Milli romantik şeirin və mənzum faciənin banisi
Bu gün filosof-şair və istedadlı dramaturq Hüseyn Cavidin doğum günüdür
Azərbaycan xalqının XX əsrdə
yetirdiyi ən böyük şəxsiyyətlərdən
olan milli romantik şeirin və mənzum faciənin banisi, filosof-şair və istedadlı dramaturq Hüseyn Cavid ictimai fikir tarixində
böyük rol oynamışdır. Hələ sağlığında öz
orijinal sənət yolu ilə milli
ədəbi-ictimai fikrin
diqqətini yaradıcılığına
cəlb etmiş Hüseyn Cavid irsi günahsız yerə repressiya olunduqdan sonra, bir müddət yasaq edilsə də, əsl vətənpərvər ziyalıların
xatirindən bir an da çıxmamış,
yeri gəldikcə, şifahi şəkildə
olsa da, təbliğ edilmişdir. Bütün böyük klassiklər
kimi, Hüseyn Cavid də zamanın
sınağından alnıaçıq
çıxaraq, layiq olduğu bəraəti almışdır.
Xalqımızın bir çox klassik sənətkarı kimi, Hüseyn Cavid irsinin və sənətkar şəxsiyyətinin
əsl qiymətini sözün-sənətin böyük
bilicisi və hamisi Azərbaycan xalqının Böyük
Oğlu, Ümummilli Lider Heydər Əliyev vermiş, onun istər cismən, istərsə də mənən vətəninə və xalqına qaytarılmasında
müstəsna rol oynamışdır. Azərbaycan xalqının
Ümummilli Lideri Heydər Əliyevin şəxsi təşəbbüsü
ilə Hüseyn Cavidin nəşinin hələ 1982-ci ildə Uzaq Sibirdən vətəninə gətirilməsi
və Naxçıvanda
məzarı üzərində
möhtəşəm məqbərənin
ucaldılması milli
ruhun dirçəlişi
və azərbaycançılıq
məfkurəsinin təntənəsi
baxımından, müstəsna
əhəmiyyətə malik
misilsiz bir hadisədir. Ulu Öndər Heydər Əliyev deyirdi: "Tarix hər şeyi öz yerinə qoydu. Hüseyn Cavidin cənazəsi də Sibirdən öz vətəninə gətirildi, onun adı da yüksəldi".
Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü
ilə Hüseyn Cavidin cənazəsinin qalıqlarının Azərbaycana
- şairin doğma yurdu Naxçıvana gətirilməsi Sovet məkanında yaşadığımız
illərdə, həqiqətən
də, böyük maraq doğurmuşdu. Milli mədəniyyətimizin hərtərəfli
inkişafına, yüksəlişinə
daim təkan verən Ulu Öndər Heydər Əliyev hələ Azərbaycan KP MK-nın Birinci Katibi vəzifəsində çalışarkən,
1981-ci ildə Hüseyn
Cavidin anadan olmasının 100 illiyi haqqında qərar qəbul etmiş, bu qərardan sonra - 1982-ci il oktyabrın 3-də Naxçıvana
səfəri zamanı
Cavidin cənazəsinin
qalıqlarının Uzaq
Sibirdən tapılıb
gətirilməsinə xeyir-dua
vermişdir. 1982-ci il oktyabrın 12-də Naxçıvan
Vilayət Partiya Komitəsi Hüseyn Cavidin məzarının tapılması, cənazəsinin
qalıqlarının Azərbaycana
gətirilməsi ilə
bağlı tarixi bir qərar qəbul etmiş və bu qərarın
icrası rusiyalı həmkarlarının köməyindən
istifadə edib, şairin məşəqqətli
ömür yolunu tədqiq edərək, Cavid haqqında Uzaq Sibirdə saxlanılan sənədlərin
əldə olunmasına
nail olan Naxçıvan
Vilayət Partiya Komitəsinin katibi Həmid Cəfərova həvalə olunmuşdu.
Cavidin cənazəsinin
qalıqları onilliklərdən
sonra uzaq və Buzlu Sibirin
əlçatmaz yerlərindən
doğma yurdu Naxçıvana gətirildi. Böyük dramaturqun
doğum günündə
onun keçdiyi ömür yolunu bir daha vərəqləyirik.
