Qlobal Sahibkarlıq
Həftəsinə həsr
edilmiş “Üfüqdə
yeni fürsətlər:
Qadın Sahibkarlara yaşıl işıq” adlı II Forumu keçirilib
Bu gün Azərbaycan
Dövlət Filarmoniyasında
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin
Azərbaycanda Qadın
Sahibkarlığının inkişafı Asossiasiyası
(AQSİA) ilə birgə
Qlobal Sahibkarlıq Həftəsinin qeyd olunmasına həsr edilmiş “Üfüqdə
yeni fürsətlər:
Qadın Sahibkarlara yaşıl işıq” adlı II Forumu keçirilib.
Forumun rəsmi açılışında
Azərbaycan Respublikası
Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının
Sədr müavini-İcra
katibi Əli Əhmədov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Azərbaycan Respublikası
İqtisadiyyat nazirinin
müavini Niyazi Səfərov, Azərbaycan
Respublikası Sahibkarlar
(işəgötürənlər) Təşkilatları Milli
Konfederasiyasının prezidenti
Məmməd Musayev,
BMT-nin İnkişaf proqramının Azərbaycandakı
rezident nümayəndəsi
Alessandro Frakasetti,
AQSİA İdarə heyətinin
sədri Səkinə
Babayeva iştirak ediblər.
Forumda “Ugurlu qadınların
hekayəsi”, “İncəsənətdə
sahibkarlığın inkişafı”,
“Azərbaycanda Turizm Biznesi - Evdə məşğulluğun inkişafı,
“Biznes fəaliyyəti
olan qadınlar: üstünlüklər, çətinliklər
və imkanlar”, “Azərbaycanda sahibkarlığın
təşviqində biznes
təhsilinin rolu” və “Bankların qadınlara göstərdiyi
dəstək mexanizmləri” adlı panellər üzrə mövzular aparılıb,
müzakirələr aparılıb.
Forumda çıxış
edən AQSİA İdarə
heyətinin sədri Səkinə Babayeva qeyd edib ki,
bu kimi Forumlar
dünyanın 154 ölkəsində
keçirilir və ümumilikdə hazırkı
vaxta qədər Qlobal SahiBkarlıq Həftənisə həsr
edilmiş 601 tədbir
keçirilib. “Belə bir mötəbər
tədbirin Azərbaycanda
da keçirilməsi ölkəmizdə qadın
sahibkarlara verilən dəstəyin növbəti
bariz nümunəsidir”,
deyə qeyd edən Səkinə Babayeva həmçinin bildirib ki, Azərbaycan
Respublikasının Prezidenti
cənab İlham Əliyevin sahibkarlığın
inkişafına verdiyi
davamlı dəstək qadın sahibkarların da fəaliyyətində özünü
ən yüksək səviyyədə göstərməkdədir.
“Biz də bir assosiasiya
olaraq ölkənin iqtisadi inkişafına öz töhfəmizi verməyə çalışırıq”,
deyə qeyd edən AQSİA-nın İdarə Heyətinin rəhbəri vurğulayıb
ki, qadın sahibkarlığının inkişafı
üzrə stimullaşdırıcı
mexanizmlərin işlənib
hazırlanması, qadın
sahibkarlığına informasiya dəstəyinin inkişaf
etdirilməsi, qadın
biznes inkubatorlarının
yaradılması, qadın
sahibkarların assosiasiyalarının
və peşə təşkilatlarının yaradılması
kimi işlərin ardıcıl şəkildə
həyata keçirilməsi
bu istiqamətdəki fəaliyyətə stimul verir.
O, eyni zamanda
bildirib ki, son bir ildə
regionların iqtisadi, sosial həyatında qadınların rolu xeyli artıb. Qadın sahibkarların güzəştli maliyyə
resurslarına çıxış
imkanlarının genişləndirilməsi
onlar üçün
böyük təkandır.
Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi Əli Əhmədov isə çıxışında
vurğulayıb ki, Azərbaycanda qadın sahibkarlığının inkişafına
böyük dəstək
göstərilir. O bildirib
ki, bu, Prezident
İlham Əliyevin həyata keçirdiyi siyasətin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin
qadın sahibkarlığının
inkişafı istiqamətində
gördüyü işlərin
nəticəsidir: "Mən
artıq neçənci
dəfədir ki, qadın sahibkarlığı
ilə bağlı toplantıda iştirak edirəm. Azərbaycanda qadın sahibkarlığının
daha da inkişaf
etdiyinin şahidi oluram.Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ölkəmizdə
həyata keçirilən
islahatların mərkəzində
insan amili durur. 2019-cu ildə Azərbaycanda 2 mərhələdə
böyük islahatlar həyata keçirilib.
