Zərdabda baramaçılığın
yeni inkişaf dövrü başlayıb
Rayonda qısa
müddətdə bu günədək 62,7 ton barama təhvil verilib
Bu gün
bölgələrimizdə baramaçılığın inkişafı üçün
mühüm tədbirlər
həyata keçirilir.
Qeyri-neft sektorunun inkişafına yönəldilən
tədbirlər sırasında,
bu sahənin inkişafı daha qabarıq şəkildə
özünü büruzə
verir.
Mövcud fakt ondan ibarətdir ki, Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər
çərçivəsində qədim ənənələrə
söykənən baramaçılığın
və ipəkçiliyin
bərpası kənd
təsərrüfatının prioritet istiqamətlərindəndir. Azərbaycan Respublikası regionlarının
sosial-iqtisadi inkişafına
dair 2004-cü ildən
etibarən qəbul edilmiş dövlət proqramları çərçivəsində
ölkədə ipək
məhsullarının istehsalı,
tədarükü və
emalı sahələrində
sahibkarlıq fəaliyyətinin
genişləndirilməsi, ənənəvi
baramaçılıq rayonlarında
barama istehsalının
və emalının dəstəklənməsi üçün
zəruri tədbirlər
görülmüşdür. Baramaçılığın və ipəkçiliyin
inkişafı üzrə
nəzərdə tutulan
işlərin vahid proqram əsasında həyata keçirilməsi
məqsədi ilə hazırlanmış "Azərbaycan
Respublikasında baramaçılığın
və ipəkçiliyin
inkişafına dair
2018-2025-ci illər üçün
Dövlət Proqramı"
bu sahəyə dövlət dəstəyinin gücləndirilməsinə,
ixrac potensialının
artırılmasına və
kənd yerlərində
məşğulluğun təmin
edilməsinə yönəldilib.
Regionların sosial-iqtisasdi inkişafı
Dövlət Proqramı
çətçivəsində Bərdə, Ucar, Zərdab, Balakən, Qax, Şəki rayonlarında, Naxçıvan
Muxtar Respublikasında
ipəkçilik məhsullarının
istehsalının və
emalının inkişafının
dəstəklənməsinin davam etdirilməsi nəzərdə tutulub.
Nəzərə almaq
lazımdır ki, Azərbaycanda baramaçılığın
və ipəkçiliyin
inkişafında əsaslı
dönüş keçən
əsrin 70-ci illərinin
əvvəllərinə təsadüf
edir. Azərbaycan xalqının Ümummilli
Lideri Heydər Əliyevin təşəbbüsü
və rəhbərliyi
ilə qəbul olunmuş "Azərbaycan
Respublikasında ipəkçiliyin
gələcək inkişafına
dair tədbirlər haqqında" Azərbaycan
Respublikası Nazirlər
Sovetinin 1971-ci il 3 mart tarixli 106 nömrəli qərarı
baramaçılığın və
ipəkçiliyin inkişafına
böyük təkan vermiş, görülən
tədbirlər nəticəsində,
bu sahənin maddi-texniki bazası, sənaye potensialı gücləndirilmiş və
barama tədarükü
xeyli artmışdı.
O dövrə yaş barama istehsalı 1970-ci ildə 3,7 min, 1975-ci ildə 4,4 min, 1980-ci ildə 5,0 min, 1985-ci ildə isə
5,5 min ton olmuşdu. Ötən əsrin 70-80-ci illərdə
Azərbaycan Elmi Tədqiqat İpəkçilik
İnstitutu, damazlıq
stansiyaları, barama toxumu zavodları, rayon barama qurutmaxanaları,
ipəkçilik idarələri,
tingçilik təsərrüfatları
və emal müəssisələri vahid
kompleks şəklində
fəaliyyət göstərirdi
və respublikanın
60 rayonunda baramaçılıq
şəbəkəsi yaradılmışdı.
Aparılan məqsədyönlü
işlər nəticəsində,
1991-ci ildə ölkədə
yaş barama istehsalı 5,9 min tona çatdırılmışdı.
Baramaçılığın
inkişafında yeni mərhələ!
Bəs bu
gün bu sahənin inkişafı üçün regionlarımızda,
konkret olaraq, hansı tədbirlər rellaşdırılır? Baramaçılığın
inkişaf etdirilməsi
ilə bağlı Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin
icrası istiqamətində
Zərdab rayonunda xeyli iş görülüb.
Rayon üzrə
2016-cı ildə 5710 kq,
2017-ci ildə 27 ton 55
kq, 2018-ci ildə 53 ton 880 kq barama
tədarük edilib. Yem bazasını təmin etmək üçün son illərdə rayonda 500 minə yaxın yerli və Çin
Xalq Respublikasından gətirilmiş tinglər
əkilib.
2019-cu ildə 1750 qutu barama qurdu
kümçülərə paylanıb. 3800 nəfəri
əhatə edən
760 ailə baramaçılıqla
məşğul olur.
Bu günədək
62,7 ton barama təhvil verilib. Hazırda bu rayonda barama tədarükü davam etdirilir. Rayon üzrə öndə
gedən kümçülərdən
Gəlmə kənd sakini Teymur Teymurzadə,
Alıcanlı kənd
sakini Əlişah Cavadov, Məmmədqasımlı
kənd sakini İsrayıl Mikayılov,
Məmmədqasımlı kənd
sakini Sırac Eyvazov, Gödəkqobu kənd sakini Kapitay İxtiyarov, Dəli Quşçu kənd sakini Tural Nağıyev, Nəzəralılı kənd
sakini Surxay Xəlilov, Təzəkənd
kənd sakini Hüseyn Mikayılov, habelə, Çallı kənd sakini Elçin Xəlilov və Məlikli kənd sakini İsrayıl Abbasov xüsusi ilə fərqlənirlər. Bəli,
bu gün Zərdab rayonu baramaçılığın inkişafında fəallığı
ilə seçilən
rayonlarımızdandır. Bütün bu göstəricilər isə, onu deməyə
tam əsas verir ki, Zərdabın
zəhmət adamları
ildən-ilə bu sahənin inkişafı üçün, eyni zamanda da, özlərinin
sosial rifah hallarının daha da yaxşılaşması
üçün əzmkarlıqla
çalışacaqlar. Görülən zəhmət
isə heç vaxt yerdə qalmır!
İLHAM
Səsə.- 2019.- 14 iyun.-S.13