Qoşulmama Hərəkatının
XVIII Zirvə Görüşündə
ölkəmizin ərazi
bütövlüyünün dəstəklənməsi Azərbaycanın
növbəti mühüm
diplomatik nailiyyətidir
Yeni Azərbaycan
Partiyası (YAP) İcra
katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar
komitəsinin sədri
Siyavuş Novruzov
www.yap.org.az saytına müsahibə
verib:
- Siyavuş müəllim,
Azərbaycan daha bir mötəbər beynəlxalq tədbirə
- Qoşulmama Hərəkatının
XVIII Zirvə Görüşünə
uğurla ev sahibliyi etdi. Qoşulmama Hərəkatının
müasir beynəlxalq
münasibətlər sistemində
yerinə və roluna, eləcə də XVIII Zirvə Görüşünün Azərbaycanda
keçirilməsinin əhəmiyyətinə
dair fikirlərinizi bilmək istərdik.
- Əvvəlcə qeyd edim ki,
Azərbaycan mütəmadi
olaraq nüfuzlu beynəlxalq tədbirlərə
müvəffəqiyyətlə ev sahibliyi edir,
ölkəmizdə regional
və qlobal əhəmiyyətli məsələlər,
geoiqtisadi və geosiyasi proseslər xüsusi müzakirə predmetinı çevrilir. Bu, hər şeydən
əvvəl onu göstərir ki, Cənubi Qafqazın lider dövləti olan Azərbaycan beynəlxalq dialoq və əməkdaşlıq
məkanı kimi çıxış edir.
Təbii ki, bütün bunlar təsadüfi xarakter daşımır. Respublikamızda
nüfuzlu idman, mədəniyyət tədbirlərinin,
humanitar forumların, mühüm beynəlxalq görüşlərin keçirilməsini
şərtləndirən bir
sıra strateji faktorlar mövcuddur. Birincisi, Azərbaycan yüksək beynəlxalq nüfuza, müsbət reputasiyaya malikdir. Dünyada böyük etimad qazanan ölkəmiz müasir beynəlxalq münasibətlər sistemində
etibarlı tərəfdaş
kimi tanınır. İkincisi, Azərbaycan regional və qlobal təhlükəsizliyə
fundamental töhfələr
verir, beynəlxalq miqyasda əməkdaşlığın
dərinləşməsində və inteqrasiyanın intensiv xarakter daşımasında mühüm
rol oynayır. Ölkəmizin təşəbbüsü
və liderliyi ilə reallaşdırılan
transmilli enerji və nəqliyyat-kommunikasiya
layihələrinin səmərəli
geostrateji nəticələri
bunun bariz nümunəsidir. Üçüncüsü,
Prezident İlham Əliyevin rəhbərliyi
ilə həyata keçirilən uğurlu
daxili və xarici siyasətin nəticəsi kimi, Azərbaycanda etibarlı təhlükəsizlik mühiti
hökm sürür, ölkəmiz sabitlik adası kimi xarakterizə olunur.
Bakıda Qoşulmama
Hərəkatına üzv
ölkələrin dövlət
və hökumət başçılarının XVIII Zirvə Görüşünün
keçirilməsi də
Azərbaycana olan yüksək inam və etimadın əyani ifadəsidir. Bilirsiniz ki, Qoşulmama Hərəkatı
bəşəri dəyərlərin
təbliğinə xidmət
edir və bütün ölkələrin
suverenliyi, müstəqilliyi
və ərazi bütövlüyünə sadiqliyini
nümayiş etdirir. Qoşulmama Hərəkatı
özündə 120 ölkəni
birləşdirməklə BMT Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil
olunduğu ən böyük siyasi təsisatdır. Bəllidir ki, “Bandunq Prinsiplərini rəhbər
tutmaqla müasir dünyanın çağırışlarına
birgə və adekvat cavab verilməsini
təmin etmək” mövzusunda keçirilən
XVIII Zirvə Görüşündə
60-a yaxın ölkənin
dövlət və hökumət başçıları,
həmçinin beynəlxalq
təşkilatların
rəhbərləri iştirak
ediblər. Ümumilikdə,
Zirvə Görüşünə
160-a yaxın ölkənin
və beynəlxalq təşkilatın nümayəndələri
qatılıblar.
