Azərbaycanda xalçaçılıq sənəti
yaşadılır
"Xalçaçılıq
sənəti bizim milli sənətimizdir, bizim qədim sənətimizdir. Azərbaycan
xalçaları dünyanın
ən aparıcı muzeylərində nümayiş
etdirilir. Xalça bizim məişətimizin
ayrılmaz hissəsidir
və Azərbaycan xalçaları öz keyfiyyəti ilə seçilir. Biz elə etməliyik ki, bu sənət
daim yaşasın".
Bu fikirləri "Azərxalça" Açıq
Səhmdar Cəmiyyətinin
Qəbələ filialının
açılış mərasimində
Azərbaycan Prezidenti İlham Əliyev deyib.
Xalqımızın mənəvi dünyasını,
gözəllik duyumunu,
fitri istedadını,
dünyaya fəlsəfi
baxışlarını sirli
naxışlarda yaşadan
xalça sənətinin
Azərbaycan ərazisində
geniş yayılmasına
və inkişaf etməsinə səbəb
bu ərazidə olan əlverişli coğrafi iqlim şəraiti və müvafiq təsərrüfat fəaliyyəti
olmuşdur. Yarandığı ilkin dövrlərdə
tələbatı ödəyən,
köçəri həyat
tərzi yaşayan insanların çadırlarında
döşənək kimi
istifadə olunan xalça, getdikcə yüksək bədii əhəmiyyət kəsb
etmiş, insanların
həyatının ayrılmaz
hissəsinə, istehsal
fəaliyyətinin aparıcı növünə çevrilmişdir. Toxucular
da estetik zövqlərini xalçalarda
əks etdirməklə
bərabər, öz dövrlərinin ümumi mənzərəsini toxuduqları
xalçalara köçürürlər.
"ÖLKƏMİZDƏ 30-DAN ÇOX
XALÇA FABRİKİ TİKİLMƏLİDİR"
Azərbaycanda dövlət tərəfindən
xalçaçılığın inkişafına xüsusi diqqət və qayğı göstərilir.
"Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında" Azərbaycan
Respublikasının Qanunu
qəbul olunmuş, Xalça Muzeyi üçün müasir
standartlara cavab verən bina inşa edilmiş, rayonlarda yerli xalçaçılıq ənənələrini
əks etdirən xalça muzeyləri yaradılmışdır. Bu sahəyə göstərilən
yüksək diqqət
və qayğının
nəticəsidir ki, Azərbaycan Prezidentinin 28 fevral 2018-ci il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında xalça
sənətinin qorunmasına
və inkişaf etdirilməsinə dair
2018-2022-ci illər üçün
Dövlət Proqramı"
təsdiq olunmuşdur. Sadalananlar Azərbaycan dövlətinin
xalçaçılıq sənətinə olan diqqət və qayğısının nəticəsidir,
xalçaçılığın həm tarixi-mədəni,
həm də sosial-iqtisadi faktor kimi yüksək qiymətləndirməsinin önəmli
nümunəsidir. "Azərxalça" Açıq
Səhmdar Cəmiyyətinin
yaradılması bu sahədə görülən
işlərin davamıdır.
Azərbaycan Prezidenti İlham Əliyevin məlum Sərəncamı
ilə "Azərxalça"
Açıq Səhmdar
Cəmiyyəti yaradılmış
və xalçaçılığın
inkişafı istiqamətində
mühüm tədbirlər
həyata keçirmişdir.
Burada xalçanın
toxunuşu ilə yanaşı, eyni zamanda, onun xammalının
hazırlanması, emalı,
bərpası, ticarəti
də mühüm əhəmiyyət kəsb
edir. Xalçaçılığın
inkişafı ilə
bağlı son illərdə görülən
işlər öz bəhrəsini verir. Bu sahənin inkişafına xüsusi diqqət və qayğı sayəsində,
artıq bir çox bölgələrdə
xalça fabrikləri
istifadəyə verilib
və bəzi regionlarda yeni fabriklərin açılması
istiqamətində işlər
gedir. Qeyd etdiyimiz kimi, bu günlərdə "Azərxalça" Açıq
Səhmdar Cəmiyyətinin
Qəbələ filialının
açılışı oldu. Bu, artıq
sayca 10-cu müəssisədir.
