Heydər Əliyevi inkar edən heç
bir qüvvə, nə hakimiyyətə gələ, nə də
vətənə, xalqa xeyir verə bilməz
Xalqımızın xilaskarı,
Ulu Öndər Heydər Əliyev, yeni müstəqil Azərbaycan
dövlətinin banisi olmaqla, nəinki Azərbaycan, türk,
müsəlman dünyasına, hətta beynəlxalq aləmdə
belə, sülhsevər xalqlar dünyasına nur saçan Azərbaycandan
doğan bir Günəşdir! O,
kompüter sürəti ilə çalışmış,
illəri günlərə çevirmiş,
xalqımızın bir millət kimi formalaşmasında,
dövlətçiliyimizin yenidən
qurulub-yaradılmasında, möhkəmləndirilməsində
və inkişaf etdirilməsində adi insan təfəkkürünə
sığmayan dərəcədə böyük işlər
görmüş və xalqımızın XX əsrdən
sonrakı taleyini artıq həll etmişdir...
Heydər Əliyev siyasi kursu Azərbaycan
dövlət müstəqilliyinin qarantıdır!
Vətənini, xalqını sonsuz məhəbbətlə
sevən, - "Vətənə məhəbbət, xalqa məhəbbət
mənim qanımdadır, beynimdədir, bütün
varlığımdadır. Heç kim, heç
nə, heç bir qüvvə bu məhəbbəti məndən
ala bilməz" - deyən, fitri istedada malik dahi şəxsiyyət
Ümummilli Lider Heydər Əliyevi sevməmək, onu inkar etmək
vətənə xəyanətdən başqa bir şey
deyildir.
Vətən eşqi ilə döyünən
ürək,
Vətən naminə də qorunsun gərək!
Elə ürəkləri qorumayan kəs,
O özü xalqına düşməndir demək!
Təsadüfi deyildir ki, "Vətən
mənə oğul desə nə dərdim, mamır olub
qayasında bitərdim" deyən, vətənpərvərliyi
ilə xalqın rəğbətini qazanan, böyük Xalq
şairi Məmməd Araz, heç kimin haqqında demədiyi,
yazmadığı yüksək fikri Ulu Öndər Heydər
Əliyev haqqında demiş və bunu 1994-cü il 4 oktyabr
dövlət çevrilişinə cəhd zamanı
yazdığı "Bir gecənin əks-sədası"
manifestində vətənpərvərcəsinə,
böyük iftixar hissi ilə xalqa belə
çatdırmışdır:
"O gecə hamının yadındadır: Təşviş
dolu, zəlzələ qorxulu gecə!
Prezident Heydər Əliyev respublika radiosu və
televiziyası ilə birbaşa xalqa müraciət etdi. Xalq dərin
həyəcan içində idi... İkinci müraciətdən
sonra artıq bütün xalq ayaq üstə idi! Prezidentin
müdrikliyi onda idi ki, o özünü itirmədi, gecikmədi!
Xalqın sərvaxtlığı onda idi ki, O,
qəfildən ayağa qalxdı və çevikliyini
saxladı. Yoxsa Azərbaycan dövləti, milli müstəqilliyimiz,
gələcəyimiz darmadağın ola bilərdi!..
Torpaqlarımızın dizi biryolluq qatlana bilərdi!..
...O gecə Gəncənin, Bakının, eləcə
də Azərbaycanın yer üzündə son gecəsi ola
bilərdi, əgər xalqımız həmin gecə dərin
uçurum qarşısında dayandığını
vaxtında görməsəydi, duymasaydı... Hamının qənaəti
belə idi. O gecə əbədi gecəyə tuş olmaq bəlasından
qurtardı bizi! Nə yaxşı ki, o məqamda zəkamızı
itirmədik. Nə yaxşı ki, o məqamda Prezindentin əlində
olan qalibiyyət bayrağını xalqımız unutmadı.
Xalq sübut elədi ki, yeri gələndə, o, birləşib
bir olmağı bacarır!..".
Bəli, Azərbaycan tarixində
yeganə haldır ki, öz xalqının və
respublikasının varlığına çevrilmiş Ulu
Öndər Heydər Əliyev və Onun siyasi kursunu davam etdirən
cənab İlham Əliyev, heç bir xarici müdaxilə
olmadan, öz xalqının tələbi və iradəsi ilə
prezident seçilmişlər.
Xoşbəxt o xalqdır ki, öz liderini
özünə prezident seçir. Xarici qüvvələrin
dalğasında hakimiyyətə gələn, hər kim
olursa-olsun, müstəqil söz sahibi ola bilməz və bir
marionetka kimi dövlətinin milli maraqlarını qoruya bilməz.
Elələri dövləti müstəmləkəyə, xalqı
isə köləliyə aparıb çıxarar.
Xalq öz layiqli liderini seçməklə, həm
də beynəlxalq aləmdə özünü təsdiq
etmiş olur. Məşhur filosof Q.Qrant yazırdı:
"Əgər iş keyfiyyətlərinə görə
özünüzdən aşağı adamları işə
götürürsünüzsə, onlardan da aşağı
olduğunuzu sübut etmiş olursunuz".
Seçilən rəhbərə baxıb, onu
seçən xalqa qiymət verirlər. Hər bir xalqı onun
liderinə görə tanıyırlar. Məhz
ona görə də, əks-qüvvələr həmişə
düşmənçilik etdikləri ölkələrin
xalqlarına, onların milli maraqlarını qoruya biləcək
layiqli liderlərini prezident seçməyə imkan vermirlər.
Çalışırlar ki, özlərinin əlaltılarını
o xalqa bir lider kimi sırısınlar və onların əli
ilə dövləti istədikləri kimi idarə edərək
istismar etsinlər. Bir milləti məhv etmək
üçün, əvvəl onun liderini gözdən salır,
sonra başsız qalmış xalqı pərakəndə
halında məhv edirlər. Elə bu səbəbdəndir
ki, düşmən qüvvələr vaxtilə Ulu Öndər
Heydər Əliyevin hakimiyyətə gəlməməsinə
çalışmış və bu gün də, onun kursunu
davam etdirən və dünya siyasət korifeylərinin
hesablaşdığı Möhtərəm Prezident İlham
Əliyevə qarşı çıxır, hər vasitə
ilə Ona mane olmağa çalışırlar...
Ona görə ki, dünyanın heç bir
ölkəsində belə bir əmin-amanlıq, təhlükəsiz,
dinc yaşayış və həyat tərzi təmin edilməmişdir.
Azərbaycan xalqı əmin-amanlıq içində yaşayır.
Ölkəmizə gələn bütün turistlər,
qonaqlar Bakının gözəlliyinə və müasir
abadlığına heyran olurlar. Gecə səhərə
kimi dənizkənarı parkda gəzir, əyləncə mərkəzlərində
istirahət edir, əylənir və heç bir şeydən
şikayət etmirlər. Çünki onlar, qonaqpərvərlik
və mehribançılıqdan başqa heç bir təhlükə
ilə üzləşmirlər.
Azərbaycanda bütün millətlər
mehribançılıq, dostluq və sülh şəraitində
yaşayırlar. Azərbaycan beynəlmiləl, tolerant bir
ölkə kimi dünya dövlətlərinə bir nümunədir.
Ulu Öndər Heydər
Əliyev hələ Azərbaycan müharibə şəraitində
ola-ola, "Əsrin müqaviləsi"nin imzalanmasına nail
olmuş və bütün dünyanın əfsanə
adlandırdığı "Bakı-Tbilisi-Ceyhan neft kəməri"ni
reallığa çevirərək, dövlət müstəqilliyimizin
təməlini qoymuşdur. Hansı ki, belə
bir şəraitdə heç bir ölkə Azərbaycana sərmayə
qoymaz, müqavilə bağlamazdı. Bunu, düşmən
qüvvələrin qucağında sığınacaq tapan və
özlərini "vətənpərvər" kimi gənclərə
təqdim edənlərdən fərqli olaraq, yaxşı dərk
edən düşmənlərimiz, təşvişə
düşür və müstəqilliyimizin əbədiliyini
sarsıtmaq üçün hər cür vasitəyə əl
atırlar.
Məşhur Çin sərkərdəsi və
filosofu Sun Tsızının təlimatı üzrə hərəkət
edirlər. Belə ki, yıxmaq istədikləri düşmən
dövlətin, təlimatda deyildiyi kimi, ən alçaq və
murdar insanları ilə əməkdaşlıq edirlər. Onların əli ilə hökumətin fəaliyyətinə
hər vasitə ilə mane olmağa çalışır,
ölkədə hər nə yaxşı varsa, pis qələmə
verir, millətin görkəmli nümayəndələrini
hörmətdən salmaq üçün cinayətdə
suçlamağa və lazım olan məqamda ictimaiyyət
qarşısında rüsvay etməyə
çalışırlar. Xüsusi xidmət orqanları tərəfindən
idarə olunur və müvafiq təlimatlar üzrə fəaliyyət
göstərirlər.
Məşhur Çin sərkərdəsi və
filosofu Sun Tsızının təlimatı: "Sizə
düşmən olan ölkədə yaxşı nə varsa
hamısını məhv edin, düşməninizin görkəmli
nümayəndələrini cinayət aləminə cəlb
edin. Onları hörmətdən, nüfuzdan salın,
lazım olan məqamda ictimaiyyət qarşısında
rüsvay edin. Bu işdə, məhz ən alçaq və
murdar insanların əməkdaşlığından istifadə
edin. Düşmən ölkənin vətəndaşları
arasında mübahisə və toqquşmaları qızışdırın.