Bəhs olunan tədbirdə
çıxış edən
Prezident İlham Əliyev qeyd etdi ki, Hərəkata
üzv ölkələrin
dövlət və hökumət başçılarının
2016-cı ildə keçirilmiş
XVII Zirvə Görüşündə
növbəti sammitin Bakı şəhərində
keçirilməsi və
2019-2022-ci illər üzrə
sədrliyin Azərbaycana
həvalə edilməsi
barədə yekdil qərar qəbul olunmuşdur. Bu, ölkəmizə göstərilən
hörmətin, inamın
və etimadın təzahürüdür. Dövlət
başçısı bunu
dünya ölkələrinin
əksəriyyətini öz
sıralarında birləşdirən
Qoşulmama Hərəkatının
Azərbaycanın siyasətinə
verdiyi dəstək kimi qiymətləndirdi.
Əminliklə söyləmək olar ki, Azərbaycanın Qoşulmama Hərəkatına
sədrlik müddəti
uğurlu olacaq. Bəhs olunan tədbirdə vurğulandığı
kimi, ölkəmiz sədrliyi zamanı öz prioritetlərini və fəaliyyətini tarixi Bandunq prinsipləri üzərində
quracaq. Bütün ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət,
dövlətlərin daxili
işlərinə qarışmamaq
və qarşılıqlı
maraqların qorunması
və əməkdaşlığın
təşviqi kimi prinsipləri ehtiva edən Bandunq prinsipləri Azərbaycanın
xarici siyasətinin təməl prinsipləri
ilə üst-üstə
düşür.
- Zirvə Görüşündə Ermənistanın
işğalçı, terrorçu
siyasətinin mahiyyəti
və nəticələri,
eləcə də Azərbaycan həqiqətləri
bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırıldı.
Eyni zamanda, Bakı Zirvə Görüşündə qəbul
edilmiş yekun sənəddə Azərbaycanın
ərazi bütövlüyünə birmənalı
şəkildə dəstək
ifadə olundu. Bununla bağlı nə deyə bilərsiniz?
- Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən
hücum diplomatiyası
çərçivəsində mütəmadi olaraq Ermənistanın işğalçılıq
siyasəti dünya ictimaiyyətinin diqqətinə
çatdırılır, erməni
yalanları, tarixi faktlar və bugünkü reallıqlar
əsasında ifşa
edilir. Dövlətimizin
başçısı mötəbər
beynəlxalq tribunalarda
Azərbaycanın haqq
səsini dünyaya çatdırır, ölkəmizin
milli maraqlarını
qətiyyətlə və
cəsarətlə müdafiə
edir. Bəhs olunan Zirvə
Görüşündə də Ermənistanın Azərbaycanın torpaqlarının
20 faizini işğal etməsi, Xocalı soyqırımı və xalqımıza qarşı
digər kütləvi
qətliamlar törətməsi,
ölkəmizin ərazi
bütövlüyünün pozulması konkret faktlar əsasında nəzərə çatdırıldı. Əlbəttə, bu cür hallar
informasiya müharibəsində
Azərbaycanım Ermənistan
üzərində aşkar
üstünlüyünün daha da möhkəmlənməsinə,
erməni lobbisinin təbliğat maşınının
dezinformasıya siyasətinin
neytrallaşdırılmasına xidmət edir.
