Əli Kərimli radikal ətrafı bəraət axtarışında

 

Bu günlər dövlətin yeni iqtisadisiyasi islahatlar aparması, fərqli sosial zümrələrə açılma, Prezidentin ictimai nəzarət üçün cəmiyyətdən dəstək istəməsi Azərbaycanımızın taleyinə biganə qalmayan bütün sivil qüvvələr tərəfindən təqdirlə qarşılanır, ölkədə yeni, daha sağlam siyasi mühit yaranır. Amma bununla paralel olaraq əsasən Əli Kərimli radikal antimilli ətrafının get-gedə daha da ifrat, barışmaz mövqeyə yuvarlanmasının şahidiyik.

 

REAL xəbər verir ki, bu sözləri Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Facebook səhifəsində yazıb:

 

Belə ifrat inkarçı mövqenin səbəbləri nədir?

 

Birincisi, Azərbaycan iqtidarının sosial təşəbbüslərinin uğuru radikal müxalifətin məhdud sosial bazasını daha çox tükəndirir. Bu özünü 19 oktyabr aksiyasındakı biabırçı fiasko noyabrın 2-ə təyin etdikləri aksiyanı təxirə salma məcburiyyətləri ilə təsdiqlənir.

 

İkincisi, bəlli olur ki, Əli Kərimli radikal antimilli ətrafı sosial şəbəkələrdə izləyicilərinin yarıdan çoxunu itiriblər. Onların Facebook səhifəsində bəyənmələrin, paylaşımların statistikasında azalma templəri güclənib. Xatırladaq ki, Facebook sosial şəbəkəsi administrasiyası bəyan edib ki, bu il 5,4 milyard saxta hesabı bağlayıb. Bu, sosial mediada manipulyasiya dezinformasiyaya qarşı savaşın davam etdiyini göstərir. "Saxta, manipulyasiya məqsədilə yaradılan hesabları aşkarlayaraq bloklamaq qabiliyyətimizi gücləndirmişik", - internet şirkəti hesabatında bildirir. Diqqətli oxucu bu iki hadisə arasında paralel apararaq asanlıqla Əli Kərimli, Cəmil Həsənli radikal antimilli ətraflarının izləyici bəyənmə itkilərinin Facebook şəbəkəsinin öz araşdırmasının, dezinformasiyaya qarşı effektiv mübarizəsinin nəticəsi olduğunu anlaya bilir.

 

Üçüncüsü, uzun illər özünün milli qüvvə kimi təqdim edənlərin Bako Saakyan, Masis Mailyan kimi işğalçı xunta rəhbərləri ilə eyni lojaları, Azərbaycana Türkiyəyə münasibətdə həm eyni ədavəti bölüşməsi bu yaxınlarda ABŞ-da keçirən dinləmələrdə bir daha faş oldu.

 

Dördüncüsü, Almaniyada aparılan hüquqi araşdırmalar radikal müxalifətin trafikinq-insan alveri biznesində iştirakına dair hər gün yeni faktlar aşkara çıxarır. Almaniyadakı araşdırmaların ardınca Fransa digər Avropa ölkələrində araşdırmalar aparıldığın haqda informasiyalar verilməkdədir. İlkin açıqlanmış araşdırmalar Müsavatı silkələdiyi kimi, araşdırmaların davamı Əli Kərimli radikal antimilli ətrafını bəri başdan təhdid etməkdədir. Axı, Müsavatın AKM uzantısının bu biznesdə əsas rəqibiMilli şura”nın Avropadakı müxtəlif strukturlarıdır.

 

Beşincisi, bu qruplaşma son zamanlar yalnız ailə-məişət qalmaqalları, qadınlara qarşı zorakılıq aktları ilə gündəmə gəlir; cəmiyyətə hər hansı yenilik, siyasi ya şəxsi əxlaq nümunəsi təqdim etməyə qabil olmadığını sübut edib s.

 

Beləliklə, iqtidarın uğurlu daxili siyasəti radikalları dəstəkləyə biləcək məhdud elektoratın daha çox əriməsinə səbəb olur; Facebook, Youtube kimi sosial şəbəkə administrasiyalarının tətbiq etdiyi yeniliklər Əli Kərimli, Cəmil Həsənli Milli şura”dakı digər radikalların ictimai rəy lideri olmaları haqda uydurulmuş saxta rəqəmlərin birdən birə iki-üç dəfə azalması ilə nəticələnir- bu həm o deməkdir ki, Əli Kərimli radikal antimilli ətrafının sosial şəbəkə üzərindən inqilab etmək arzusu da puç olub; iqtidarın milli maraqlara söykənən uğurlu diplomatik həmlələrinin antimilli ünsürlər tərəfindən sabotaj edilmə cəhdləri cəmiyyətdə daha çox marginallaşmalarına səbəb olur.Nəhayət, Avropada başlamış hüquqi araşdırmalar radikal müxalifətə Qərbdə guya böyük dəstək verilməsi haqda uydurmaların da yalan olduğunu, bu müxalifətin Qərbin ciddi institutları tərəfindən məhz insan alveri ilə məşğul mafioz qurumlar kimi qəbul edildiyini aşkarlayır. Bəlli oldu ki, Azərbaycan iqtidarının illərlə dedikləri həqiqətdir: xaricdə, Qərbdə bu qüvvələrə yalnız anti-Azərbaycan dairələr, erməni lobbisi dəstək verir.

