacaq və bu gün məcburi
qaçqın taleyi yaşayan teatrlarımız
geri dönərək
fəaliyyətlərini orada
davam etdirəcəkdir”.
O, sonra Azərbaycan
Respublikası Prezidentinin
Azərbaycan Dövlət
Akademik Milli Dram Teatrının 100 illik yubileyi münasibətilə teatr
əməkdaşlarının təltif edilməsi haqqında sərəncamlarını
oxuyub.
Gecədə teatrın sənət yolu, burada fəaliyyət
göstərən dramaturqlar,
rejissorlar, rəssamlar,
bəstəkarlar və
korifey aktyorlar haqqında videoçarxlar
nümayiş olunub.
Dünya teatr xadimləri
və rejissorlarından
– Gürcüstan Teatr
Xadimləri Cəmiyyətinin
sədri Georgi Qeqeçkori və Lado Mesxişvili adına Kutaisi Dövlət Peşəkar
Dram Teatrının bədii rəhbəri Konstantin Abaşidze, Beynəlxalq Çexov Teatr Festivalının baş direktoru, Beynəlxalq Teatr İttifaqları Konfederasiyasının sədri Valeri Şadvin, Şota Rustaveli adına Gürcüstan Dövlət Akademik Teatrının bədii rəhbəri, SSRİ Xalq
artisti Robert Sturua və başqaları çıxışlarında
teatrın kollektivini təbrik ediblər.
Gecədə Bolqarıstan Milli
Teatrının direktoru
Marius Donkinin, Rusiya Federasiyası Teatr Xadimləri İttifaqının sədri
Aleksandr Kalyaginin, Aleksandrinski Teatrının
bədii rəhbəri
Valeri Fokinin, Moskva Satira Teatrının
bədii rəhbəri
Aleksandr Şirvintin, Sankt-Peterburq Malıy Dram Teatrının bədii rəhbəri və direktoru Lev Dodinin təbrikləri
səsləndirilib.
Mərasimdə, eyni zamanda, teatrın
100 illik yubileyinə həsr olunan “Akademik Milli Dram Teatrı – 100” kitab-albomu təqdim edilib.
Zümrüd bayramova
Səs.- 2019.- 26 iyul.-
S.11