Prezident İlham Əliyevin
inkişaf və quruculuq siyasəti ölkəmizə bundan
sonra da böyük nailiyyətlər qazandıracaq
Dini Qurumlarla
İş üzrə Dövlət Komitəsinin sədri, Yeni
Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini
Mübariz Qurbanlı www.yap.org.az saytına müsahibə
verib:
- Mübariz müəllim, 2018-ci il Azərbaycan
üçün mühüm uğurlar və əlamətdar
hadisələrlə yadda qaldı. Ötən ilin
yekunlarını necə xarakterizə etmək olar?
- Azərbaycan Prezidenti İlham
Əliyevin rəhbərliyi ilə həyata keçirilən
uğurlu siyasət nəticəsində Azərbaycan 2018-ci ildə
iqtisadi, siyasi, mədəni, sosial və digər sahələrdə
çox mühüm nailiyyətlər əldə etdi, ölkəmizin
beynəlxalq mövqeyi daha da möhkəmləndi. Ötən
ilin ən mühüm-əlamətdar hadisəsi prezident
seçkilərinin keçirilməsi və cənab İlham
Əliyevin növbəti dəfə möhtəşəm qələbə
qazanması oldu. Azərbaycan xalqı növbəti dəfə
cənab İlham Əliyevə yüksək etimad göstərdi
və bir daha sabitliyə, inkişafa səs vermiş oldu. Azərbaycan
Prezident İlham Əliyevin rəhbərliyi ilə Ulu öndər
Heydər Əliyevin müəyyən etdiyi yolla irəliləyir.
Bunun ən başlıca səbəbi Azərbaycanda həyata
keçirilən siyasətin xalqın mənafeyini tam ifadə
etməsidir. Prezident İlham Əliyevin rəhbərliyi
ilə, eyni zamanda, ölkəmizin ərazi
bütövlüyünün bərpa olunması istiqamətində
qətiyyətli siyasət davam etdirilir. 2016-cı ildə aprel
döyüşləri Azərbaycanın prinsipial mövqeyindən
bir addım da geri çəkilməyəcəyini, öz ərazi
bütövlüyünü bərpa etmək əzmində
və gücündə olduğunu, düşmən üzərində
hərbi, siyasi, iqtisadi və mənəvi-psixoloji
üstünlüyünü bir daha sübuta yetirdi. Bu
reallıqlar, həmçinin Ermənistanda hərbi xunta
rejiminin çöküşündə mühüm rol
oynadı. Azərbaycan Ermənistanı regionda təcrid vəziyyətinə
salıb, bunun nəticəsində işğalçı
ölkə iqtisadi və siyasi böhrana sürüklənib.
Ümumiyyətlə, müstəqilliyinin 28-ci
ilinə qədəm qoyan Azərbaycan bu müddət ərzində
çox mühüm nailiyyətlərə imza atıb. Azərbaycan
bu gün həm regionda, həm də beynəlxalq müstəvidə
öz yeri, rolu və xüsusi çəkisi olan ölkədir.
Respublikamızın beynəlxalq təşkilatlarda da
nüfuzu çox yüksəkdir, Azərbaycan bu ildən
etibarən Qoşulmama Hərəkatına sədrlik edəcək,
bu, ölkəmizin çox mühüm diplomatik nailiyyətidir.
Azərbaycanın beynəlxalq müstəvidə əməkdaşlıq
və təhlükəsizliyə verdiyi fundamental töhfələrdən
bəhs edərkən ölkəmizin iqtisadi baxımdan bölgədə
həlledici rola malik olduğunu xüsusi vurğulamaq
lazımdır. Bunun əyani ifadəsi kimi ölkəmizin təşəbbüsü
və liderliyi ilə reallaşdırılan qlobal xarakterli
layihələrin nəticələrini göstərmək
olar.
Azərbaycan müsəlman aləmində
çox böyük hörmətə, nüfuza malikdir,
İslam həmrəyliyinə müstəsna töhfələr
verir. 2018-ci ildə də Azərbaycan bu istiqamətdə
ardıcıl və məqsədyönlü fəaliyyətini
uğurla davam etdirib. Prezident İlham
Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi
inkişafının yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunan iclasında qeyd etdi ki, bizim İslam həmrəyliyi
ilə bağlı atdığımız addımlar İslam
Əməkdaşlıq Təşkilatı və eyni zamanda,
bir çox müsəlman ölkələri tərəfindən
çox yüksək qiymətləndirilir və bu sahədə
verdiyimiz töhfə çox təsirlidir. “Yəni bizim
apardığımız siyasət İslam aləmində həmrəyliyi,
əməkdaşlığı möhkəmləndirir. Həm
ölkə daxilində, həm xaricdə bu istiqamətdə
keçirdiyimiz tədbirlər İslam birliyini daha da möhkəmləndirir”,
- deyə dövlətimizin başçısı
vurğulayıb.
