Cəlil Məmmədquluzadə nəslinin
davamçıları Bakıda
Görkəmli
ədib və ictimai xadim Cəlil Məmmədquluzadənin 150
illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik
konfransın iştirakçıları noyabrın 18-də Fəxri
xiyabanda ədibin məzarını ziyarət ediblər.
AZTV.AZ xəbər
verir ki, anım mərasimində dövlət rəsmiləri,
millət vəkilləri,
eyni zamanda C.Məmmədquluzadə nəslinin
davamçıları olan
nəticəsi Martin Cavanşiri və kötücəsi Przemislav
Cavanşiri də iştirak ediblər.
Anım mərasimindən
sonra Cəlil Məmmədquluzadənin Bakıdakı
ev-muzeyinin əsaslı
təmirdən sonra açılış mərasimi
olub.
Mərasimdə Bakı Şəhər
Mədəniyyət Baş
İdarəsinin rəisi
Cəlil Məlikov, Mədəniyyət nazirinin
birinci müavini Vaqif Əliyev, Azərbaycan Yazıçılar
Birliyinin sədri, Xalq yazıçısı
Anar, AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun
direktoru, akademik İsa Həbibbəyli çıxış edərək ədibin yaradıcılığından, onun həm də
böyük azərbaycanlı
olmasından danışıblar.
Eyni zamanda Prezident İlham Əliyevin “Cəlil Məmmədquluzadənin 150 illik
yubileyinin qeyd edilməsi haqqında” Sərəncamına əsasən
ölkəmizdə və
xaricdə böyük
ədibin yubileyinin keçirildiyini diqqətə
çatdırıblar.
Daha sonra
C.Məmmədquluzadənin nəticəsi Martin Cavanşiri çıxış
edərək ulu babasına göstərilən
bu diqqətə görə təşəkkürünü
bildirib.
Səs.- 2019.- 19 noyabr.- S.11