YAP Yasamal rayon təşkilatında
"Nəsimi İli"
çərçivəsində tədbir keçirilib
Bu gün Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatında
"Nəsimi İli"
çərçivəsində tədbir keçirilib. İlk olaraq, tədbir iştirakçıları
rayon təşkilatının
foyesindəki Ulu Öndər Heydər Əliyevin büstünü
ziyarət edib, önünə gül dəstələri düzərək,
xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbiri giriş sözü
ilə açan YAP Yasamal rayon təşkilatının
sədri Tağı Əhmədov 2019-cu ilin
"Nəsimi İli"
elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin
2019-cu il 11 yanvar tarixli Sərəncamının
tarixi əhəmiyyətindən
danışaraq, "Nəsimi
İli" çərçivəsində
ölkəmizdə geniş səpkidə tədbirlərin reallaşdığını
diqqətə çatdırıb.
Təşkilat sədri
qeyd edib ki, ictimai-fəlsəfi şeirləri ilə Azərbaycan ədəbiyyatında
xüsusi yer tutan Nəsiminin ilk dəfə yubileyinin ölkəmizdə
keçirməsinin təşəbbüskarı
Ulu Öndər Heydər Əliyev olub. Ulu Öndər
Heydər Əliyevin təşəbbüsü ilə
Nəsiminin yubileyinin
UNESCO səviyyəsində qeyd edilməsi Azərbaycan tarixində olduqca fövqəladə hadisəyə çevrilmişdi.
Tədbirdə filologiya elmləri doktoru, professor Vüqar Əhməd çıxış edərək,
"Nəsimi İli"nin
önəmindən, böyük
mütəfəkkirin zəngin
yaradıcılıq palitrasından
danışıb. O. İmadəddin Nəsiminin
650 illik yubileyi münasibətilə 2019-cu ilin
"Nəsimi ili"
elan edilməsi haqqında Azərbaycan Prezidentinin məlum Sərəncamının ölkəmizin
mədəni həyatında
əlamətdar və
təqdirəlayiq hadisə
olduğunu vurğulayıb.
Qeyd edib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü
ilə Şamaxıda
Nəsimi günləri
keçiriləcək: "Nəsimi yaradıcılığında
bütün bəşəri
dəyərləri nəzmə
çəkib. Böyük
söz ustadının
əsərləri həm
doğma ana dilində, bəziləri isə, bir sıra
xarici dillərdə nəfis şəkildə
nəşr olunub. Sovet dövründə Nəsimi ateist bir şair kimi
təqdim olunsa da, onun yaradıcılığının
böyük bir hissəsi "Qurani-Kərim"ə
əsaslanır".
Tədbirdə çıxış edən filologiya üzrə fəlsəfə
doktoru Qürbət Mirzəzadə altı yüz əlli il öncə, yaşayıb-yaratmasına baxmayaraq,
şairin ana dilimizi və bədii sözü yeni-yeni zirvələrə
qaldırdığını diqqətə çəkib.
"Şair və mütəfəkkir İ.Nəsiminin
650-cı ildönümünün qeyd edilməsi üçün Azərbaycan
Prezidenti İlham Əliyev tərəfindən
müvafiq Sərəncamın
verilməsi şairə
verilən ən
yüksək dəyərin göstəricisidir"
deyən Q.Mirzəzadə
bu Sərəncamın
onun yaradıcılıq
irsinin daha dərindən öyrənilməsinə,
yeni tədqiqatların
aparılmasına imkanlar
açdığını vurğulayıb.
Sonra Bakı
Dövlət Universitetinin
və Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələri Nəsiminin
qəzələllərini ifa
ediblər.
Tədbir Azərbaycan
Milli Konservatoriyasının
nəzdindəki İncəsənət
Gimnaziyasının şagirdləri
tərəfindən hazırlanmış
Nəsimiyə həsr
olunmuş səhnəciklə
davam etdirilib.
Nəzakət
ƏLƏDDİNQIZI
Səs.- 2019.- 26
sentyabr.- S.7