Gəncləri qocaların əleyhinə qaldırın.
Hökumətin fəaliyyətinə bütün vasitələrlə
mane olun...
Əlbir olanların və məlumatların
satın alınması üçün edilən təkliflərə
və hədiyyələrə çəkiləcək xərclərə
əliaçıq olun. Ümumiyyətlə, bu yolda nə
pula, nə də verəcəyiniz vədlərə qənaət
etməyin, belə ki, onlardan böyük gəlir götürəcəksiniz".
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin
təsisçisi və birinci direktoru Allen Dallesin dediklərindən:
"Orada (düşmən dövlətdə) xaos yaratmaqla,
biz hiss olunmadan onların dəyərlərini saxta dəyərlərlə
dəyişərik və onları bu saxta dəyərlərə
inanmağa məcbur edərik. Necə? Biz öz həmfikirlərimizi
taparıq... Düşmən dövlətin özündə
müttəfiqlərimizi və köməkçilərimizi
taparıq. Bunlar get-gedə xalqın özünü dərk
etməsinin, qavramasının geridönməz olaraq birdəfəlik
sönməsinə, çox böyük miqyasda ölüm
faciəsinə gətirib çıxaracaqdır.
Biz seksə, zorakılığa,
sadizmə, satqınlığa pərəstişi - bir
sözlə, hər hansı mənəviyyatsızlıq
toxumu səpməyə hazır olan, necə deyərlər
(belə demək mümkündürsə), rəssamları
qaldıracaq və hərtərəfli dəstəkləyəcəyik.
Dövlətin idarə olunmasında biz xaos və
qarışıqlıq yaradacağıq...
Məmurların axmaqlığına,
rüşvətxorluğuna, prinsipsizliyinə biz, hiss olunmadan,
lakin aktiv surətdə kömək edəcəyik.
Bürokratizm və süründürməçilik
yaxşı işə dönəcək...
Saflıq və düzlük keçmişin
qalıqlarına dönəcək, gülüş
doğuracaq, lağa qoyulacaqdır. Həyasızlıq
və sırtıqlıq, yalan və aldatma, sərxoşluq və
narkomanlıq, bir-biri qarşısında heyvani qorxu və
abırsızlıq, satqınlıq, millətçilik və
xalqların düşmənçiliyi - bütün
bunları biz cəldliklə və hiss olunmadan yetişdirəcəyik,
bütün bunlar məxməri rəngdə
çiçək açacaqdır...".
Şərhə ehtiyac yoxdur.
Çünki bu təlimatları oxuduqca, daxildə və
xaricdə "canfəşanlıq" edən radikalların
bütün çıxışları göz
qabağında canlanır, sanki nöqtə və
vergülünə qədər o təlimatdakı göstərişləri
icra edirlər və heç şübhə etmirsən ki,
ayrı-ayrı kanallarda çıxış eləsələr
də, bu radikalların hamısı bir mərkəzdən
idarə olunurlar.
İndi sual olunur, onlara müxalifət demək
olarmı?
Əlbəttə, yox! Onlar Vətən deyəndə
öz sığınacaq tapdıqları yeri, xalq deyəndə
qarınlarını düşünürlər. Şəxsi mənafe və düşmənçilikləri
ucbatından düşmənlərin əlində alətə
dönüblər. Axı, onların
hansı biri Dağlıq Qarabağ vuruşmasında
iştirak edib? Xalqı 20 Yanvar
qırğınına verəndə, onlar özləri harada
idilər? Niyə onlardan heç birinin
burnu da belə qanamamışdı. Əlbəttə,
indi sığınacaq tapdıqları ağalarının
tapşırıqları ilə hərəkət edirdilər.
İndi isə efirdə ajiotaj yaratmaqla dünya
ictimaiyyətini aldadır, daxildə onlardan xəbərsiz olan
gəncləri çaşdırmağa
çalışır, xalqın adından
çıxış edirlər. Hakimiyyətdə
olub xalqı səfalət içində qoyub qaçanlar
hansı müxalifətçilikdən danışa bilərlər?
Lakin onu qeyd etmək istəyirəm ki, sağlam
müxalifətin olması hər bir dövlət
üçün vacibdir və demokratikliyinin göstəricisidir. Müxalifət
dövlətə düşmən kəsilmək demək
deyil. Düşmən kəsilirsə, demək,
müxalifət deyil.
Ancaq təəssüflər
olsun ki, bizdə, belə "müxalifətçilər",
"radikallar", "özünü siyasi mühacir hesab edən
radikal ünsürlər" vardır ki, xaricdəki və
daxildəki cəbhədaşları ilə birləşib
özlərini xalq adlandırırlar. Öz məqsədli
narazılıqlarını xalqın narazılığı
kimi qələmə verirlər. Lakin onlar
yuxarıda qeyd olunan təlimatlar üzrə fəaliyyət
göstərir, müxalifət adını mənimsəmək
üçün, ölkə başçısına,
dövlət rəmzlərinə, hökumət məmurlarına
qarşı qərəzli hücumlar edir, təhqirlər
yağdırır, internetdə özlərini, narazı
qrupların qəhrəmanına çevirmək istəyirlər.
Təəssüflər olsun ki, bu adamlar xarici xüsusi xidmət
orqanlarının məxfi əlaltılarına çevrilməklə,
Vətənə xəyanət etdiklərinin ya fərqində
deyillər, ya da artıq bunu qəbul ediblər!
Bu gün qrant girovuna çevrilənlər, Azərbaycan
əleyhinə fəaliyyət göstərən Arif və
Leyla Yunusları beynəlxalq aləmdə müdafiə edirlər. Hansılar ki, erməni
fondları, Marşal fondu, Soros fondu və s. kimi donorlar vasitəsi
ilə xarici dillərdə anti-Azərbaycan təbliğatı
aparırlar. Onlar "cəmiyyətin fikri"
adı altında, sosial şəbəkə yaradaraq, öz
çirkin niyyətlərini həyata keçirirlər.
Elə bu ilin əvvəlində (2019) Avropa Parlamentinin
binasında "Ermənifobiya: tarix və bu günün yenidən
aktuallaşan məsələsi" -mövzusunda tədbir
keçirilmişdir. Tədbirin məqsədi
guya ermənilərin azərbaycanlılar tərəfindən
sıxışdırılması və əzilməsi fikrini
aşılamaq olmuşdur. Bu tədbirdə
ermənilər yalan və iftiralarına dünya ictimaiyyətini
inandırmaq üçün, məhz Leyla Yunusun "Azərbaycanda
on yaşında uşaqlar, xristianların Azərbaycanın
düşməni və ermənilərin isə, qara geyimli
inancsız insanlar olduğuna inanmağa təhrik edilirlər"
- dediyi bu fikirlərindən sitat gətirmişlər. Baxın, bunu erməni əsilli Leyla Yunus deyir. Heç ermənipərəst ekspertlər də bu dərəcədə
onun qədər israrlı deyillər.
Beləliklə də, Avropada ermənilərə
bayraqdarlıq edən erməni əsilli leyla yunusları
müdafiə edənlərə nə ad vermək olar? Əlbəttə,
onların vətən, xalq haqqında danışmaları -
"mübarizə aparmalar" absurddur.
Fəaliyyətlərində şəxsiyyət əleyhinə
iftiralara yer verən insanın haqq, ədalət uğrunda
"mübarizə" aparması riyakarlıqdır. Hər bir səhvi
bağışlamaq olar, vətənə xəyanəti, əsla!
Çox maraqlıdır, böyük şəxsiyyət
Heydər Əliyev kimi xilaskarımızı düşmənlər
görür, onu ləkələməyə
çalışır, bu "vətənpərvər"lər
də onlara kömək edirlər.
Lakin
öz ədalətliliyi ilə düşmənləri də
heyrətə gətirən, xalqın xilaskarı Ulu Öndər
Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndə,
ermənilərin kürkünə od
düşmüşdü. Onların prezidenti
Ter-Petrosyan xalqa elan etmişdi ki, "Dağlıq Qarabağ
haqqında bütün söhbətləri dayandırın.
Gördüyünüz bütün işlər
heç bir nəticə verməyəcək. Çünki Heydər Əliyev artıq hakimiyyətə
gəlmişdir".
Doğrudan da, Ulu Öndər Heydər Əliyev
uzaqgörən və müdrik siyasətilə Dağlıq
Qarabağ probleminin həllində Ter-Petrosyana yalnız bir
çıxış yolu qoymuşdu; o, "hə" deməli
idi. Bildiyiniz
kimi, ermənilər və onların havadarları bu vəziyyətdən
çıxış yolunu Ter-Petrosyanın istefasında
gördülər və buna da müxalifətin əli ilə
nail oldular...
Görürsünüzmü,
Ermənistan dövlətinin beynəlxalq aləmdəki
nüfuzuna xələl gəlməsin və diplomatik
münasibətləri pozulmasın deyə, dövlət
başçısı deyəcəyi sözü müxalifətin
dili ilə dedi. Milli mənafe naminə
müxalifəti də, iqtidarı da bir nöqtəyə
vurdular.
