DOST mərkəzində
jurnalist müsabiqəsinin
qaliblərinə mükafatlar
təqdim edilib
“DOST mərkəzləri müasir Azərbaycanın
siması kimi” mövzusunda müsabiqənin
qaliblərinə mükafatlar
təqdim edilib.
SİA-nın məlumatına
görə, tədbirdə
iştirak edən millət vəkilləri və media kapitanları
DOST mərkəzi ilə
tanış olublar.
Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının
Prezidenti yanında Kütləvi İnformasiya
Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi
Fondunun (KİVDF) birgə
təşkil etdiyi
“DOST mərkəzləri müasir
Azərbaycanın siması
kimi” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin
mükafatlandırılması mərasimi olub.
Tədbirdə iştirak edən millət vəkilləri və media kapitanları
əvvəlcə DOST mərkəzi,
burada əhaliyə göstərilən xidmətlərlə
tanış olublar.
Müsabiqə qaliblərinin mükafatlandırılması
tədbirində Əmək
və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev
Prezident İlham Əliyevin uğurlu sosial islahatlar proqramının nailiyyətlərini
qeyd edib. O bildirib ki, bu
il 4,2 milyon vətəndaşın rifahına
ciddi dəstək olan iki sosial
paket icra olunub. Həmçinin həssas qrupları əhatə edən sosial müdafiə və aktiv məşğulluq
proqramları getdikcə
genişlənir. Eyni zamanda, əmək, məşğulluq, sosial müdafiə və təminat sahələrində
idarəçiliyin və
əhaliyə xidmətlərin
optimal və şəffaf, çevik iş mexanizmləri üzərində qurulması,
vətəndaş məmnuniyyətinə
nail olunması üçün mühüm
islahatlar aparılır.
Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü olab
DOST layihəsinin gerçəkləşməsi
bu sahədə mühüm uğurlar əldə etməyə imkan yaradıb. “DOST mərkəzləri müasir Azərbaycanın
siması kimi” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin təşkilində
məqsəd dövlət
sosial xidmətlərinin
“bir pəncərə”dən,
tam şəffaf, operativ, vətəndaş
rahatlığı və
məmnunluğu prinsipi
ilə göstərilməsinə
imkan verən
DOST layihəsinin üstünlükləri
barədə geniş
ictimai məlumatlandırmada
peşəkar jurnalist
əməyinin stimullaşdırılmasıdır.
Nazir deyib
ki, cənab Prezident sosial-iqtisadi müşavirədə gələn
il də ciddi sosial proqramlar
icra ediləcəyini,
əhalinin yaşayış
səviyyəsini yaxşılaşdırmaq
üçün önəmli
addımlar atılacağını
bəyan edib. Dövlət başçısı,
eyni zamanda, şəffaflığın, dövlət
nəzarətinin və
ictimai nəzarətin
təminatını əsas
vəzifələrdən biri
kimi müəyyən
edib, “Çox güclü siyasi iradə ortaya qoyulub. Biz Azərbaycanı
müasir, sürətlə
inkişaf edən, şəffaflığı öz
siyasətində bayraq
edən ölkə kimi görmək istəyirik və buna nail olacağıq”,
deyə vurğulayıb.
S.Babayev müvafiq
fəaliyyət sahələrində
ictimai iştirakçılığın
və ictimai nəzarətin, nazirlik üzrə məlumatların
ictimai açıqlığının
təmin edilməsi üçün görülmüş
işləri qeyd edib. Bildirib ki, “E-sosial” internet portalı vətəndaşlara özləri
barədə sosial xarakterli məlumatlara çıxış imkanı
ilə bərabər,
öz sosial hüquqlarının təminatına
ictimai nəzarət imkanı verib. Burada özünüməşğulluq
proqramı iştirakçıları,
onlara aktivlərin verilməsi prosesi, aktivlərin keyfiyyəti və s. məlumatlar açıqlanır, nazirliyin
rəsmi saytında “İşsizin DOSTu” proqramı iştirakçılarının
siyahısı təqdim
olunur.
Nazir ictimaiyyətlə
əlaqələrin effektiv
təşkilində, ictimai
məlumatlandırmada media
ilə fəal əməkdaşlığa xüsusi
önəm verildiyini deyib.
Tədbirdə KİVDF-nin icraçı direktoru Vüqar Səfərli bildirib ki, 24 iyul 2019-ci il tarixdə elan edilən və 27 sentyabr 2019-cu il tarixdə başa çatan müsabiqəyə 17 KİV-dən
29 yazı təqdim edilib. Yazılar 3 nəfər ekspert tərəfindən qiymətləndirilib.
Müsabiqənin şərtlərinə əsasən, I yerin qalibi (1 nəfər) üçün 1000 manat,
II yerin qaliblərinin
(2 nəfər) hər
biri üçün
800 manat, III yerin qaliblərinin (3 nəfər)
hər biri üçün 500 manat, eləcə də həvəsləndirici yerlərə
layiq görülmüş
KİV əməkdaşlarının
(5 nəfər) hər
biri üçün
200 manat pul mükafatı və diplomlar nəzərdə tutulub.
Azərbaycan Mətbuat Şurasının
sədri, millət vəkili Əflatun Amaşov, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu çıxış edərək,
dövlət qurumlarının
fəaliyyətində mətbuatla
sıx əməkdaşlığın,
o cümlədən belə
müsabiqələrinin
keçirilməsinin əhəmiyyətini
vurğulayıblar.
Sonra müsabiqənin
qaliblərinə diplom
və mükafatlar, həmçinin həvəsləndirici
yerlərə layiq görülmüş KİV əməkdaşlarına
mükafat və diplomlar verilib.
Səs.- 2019.- 24
oktyabr.- S.10