2018-ci ildə Prezident İlham
Əliyevin sosialyönümlü dövlət quruculuğunun
təmin olunması istiqamətində apardığı
uğurlu siyasət nəticəsində əhalinin sosial rifah
halı yaxşılaşıb, işsizliyin və
yoxsulluğun aradan qaldırılması istiqamətində
mühüm addımlar atılıb. Cənab
Prezidentin apardığı bu siyasət bir daha sübut edir
ki, dövlətin yürütdüyü siyasətin mərkəzində
Azərbaycan vətəndaşı dayanır. Əhalinin
sosial baxımdan aztəminatlı təbəqəsi daim
dövlətin diqqət mərkəzindədir. Sosial sahədə
büdcə vəsaitlərinin ildən-ilə artırılması
bu sahəyə Azərbaycan Prezidentinin qayğısını
bir daha təsdiq edir. Bütün bunlar göstərir ki,
güclü iqtisadi və sosial siyasət Azərbaycanda
dövlət siyasətinin əsas istiqamətlərindən
biridir. Azərbaycan Respublikasında qeyri-neft
sektorunun sürətli və rəqabətədavamlı
inkişafının təmin olunması istiqamətində həyata
keçirilən iqtisadi islahatlar nəticəsində bu
sektorun potensial imkanları genişlənib, yeni istehsal sahələri
yaradılıb, idxalı əvəz edən məhsulların
yerli istehsalı hesabına qeyri-neft məhsulları
ilə təminolunma səviyyəsi yüksəlib, ixrac
qabiliyyəti artıb. İqtisadiyyatın neft sektorundan
asılılığının azaldılması, qeyri-neft
ixracının artırılması və dünya
iqtisadiyyatına inteqrasiya istiqamətində həyata
keçirilən siyasət növbəti 10 ildə qeyri-neft
sektorunun əvvəlki onilliklə müqayisədə
daha çox artacağını şərtləndirir.
Bütövlükdə, 2018-ci il
Azərbaycan üçün çox mühüm nailiyyətlərlə
yadda qaldı. Prezident İlham Əliyev yanvarın 11-də
Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının
yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunan iclasında 2018-ci ilin ölkəmiz
üçün uğurlu il olduğunu, dünyada və bölgəmizdə gedən proseslərdən
asılı olmayaraq, Azərbaycanın uğurla, sürətlə
inkişaf etdiyini, keçən ilin əvvəlində
qarşımıza qoyduğumuz bütün vəzifələrin
icra olunduğunu, ölkəmizin hərtərəfli dinamik
inkişafının təmin edildiyini diqqətə
çatdırdı. Dövlətimizin başçısı
qeyd etdi ki, Azərbaycan inkişaf, tərəqqi, sabitlik
ölkəsidir. Dünyada və bölgədə
gedən proseslərdən asılı olmayaraq Azərbaycan
öz müstəqil yolu, inkişaf yolu ilə uğurla gedir və
gedəcək. Əlbəttə, bütün bu nailiyyətlər
qarşıda duran vəzifələrin uğurla yerinə
yetirilməsinə imkanlar yaradır. Azərbaycan
Prezidenti İlham Əliyevin inkişaf və quruculuq siyasəti
ölkəmizə bundan sonra da böyük nailiyyətlər
qazandıracaq.
- Yeni Azərbaycan Partiyasının 2018-ci ildə
fəaliyyəti nə ilə yadda qaldı?
- Azərbaycan Ulu öndər Heydər
Əliyevin əsasını qoyduğu siyasətin Prezident
İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi
nəticəsində dinamik inkişaf edir, mütəmadi olaraq
çox mühüm nailiyyətlər əldə edir.