Bütün beynəlxalq aləmdə hamıya məlumdur
ki, ermənilər Dağlıq Qarabağ probleminin həlli məqamlarında
ya görüşü pozurlar, ya istefa verirlər, ya da təsəvvürə
gəlməyən hiylələrə əl atırlar. Lakin ermənilərin
hiyləsini əvvəlcədən duyan müdrik prezident Ulu
Öndər Heydər Əliyev Dağlıq Qarabağ
probleminin həllini Ermənistan Respublikasının parlamenti səviyyəsində
gündəmə gətirtdirir. Artıq
Dağlıq Qarabağ problemi parlamentdə öz həllini
tapmalı idi. Lakin burada da Dağlıq
Qarabağ probleminin həll olunacağını yəqin edən
ermənilər və onların havadarları, dövlət səviyyəsində
analoqu olmayan bir terrora əl atdılar. Dağlıq
Qarabağ probleminin həllinə yekun qərar verəsi olan səlahiyyətli
deputatları, spikerləri başda olmaqla, elə oradaca -
parlamentin iclasında güllələdilər!
Beləliklə, yenə də Dağlıq Qarabağ
probleminin ədalətli həllinə terrorla imkan vermədilər. Görün,
bu ədalətsiz dünyada ədalətsiz ermənilərin nə
qədər müdafiəçiləri vardır. Bu, çox şeydən xəbər verir. Belə ki, bu, adi terror deyildi. Buna
başqa prizmadan yanaşsaq, görərik ki, bu, Ulu Öndər
Heydər Əliyev siyasətinin məğlubedilməzliyinin
dünya miqyasındakı möhtəşəm təntənəsi
idi. Bəli, bu, Heydər Əliyev siyasi fövqəlgücü,
qüdrəti qarşısında məğlub olan,
çıxış yolunu yalnız özlərinin
intiharında görən düşmənlərin
böyük faciəsi idi.
Buradan belə bir nəticə çıxarmaq olar ki, vətəni
və xalqı yolunda mübarizədə ermənilərin, nəinki
müxalifəti, hətta onların cinayətkar aləmi də
bizə qarşı birləşir, bir olurlar və
ölümə birgə gedirlər. Daxildə bir-birini
didib-yesələr də, bir-biri ilə düşmənçilik
etsələr də, xaricdə dostdurlar. Həqiqətdə
isə, dünya xalqları onları sevmədikləri kimi,
onlar özləri də bir-birini sevmirlər. Onlar öz
hiss və məramlarını gizlədən rəzil bir tayfa
olaraq, hiyləgər və qorxaqdırlar. Necə ki, erməni
şairi Yeğişe Çarens yazır: "Bizdə"
(ermənilərdə) riyakarlıq ana bətnində olarkən
yaranır".
Erməni
tarixinin atası sayılan Movses Xorenatsi hələ V əsrdə
öz qəbilədaşları haqqında yazırdı:
"Mən ermənilərin daşürəkliliyini və yekəxanalığını
göstərmək istəyirəm, onlar həqiqəti inkar
etməyi xoşlayan, böyük-böyük
danışmağı sevən ikiüzlü, yaltaq və
riyakardırlar".
Ermənilər özləri haqda, hələ qədim
zamanlardan pis fikirlər yaradıblar. Yəqin ki, bu, əsassız
deyil. Elə olmasaydı, dünya
xalqları ayrı-ayrı zamanlarda eyni fikirdə olmazdılar.
Andı pozma, namərdlik, xəyanət, hərislik,
satqınlıq, ikiüzlülük, qorxaqlıq, yaltaqlıq
bu qəbilənin milli xüsusiyyətlərindəndir. Hiyləgərlikləri
olduqca murdar, riyakarlıqları olduqca dözülməz,
yaxşılıq qarşısında əclaflıqları təəssüf
doğurucudur.
Bunlar, dünya şöhrətli tarixi şəxsiyyətlərin,
mütəfəkkirlərin və filosofların fikirlərində
də öz təsdiqini tapır. Məsələn, Karl Marks, Fridrix
Engels, Əmir Teymur, Aleksandr Düma, Qriboyedov, Puşkin,
Mayakovski və b. kimi tarixi şəxsiyyətlərin fikirlərini
bunlara misal göstərmək olar.
Onlar tamahkar və acgözdürlər. İstənilən
bir cəfəngiyyatı böyütməkdə mahirdirlər.
Abırsız dərəcədə intriqa sevən,
əclaf və zəlil tayfadırlar. Lakin
utanmaq nədir bilməyən bu ermənilər, dünya
xalqlarının gözlərində özlərini həmişə
sivil, mədəni, yaxşı bir millət obrazı
yaratmağa çalışır və çox vaxt da bu
maskanı geyməyi məharətlə bacarırlar. Lakin bütün bunlara baxmayaraq, keçmişdə
və bu gündə də dünya xalqlarının nifrətini
qazanan ermənilərdən, beynəlxalq siyasi qurumlar öz mənafeləri
naminə istifadə etmək üçün onların bu
yalanlarını üzlərinə vurmurlar. Necə deyərlər, münasibəti saxlamaq
üçün yalan danışanın yalanının
üstünü açmazlar.
Lakin təəssüflər
olsun ki, öz qədim tarixi və milli mənəvi dəyərləri
ilə dünya xalqları arasında böyük nüfuz və
rəğbət qazanmış Azərbaycan xalqının
adını daşıyan belə ünsürlər isə
tarixdə insanlıqları və qəhrəmanlıqları
ilə ad qoyub getmiş ulu babalarımızın ruhlarına
hörmətsizlik edir, millətin düşmənlər tərəfindən
aşağılanmasına öz simalarında şərait
yaradırlar. Özlərini xalqa vətənpərvər kimi
təqdim edən belə "vətənpərvər"lər,
hələ bir Azərbaycan bayrağını da peysərlərinin
arxasına qoyub, utanmadan efirə çıxır, beynəlxalq
aləmdə milləti aşağılamaq üçün hər
cür şər-böhtana əl atırlar. Xocalı
soyqırımı ilə əlaqədar ermənilərin
törətdikləri vəhşilikləri dünya ictimaiyyətinə
çatdırmaq üçün erməni səfirliklərinin
qarşısında piketlər keçirmək əvəzinə,
Azərbaycanın xaricdəki səfirliklərinin
qarşısında piketlər keçirir, xidmətində
olduğu düşmənlərimizə belə özlərini
güldürürlər.
Çünki onlar şəxsi maraqlarından
çıxış edir, şəxsi ədavət zəminində
"düşmənimin düşməni mənim
dostumdur" düşüncəsi ilə, Azərbaycanla
düşmənçilik edən dövlət və
qurumların əlindən öpüb, onlara biət edirlər. Beləliklə,
Azərbaycana düşmənçilik edənlərin
hesabına maliyyə vəziyyətlərini
yaxşılaşdırırlar. Elə
deyilsə, bəs, hansı vəsait hesabına onlar xaricdə
oturum əldə edir, sığınacaq tapır, müddətsiz
yaşayırlar. Öz vətənlərində guya
iş tapa və dolana bilmədiklərini dünyaya car çəkən
bu "yazıqlar", nəyin hesabına xaricdə özlərinə
şərait yaradır, uşaqlarını oxudur, studiyalar
açır, "əməkdaşlar" işə cəlb
edir, maliyyə tələb edən bu qədər nanəcib
işlər görə bilirlər...
Əlbəttə, belə bir "vətənpərvərliklə"
biz, heç vaxt riyakar erməni lobbisinin yalanlarını
ifşa edə bilmərik. Saxtakarlıqları və hiyləgərlikləri
ilə dünyada məşhur olan erməni
fırıldaqçılarına qalib gəlmək
üçün, hər şeydən əvvəl, biz gərək,
özümüz-özümüzə qalib gələk! İçimizdəki həsəd və
paxıllığı, kin-küdurəti çıxarıb
düşmənlərə qarşı yönəldək.
Şəxsi mənafedən yox, ümumxalq mənafeyindən
çıxış edək. Beynəlxalq
aləmdə ümummilli birlik yaradaq. Bu
birliyin yox dərəcəsində olduğunu görən Ulu
Öndər Heydər Əliyev, böyük uzaqgörənliklə,
Azərbaycanın dövlət strukturunda heç bir dövlətdə
olmayan bir qurum - Diasporla İş üzrə Dövlət
Komitəsi yaratdı. O məqsədlə ki, tarixlər
boyu Azərbaycan həqiqətlərini təhrif edən,
saxtalaşdıran və özünküləşdirən
erməni diasporasının bu çirkin əməllərinin
qarşısını ala biləcək güclü bir təşkilatımız
olsun. Lakin təəssüflər olsun ki, biz hələ
də lazım olan nəticəni görmürük. Çünki bəzi diasporalarımız Azərbaycan
həqiqətlərini dünyaya yaymaq əvəzinə,
"sənin-mənim" edərək, bir-biriləri ilə
çəkişirlər.
Bütün bunların kökündə bir şey
dayanır - biz təkəbbürlüyük. Özümüzdən
ağıllısını sevmirik. Onları
Balaş kimi təndirdə gizlədib, üstündə
otururuq. Özümüzdən
ağıllısı ilə sağlam rəqabət aparıb
inkişaf etmək, onu ötmək əvəzinə, əksinə,
onu yıxıb qabağa keçmək istəyirik.
İddiamızla bacarığımız tərs mütənasibdir...
