Söz sənətə dövlətimizin qayğısı davamlıdır

 

 

Ölkə başçısının Sərəncamı əsasında "Nəsimi İli" çərçivəsində Bakı Şəhər İcra Hakimiyyətinə 1,0 (bir) milyon manat ayrılıb

 

"Xalqımızı xalq kimi, millət kimi qoruyub-saxlayan bizim ənənələrimiz olub, tariximiz olub, ədəbiyyatımız, ana dilimiz mədəniyyətimiz olubdur. Mədəniyyət, ədəbiyyat, milli musiqi, ana dilimiz tarixi keçmişimizdir - biz bu sahələrə böyük diqqət göstərməliyik" deyən Azərbaycan Prezidenti İlham Əliyev ölkəyə rəhbərliyi dövründə, bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsində əsaslı islahatlar aparır. Kino, teatr, musiqi, tətbiqi sənət, tarixi abidələrin qorunması bərpası ilə bağlı qəbul olunan dövlət proqramları, eləcə mədəniyyət sahələrinin inkişafı ilə bağlı imzalanan sərəncamlar, bir daha təsdiq edir ki, ölkəmizdə mədəniyyətə, mənəvi dəyərlərin qorunub-saxlanılmasına böyük diqqət qayğı var. Cəmiyyətin inkişafına güclü stimul verən mədəniyyətin tərəqqisinə dövlətimizin himayəsi son illər həyata keçirilən genişmiqyaslı layihələrdə öz əksini tapmışdır.

Azərbaycan ədəbiyyatı tarixində bədii-fəlsəfi şeirin ilk yaradıcılarından olan, dünya ədəbiyyatı fəlsəfi fikrində böyük rol oynayan görkəmli Azərbaycan şairi mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə 2019-cu ilin "Nəsimi İli" elan edilməsi haqqında Azərbaycan Prezidentinin məlum Sərəncamı ölkəmizin mədəni həyatında əlamətdar təqdirəlayiq hadisəyə çevrildi. Bu Sərəncam dövlət başçısının bədii sözə ədəbiyyatımıza, incəsənət mədəniyyətimizə verdiyi böyük dəyər qayğının daha bir bariz nümunəsidir.

2019-cu ilin Azərbaycan Respublikasında "Nəsimi İli" elan edilməsi ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin həyata keçirəcəyi bir sıra tədbirlərin maddi təminatı haqqında 27 iyun 2019-cu il tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı imzalayıb. Sərəncama əsasən, "Nəsimi İli" çərçivəsində Bakı Şəhər İcra Hakimiyyətinin həyata keçirəcəyi tədbirlərin maddi təminatı üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Bakı Şəhər İcra Hakimiyyətinə 1,0 (bir) milyon manat ayrılıb. "Azərbaycanı dünyada tanıdan bizim ziyalılarımızdıralimlərimiz, rəssamlarımız şairlərimiz, yazıçılarımız, bəstəkarlarımızdır. Azərbaycanı bu insanlar tanıdırlar. Bu insanlar cəmiyyətin aparıcı təbəqələridir, cəmiyyətin elitasıdır" deyən dövlət başçısının bu ya digər sərəncamları, əməl ilə sözün vəhdətini, bir daha təsdiqləyir. Nəsimi dünya ədəbiyyatına qiymətli əsərlər bəxş edən şairdir. 20 min misranı əhatə edən ədəbi irsinin əsas hissəsini ana dilində qələmə alan İ.Nəsiminin bu irsində Azərbaycan xalqının arzu istəkləri, ümumbəşəri dəyərləri, insanın fövqəlbəşəri varlıq olması öz əksini tapıb. Mənəvi azadlığa, bəşəri dəyərlərə, insana sevgiyə, azadlıq əmin-amanlığa çağırış Nəsimi yaradıcılığının xəttini təşkil edir. Sənət dünyasının miqyası geniş olan şairin yaradıcılığı, yalnız Azərbaycan xalqına məxsus deyil. Nəsimi yaradıcılığında bütün bəşəri dəyərlər əhatə olunub.