"Mənim göstərişimlə
ölkəmizdə 30-dan çox
xalça fabriki tikilməlidir" deyən
Azərbaycan Prezidenti onlardan 10-nun istifadəyə
verildiyinin diqqətə
çatdırıb: "Növbəti
illərdə isə,
20-dən çox fabrik
fəaliyyətə başlayacaq.
Bu fabriklərdə minlərlə yeni iş yeri yaradılacaq".
"AZƏRBAYCAN DAHA DA GÜCLƏNİR,
ÖLKƏMİZİN UĞURLU İNKİŞAFI
TƏMİN EDİLİR"
Əlbəttə ki, bu fabriklərin
açılması, xüsusilə,
qadınların işlə
təmin olunmasında
müstəsna əhəmiyyətə
malikdir. Qeyd edək ki, Qəbələ filialı
toxuculuq emalatxanasında
müxtəlif ölçülü
43 dəzgahda Azərbaycan
xalçaları toxunacaq
və zəruri xammal və ləvazimatlarla - müxtəlif
rəngli yun iplərlə, həvə,
qayçı və bıçaq kimi alətlərlə təmin
edilib. Toxucular Qəbələ şəhərinin
və rayonun ayrı-ayrı kəndlərinin
sakinləridir. Açılış
mərasimində ölkə
Prezidenti İlham Əliyevin bildirdiyi kimi, bu gözəl
müəssisədə indi
50-dən çox iş
yeri yaradılıb:
"Gələcəkdə iş yerlərinin sayı daha da çox olacaq.
Əsas məsələ
ondadır ki, burada qadınlar üçün iş yerləri yaradılır.
Yəni qadınları
işlə təmin etmək üçün xüsusi tədbirlər görülür ki, Azərbaycanda iş yerləri daha da sürətlə açılsın, daha geniş əhalini əhatə etsin. Burada iş şəraiti də, əməkhaqqı da yaxşıdır. Azərbaycanda
xalçaçılıq sənətinin bundan sonra da yaşadılması
üçün biz çox böyük işlər görürük".
Dövlət başçısı belə fabriklərin yaradılmasının əhəmiyyət
kəsb etdiyini vurğulayaraq, onu da bildirib ki,
gənc nəsil bu gözəl sənətə gələcək
və bizim peşəkar mütəxəssislərimiz
öz təcrübələrini
bölüşərək bunu gənc
nəslə də ötürəcəklər: "Beləliklə, xalça
sənəti yaşayacaq,
necə ki, əsrlər boyu yaşayıb".
Dünyada xalça
istehsalçısı olan
ölkələr arasında
xalça çeşnilərinin
elektron variantının
hazırlanması, ilk
dəfə olaraq, məhz Azərbaycanda həyata keçirilir. Xalçaçı-rəssamlar tərəfindən hazırlanmış
elektron çeşnilər
Bakı, Qarabağ, Naxçıvan, İrəvan,
Təbriz, Şirvan, Quba, Gəncə, Qazax-Borçalı qrupları
üzrə kataloqlaşdırılır.
Daha çox dünya muzeylərində
və şəxsi kolleksiyalarda saxlanılan nadir Azərbaycan xalça və xalça məmulatları
əsasında çeşnilərin
hazırlanmasına üstünlük
verilir. Hər bir çeşni öz-özlüyündə xalça
haqqında ilkin informasiya bazasıdır. İndiyədək 600-dən çox
xalça çeşnisi
hazırlanmış və
onların əsasında
"Azərxalça"nın filiallarında xalçalar
toxunmuşdur.
"Azərxalça"nın
yaradılması, görün,
nə qədər böyük, gözəl hadisələrə təkan
verdi" deyən dövlət başçısı
bildirib ki, həm iş yerləri yaradılır,
biz sənətimizi yaşadırıq, gənc
nəsli yetişdiririk,
həm də bölgələrdə
yunçuluqla bağlı
aparılan tədbirlər
öz səmərəsini
verir və nəticədə, Azərbaycan
daha da güclənir,
ölkəmizin uğurlu
inkişafı təmin
edilir.
Nəzakət
ƏLƏDDİNQIZI
Səs.- 2019.- 30
oktyabr.- S.6