Tamah ucbatından nəfsimizə qul olub
bacarmadığımız işdən yapışır və
nəticə etibarı ilə vətəni və xalqı geri
çəkirik. Düşmənlər isə
bu zəifliyimizdən məharətlə istifadə edirlər.
Ona
görə də, Vətənini, xalqını sevən hər
kəs, bacardığı işdən yapışar!
Makedoniyalı
İsgəndərə dedilər: "Sən necə elədin
ki, belə şöhrətə və hörmətə layiq
oldin?" Dedi ki, "Kimi özümdən ağıllı və
yüksəkdə gördüm, ona tabe
oldum. Kimi özümlə bərabər
gördüm, onunla səmimi və təvazökar oldum. Kimi özümdən aşağı gördüm,
ona dayaq oldum, onunla nəzakətlə davrandım".
Bütün bu hisslərdən uzaq olan ey düşmən
qucağında özünə sığınacaq tapan "vətənpərvərlər",
siz nə vaxta qədər burnunuzdan qabağı görməyəcəksiniz? Şəxsi mənafedən
ötrü düşmənə sizi xilas edəndən
şikayət edəcəksiniz?! Dosta düşmən,
düşmənə dost deyəcəksiniz?! Nə vaxta qədər
BMT Təhlükəsizlik Şurasının Dağlıq
Qarabağla əlaqədar çıxardığı 4 qətnamənin
icra olunmamasına göz yuman ədalətsiz beynəlxalq
birliklərdən haqq-ədalət, köməyuman ədalətsiz
beynəlxalq birliklərdən haqq-ədalət, kömə
Liderə, xalqını işıqlı gələcəyə
aparan dövlət başçısına qarşı
düşmənçilik edəcəksiniz?! Nə
vaxta qədər kölgəsinə
sığındığınız, üstündə
oturduğunuz budağı kəsəcəksiniz?! Qarşınızdakı düşmənə arxa
çevirib özümüzə düşmən gözü
ilə baxacaqsınız? Nə vaxta qədər?!
Bəs, bu iki əsrlik bir zaman kəsimində, təkrar-təkrar
başımıza gətirilən bəlalardan, müsibətlərdən
ibrət dərsi almasanız, nəticə
çıxarmasanız, ayılmasanız onda, bizə
qarşı dünya gücləri ilə birləşən
erməni faşizminə qarşı necə qalib gələcəyik?! Bütün
bunlar onu göstərir ki, biz hansı məcburiyyətlər
qarşısında nələr itirə-itirə bu günə
necə gəlib çıxmağımızdan sizin ya xəbəriniz
yoxdur, ya da sizin üçün fərqi yoxdur. Keçmişini, tarixini dərindən bilməyən
gələcəyi uğrunda mübarizə apara bilməz.
Ulu Öndər Heydər Əliyev demişdir: "Ən qədim
zamanlardan bu günə qədərki tarixini bilməyən,
milli mənsubiyyəti ilə fəxr etməyən, onu dəyərləndirməyi
bacarmayan gələcəyi uğrunda mübarizə apara bilməz".
Dağlıq Qarabağ problemi, məlumdur ki, bu gün
yaranmayıb.
Ermənilərin Dağlıq Qarabağa necə
köçürülməsi planının layihəsi hələ
XVIII əsrin ortalarında II Yekaterinanın stolunun
üstündə müzakirə obyektinə
çevrilmişdi və nəticədə, onların indiki
Dağlıq Qarabağa köçürülməsi baş
tutmuşdu.
Təsadüfi
deyil ki, hiyləgər ermənilərin bu faktı sonralar dana
biləcəklərini duyan Ulu Öndər Heydər Əliyev,
böyük uzaqgörənliklə, 1978-ci ildə ermənilərin
özlərinə Ağdərə rayonunun Markuşavan kəndində
Dağlıq Qarabağa köçürülmələrinin
150 illiyinə həsr edilmiş xatirə abidəsi
ucaltdırmışdır. Təəssüflər
olsun ki, indi Dağlıq Qarabağ probleminin həllində
böyük bir fakt olan o xatirə abidəsinin izi-tozu da
qalmayıb. Ermənilər bu faktı gizlətmək
üçün həmin abidəni yerli-dibli yox ediblər.
Bilirsinizmi, ermənilərin
alçaqlıqları tək bununla bitmir. Utanmaq nədir bilməyən ermənilər, Azərbaycana
köçürüldükləri bütün yerlərdə
qədim tikililərdən daşları çıxarır,
Azərbaycan dilində olan bütün yazıları erməni
yazıları ilə əvəz edir, coğrafi adları dəyişir
və tarixi saxtalaşdırırlar.
Dünya filosof və mütəfəkkirlərinin təsdiq
etdikləri kimi, hörmət gördükləri xalqlara
qarşı həmişə xəyanətkar mövqedə
olmaq, ermənilərin həyat tərzinə
çevrilmişdir.
Yadımdadır, mən hələ 1989-cu ildə
Naxçıvanda işləyəndə, bir faktın
şahidi oldum.
Azərbaycanın Zəngəzur mahalının
işğalından qabaqkı dövrün xəritəsini
axtarırdım. Düşündüm ki,
respublika partiya komitəsinin arxivində qalar. Ora getdim və aşkar etdim ki, 1936-cı ildə həmin
xəritənin axırıncı nüsxəsini, partiyanın
məxfi arxivindən - "sekretnıy çast" deyilən
məxfi otaqdan bir erməni, təhqiqatçı adı ilə
qol çəkib götürüb və bir də geri
qaytarmayıb. Çox təsirləndim... Onda başa
düşdüm ki, bugünkü xəyanətlərinin
hazırlığını hələ o vaxtdan
görürmüşlər...
Təəssüflər olsun ki, bu gün, ideoloji
müharibə gedən bir zamanda belə, o abidənin
adını çəkən yoxdur. Gərək ermənilərin
Dağlıq Qarabağa köçürülməsini təsdiq
edən bu abidəni, ermənilərin alnına, kimliklərini
təsdiq edən bir möhür kimi vuran Ulu Öndər Heydər
Əliyevi inkar edən hər kəs, kimə xidmət etdiyini
dərk etsin və özünün kim olduğunu
düşünsün! Bunu ancaq vətən xaini edə bilər!
Bəli,
ermənilərə dəstək olan belə "vətənpərvərlər"
tarix boyu olub, bu gün də var. Onları Dağlıq
Qarabağ yox, millət, dövlət yox, yalnız hakimiyyət,
pul, şəxsi mənafe maraqlandırır. Onların
davası din davası deyil, un
davasıdır. Onların məqsədi, nəyin
bahasına olur olsun, yalnız hakimiyyətə gəlmək,
bu çirkin məqsədlərinə nail olmaq
üçün ağalarının
tapşırıqlarını yerinə yetirməkdir. Ağalarının məqsədi isə tək
Dağlıq Qarabağı yox, bütün Azərbaycanı
ermənilərə verməkdir. Təki Azərbaycan
kimi gələcəyi parlaq olan bir müsəlman dövləti
dünya tarixinə düşməsin. Lakin
onlar unudurlar ki, Ulu Öndər Heydər Əliyevi inkar edən
heç bir qüvvə Azərbaycanda nə hakimiyyətə
gələ, nə də vətənə və xalqa xeyir verə
bilməz. Müdrik Azərbaycan xalqı öz liderini
qorumağı bacarır!
Məsələ burasındadır ki, ermənilər bizə
qarşı yönəlmiş qüvvələr aysberqinin
görünən hissəsidir.
Belə ki, Dağlıq Qarabağ probleminin tarixi kökləri
çox dərinliklərə gedir. Bu proses, I Pyotrun dövründən,
Çar Rusiyası, Qacarlar dövləti dövründən
başlanan, Sovet imperiyasından güc alan
və bu gün daha da şiddətlənən bir prosesdir. Bu
proses, torpaqlarımızın, davamlı olaraq, əldən
getməsi ssenarisinin reallaşmasına xidmət edir. Unutmaq lazım deyil ki, bu gün Mərkəzi Kəşfiyyat
İdarəsinin Qafqazdakı ən böyük ofisi və
analitik iqamətgahı, Bakıda və Tbilisidə deyil, məhz
Yerevanda yerləşir.
Ona görə də, Dağlıq Qarabağ probleminin həll
olunmamasına və əlavə torpaqlarımızın getməsinə
çalışan qüvvələr, get-gedə artmaqda davam
edir. Ona
görə də, "ATƏT-in bu münaqişənin həlli
ilə məşğul olan BMT Təhlükəsizlik
Şurasının üç daimi üzvü - Rusiya, Fransa və
ABŞ-ın həmsədrlik etdiyi xüsusi Minsk Qrupu 27 ildir
ki, fəaliyyət göstərir. Lakin heç
bir nəticə hasil olunmayıb. Qarabağa
dair BMT-nin dörd qətnaməsi var. O sənədlərdə
açıq-aydın qeyd olunur ki, işğalçılar
qeyd-şərtsiz Azərbaycan torpaqlarını azad etməlidirlər.
Hələ də, bu qətnamələr yerinə
yetirilməyib. Baxmayaraq ki, ölkə
Prezidenti İlham Əliyev bütün beynəlxalq tribunalardan
bu barədə bütün dünyaya car çəkir. Lakin BMT Təhlükəsizlik Şurasının
başqa dövlətlər üçün verilən qətnamələri,
heç mürəkkəbi qurumamış belə, yerinə
yetirilir. Bizə gəldikdə isə, 1990-cı
illərin əvvəllərində BMT Təhlükəsizlik
Şurası tərəfindən qəbul edilmiş həmin
dörd qətnamənin heç biri yerinə yetirilməyib.
