Yay turizmi üçün ideal məkan
- Naxçıvan
Qarşıdan isti yay günləri gəlir. Yay aylarının qızmar günlərində
zirvəsi qarla örtülən dağlar,
dərələrdən şırıl-şırıl
axan çaylar, al-əlvan çiçəklərlə
bəzənmiş yamyaşıl
yamaclar, qoynunda minlərlə növbənöv
ağaca, müxtəlif
canlılara yer vermiş meşələr.
Yay turizmi üçün
ideal məkan olan Naxçıvan Muxtar Respublikasına səyahətə
gələn hər bir qonaq bütün
bunları öz gözləri ilə görə bilər.
AZƏRTAC-ın
Naxçıvan bürosu
xəbər verir ki, vaxtilə ərazisinin yalnız 0,6 faizi yaşıllıq olan, bu gün
isə artıq 20 faizi yaşıllığa
bürünən Naxçıvanın
füsunkar təbiətini
fərqləndirən əsas
xüsusiyyətlərdən biri də onun
monoton olmamasıdır.
Burada təbiət dəyişkən,
canlı, dinamikdir, hər addımda yeni mənzərə ilə qarşılaşırsan.
Yaxın məsafədə
uca dağları, bir az sonra yamaclara sərilmiş meşələri,
kükrəyən dağ
çaylarını, yaşıl
çəmənləri, qısa
müddət sonra düzənlikləri, abadlaşmış
elləri-obaları görmək
mümkündür.
Yayda insanların kütləvi
şəkildə üz
tutduqları füsunkar
təbiətə malik
olan Şahbuz rayonun incisi olan Batabatın meşələrinə, meyvə
bağlarının diyarı
Ordubadın, barlı-bərəkətli
torpaqları, zəhmətkeş,
qonaqpərvər insanları
ilə seçilən
Şərurun yaylalarına
yaxınlaşdıqca oksigen
dolu təmiz havanın sərinliyi şəhərin 40 dərəcə
istisindən yenicə
xilas olmuş insanı məst edir. Dağların əzəmətli mənzərəsini tamamlayan
yamyaşıl xalının
sehrli naxışları
bu gözəlliyə
biganə qalmayan hər kəsi özünə heyran buraxır.
Alınmaz qala bürcləri
kimi yalçın qayaları, yol üstündə qaynayan buz bulaqları, əzəmətli Haçadağı,
Xan Arazı, Arpaçayı, insanı
valeh edən “Üzən adası”, Zor bulağı, Pəzməri şəlaləsi,
Göy gölü muxtar respublikanın təbiət gözəlliyinin
simvolları sırasındadır.
Bəlkə də buna görə muxtar respublikaya səyahət edən turistlər qədim yurdumuzu təbiət möcüzəsi
adlandırırlar. Yaşayış məntəqələri başdan-başa
abadlaşan, yolları
göz oxşayan bu diyara gələn
hər bir qonaq burada gözəl
istirahət edir, xoş xatirələrlə
geri qayıdır.
Dincəlmək üçün xarici ölkələrə
deyil, onlardan qat-qat gözəl və daha sərfəli
olan ölkəmizin turizm məkanlarına, o cümlədən qədimliyi,
müasirliyi və zəngin təbiəti ilə hər kəsi heyran edən Naxçıvana üz tutmağınızı
tövsiyə edirik.
Səs.- 2019.- 8 iyun.- S.9