 

Belə hərtərəfli ifşa, dibə vurmadan sonra Əli Kərimli radikal antimilli ətrafı nəticə çıxarıb indiyədək dəfələrlə media İT ekspertlərinin açıqladığı faktları qəbul edib daha sağlam fəaliyyət metodları seçməli, saxta profillərdən istifadəyə, botlarla izləyici sayı artırmaq, özünə barmaqdan elektorat sorub çıxarma cəhdlərinə son qoymalı idilər. Antimilli qüvvələrin əlində alətə çevrildiklərini; müxalifətin yenilənməsi, cəmiyyətdə vətəndaş sülhünün dərinləşməsi önündə əngəl olduqlarını; minlərlə soydaşımızıliberal cənnətvədi ilə aldadıb son qəpiklərini mənimsədiklərini, indi həmin soydaşlarımızı Avropada qaçqın kamplarında çox pis vəziyyətdə yaşadıqlarına görə məsuliyyət daşıdıqlarını etiraf etməli idilər.

 

Bunun əvəzində görürük?

 

Müşahidə etdiyimiz odur ki, Əli Kərimli çevrəsindəki yaxınsilahdaşlarınamaksimum müdafiə olunmaq, heç bir səhvi etiraf etməmək, vətəndaşları aldatmanın kiçik miqyasda olduğunu deməklə ittihamları sovuşdurmaq, ənənəvi qaydada dövlətə, dövlət rəhbərliyinə qarşı kin- küdurət qusmaq tapşırığı verib. Bu işdəƏli Kərimli TV” kimi rebrendinqə getməyi nədənsə xeyli ləngidən Sevinc Osmanqızı, Nəcəf NəcəfovunAzadlıqbrendini gözdən salıb Nikol PaşinyanınHaykakan jamanak(”Erməni saatı”) qəzetinin adından ucuz plagiat yolu ilə anti-AzərbaycanAzərbaycan saatıyaratmış Qənimət Zahidov əli gah ifşa olunmuş korrupsionerlərin cibindən, gah otel odalarından, gah da ayətullahların risalələrindən çıxan Natiq Adilov xüsusi canfəşanlıq edirlər.

 

İnsanın savadsızlığına da, mədəniyyətsizliyinə , cahilliyinə göz yumub birtəhər onunla yanaşı yaşamaq olar, amma əxlaqsızlıqla bir arada yaşamaq çox çətindir. “Tutaq ki, müxalifət funksionerlərindən kimlərsə saxta viza alverində iştirak ediblər. Etiraf edim ki, mən bunu ciddi miqyaslı problem kimi qəbul etmirəm. Bu alverin həcmi qədərdir ki? qədər məbləğdən söhbət gedir? Olsun 500 min, 1 milyon, 5 milyon“-Sevinc Osmanqızı belə deyir. Bu məntiqdir, bu siyasi şəffaflıqnümunəsidir? 500 minlə 5 milyon arasında doğrudanmı fərq yoxdur sizin üçün? Axı, bu pulların hər bir qəpiyi aldatdığınız, milli dövlətlə, ana vətənlə problem yaratdığınız insanların sınan taleləri, dağılan ailələri deməkdir. Sizinizzətinəfsdediyiniz, “sanballı rəqabətdediyiniz budurmu?

 

Əxlaqsızlığaşəxsi həyatımdırdeyib haqq qazandırmaqdırmı sağlam cəmiyyət uğrunda, izzəti-nəfs uğrunda mübarizə? Siyasi islam liderlərini sitatlarını tutuquşu kimi təkrarlamaqdırmı liberal Qərb dəyərləri uğrunda mübarizə? Ən korrupsiyaya bulaşmış ünvanlardangecə növbəsiişi adıyla aylıq almaq, susmaq- yazmamaq müqabilində ianə qoparmaq üçün saatlarla qapıları pusmaqdırmı cəmiyyəti sağlamlaşdırma? Cibindən asılı olduğun qaranlıq dairələrin sifarişi ilə siyasi opponent bildiyin komandanın ayrı-ayrı fərdlərinə qarşı qara PR aparmaqdırmı urvatlı-sanbalı mübarizə? Cinayəti demokratiya, əxlaqsızlığı şəxsi həyat, xəyanəti fəaliyyət azadlığı kimi təqdim etməkdirmi siyasi mübarizə?

 

Satqınlığı tərəfdarlarına nümunə kimi təqdim etməkdirmi müxalifətçilik?

 

Əminəm ki, qarşıdan gələn bələdiyyə seçkiləri klaviatura qəhrəmanlarının heç bir siyasi sanbalı, çəkisi olmadığının növbəti nümayişi olacaq.

 

Səs.- 2019.- 19 noyabr.- S.6