Çünki Ermənistanın xeyrinə bizə
qarşı ikili standart siyasəti aparılır. Vasitəçi
dövlətlər, amerikalı səfirlər, ATƏT-in Minsk
Qrupu səfirləri və ATƏT sədri
işğalçı və işğala məruz qalan tərəfi
eyniləşdirən mənasız bəyanatlar və
çıxışları ilə kifayətlənir, Ermənistana
qarşı heç bir sanksiyaların tətbiq edilməsinə
təsir göstərmirlər. Halbuki Ermənistana
təzyiq göstərməli, onları Azərbaycan
torpaqlarından çıxmağa vadar etməlidirlər.
Azərbaycan, təklənmiş bir müsəlman
dövləti olaraq, bu kimi qüvvələrin
qarşısında həmişə haqsızlıqla üzləşmiş,
bu gün də o haqsızlıq qarşısındadır. Buna baxmayaraq, həmin
qüvvələr, Dağlıq Qarabağ probleminin həllində
yeganə güc və məqam olan ölkə Prezidenti
İlham Əliyev və Onun hakimiyyəti, şər qüvvələri
təşvişə saldığından, məşhur
Çin sərkərdəsi Sun Tsızının təlimatında
deyildiyi kimi, içimizdə olan ən murdar və alçaq
insanlardan, sapı özümüzdən olan baltalardan istifadə
edərək, ölkədə xaos yaratmaq və hakimiyyəti
devirmək məqsədi güdürlər.
Lakin onlar
heç nəyə nail ola bilməyəcəklər.
Çünki onların bu nanəcibliklərini
görən müdrik Azərbaycan xalqı xilaskarı Ulu
Öndər Heydər Əliyevə və Onun
davamçısı Cənab İlham Əliyevə olan sevgi və
rəğbəti gündən günə artmaqdadır.
Lakin düşünürəm ki, vaxtilə hakimiyyətdə
olub xalqı pis günə qoyanları tanımayan
bugünkü gənclər arasında, sanki bir ideoloji
boşluq vardır. Bu, böyük təhlükə mənbəyidir.
Belə ki, bu gün Azərbaycan gəncliyinin 80
faizini 1988-ci ildən sonra doğulanlar təşkil edir.
Dünyada gedən ictimai-siyasi proseslərdən xəbərsiz
olan bu gənclər, hardan bilsinlər ki, Ulu Öndər Heydər
Əliyev kimlərlə və necə vuruşmuş, hansı
çətin yollardan keçmiş, Azərbaycanı hansı
ağır vəziyyətlərdən
çıxarmış, müstəqilliyini əldə
etmiş və bugünkü gözəl, firəvan, abad bir
müstəqil respublikaya çevirmişdir?! Onlar hardan bilsinlər
ki, Azərbaycan 1988-93-cü illər dövrünü, yəni
AXCP-Müsavat cütlüyünün yarıtmaz rəhbərliyi
dövrünü səfalət içində yaşayıb?!
Nə vaxt ki, özünü "vətənpərvər"
kimi təqdim edən Kərimov Əli dövlət katibi vəzifəsində
işləmişdir. İndi bütün
bu biabırçılığa səbəb olduğundan, xəcalət
çəkib xalqdan üzr istəmək əvəzinə, mətbuat
vasitəsi ilə xalqa özünü "vətənpərvər"
kimi göstərir? Xəcalət çəkmirlər
ki, onların hakimiyyəti dövründə həmin xalq həftələrlə
çörək növbəsində dayanmışdı və
küçəyə belə çıxmaqdan qorxurdu. Kimə məxsus olduğu bilinməyən silahlı
dəstələr küçələrdə at
oynadırdılar. Bu gənclər hardan
bilsinlər ki, işıqsız, qazsız xaos içində,
müharibə şəraitində ac-yalavac yaşayan xalq,
özlərinin yeganə güvənci, arxası bildikləri
polislərin, şəxsən mənim yaxamdan
yapışıb "bala, qurban olum, biz sizdən heç nə
istəmirik, nə su, nə çörək! Bizi bu silahlıların əlindən qurtarın.
Biz acından qorxusuz-hürküsüz ölmək
istəyirik" - deyə, yalvarırdılar. Qışda soyuqdan isinmək üçün illərlə
becərdikləri meyvə ağaclarını belə
qırıb yandırırdılar? Körpə
uşağa isti çay vermək üçün odun əvəzinə,
uşaqlarının kitab-dəftərlərini yandırırdılar?!
İndiki gənclər hardan bilsinlər ki, Azərbaycanı
xarabazarlığa
çevirib, vəzifələrini dondurub qaçan bu
yarıtmazlardan sonra bugünkü, dünyanı heyran qoyan Azərbaycanı,
onun paytaxtı gözəl Bakını, bu əmin-amanlığı
Ulu Öndər Heydər Əliyev yaradıb? Yoxsa
bu gənclər elə bilirlər ki, indiki bu gözəl, firəvan,
abad ölkəmizi elə bu vəziyyətdə ikən
onların əlindən "zorla" alıblar? Hələ indi də, utanmaz-utanmaz
bağırırlar ki, hakimiyyəti onların əlindən
zorla alıblar? Hansı hakimiyyəti zorla
alıblar? Bunlar hardan bilsinlər ki, vəzifələrini
dondurub hakimiyyəti qoyub qaçandan sonra düşmənlər
əhatəsində bölüşdürülmək ərəfəsində
qalan Azərbaycanı, onların əlindən qurtaran,
ölü bədənə ruh verən kimi dirildən, Ulu
Öndər Heydər Əliyev olmuşdur? Bütün xalqa məlum olan bu aksiomanı danmaq
hansı vicdana sığışar? İnsanda
abır-həya yaxşı şeydir. O da ki,
görünür, bunlarda yoxdur.
Bəli,
1988-ci illərdə həyata göz açan bugünkü gənclərimiz
meydan hadisələrini, 1990-cı il qanlı 20 Yanvarı,
1992-93-cü illərdəki AXCP-Müsavat
cütlüyünün hakimiyyəti dövrünün
biabırçılıqlarını, 1994-cü il dövlət
çevrilişinə cəhdi, 1995-ci il vətəndaş
müharibəsini görməyiblər. İndi
bu gənclər hardan bilsinlər ki, bütün bu hadisələrin
baş verməsinə, torpaqlarımızın getməsinə
əsas səbəb olan, zəmin yaradan bunlardır? Bizi
dünya birliyindən, beynəlxalq dostluq yardımından təcrid
edən, 907-ci maddədəki «düzəlişi» bir ləkə
kimi millətin adına vurduran
AXCP-Müsavat cütlüyünün hakimiyyəti
olmuşdur? Hakimiyyətdə olub, hakimiyyəti qoyub
qaçan, bu gün də "əziz xalqım", "əziz
həmvətənlərim", "ana və
bacılarım" deyib, özünü həyasızcasına
gənclərə "vətənpərvər" kimi
göstərən bu üzdəniraqlar, görəsən,
xalqı nə dərəcədə ağılsız hesab
edirlər?
Çox düşündürücüdür, ermənilər
ayrı-ayrı əsrlərdə doğulsalar da, bir-birilərini
görməsələr də, onları milli maraqları birləşdirir. Bir əsr
bundan qabaq yaşamış ermənilərin məqsəd və
məramlarını bugünkü ermənilər bilir və
onu davam etdirirlər. Çünki zamandan
və dövrdən asılı olmayaraq, onlar bir mərkəzdən
idarə olunurlar və yeri gələndə, amalları
uğrunda mübarizədə hər alçaqlığa belə
gedirlər. Lakin bizim "vətənpərvərlər"
isə vəzifə naminə hər cür
alçaqlığa gedirlər! Yaranmış
milli-ideoloji boşluq öz işini görür. Bu isə çox təhlükəlidir.
Odur ki,
vaxtilə Dağlıq Qarabağda Topxanada armud
ağacının kəsilməsinə dözməyən,
ayağa qalxan xalq, bu gün onu xilas edən müasir, müstəqil
Azərbaycan dövlətini quran və bugünkü əmin-amanlığa
qovuşduran Ümummilli Liderinin, dövlət
başçısının, bayrağının, millətinin
aşağılanmasına belə dözür? Görünən budur ki, əks təbliğat bizi
qabaqlayır.
Düşünürəm:
necə olub ki, biz, qanlı əsrləri
ötmüşük, keçilməz yolları
keçmişik, çox itkilər versək də, bu günə
salamat gəlib çıxa bilmişik?..
Nə yaxşı ki, Ulu Tanrı öz mərhəməti
ilə, Ulu Öndər Heydər Əliyevi bizə vaxtında
bəxş etmişdir. Yoxsa indi Azərbaycandan əsər-əlamət yox
idi...
Əgər
ermənilərin Heydər Əliyevi olsaydı, indi
bütün dünya Ermənistan idi...
Əziz
qardaş və bacılar, xarici xidmət orqanları tərəfindən
idarə olunan bu üzdəniraq vətənpərvərlər
və "söyüşçü qruplar"a, "siyasi
mühacir"lərə uymaqdan əvvəl fikir verin
görün onlar kimlərin qucağında özlərinə
sığınacaq tapıblar?