Qədirbilən xalqımız Nəsimi dünyasına həssaslıqla məhəbbətlə yanaşır. Ötən əsrin 70-ci illərində, öz geniş fəaliyyəti sayəsində, tarixi-mədəni dəyərlərimizə münasibətdə əsaslı dönüş yaratmış Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1973-cü ildə böyük söz ustası İ.Nəsiminin 600 illik yubileyinin UNESCO-nun tədbirlər planına daxil edilməsi ölkəmizdə böyük təntənə ilə qeyd olunması xüsusi yer tutur. Həmin yubiley tədbirlərinin davamı olaraq, 1979-cu ildə Bakının mərkəzində İ.Nəsiminin möhtəşəm heykəli ucaldıldı, şair haqqında məşhur bədii film çəkildi, eləcə , böyük söz ustadının əsərləri həm doğma ana dilində, bəziləri isə, bir sıra xarici dillərdə nəfis şəkildə nəşr olundu. Bundan əlavə, böyük şairin əsərləri ədəbiyyatşünaslıq dilçilik baxımından araşdırıldı, bir sıra sanballı tədqiqat əsərləri ortaya qoyuldu. Anadilli ədəbiyyatımızda fəlsəfi şeirin əsasını qoyan Nəsiminin ən böyük xidmətləri sırasında milli Azərbaycan ədəbi dilinin daha da inkişaf etdirilməsi onu yeni söz ifadələrlə zənginləşdirməsi mühüm yer tutur. Bədii fəlsəfi fikir tarixində dərin iz qoymuş mütəfəkkir şair Nəsiminin zəngin irsi insanların mənəvi-əxlaqi cəhətdən kamilləşməsində müstəsna rol oynayır. Bu irs dilçi alimlərin, filosofların tarixçilərin diqqətində olub təbliğ- tədqiq edilib. Böyük şairin 600 illik yubileyi çərçivəsində 1973-cü ildə Azərbaycan Elmlər Akademiyasının Dilçilik İnstitutuna İmadəddin Nəsiminin adı verildi. Altı yüz əlli il öncə, yaşayıb- yaratmasına baxmayaraq, şairin üç dildə yazdığı şeirlər, rübailər, qəzəllər poeziyamıza aydınlıq gətirib, ana dilimizi bədii sözü yeni-yeni zirvələrə qaldırıb.

Nəsiminin adı Azərbaycanda əbədiləşdirilib, elm təhsil ocaqlarına, rayon, küçə meydanlara onun adı verilib, abidəsi ucaldılıb. Şair mütəfəkkir İ.Nəsiminin 650-cı ildönümünün qeyd edilməsi üçün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən müvafiq Sərəncamın verilməsi bu gün ölkəmizdə şairə verilən ən yüksək dəyərin göstəricisidir. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan ədəbi-bədii, fəlsəfi fikir tariximizə, bütövlükdə, mədəniyyətimizə olan qayğı Prezident İlham Əliyev tərəfindən uğurla müvəffəqiyyətlə davam etdirilir. İ.Nəsiminin əsərləri dövlət başçısının 2004-cü il 12 yanvar tarixli "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" Sərəncamı ilə kütləvi tirajla nəşr olunub.

Dövlət başçısının "Nəsimi İli" elan edilməsi ilə əlaqədar "Bakı Şəhər İcra Hakimiyyətinin həyata keçirəcəyi bir sıra tədbirlərin maddi təminatı haqqında" Sərəncamı dövlət başçısının bədii sözə ədəbiyyatımıza, incəsənət mədəniyyətimizə verdiyi böyük dəyər qayğının daha bir bariz nümunəsidir.

 

Zümrüd BAYRAMOVA

Səs.- 2019.- 29 iyun.- S.12