İordaniya mətbuatı Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətindən yazır

 

İordaniyanın “Petra” dövlət informasiya agentliyində, aparıcı “Əd-Dustur” və “Ər-Ray” qəzetlərində, eləcə də www.orobanews.com, www.nayrouz.com kimi xəbər portallarında Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyəti haqqında məqalə yayılıb.

 

Azərbaycanın İordaniyadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, məqalədə Mehriban Əliyevanın həyatı, çoxşaxəli fəaliyyətinə nəzər salınır. Oxuculara məlumat verilir ki, Azərbaycanın birinci xanımı müxtəlif təşəbbüslər vasitəsilə xalqın geniş təbəqəsinin, xüsusilə qaçqın məcburi köçkünlərin üzləşdiyi problemlərin həllinə nail olur, onlar üçün firavan yaşayışın təmin olunmasında böyük rol oynayır. Heydər Əliyev Fondunun xətti ilə yeni məktəblər, xəstəxanalar, uşaq bağçaları, eləcə talassemiya mərkəzi tikilib. Mehriban xanımın diqqət dairəsində uşaqlarla yanaşı, ahıllar şəhid ailələri dayanır.

 

Heydər Əliyev Fondunun Azərbaycanın musiqi mədəniyyətinin, xüsusilə mənsub olduğu xalqın milli musiqi növü olan muğamın təşviqində əvəzsiz xidmətlər göstərdiyi, paytaxt Bakıda Muğam Mərkəzi inşa etdirdiyi, muğam janrının bir çox ölkələrdə təbliğinə tanıdılmasına müvəffəq olduğu məqalədə öz əksini tapır. Fondun dünyanın müxtəlif ölkələrindən dəvət olunan tanınmış perspektivli musiqiçilərin iştirakı ilə musiqi festivalları gecələri təşkil edərək, Azərbaycan mədəniyyətinin təbliğinə əvəzsiz töhfələr verdiyi, yaradıldığı gündən bəri dünya mədəniyyətinin inkişafında, sivilizasiyalararası dialoqun möhkəmlənməsində böyük rol oynadığı, humanist dəyərlərin, sülh tolerantlığın yayılmasına, mədəniyyətlərarası dialoqun inkişafına müstəsna töhfələr verdiyi vurğulanır.

 

Məqalədə Heydər Əliyev Fondunun dəstəyi ilə Parisdəki Luvr Muzeyində İslam incəsənəti bölməsinin yaradıldığı, Versal sarayında tarixi incəsənət abidələrinin, həmçinin İkinci Dünya müharibəsi nəticəsində dağıdılmış Berlin qəsrinin, Vatikan arxivində saxlanılan nadir əlyazmaların orada yerləşən qədim heykəllərin bərpa işlərinin həyata keçirildiyi qeyd edilir. Roma şəhərində yerləşən Kapitolini Muzeyində filosoflar zalının bərpası Fondun bu sahədə ən mühüm nailiyyətlərindən biri hesab edildiyi oxucuların diqqətinə çatdırılır. Həmçinin dünyanın müxtəlif ölkələrində baş verən təbii fəlakətlərin qurbanlarının da Mehriban xanım Əliyevanın diqqətindən kənarda qalmadığı önə çəkilir bu yöndə təqdim edilən humanitar yardımlar yada salınır.

 

Azərbaycan şifahi xalq ədəbiyyatının, milli irsinin, mədəniyyət musiqisinin qorunması inkişafında göstərdiyi səylərin nəticəsi olaraq birinci xanımın 2004-cü ildə UNESKO-nun, İslam dünyasının müxtəlif sahələrində xidmətlərinin nəticəsi olaraq 2006-cı ildə İSESKO-nun xoşməramlı səfiri adına layiq görülməsi barədə oxuculara məlumat verilir.

 

Məqalədə Mehriban Əliyevanın Azərbaycanın idman ölkəsi kimi tanıdılması istiqamətindəki dəyərli töhfələrinə geniş yer ayrılır. Xüsusilə qeyd edilir ki, onun yorulmaz əməyi nəticəsində Azərbaycan 2015-ci ildə birinci Avropa Oyunlarına, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına, bədii gimnastika üzrə beynəlxalq kubok yarışına müvəffəqiyyətlə ev sahibliyi edib. Bundan başqa, “Avroviziyamahnı müsabiqəsinin Bakıda yüksək səviyyədə keçirilməsində birinci xanımın səyləri məqalədə qeyd olunur.

 

Diqqətə çatdırılır ki, Mehriban xanım Əliyeva gördüyü işlərə görə bir çox ölkələrin beynəlxalq təşkilatların müxtəlif orden medallarına layiq görülüb.

 

Səs.- 2019.- 3 sentyabr.- S.3.