Görün, o sığınacaq sahiblərinin hansı
biri Dağlıq Qarabağ məsələsində bizi dəstəkləyiblər? Onların
hansı biri BMT-nin Azərbaycanın xeyrinə
çıxardığı dörd qətnamədən
birinin belə adını çəkiblər? Niyə milyondan artıq
qaçqınlarımızın, əsir düşmüş
ana və bacılarımızın taleyi ilə maraqlanmır,
erməni əsilli Leyla Yunusova kimilərdən ötrü
dövlət səviyyəsində savaşa qalxırlar?
Özlərinin əlaltısı olan, cinayət
törədib həbsə düşənlərdən
ötrü Qərbdə və Avropada, dünya birliklərində
məsələmizi qaldırırlar? Sual olunur: xeyir ola,
yurd-yuvasından qovulmuş bir milyondan çox
qaçqınlarımızın, işgəncə verilən,
əsirlikdə olan minlərlə soydaşlarımızın
taleyi onları narahat etmir, bizim haqq səsimizə səs
vermirlər, lakin dinc-firavan yaşayan xalqımızın
taleyi onları "narahat" edir? Guya dövlətimiz
tərəfindən Azərbaycan xalqı incidilir və bu,
onları narahat edir, dinc, xoşbəxt yaşayan Azərbaycan
xalqının müdafiəsinə qalxırlar? Əksinə, onlar Azərbaycan xalqının
xoşbəxtliyini həzm edə bilməyən düşmənlərdirlər.
İndi özünüz düşünün,
bu düşmən qüvvələrə xidmət edən və
sizi "xalqım" deyə özlərinin getdiyi xəyanət
yoluna dəvət edən bu"siyasi muzdurları"
Dağlıq Qarabağ, torpaq, xalq maraqlandırır?
Əlbəttə, yox! Onları xarici kəşfiyyat
orqanlarının vəd etdikləri xəyali hakimiyyət
maraqlandırır. Onlar bu xəyalda ikən
düşmənlər də inkişafda olan müsəlman
dövlətini yıxmaq xəyalındadırlar.
Burada "Xəyalpərəst hambalın
arzuları" hekayəsi yadıma düşür. Uzun müddət
müştəri gözləyən ac-yalavac olan bir
hambalı, bəy çağırır, aldığı bir
küpə yağı evinə aparmağı
tapşırır. Küpə çiynində bəyin
evinə gedən hambalın sevindiyindən çiçəyi
çırtlayır; yağ küpəsini
apara-apara fikirləşir ki, ağam mənə iki
şahı pul verəcək. Onu xəcləməyəcək,
4 ədəd yumurta alacağam. Həmin
yumurtaları yeməyəcək, qonşunun kürt yatan
toyuğunun altına qoyub, ordan dörd cücə əldə
edəcəyəm. O cücələri də
böyüdəcəyəm, hərəsinin altına 15
yumurta qoyacağam. Beləliklə, 64 toyuğum
olacaq. 64 toyuğun hərəsinin
altına 15 yumurta qoyacağam, kürt yatacaq, 960 toyuğum
olacaq. Onların da hərəsinin
altına 15 yumurta qoyacağam, beləliklə, yumurtadan toyuq,
toyuqdan yumurta ala-ala, hesablayır ki, onun varı-dövləti
şahın var-dövlətindən çox olur. Evlənmək qərarına gəlir, hətta
şahın qızını belə, bəyənmir. O,
bu xəyalda ikən, bəyin evinə pilləkənlərlə
qalxmaq məqamında, ayağı ilişib
yıxılır, küpə pilləkənlərə dəyib
dağılır, yağ
tökülür. Bir də ayılır ki, bəy
onu təpiyinin altına salıb ayaqlayır. Beləliklə, xəyalpərəst hambalın
bütün arzuları puç olur.
İndi bu "vətənpərvər"lər, xəyalpərəst
hambalın günündədirlər. Çox çəkməz, onlar da,
ağalarının göstərişlərini yerinə yetirə
bilmədikləri üçün aldıqları qrant və
"siyasi muzdur" pullarının müqabilində öz
ağalarının kötəklərini yeyəcəklər...
Söz yox ki, bu siyasi muzdurlar özləri təhlükəli
deyillər. İt hürər, karvan keçər. Təhlükəli
hürməyən itlərdir! Hürənləri
hürdürənlərdir!
Məlum
məsələdir ki, bir xalqı məhv etmək
üçün o xalqın içindən, məhz belə
murdar və alçaq insanların əməkdaşlığından
istifadə edir, əvvəlcə onun
başçısını, xoşbəxt gələcəyə
aparan liderini xalqının gözündən salır, sonra pərakəndə
halında başsız qalmış xalqın özünü
"parçala, hökm sür!" siyasəti ilə
parçalayır və məhv edirlər.
Ayıq
olun!
Həsən
Şirinov
XX əsrdə dünya siyasəti və beynəlxalq
münasibətlər sistemində bəşəriyyətin gələcək
taleyinə ciddi təsir edəcək bir çox hadisələr
qeydə alınmış, həlledici proseslər baş
vermişdir. Bunlardan biri nəhəng geosiyasi vahid -
aparıcı, hegemon güc mərkəzlərindən biri
olan SSRİ-nin süquta uğraması olmuşdur. Məhz bu qlobal xarakterli geopolitik hadisədən sonra
meydana çıxmış müstəqil dövlətlərin
hər birində müxtəlif proseslər baş vermiş,
sözügedən coğrafiyanın xalqları fərqli
siyasi, iqtisadi, sosial, humanitar reallıqlarla üzləşmişlər.
SSRİ-nin tərkibində olan 15 respublikadan biri kimi Azərbaycan
isə 1991-ci ildə müstəqillik əldə etdikdən
sonra çox ciddi siyasi, sosial-iqtisadi, humanitar xarakterli problemlərlə
qarşılaşmışdı, respublikada sabitlik və
inkişafdan nəinki söhbət gedə bilməzdi, hətta
ölkə xaos və anarxiya məkanı kimi xarici kəşfiyyat
orqanlarının mübarizə meydanına
çevrilmişdi. Həmin dövrdə respublikaya rəhbərlik
edənlərin siyasi səriştəsizliyi, müstəqil qərar
vermək və milli maraqlara uyğun siyasət həyata
keçirmək iqtidarında olmamaları, mübarizələrini
dövlətin mənafeyi uğrunda deyil, öz şəxsi -
korporativ maraqları əsasında aparmaları Azərbaycanın
müstəqilliyini itirmək təhlükəsini meydana
çıxarmışdı. Belə bir
ağır vəziyyətdə xalqın və dövlətin
xilası üçün zəngin dövlətçilik təcrübəsinə
malik olan qətiyyətli liderə ehtiyac var idi. Bu lider məhz Ümummilli Lider Heydər Əliyev
idi. Xalqın təkidli tələbi ilə
1993-cü ildə yenidən hakimiyyətə gələn Ulu
Öndər Heydər Əliyev respublikamızı tənəzzüldən
xilas edərək tərəqqi yoluna çıxarmaqla,
müasir müstəqil Azərbaycan dövlətini qurub
yaratmaqla tarix yazdı. Yüksək vətənpərvərlik
və milli təəssübkeşlik hissinə malik olan vətəndaş,
tarixi şəxsiyyət və Ümummilli Lider kimi Heydər
Əliyev Vətənini fəlakətdən qurtardı, ölkəsini
çevriliş cəhdlərindən, xaosdan hifz edərək
dirçəliş və inkişafa doğru yönəltdi,
cəmiyyətdə özünəinam hissini, ölkəmizdə
sabitlik və firavanlığı təmin etdi.
Ümumiyyətlə, Azərbaycan dövlətçilik
tarixində Heydər Əliyev şəxsiyyətinin müstəsna
yeri və rolu var, Ümummilli Liderin xalqımız
qarşısında xidmətləri misilsizdir. Ulu Öndərin Azərbaycan
xalqı və dövləti qarşısındakı əvəzedilməz
xidmətləri Onun fəaliyyətinin bütün mərhələlərini
əhatə edir, Ümummilli Liderin həm SSRİ
dövründə, həm də müstəqillik illərində
ölkəmizə rəhbərlik etdiyi dönəmdə
görülən işlər respublikamızın qüdrətinin
artmasına, Azərbaycanın möhtəşəm nailiyyətlər
qazanaraq yeni zirvələr fəth etməsinə xidmət
etmişdir.
Bütün
bu reallıqları daha yaxşı anlamaq üçün Ulu
Öndərimizin xalqımız qarşısındakı ali məramlı, çoxşaxəli və səmərəli,
tarixi əhəmiyyətə malik olan fəaliyyətinin
müxtəlif dövrlərinə ayrıca nəzər salmaq
məqsədəmüvafiqdir. Əvvəla qeyd
etmək lazımdır ki, Ulu Öndər Heydər Əliyevin
1969-1982-ci illər ərzində ölkəmizə rəhbərlik
etdiyi dönəm respublikamızın tərəqqi
dövrü kimi yadda qalıb, yüksək inkişaf göstəriciləri
ilə tarixə daxil olub. Bu dönəmdə
həm sosial-iqtisadi tərəqqinin, həm də milli həmrəyliyin
təmin olunmasına xidmət edən məqsədyönlü
işlər görülüb, Azərbaycan SSRİ miqyasında
sürətlə inkişaf edən respublikaya çevrilib.
Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyətinin
Naxçıvan dövrü də çox mühüm əhəmiyyətə
malikdir. Məlumdur ki, 1991-ci ilin sentyabr
ayında Ulu Öndər Heydər Əliyevin Naxçıvan
MSSR-in Ali Məclisinin Sədri seçilməsinədək
olan mərhələdə Naxçıvan olduqca ağır
şəraitdə idi. Ali Məclisin Sədri
seçilən Ulu Öndər Heydər Əliyevin gərgin fəaliyyəti
sayəsində Ermənistanın blokadada saxladığı
Naxçıvanda sabitlik təmin edildi və muxtar qurumun
sosial-iqtisadi vəziyyəti
yaxşılaşdırıldı. Müharibənin
davam etdiyi, sənaye məhsullarının
çatışmadığı, elektrik enerjisinin
olmadığı, sosial-iqtisadi durumun kəskin olduğu
ağır şəraitdə Ali Məclisin Sədri
seçilən Heydər Əliyevin həyata keçirdiyi
islahatlar və gördüyü qətiyyətli tədbirlər
sayəsində Naxçıvan erməni təcavüzünü
uğurla dəf etdi, dost və qardaş Türkiyə ilə
davamlı, hərtərəfli əlaqələrin
qurulmasına nail oldu, həmçinin cənub qonşumuz
İranla münasibətlər normallaşdırıldı.
Ən əsası, 17 noyabr 1990-cı il tarixində
Naxçıvan Ali Məclisinin I sessiyasında ilk dəfə
olaraq üçrəngli bayrağımız
qaldırıldı, Naxçıvan MSSR adından “Sovet” və
“Sosialist” sözləri çıxarıldı,
Naxçıvanda Kommunist Partiyasının fəaliyyəti
dayandırıldı və Sovet əsgəri birlikləri
Naxçıvan MR ərazisindən çıxarıldı. “1990-cı il yanvar ayının 20-də törədilmiş
Bakı hadisələrinə siyasi qiymət verilməsi
haqqında” Qərarın qəbul edilməsi, 31 dekabrın
Dünya Azərbaycanlılarının Həmrəyliyi
Günü elan olunması da xüsusi
vurğulanmalıdır. Bunlarla
yanaşı, müxtəlif sahələrdə islahatların
həyata keçirilməsi, inkişafa təkan verən tədbirlərin
reallaşdırılması Naxçıvanın xilası və
dirçəlişinə xidmət edən mühüm
addımlar idi.
Qeyd etdiyimiz kimi, həmin dövrdə ölkədə
ictimai-siyasi, sosial-iqtisadi vəziyyət olduqca ağır idi. Belə bir şəraitdə
1992-ci il oktyabrın 16-da 91 nəfər
ziyalı Ümummilli Liderimizə müraciət etdi. Müraciətdə qeyd edilirdi ki, “öz
adımızdan və on minlərlə respublika vətəndaşı
adından Sizdən xahiş edirik ki, təşəkkül
tapan Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə
razılıq verəsiniz. Azərbaycan
Sizin sözünüzü və qəti qərarınızı
gözləyir”. Ümummilli Lider Heydər Əliyev
ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il
tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının
yaradılmasına və ona rəhbərlik etməyə
razılıq verdi. Beləliklə, noyabrın
21-də 550 nəfərin iştirakı ilə Yeni Azərbaycan
Partiyası təsis olundu və Ulu Öndər Heydər
Əliyev partiyanın Sədri seçildi. Ümummilli Lider Heydər Əliyevin rəhbərlik
etdiyi Yeni Azərbaycan Partiyası qısa müddət ərzində
təşkilatlandı, xalqın dəstəyi ilə
1993-cü ildə hakimiyyətə gəldi. Bu, xalqın Ümummilli Lider Heydər Əliyevə
böyük inamının, Onun rəhbərlik etdiyi partiyaya dəstəyinin
bariz ifadəsi idi. Ümumiyyətlə,
Yeni Azərbaycan Partiyasının yaranması Azərbaycanın
ən yeni tarixinin möhtəşəm siyasi hadisəsi idi.
Çünki bu partiya yarandıqdan sonra avanqard və mütərəqqi
siyasi qüvvə kimi milli maraqlara xidmət edən siyasi fəaliyyəti
ilə Azərbaycanın inkişafına fundamental töhfələr
verdi, ölkədə sabitliyin və təhlükəsizliyin
təmin olunmasında misilsiz xidmətlər göstərdi. Bu kontekstdə bir mühüm məqama da xüsusi
diqqət yetirmək lazımdır. Məlumdur
ki, YAP müxalifət partiyası kimi yaranmışdı, həmin
dövrdə özünün nümunəvi fəaliyyəti
ilə müxalifətçiliyin sivil qaydaları və
formalarını müəyyənləşdirdi, müxalifətçiliyin
nə demək olduğunu cəmiyyətə nümayiş
etdirdi. YAP göstərdi ki, müxalifətçilik
xalqa, dövlətə qarşı fəaliyyət göstərmək
deyil, sabitlik və tərəqqiyə xidmət edən mütərəqqi
ideyalarla çıxış etmək, cəmiyyətin və
ölkənin inkişafı üçün milli maraqlara əsaslanan
fəaliyyət göstərməkdir. Ən əsası,
Yeni Azərbaycan Partiyası müasir müstəqil Azərbaycanın
siyasi sistemini formalaşdırdı, siyasi mədəniyyətin
təşəkkülünü təmin etdi. Beləliklə, zəngin və şərəfli
inkişaf yoluna malik olan Yeni Azərbaycan Partiyasının
ötən müddət ərzində ümumxalq
partiyasına çevrilərək möhtəşəm
nailiyyətlər əldə etməsi təsadüfi xarakter
daşımır. Hər şeydən əvvəl,
Yeni Azərbaycan Partiyası milli maraqlara xidmət edən
çoxşaxəli və səmərəli fəaliyyəti
ilə Azərbaycan cəmiyyətinin bütün təbəqələrindən
olan insanları öz sıralarında birləşdirib.
Monolit və avanqard siyasi qüvvə kimi Azərbaycanın
dinamik inkişafına öz layiqli-dəyərli töhfələrini
verən Yeni Azərbaycan Partiyasının ümumxalq
partiyası olmasını göstərən ən
mühüm amillərdən biri onun öz sıralarında
dilindən, dinindən, etnik mənşəyindən
asılı olmayaraq bütün insanları birləşdirməsidir.
Bu, partiyamızın yüksək nüfuzunu əks
etdirən başlıca göstəricilərdəndir. Ən əsası isə, Yeni Azərbaycan
Partiyası güclü liderin ətrafında yaranmış
partiyadır. Partiyanın yarandığı dövrə
nəzər salanda görürük ki, zəngin dövlətçilik
və idarəetmə təcrübəsinə malik olan,
ömrünü və bütün fəaliyyətini Öz
xalqına və dövlətinə xidmətə həsr edən
bir şəxsiyyətin - Ümummilli Lider Heydər Əliyevin
Yeni Azərbaycan Partiyasına rəhbərlik etməsi
partiyamıza olan inam, etimad və dəstəyi
artırırdı. YAP-ın fəaliyyəti Heydər
Əliyev siyasi xətti olaraq qəbul edilirdi. Bu
gün də partiyamız öz fəaliyyətini Ümummilli
Lider Heydər Əliyevin ideyaları əsasında davam etdirir.
Başqa sözlə, Yeni Azərbaycan
Partiyası Ulu Öndər Heydər Əliyevin siyasi kursunu
uğurla davam etdirən Prezident İlham Əliyevin Sədrliyi
ilə müvəffəqiyyətlə fəaliyyət göstərir,
qatıldığı bütün seçkilərdə
parlaq qələbələr qazanır. Bu gün Azərbaycanda
YAP-a rəqib ola biləcək hər
hansı bir siyasi qüvvə mövcud deyil. Ümummilli
Liderimiz Heydər Əliyevin qeyd etdiyi kimi, Yeni Azərbaycan
Partiyası dünənin, bu günün və gələcəyin
partiyasıdır.
Beləliklə,
daha sonra 1993-cü il iyunun 9-da isə Heydər
Əliyevin xalqın təkidli tələbi ilə Bakıya
qayıtması, ölkənin xaos, vətəndaş
qarşıdurması, dövlət müstəqilliyinin itirilməsi
təhlükəsindən xilas edilməsi missiyasını həyata
keçirməyə başlaması böyük tarixi əhəmiyyətə
malik idi. 1993-cü il iyunun 15-də Heydər
Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri
seçildi, ölkədə davam edən gərginlik və
qarşıdurma səngidi, respublikamız vətəndaş
müharibəsindən və parçalanma təhlükəsindən
xilas oldu. Bu mühüm tarixi gün
xalqımızın yaddaşına Milli Qurtuluş
Günü kimi daxil oldu. Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən
iclasındakı çıxışında Ulu Öndər
Azərbaycan dövlətçiliyinin gələcək
inkişaf strategiyasını elan etdi və sonrakı illərdə
onu həyata keçirdi. Əgər müstəqilliyi
qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ
onu qoruyub saxlamaq, əbədi etmək idi. Bu,
Ümummilli Liderin qətiyyəti, iradəsi sayəsində
mümkün oldu. Ulu Öndər Heydər
Əliyev milli dövlətçiliyimizin konsepsiyasını
yaratdı.
