Müxalifət anti-Azərbaycan fəaliyyətini bir daha təsdiq etdi

   

 

"Daxili ictimai-siyasi sabitliyi pozmağa çalışan bir qrup şəxs anti-Azərbaycan qüvvələrin oyuncağına çevrilib". Bu fikirləri Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov "SİA"-ya açıqlamasında bildirib. Onun sözlərinə görə, bir müddət bundan öncə, "Milli Şura" Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edərək, 8 oktyabr tarixində şəhər administrasiyasının qarşısında 50 nəfərin iştirakı ilə piket keçirməsinə icazə istəmişdi. Bakı Şəhər İcra Hakimiyyəti Azərbaycan Respublikasında "Sərbəst Toplaşmaq Azadlığı haqqında" Qanunu ölkəmizdə toplaşmaq azadlığını, söz fikir azadlığını əldə rəhbər tutaraq müraciətə müsbət cavab vermiş, icazəli piket keçirilməsinə razılığını ifadə etmişdi: "Lakin təəssüflər olsun ki, həmişəki ampluasında olan radikal müxalifət onun "Milli Şura"sı, dövlətin onlara yaratdığı şəraitdən sui-istifadə edərək, icazəli piketi qanunsuz kütləvi mitinqə çevirməyə cəhd göstərmiş, müraciətdə nəzərdə tutulmayan şüarlar səsləndirmiş, bununla da, əsl məkrli niyyətini bir daha ortaya qoymuşdur. Budəfəki piket əvvəlkilərdən heç ilə fərqlənməmiş, əslində isə, müxalifətin radikal qeyri-sivil mübarizə üsullarından xəbər vermişdir. Bəs bu ilin 19 oktyabr tarixində Bakının mərkəzində baş verdi? Radikal müxalifətin əvvəlki şouları yenidən təkrarlandı. Bu dəfə, daha da həyasızcasına. Belə ki, "Milli Şura" onun başbilənləri Azərbaycanın siyasi tarixində öz qəti radikallığı ilə seçilən Əli Kərimlinin təsiri ilə Bakı Şəhər İcra Hakimiyyətinə mitinq keçirilməsi ilə bağlı müraciət etdilər. İcra hakimiyyəti onlara mitinq keçirmək üçün təhlükəsiz, insanların gediş-gəlişinə mane olmayacaq bir yeri - Lökbatan qəsəbəsindəki stadionu təklif etdi. Lakin radikal müxalifət etdi?! Dövlət qurumunun bu müraciətini razılığını nəzərə almayaraq, yenidən sabitliyin pozulmasına yönəlmiş addımlar atmaqda davam etdi. Lökbatan qəsəbəsindəki stadiona getməkdən imtina edərək, məhdud sayda olan tərəfdarlarını, cəmiyyəti hakimiyyətə qarşı itaətsizliyə, qeyri-qanuni hərəkətlərə iğtişaşlara əl atmağa səslədi. İmtinasına isə, Lökbatanın uzaqda yerləşdiyini oraya gediş-gəlişin çətinliyini bəhanə gətirdi. Azğınlaşdığını bir daha əməli ilə sübut etdi. İndi müxalifətin nümayəndələri onlara züy tutanlar deyirlər ki, guya 19 oktyabrda rayonlardan Bakıya mitinqə gələnlərin qarşısı alınıb, onlara maneçilik törədilib. Bəs onda hardadır sadə məntiq? Necə olur ki, rayonlardan avtobusla Bakıya mitinqə gələ bilirlər? Əgər belədirsə, rayonlardan gediş-gəlişə ən yaxın rahat ərazi olan Lökbatan qəsəbəsindəki mitinqdən üçün imtina edildi? Bununla, Ə.Kərimli onun əlaltılar özləri-özlərini təkzib etmiş oldu. Nəticədə, "Milli Şura" onların xarici havadarları yenidən qızıb, Azərbaycanda daxili xaos yaratmağa cəhdlər edərək, əhalinin sıx olduğu, ən çox dincəldiyi, iri metro stansiyasının, ticarət mərkəzlərinin yerləşdiyi ərazidə - "28 May" metrostansiyası ətrafında icazəsiz mitinq keçirəcəkləri ilə bağlı məlumatlar verməyə əhaliyə qeyri-qanuni çağırışlar etməyə başladılar. Təəssüflər olsun ki, bu gərgin dünyada geosiyasi proseslərin getdiyi bir vaxtda öz dövlətinin müstəqilliyinə, təhlükəsizliyinə təhdidlər yağdıran daxili ictimai-siyasi sabitliyi pozmağa çalışan bir qrup şəxs anti-Azərbaycan qüvvələrin oyuncağına çevrilib. Bununla da, öz şəxsi ambisiyaları uğrunda milli maraqlarını qurban verməkdən belə çəkinmirlər. Narahatedici məqamlardan biri budur ki, həmin radikallar müəyən sosial problemləri olan şəxslərin hissləri ilə oyanayaraq, onların iradəsindən sui-istifadə etmiş, onların icazəsiz mitinqdə iştirakına şərait yaradaraq, qanunsuz əməllərinin çevrəsini daha da genişləndirmişlər. Radikal müxalifətə onların havadarlarına, xüsusilə, xatırlatmaq lazımdır ki, sərbəst toplaşmaq, söz azadlığı anarxiya demək deyil. Bu gün ölkəmizdə 55 siyasi partiya dövlət qeydiyyatından keçib onların fəaliyyətinə tam şərait yaradılıb. Bu demokratiya deyilsə, bəs nədir?!