Oktyabrın 26-da başa çatan Zirvə Görüşündə
qəbul edilən yekun sənəddə Azərbaycanın suverenliyi
və ərazi bütövlüyünə dəstək
ifadə olundu. Dünyada
BMT-dən sonra ikinci ən böyük təşkilat
olan, sıralarında
120 tamhüquqlu üzv
dövlət birləşən,
özündə 17 müşahidəçi
dövləti və
10 müşahidəçi beynəlxalq təşkilatı
birləşdirən Qoşulmama
Hərəkatının Azərbaycanın
ərazi bütövlüyünü dəstəkləməsi
ölkəmizin növbəti
mühüm diplomatik nailiyyətidir. Məlum olduğu kimi,
bu zamana qədər İslam Əməkdaşlıq Təşkilatı,
Türkdilli Dövlətlərin
Əməkdaşlıq Şurası,
Avropa Parlamenti, Avropa Şurasının Parlament Assambleyası,
ATƏT və digər
nüfuzlu təşkilatlar
Azərbaycanın ərazi
bütövlüyünün bərpa olunmasını tələb edən qətnamə və qərarlar qəbul ediblər. Qoşulmama Hərəkatı da indiyə kimi qəbul olunmuş sənədlərində münaqişənin
BMT Təhlükəsizlik Şurasının
qətnamələrinə uyğun
olaraq Azərbaycanın
ərazi bütövlüyü
çərçivəsində həllinə dəstək
ifadə edib. Bütün bunlar, heç şübhəsiz, Azərbaycanın
Dağlıq Qarabağ
münaqişəsinin beynəlxalq
hüquq normaları əsasında, ölkəmizin
ərazi bütövlüyü
çərçivəsində həlli istiqamətində
apardığı ardıcıl
və sistemli fəaliyyətin qanunauyğun
nəticəsidir.
- Yeri gəlmişkən, anti-Azərbaycan
dairələrin direktivləri
əsasında hərəkət
edən radikal müxalifət Qoşulmama
Hərəkatına üzv
ölkələrin dövlət
və hökumət başçılarının XVIII Zirvə Görüşünün
əhəmiyyətini azaltmaq,
bu mühüm beynəlxalq tədbirin üzərinə
kölgə salmaq üçün həqiqətə
uyğun olmayan fikirlər səsləndirir,
ictimai rəyi manipulyasiyaya məruz qoymağa çalışır...
- Antimilli və
marginal qruplar növbəti dəfə Azərbaycan dövlətinin
milli maraqlarına, xalqın mövqeyinə zidd mövqedən çıxış edirlər.
Diqqət yetirsəniz, görərsiniz
ki, işğalçı
Ermənistan, erməni
lobbisi və bir sıra anti-Azərbaycan
dairələr bu tədbirlə əlaqədar
qərəzli və neqativ məzmunlu informasiyalar dövriyyəyə
buraxır, Azərbaycana
qarşı “qara piar” kampaniyası aparırlar. Ölkəmizdəki
“beşinci kolon”un nümayəndələri
də eyni tezisləri ifadə edir, bu isə
bir daha radikal müxalifətin ermənipərəst qüvvələrlə
sinxron hərəkət
etdiyini göstərir.
Azərbaycanın beynəlxalq dialoq
və əməkdaşlıq
məkanı kimi mötəbər tədbirə
ev sahibliyi etməsini, dünyanın
diqqətinin Azərbaycanda
olmasını, Ermənistanın
işğalçılıq siyasətinin növbəti
dəfə ifşa edilməsini, Zirvə Görüşündə ölkəmizin
ərazi bütövlüyünə dəstək
ifadə olunmasını
tənqid obyektinə çevirməyin, bütün
bu müsbət reallıqları neqativ məzmunda ictimai rəyə təqdim etməyin bir adı var: Azərbaycanın
milli maraqlarına xəyanət və Ermənistanın mövqeyini
müdafiə etmək.
Bax budur radikal müxalifətin antimilli mahiyyəti!
Şübhəsiz ki, Azərbaycan xalqı dağıdıcı
müxalifətin dövlətin
maraqlarına, xalqın
mənafeyinə zidd mövqeyini ciddi etirazla və hiddətlə qarşılayır.
Ümumiyyətlə, qanunsuz aksiya,
mitinq çağırışları
ilə ölkədə
sabitliyi, təhlükəsizliyi
pozmağa çalışan
radikal düşərgənin
məqsədi vətəndaşla
dövlət arasında
etimadsızlıq mühiti
yaratmaq, Azərbaycanın
müsbət beynəlxalq
imicinin üzərinə
kölgə salmaqdır.
Lakin xalqdan dəstək almayan marginal qrupların bu cür əməlləri hər zaman iflasa məhkumdur, çünki Azərbaycan
xalqı ölkəmizin
milli maraqlarını
qətiyyətlə müdafiə
edən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən
siyasəti tam dəstəkləyir, ölkəmizin
inkişafına
və xalqımızın
firavan gələcəyinə
xidmət edən bu siyasətə alternativ görmür.
Səs.- 2019.- 29 oktyabr.- S.6