Şübhəsiz,
ölkəmizdə 3 oktyabr 1993-cü il
tarixində keçirilən prezident seçkilərində
yuxarıda bəhs olunan reallıqların məntiqi nəticəsi
kimi, xalqımız Ümummilli Lider Heydər Əliyevə
yüksək etimad göstərdi. Heydər
Əliyevin müstəqil Azərbaycan Respublikasının
Prezidenti seçilməsi milli dövlətçilik tariximizin
ən mühüm səhifələrindən birini təşkil
edir. İnkaredilməz reallıqdır ki,
məhz bundan sonra həyata keçirilən siyasi kurs dövlətimizin
gerçək müstəqilliyini təmin etdi. Ona olan
ümidləri doğruldan böyük dövlət xadimi Heydər
Əliyevin titanik fəaliyyəti nəticəsində
ictimai-siyasi sabitliyin təmin olunması, qanunsuz silahlı
qruplaşmaların dövlət çevrilişləri cəhdlərinə
son verilməsi, ordu quruculuğu prosesinə başlanması,
Qarabağ müharibəsində atəşkəs əldə
edilməsi, eləcə də Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişənin dinc yolla nizama salınmasına
dair danışıqlara başlanması və digər
strateji əhəmiyyətli addımların atılması Azərbaycanın
tərəqqisinə xidmət edən mütərəqqi
strateji inkişaf planının həyata keçirilməsinə
imkan verdi. Paralel olaraq hüquqi, demokratik dövlət
quruculuğuna xidmət edən tədbirlərin
reallaşdırılması müasir müstəqil Azərbaycanın
inkişaf yolunda əmin addımlarla irəliləməsinə
xidmət etmiş oldu. Bu kontekstdə ölkədə
ilk parlament seçkilərinin keçirilməsi, ümumxalq səsverməsi
- referendum vasitəsilə Konstitusiyanın qəbul edilməsi,
məhkəmə islahatlarının aparılması,
Konstitusiya Məhkəməsinin, Ombudsman təsisatının
və digər mühüm institutların yaradılması,
ölüm hökmünün ləğv edilməsi kimi
islahat xarakterli addımlar xüsusi qeyd edilməlidir. Bütün bunlar Azərbaycanın demokratik
inkişaf yolunda əmin addımlarla irəliləməsini
şərtləndirdi.
Eyni
zamanda, milli maraqlara əsaslanan, praqmatik və çoxvektorlu
xarici siyasətin həyata keçirilməsi nəticəsində
Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsi,
müstəqil milli dövlət kimi dünya birliyinə
uğurla inteqrasiya olunması Heydər Əliyevin müstəsna
əhəmiyyətə malik olan tarixi xidmətləri
sırasında xüsusi yer tutur. Özəlliklə də,
1994-cü ildə “Əsrin müqaviləsi”nin
imzalanması ilə əsası qoyulan praqmatik enerji
strategiyasının uğurla icra olunması Azərbaycanın
iqtisadi inkişafına xidmət etdi, mühüm beynəlxalq
əməkdaşlıq platformaları yaradıldı.
Şübhəsiz ki, 1994-cü il sentyabrın 20-də Ulu
Öndər Heydər Əliyevin müstəsna xidməti və
səyləri sayəsində Bakıda dünyanın altı
dövlətini təmsil edən 11 transmilli neft şirkətinin
iştirakı ilə Xəzərin Azərbaycan sektorundakı
neft ehtiyatları ilə zəngin olan “Azəri”,
“Çıraq”, “Günəşli” yataqlarının işlənməsinə
dair “Əsrin müqaviləsi”nin imzalanması tarixi hadisə
idi. Artıq 25 ildir ki, neft strategiyası
uğurla həyata keçirilir. Bu günə
qədər Azərbaycanın təşəbbüsü və
liderliyi ilə çoxsaylı enerji layihələri
reallaşdırılıb. 2017-ci il sentyabrın 14-də
isə Bakıda, Heydər Əliyev Mərkəzində Xəzər
dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq”
yataqlarının və “Günəşli”
yatağının dərinlikdə yerləşən hissəsinin
birgə işlənməsi və neft hasilatının pay
bölgüsü haqqında düzəliş edilmiş və
yenidən tərtib olunmuş Sazişin imzalanması tarixi əhəmiyyətə
malikdir. Bu Sazişin imzalanması ilə
böyük ehtiyatlara malik “Azəri”, “Çıraq”, “Günəşli”
yataqlarının işlənilməsində yeni mərhələ
başlayıb.
Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə
həyata keçirilən xarici siyasət kursunda Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq
hüquq normaları əsasında həlli mühüm yer
tuturdu. Başqa sözlə, münaqişənin ölkəmizin
ərazi bütövlüyü çərçivəsində
həlli strateji prioritet kimi müəyyənləşdirilmişdi.
Bu istiqamətdə reallıqlar, tarixi faktlar beynəlxalq
ictimaiyyətin - dünya birliyinin nəzərinə
çatdırıldı. Bunun nəticəsində
zirvə toplantılarında Azərbaycanın ərazi
bütövlüyünün dəstəkləndiyi, Ermənistanın
isə işğalçılıq siyasətinin pisləndiyi
qətnamələr, bəyanatlar qəbul olunmuşdu.
Bir sözlə, Ümummilli
Liderin ölkəmizə rəhbərlik etdiyi illər sabitlik
və inkişaf dövrü kimi yadda qaldı. Bu gün əminliklə
və qətiyyətlə “müasir müstəqil Azərbaycan
Ulu Öndər Heydər Əliyevin şah əsəridir”
fikrini ifadə etməklə müstəsna tarixi
reallığın üzərinə işıq
salmış oluruq. Ən əsası, Heydər Əliyevin zəngin
dövlətçilik irsi əbədiyaşar sərvət
kimi hər bir azərbaycanlının qürur mənbəyini
təşkil edir. Bu tükənməz sərvət gələcək
nəsillər üçün zəngin xəzinədir və
onun öyrənilməsi müstəsna əhəmiyyətə
malikdir. Bu günə qədər Ümummilli
Lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti
qarşısındakı misilsiz xidmətlərindən bəhs
edən çoxsaylı fundamental tədqiqat əsərləri,
qiymətli kitablar, dəyərli monoqrafiyalar yazılıb və
bütün bunlar böyük dövlət xadiminin, dahi
siyasətçinin zəngin siyasi irsinin öyrənilməsi
və gələcək nəsillərə
çatdırılması baxımından xüsusi önəm
kəsb edir.
Sevindirici haldır ki, bu gün müasir
müstəqil Azərbaycan Ümummilli Liderin ideyaları əsasında
inkişaf edərək öz qüdrətini daha da
artırır. Ulu Öndərin layiqli varisi və
alternativsiz siyasətinin davamçısı olan möhtərəm
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata
keçirilən strateji kurs nəticəsində Azərbaycan
möhtəşəm nailiyyətlər qazanır, müstəqilliyimizin
rəmzi olan üçrəngli bayrağımız ən
yüksək zirvələrdə əzəmətlə
və qürurla dalğalanır.
Çoxəsrlik tarixində heç vaxt indiki
qədər qüdrətli olmayan Azərbaycan inkişaf yolunda
qətiyyətli addımlayır, intensiv tərəqqi
bütün sahələri əhatə edir. Son
15 ildə ölkəmizdə ümumi daxili məhsul
istehsalının 3,2 dəfə, qeyri-neft sahəsində
ÜDM-nin 2,8 dəfə, sənaye məhsulu
istehsalının 2,6 dəfə, qeyri-neft sənayesinin 2,2 dəfə,
kənd təsərrüfatı məhsulları
istehsalının 2 dəfəyə yaxın artması, əməkhaqlarının
7,5 dəfə, pensiyaların isə 10 dəfədən
çox artırılması, 2003-2018-ci illərdə
işsizlik səviyyəsinin 49 faizdən 5,4 faizə, yoxsulluq
səviyyəsinin isə 5 faizə enməsi sosial-iqtisadi
inkişafın nümunəvi Azərbaycan modelinin parlaq
göstəriciləridir.
Heç şübhəsiz,
müstəqil siyasət, güclü maliyyə imkanları və
sürətli iqtisadi inkişaf Azərbaycana yeni tarixi nailiyyətlər
əldə edərək öz qüdrətini daha da
artırmaq imkanı verir. Ən əsası, yeni zirvələr
fəth edən Azərbaycanın hərtərəfli
inkişafı, verilən hər bir vədin konkret əməli
işdə öz təsdiqini tapması xalq-iqtidar birliyini daha
da möhkəmləndirir, vətəndaşların Prezident
İlham Əliyevin ətrafında sıx birləşməsini
təmin edir. Xalqımız Azərbaycanın
son 16 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə
həyata keçirilən uğurlu siyasətin fonunda
böyük inkişaf yolu keçməsini, bu hərtərəfli
və dinamik inkişafın bütün sahələri əhatə
etməsini çox yüksək qiymətləndirir. Azərbaycan
vətəndaşları ölkəmizin
inkişafının, sabitliyin davam etməsini istəyir,
iqtidarın həyata keçirdiyi siyasətə mütləq
inam və etimadlarını ifadə edirlər. Yəni xalq
Ümummilli Liderin layiqli davamçısı olan cənab
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata
keçirilən siyasəti dəstəkləyir, bu siyasətə
alternativ görmür!
Səs.-
2019.- 3 oktyabr.- S.8-10