Azərbaycan növbəti
beynəlxalq tədbirə
ev sahibliyi edirb
Qəbələ XI
Beynəlxalq Musiqi Festivalı yenidən dünya musiqiçilərini
bir araya gətirir
2009-cu
ildə əsası qoyulan və ötən müddətdə
dünya musiqi xəritəsində özünə layiqli yer
qazanan Qəbələ Beynəlxalq Musiqi Festivalı XI dəfə
sənətsevərlərin görüşünə gələcək.
Xarici və
yerli musiqiçilərin
rəğbətini qazanan,
gözəl bir ənənəyə çevrilən
festival bu dəfə iyulun 31-dən
– avqustun 5-dək reallaşacaq.
Qəbələ festivalında Azərbaycanla
yanaşı, müxtəlif
ölkələrdən görkəmli
musiqiçilər, ifaçılar
iştirak edəcək.
Festivalda klassik musiqi ilə yanaşı, muğam, vokal, kamera musiqisi
axşamları təşkil
olunur. Budəfəki musiqi bayramına Rusiya, ABŞ, Macarıstan,
Türkiyə, İtaliya,
Gürcüstan, Çin,
Ukrayna kimi ölkələrdən tanınmış
ifaçı və kollektivlər, həmçinin
Azərbaycanın musiqi
kollektivləri dəvət
olunub.
İyulun 31-də festivalın ilk konsertini Ü.Hacıbəyli
adına Bakı Musiqi Akademiyasının Tələbə simfonik orkestri verəcək. Cavad Tağızadənin dirijorluğu
ilə gerçəkləşəcək
konsertdə solistlər
Taleh Yahyayev (bariton), Nigar Cəfərova (soprano), Mahir Tağızadə (bariton), Rəsul Əliyev (fleyta), Nəzrin Aslanlı (violin), Safura Aslan (vokal), Məhəmmədəli Paşazadə
(klarnet) Azərbaycan və dünya bəstəkarlarının əsərlərini
təqdim edəcəklər.
Avqustun 1-də festivalın təntənəli
açılış mərasimi
olacaq. Mərasimdə
Ü.Hacıbəyli adına
Azərbaycan Dövlət
Simfonik Orkestrinin çıxışı gözlənilir.
Həmin gün Əməkdar incəsənət
xadimi, professor Fəxrəddin Kərimovun
dirijorluğu ilə Xalq artistləri Ülviyyə Hacıbəyova
(piano) və Yeganə Axundova (piano) da səhnəyə
çıxacaq. Hər
il olduğu kimi, bu dəfə
də festivalın proqramı zəngin və maraqlıdır.
Zümrüd Bayramova
Səs.- 2019.- 31 iyul.-
S.10