“Ümummilli Liderin siyasi rəhbərliyə qayıdışı unudulmayacaq
keçmişimizdir”
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti,
filologiya elmləri doktoru, professor, Azərbaycan Respublikasının
Əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü İsa Həbibbəylinin Milli Qurtuluş Günü ilə bağlı verdiyi müsahibəni təqdim edirik:
- İsa müəllim,
bu günlər Azərbaycan xalqı 15 İyun Milli Qurtuluş Günününü
növbəti dəfə
böyük təntənə
ilə qeyd etmək ərəfəsindədir.
Sizcə, məlum iyun hadisələri dövlətçilik tariximizdə
hansı dönüş
nöqtəsinə səbəb
oldu?
- İlk növbədə,
belə bir şərəfli tarixi gün münasibəti ilə təbrik edirəm. Söz yox ki, Ümummilli
Liderimiz Heydər Əliyev məhz 26 il əvvəl iyunun 15-də yenidən siyasi rəhbərliyə qayıdışı ilə
uçuruma yuvarlanmaqda
olan ölkəmizi bir çox bəlalardan xilas etdi. Ona görə
də, xalqımız
bu bayraamı böyük təntənə
ilə qeyd edir. Əbəs deyil ki, bu
hadisə haqqında danışarkən, 15 iyunun
Milli Qurtuluş Günü tariximizə qızıl hərflərlə
yazıldığı xüsusilə
vurğulanmaqdadır.
Ona görə
də, hesab edirəm ki, bu əlamətdar gündə tarixə qısa ekskurs etmək zərurəti var. Kimsəyə sirr deyil ki,
qayıdış ərəfəsi
ölkə idarəolunmaz
bir həddə çatmışdı. Xatırlayırsınızsa,
o vaxt respublikanın bir qrup ziyalısı
Naxçıvan MR Ali
Məclisinin Sədri Heydər Əliyevə müraciət etdi. Müraciətdə Yeni Azərbaycan
Partiyasının yaradılması
və partiyaya Heydər Əliyevin sədrlik etməsi arzuları ifadə olunurdu. Əvvəlcə buna razılıq verməyən Ulu Öndər Heydər Əliyev sonralar insanların çoxsaylı
xahişlərini müsbət
cavablandırdı. Nəhayət,
1992-ci il noyabr ayının 21-də Naxçıvan
şəhərində Yeni
Azərbaycan Partiyasının
təsis konfransı keçirildi və Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi.
Həmçinin, düşünürəm ki,
dahi şəxsiyyətlərin
həyat yolları da özlərinə oxşayır. Yəni onlar heç kəsin keçmədiyi yollarla getməyə üstünlük verir və iradələri, qətiyyətləri sayəsində
öz istəklərinə
çatırlar. Bu mənada,
XX əsrin ən böyük simalarından
biri, dünya şöhrətli siyasətçi,
Azərbaycan xalqının
dahi oğlu Heydər Əlirza oğlu Əliyevin həyatı da mübarizələrdən, xalqına,
dövlətinə xidmətdən
keçdiyi üçün
həmin zirvələrə
qalxan daim yüksəlişli dağ yollarına bənzəyir. Bu yolları isə
zirvəyə qədər
ancaq böyük ürək sahibləri, böyük şəxsiyyətlər,
böyük zəka və gələcəyi görmək qabiliyyətinə
malik olan insanlar - sərkərdələr,
dahilər qalxa bilər. Çünki onlar həmin ucalığın fəth
olunması yollarını əvvəlcədən
müəyyənləşdirməyə qadir olan şəxsiyyətlərdirlər.
-1993-cü ilin iyun hadisələrinin hansı siyasi-ictimai səbəblərdən baş
verdiyini deyə bilərsiniz?
- Ümummilli Lider Heydər Əlirza oğlunun siyasi rəhbərliyə ikinci qayıdışı
bizim yaxın və unudulmayacaq keçmişimizdir. Biz hamımız
o günlərin şahidiyik.
1993-cü ilin may-iyununda
hökumət böhranının
son dərəcə kəskinləşməsi ilə
ölkədə vətəndaş
müharibəsinin baş
verməsi və müstəqilliyin itirilməsi
təhlükəsi yarandıqda
Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi
ilə ayağa qalxdı. Azərbaycanın
o zamankı rəhbərləri
Heydər Əliyevi rəsmən Bakıya dəvət etməyə məcbur oldular.
Ulu Öndər Heydər
Əliyev 1993-cü il
iyunun 15-də Azərbaycan
Ali Sovetinin sədri seçildi, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası
Prezidentinin səlahiyyətlərini
həyata keçirməyə
başladı. 1993-cü il
oktyabrın 3-də də
Heydər Əliyev Azərbaycan Respublikasının
Prezidenti seçildi.
Biz, bilirik ki, Onun yenidən siyasi hakimiyyətə qayıdışı ərəfəsində
ölkənin bütün
sütunları laxlamışdı.
Vəziyyət çətin
olsa da, ondan çıxış
yolu da vardı.
Bu da Böyük
Öndər Heydər
Əliyevin siyasi iradəsi, çoxillik səriştəsi, idarəetmə
bacarığı idi.
Xalq da bunu
bildiyindən bu sonuncu ümiddən möhkəm yapışmış,
Onu təkidlə siyasi olimpə gətirmişdi. Heydər
Əliyevin qayıdışı
ilə ölkənin həyatında yeni bir ab-hava yarandı.
