Azərbaycan Heydər Əliyev Fondunun təşkilatçılığı
ilə 58-ci Venesiya Biennalesində təmsil olunur
Azərbaycan Heydər Əliyev Fondunun təşkilatçılığı
ilə 58-ci Venesiya Biennalesi – Beynəlxalq İncəsənət Sərgisində
təmsil olunur. Biennalidə
ölkəmiz “Virtual reallıq”
(“Virtual Reality”) mövzusundakı milli
pavilyonla iştirak edir.
Modern.az-ın məlumatına görə,
Kampo Santo Stefanodakı
XIV əsrə aid Lezze
Sarayında açılan
ekspozisiyada rəssam və heykəltəraşlar
Zeyqəm Əzizov, Orxan Məmmədov, Zərnişan Yusif, Kənan Əliyev və Ülviyyə Əliyevanın əsərləri
təqdim olunur.
Pavilyondakı multimedia əsərləri,
instalyasiya və heykəllərin mövzusu
bunları əhatə
edir: insanlar hər gün heyrətamiz xəbər axını ilə üzləşir. Dünyada hər
bir insan gün ərzində təxminən 150 dəfə
telefonunu yoxlayır, 2
milyarddan çox insan sosial şəbəkələrdən
istifadə edir. Saxta xəbərlər sosial şəbəkələr
vasitəsilə daha çox paylaşılır,
aparılan müzakirələrin
əksər hissəsi
isə onların doğru olub-olmadığı
ilə bağlı
deyil.58-ci Venesiya Biennalesi
noyabrın 24-dək davam
edəcək.Venesiya Biennalesi
müasir incəsənət
sahəsində dünyanın
ən nüfuzlu sərgilərindən hesab
olunur və iki ildən bir keçirilir. Azərbaycan bu beynəlxalq layihədə 2007-ci ildən
iştirak edir.
Səs.- 2019.- 15 may.- S.3-15