Minimum əməkhaqları
və pensiyalar ciddi şəkildə artırılıb”.
Əli Əhmədov qeyd
edib ki, Azərbaycan iqtisadiyyatı
imkan verdiyi çərçivədə ölkə
Prezidenti ve hökumət tərəfindən
insanların rifahının
yaxşılaşdırılması istiqamətində addımlar
atılacaq: "İnsanların
rifahının yaxşılaşdırılmasında
əsas istiqamətlərdən
biri məşğulluğun
inkişafıdır. Burada
da əsas məsələ ölkədə
qadın sahibkarlığının
artırılması ilə
əlaqədardır. Azərbaycan qadınları
bütün sahələrdə
kifayət qədər
yüksək fəallıq
göstərməyə hazırdırlar.
İqtisadiyyatın bir
çox sahələrində,
səhiyyədə, təhsidə
qadınlarımızın iştirak səviyyəsi kişilərdən daha yüksəkdir. Qadının ictimai fəallığının
artırılması Azərbaycan
cəmiyyətinin demokratik
potensialının gücləndirilməsinin
vacib hissələrindən
biridir. İkinci tərəfdən ailələrin
təminatının yaxşılaşdırılmasında
qadın sahibkarlığının
inkişafının rolu
böyükdür.
Bununla birlikdə qadınlar Azərbaycan iqtisadiyyatına, bütövlükdə
ölkənin inkişafına
töhfə verirlər".
Forumda çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova isə bildirib ki, bütövlükdə
mərkəzlər vasitəsilə
6500-dən çox üzvü
olan güclü qadın şəbəkəsi
yaradılıb: “Qarşımızda
dayanan vəzifələrdən
biri sahibkar qadınlara yeni bazarlara çıxış
imkanlarının yaradılmasıdır”.
Komitə sədri
qeyd edib ki, qadın sahibkarlığı sahəsində
bir sıra yeniliklər müşahidə
edilir: “Azərbaycanda qadın sahibkarların sayı ilbəil artır. Bu isə əhalinin həyat tərzinin yaxşılaşdırılması, yeni iş yerlərinin
açılmasına səbəb
olur. Qadınların peşə ixtisas kurslarına cəlb edilməsi daha da güclənməldir. Qadın sahibkarlığın
inkişafı yoxsulluğun
azalmasına yardım
edir".
Onun sözlərinə
görə, xarici ölkələrdə fəaliyyət
göstərən Azərbaycan
Ticarət Evlərində
qadın sahibkarların
istehsal etdiyi məhsulların nümayişi
daha da artırılmalıdır.
İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov isə öz növbəsində bildirib
ki, Azərbaycanda hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan qadınların sayı
200 minə yaxındır.
Onun sözlərinə
görə, onlardan təxminən 33%-i Bakıda,
17%-i Aranda, 16%-i Gəncə-Qazax,
10%-ə yaxını isə
Lənkəran, qalanları
isə digər iqtisadi rayonlarda fəaliyyət göstərir.
"Sahibkarlığın
maliyyə resurslarına
çıxışını təmin etmək məqsədilə yaradılan
güzəştli mexanizmlərdən
qadın sahibkarlar da yararlanır. Təkcə Sahibkarlığın
İnkişafı Fondunun
vəsaitlərindən indiyədək
təxminən 4 300-dək sahibkarlıqla
məşğul olan qadın yararlanaraq 115 mln. manatdan çox
kredit əldə ediblər", deyə N. Səfərov qeyd edib.
Çıxış edən digərləri
- Azərbaycan Respublikası
Sahibkarlar (işəgötürənlər)
Təşkilatları Milli
Konfederasiyasının prezidenti
Məmməd Musayev,
BMT-nin İnkişaf proqramının Azərbaycandakı
rezident nümayəndəsi
Alessandro Frakasetti də öz növbələrində Azərbaycanda
bu istiqamətdə aparılan işlərdən,
beynəlxalq çərçivədə
fəaliyyət istiqamətlərindən,
bütövlükdə isə,
qadın sahibkarlığının
inkişaf və tərəqqisi yönündə
əldə edilən nailiyyətlərdən danışaraq,
bir sıra əhəmiyyətli məqamlara
toxunub, bu kimi işlərin davamlı olacağına əminliklərini bildiriblər.
Forum Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Azərbaycanda Qadın Sahibkarlığının inkişafı
Asossiasiyasının təqdim
etdikləri filmlə davam etdirilib.
Rövşən Nurəddinoğlu
Səs.- 2019.- 19
noyabr.- S.7