Bütün bunlar asanlıqla başa gəlmirdi. Ölkədə
normal iş və yaşayış atmosferi bərqərar olana kimi Ümummilli Liderimiz gecəli-gündüzlü
çalışdı. Həm
ölkəmiz dünyanın
siyasi mənzərəsində
öz yerini müəyyən etdi, həm Azərbaycan bir çox beynəlxalq təşkilatların,
o cümlədən, Avropa
Şurasının tam hüquqlu
üzvü oldu, həm də ölkənin iqtisadi həyatı dirçəlməyə
başladı. Xarici iqtisadi
sərmayələrin ölkəyə
axını məhz o
böyük şəxsiyyətin
yaratdığı stabillik
sayəsində mümkün
oldu. Əsrin ən böyük
layihələrindən olan
Bakı-Tbilisi-Ceyhan əsas
ixrac boru kəmərinin əsası
da məhz o böyük
şəxsiyyətin iştirakı
ilə qoyulmuşdu.
Dünya siyasətində öz çəkisi ilə seçilən Ulu Öndər iqtisadiyyatın
dirçəldilməsinə xüsusi önəm verirdi. O, həmişə bildirirdi
ki, iqtisadiyyatı güclü olmayan dövlət öz yerini müəyyən edə bilməz. İqtisadiyyatın bütün sahələri
kimi dəmir yolunda da bu illər
ərzində bir çox nəhəng işlərin görülməsi
məhz onun qayğısı və nəzarəti sayəsində
mümkün olmuşdu.
Bəli,
böyük siyasətçi
Heydər Əliyevin yenidən ölkə rəhbərliyinə yenidən
qayıtması tarixi bir şans idi.
Biz hamımız yaxın tarixin həm müşahidəçiləri,
həm də iştirakçılarıyıq. Bu hadisələr bizim gözümüzün
qarşısında baş
verib. Heydər Əliyev yenidən
siyasi rəhbərliyə
qayıtmaqla, əslində,
ölkəmizi sürükləndiyi
uçurumdan xilas etdi. Bir tərəfdən xarici düşmənlə
üz-üzə qalan
ölkəmiz, eyni zamanda daxildəki səriştəsiz rəhbərlərin
ucbatından biganəlik
burulğanına yuvarlanmışdı.
Artıq bunlar arxada qalıb. Ölkəmiz bu illər ərzində
bir çox daxili və xarici siyasət sahəsində uğurlar əldə edir. Onun alternativi olmayan siyasəti bu gün də davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyev məhz Heydər Əliyev siyasi kursunu uğurla davam etdirməklə ölkəmizin
demokratik imicinin möhkəmlənməsini təmin
edir.
- İsa müəllim, bu gün ölkəmizdə
bütün sahələr
dinamik inkişaf yolundadır. Bu mənada
hansı amilləri sadalaya bilərsiniz?
Ulu Öndər
Heydər Əliyevin
1969-cu ildə respublika
rəhbərliyinə gəlişi
bütün ölkədə,
ilk növbədə, iqtisadiyyat,
sənaye kompleksinin sürətli inkişafının
başlanğıcı oldu
ki, bu da öz növbəsində
respublika iqtisadiyyatında
olduğu kimi, digər sahələrdə
dəaparıcı rol
oynayırdı. Enerji siyasəti və s. sahələrdəölkəmiz liderliyə yüksəlməyə
başladı. Ümumiyyətlə,
ölkəmizdə, iqtisadiyyatın
bütün sahələrində
baş verən yeniliklərin təməli
məhz Ulu öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdtdığı
gün-1993-cü il 15 iyunda – Milli Qurtuluş Günündə
qoyulmuşdur. Bu tarixə görə hər bir vətənsevər
azəraycanlı Ona –
Ulu Öndərə minnətdardır.
Məhz bu baxımdan, Ulu Öndər Heydər Əliyevin şah əsəri adlandırdığımız müasir Azərbaycan iqtisadi cəhətdən inkişaf etmiş tərəqqi dövrünü
bu gün də yaşayır, yaşadır, inkişaf etdirir. Dünya şöhrətli liderin siyasi kursunun layiqli davamçısı Azərbaycan
Respublikasının Prezidenti
cənab İlham Əliyevin uğurla həyata keçirdiyi islahatlar nəticəsində
Azərbaycan dünyanın
inkişaf etmiş ölkələri sırasına
çıxıb. Artıq Azərbaycan
Respublikası Avropanın
enerji təhlükəsizliyi
məsələlərində mühüm rol oynayır. Əlbəttə
ki, bütün bunların əsasında Ulu Öndərin hakimiyyətə qayıdışı
ilə başlayan Milli Qurtuluş dayanır.Bütün münalı
həyatını öz
xalqına bəxş
etmiş Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin
fəaliyyəti Azərbaycanın
tarixində dərin iz buraxaraq, əsl
dövlət idarəçiliyi
məktəbinə çevrilib.
Azərbaycan xalqının hələ
neçe-neçə nəsli
bu böyük məktəbdən, Heydər
Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı,
xalqımızın rifahı
naminə faydalanacaq.
nMən bird aha fürsətdən istifadə
edərək, dünyanın
hər yerində olan azərbaycanlılarımızı
bu bayram münasibəti ilə təbrik edir, uğurlar arzulayıram!
Rəfiqə KAMALQIZI
Səs.- 2019.- 12 iyun.-
S.6