Böyük dramaturq Hüseyn
Cavid 1882-ci ildə oktyabrın 24-də Naxçıvanda
ruhani ailəsində dünyaya göz açıb. İbtidai təhsilini
Naxçıvanda molla
məktəbində, orta
təhsilini isə M.T.Sidqinin "Məktəbi-Tərbiyə"
adlı yeni üsullu məktəbində
almışdır. 1899-1903-cü
illərdə Cənubi
Azərbaycanda olmuş,
Təbrizin "Talibiyyə"
mədrəsəsində təhsilini
davam etdirmişdir.
İstanbul Universitetinin Ədəbiyyat şöbəsini
bitirmiş, Naxçıvanda,
sonra isə Gəncə və Tiflisdə, 1915-ci ildən
isə Bakıda müəllimlik etmişdir.
Hüseyn Cavid klassik Azərbaycan ədəbiyyatının
ən yaxşı ənənələrini inkişaf
etdirən sənətkarlardandır.
O, XX əsr Azərbaycan
mütərəqqi romantizminin
banilərindən biri
olmuşdur.
Azərbaycan ədəbiyyatında ilk mənzum faciə olan "Şeyx Sənan" (1914) əsərində
xalqları bir-birinə
qovuşdurmaq üçün
ümumbəşəri din
ideyasını ortaya atmışdır. Hüseyn
Cavid bu dövrdə tədriclə
"haqq verilmir, alınır" ideyasına
gəlib çıxmışdır.
Yaradıcılığında mühüm yer
tutan "İblis"
(1918) mənzum faciəsində
dövrün bütün
mürtəce qüvvələri
- "insan insana qurddur" fəlsəfəsinin
tərəfdarları, "iyirminci əsrin mədəni vəhşiləri"
olan dairələri İblis surətində ümumiləşdirilmiş və
işğalçı müharibələrə lənət
yağdırılmışdır.
Ümummilli Lider Heydər
Əliyevin "Hüseyn
Cavidin 120 illik yubileyi haqqında" imzaladığı Sərəncamdan
bir gün sonra 2002-ci il 24 oktyabrda, yəni Hüseyn Cavidin 120 illik yubileyi günündə şairin
Ev Muzeyi açıldı. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirir. Azərbaycan Prezidentinin Sərəncamına
əsasən, böyük
sənətkarın əsərləri
latın qrafikasında
çap olunub. Hüseyn Cavidin 130 və 135 illik yubileylərinin keçirilməsi
haqqında dövlət
başçısı sərəncamlar
imzalamışdır. Hüseyn
Cavid son dərəcə dərin məzmunlu yaradıcılığı
ilə çoxəsrlik
Azərbaycan ədəbiyyatı
xəzinəsinə tarixi-mədəni
dəyərlər bəxş
etmiş qüdrətli
söz sənətkarıdır.
O, Şərqin zəngin fəlsəfi-poetik
irsi zəminində yüksələrək və
dünya romantizm ənənələrindən uğurla
bəhrələnərək, Azərbaycan xalqının
ədəbi-bədii fikir
salnaməsinə parlaq
səhifələr yazmışdır.
Mütəfəkkir sənətkarın
neçə-neçə oxucu
və tamaşaçı
nəslinin estetik zövqünü müəyyənləşdirən
əsərləri bu gün də öz monumentallığını
və yüksək təsir gücünü qorumaqdadır. Böyük
dramaturq Hüseyn Cavid "Şeyx Sənan" faciəsində
yaratdığı dramatik
münaqişə vasitəsilə
insanın həqiqət
axtarışında olaraq,
onun hisslərinin aliliyini yüksəltmək
səyləri ilə ucala biləcəyinin mümkünlüyünü isbat
etmişdir. Hüseyn Cavid də, məhz belə ali dəyərlərin axtarışında olaraq,
əbdiliyini qazanmışdır.
Azərbaycan xalqının ədəbi-bədii
fikir salnaməsinə
parlaq səhifələr
yazmış sənətkarın
neçə-neçə oxucu
və tamaşaçı
nəslinin estetik zövqünü müəyyənləşdirən
əsərləri bu gün də öz monumentallığını
və yüksək təsir gücünü qorumaqdadır.
Zümrüd BAYRAMOVA
Səs.- 2019.- 24
oktyabr.- S.9