“Naxçıvan: siyasi və sosial-iqtisadi tarixinə dair” monoqrafiyasının təqdimatı olub
AMEA Naxçıvan Bölməsində Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi katibi, tarix
üzrə fəlsəfə
doktoru, dosent Yaşar Rəhimovun “Naxçıvan: siyasi və sosial-iqtisadi tarixinə dair” (XIX-XX əsrin əvvəlləri)
monoqrafiyasının təqdimatı
olub.
AMEA Naxçıvan
Bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev çıxış
edərək Azərbaycan
tarixinin XIX-XX əsrlər
dövrünün tədqiqinin
tarixşünaslığımızda mühüm elmi istiqamətlərdən biri
olduğunu bildirib.
Alim vurğulayıb ki, nəşrdə bu istiqamətdə tədqiqatlar aparılıb
və həmin dövrlərdə Naxçıvanın
sosial-iqtisadi, siyasi tarixinin vəziyyəti araşdırılıb. Monoqrafiyada
tanınmış tarixçi
alimlərin, rus müəlliflərin və
qafqazşünasların əsərlərinə,
o cümlədən arxiv
sənədlərinə istinad
edilib.
Akademik XIX əsrdə ermənilərin
Naxçıvana köçürülməsi
və onun nəticələri, ermənilərin
ərazi iddialarının
əsassızlığı, əsrin sonlarında regionun kənd təsərrüfatının vəziyyəti
və sair məsələlərin də
nəşrdə tədqiq
edildiyini bildirib.
Tədbirdə bölmənin Tarix,
Etnoqrafiya və Arxeologiya İnstitutunun Yeni və ən
yeni tarix şöbəsinin aparıcı
elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Musa Quliyev, Antik
və orta əsrlər arxeologiyası
şöbəsinin müdiri,
dosent Toğrul Xəlilov və Naxçıvan Dövlət
Universitetinin müəllimi,
tarix üzrə fəlsəfə doktoru
Qadir Əkbərov çıxış edərək
nəşr haqqında
fikirlərini bölüşüb,
müəllifə elmi
fəaliyyətində uğurlar
arzulayıblar.
Səs.- 2019.- 31
oktyabr.- S.11