 

Dövləti maraqlarını heçə sayan, vəzifə hərisliyi ilə xarici maraqlı qüvvələrin qoltuğuna sığınan Ə.Kərimli onun virtual dəstəkçiləri Sevinc Osmanqızı, Tural Sadıqlı Qənimət Zahid öz əməlləri ilə özlərini Azərbaycanın tarixi zibilliyində basdırmaqda davam edirlər. Azərbaycan xalqı onların məkrli əməllərini hər zaman lənətlə xatırlayacaqdır. Təəssüf doğuran daha bir məqam isə, Avropa İttifaqı ABŞ-ın icazəsiz mitinqlə bağlı bəyanat verərək, qanunsuz mitinqlərə bu ya digər formada haqq qazandırması, bununla da, digər strateji tərəfdaş ölkənin daxili işlərinə qarışmağın çox pis nümunəsini ortaya qoymuş oldu. Ancaq bildirmək yerinə düşər ki, ABŞ Avropa ölkələrində mitinqlər kütləvi nümayişlər zamanı polislərin qəddarlığı qeyri-insani hərəkətləri daha dözülməzdir. Bunlarla müqayisədə isə, Azərbaycan polisi daha etik daha sivildir. ABŞ Avropa İttifaqı yaxşı olardı ki, "ədalətli" mövqeyini həmin ölkələrdə baş verənlərə münasibət bildirməklə ortaya qoysun. Hər kəs bilsin ki, Azərbaycan hüquqi-demokrat dövlətdir, müstəqil respublikadır müstəqil siyasət yürüdən Azərbaycan xalqının iradəsinə uyğun olaraq, öz taleyini özü həll edir. Bu hadisələrə laqeyd qalmaq qəti yolverilməzdir. Heç bir xarici dövlət Azərbaycanın daxili işinə qarışa bilməz. Bu ölkədə qanunun aliliyi təmin edilir hər kəs qanun qarşısında bərabər səviyyədə məsuliyyət daşıyır. Azərbaycanın müstəqilliyinə, suverenliyinə təhlükəsizliyinə qarşı çıxmış hər kəs qanun qarşısında öz layiqli cavabını alacaqdır. Azərbaycan inkişaf etmiş bir dövlətdir onun dünyada yüksək nüfuz sahibi olan siyasi Lideri var. Cənab İlham Əliyev prezident seçkiləri ərəfəsində, prezident seçildikdən sonra andiçmə mərasimi zamanı səsləndirdiyi çıxışlarında dəfələrlə vurğulayıb ki, mənim siyasətimin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bu fikri əməli ilə sübut edən dövlət başçısı son bir il yarım vaxtda kifayət qədər mühüm sosial-iqtisadi islahtalar həyata keçirib. Azərbaycanın iqtisadi qüdrəti artdıqca, əhalinin sosial rifahının daha da yüksəldiləcəyi ilə bağlı verdiyi bütün vədlər yerinə yetirilməklə bərabər, bu islahatların davamlı olması xüsusi əhəmiyyət daşıyır. Bir sözlə, Azərbaycan güclü dövlətdir, onun güclü Lideri var Azərbaycanda sarsılmayan güclü xalq iqtidar birliyi mövcuddur".

 

Zümrüd BAYRAMOVA

Səs.- 2019.- 24 oktyabr.- S.11