Ümummilli lider Heydər Əliyevin qurucusu olduğu, Prezident
İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan
Partiyası da Azərbaycanın inkişafına öz layiqli
töhfəsini verir. Ümumiyyətlə, YAP öz fəaliyyətini
Heydər Əliyev ideyaları əsasında davam etdirir, Heydər
Əliyev yolu ilə irəliləyir. Prezidentin siyasətinin həyata
keçirilməsi və təbliğində aparıcı -
avanqard rol Yeni Azərbaycan Partiyasına məxsusdur.
2018-ci ilin ən mühüm və əlamətdar
hadisələrindən biri Yeni Azərbaycan Partiyasının
VI Qurultayının keçirilməsi oldu. Qurultay Prezident
İlham Əliyevin şəxsində Azərbaycanın
inkişaf perspektivlərinə etibarlı təminatı nəzərə
alaraq cənab İlham Əliyevin prezident seçkilərində
namizədliyinin irəli sürülməsi barədə qərar
qəbul etdi. Aprelin 11-də keçirilən
seçkilərdə isə partiyamızın Sədri cənab
İlham Əliyev növbəti dəfə möhtəşəm
qələbə qazandı. YAP-ın seçki təcrübəsini
və xalq tərəfindən dəstəklənməsini nəzərə
alaraq qeyd edə bilərik ki, Yeni Azərbaycan
Partiyası bu il keçiriləcək bələdiyyə
seçkilərində də yüksək nəticələr
əldə edəcək.
YAP zamanın sınaqlarından uğurla
çıxmış və əhəmiyyətli nailiyyətlərə
imza atmış ümumxalq partiyasıdır. Yeni Azərbaycan
Partiyasının qarşısında duran hədəflər
milli maraqlara əsaslanan və dövlətin
qarşısında duran hədəflərdir, partiyanın hər
bir üzvü bu hədəflərin reallaşması
üçün çalışır. Cənubi Qafqazın ən
böyük və mütəşəkkil siyasi partiyası
olan Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələri
də yüksələn xətt üzrə inkişaf edir. YAP
51 ölkənin siyasi partiyalarının təmsil olunduğu
“Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı” təşkilatının
(İCAPP) Daimi Komitəsinin üzvüdür,
partiyamızın Avropanın bir sıra nüfuzlu siyasi
partiyaları ilə geniş əlaqələri mövcuddur.
YAP-ın üzvləri müxtəlif
sahələrdə - elm, təhsil, mədəniyyət və
digər sahələrdə, dövlət idarəçiliyində
uğurla təmsil olunurlar, o cümlədən beynəlxalq
müstəvidə ölkəmizi müvəffəqiyyətlə
təmsil edirlər. YAP gəncləri bu gün sosial
şəbəkələrdə Azərbaycanın milli maraqlarının
qorunmasında ardıcıl və səmərəli fəaliyyət
göstərirlər. Məlumdur ki, Azərbaycanın
qazandığı uğurlar bəzi dairələr tərəfindən
qısqanclıq və narahatlıqla qarşılanır. Onlar
ölkəmizin müsbət beynəlxalq imicinin və
uğurlarının üzərinə kölgə salmağa
çalışırlar. Bu məqsədlə
ayrı-ayrı media orqanlarında və sosial şəbəkələrdə
Azərbaycana qarşı qarayaxma kampaniyası aparırlar.
Əlbəttə, bu cəhdlər əbəsdir. Azərbaycan
müstəqil, milli maraqlara əsaslanan siyasət yeridir və
ölkəmizin müstəqil siyasətinə, inkişaf yolunda
irəliləməsinə təsir etmək mümkün
deyil...
- Yeri gəlmişkən, son zamanlar sosial şəbəkələrdə
anti-Azərbaycan dairələr və “beşinci kolon” tərəfindən
ölkəmizə qarşı qarayaxma kampaniyasının
aparılması ilə bağlı nə deyə bilərsiniz?
- Ölkəmizdə uğursuzluğa
düçar olmuş və milli maraqlara zidd hərəkətləri
ilə özlərini ifşa etmiş bəzi adamlar xaricə
üz tutaraq Azərbaycan əleyhinə qarayaxma
kampaniyasında iştirak edir, sosial media vasitəsilə həqiqətə
uyğun olmayan, uydurma, böhtan xarakterli məlumatlar yayırlar.
Əlbəttə, Azərbaycan cəmiyyəti
belələrini dəstəkləmir, onların öz
uğursuzluqlarını ört-basdır etmək
üçün yalan məlumatlar dövriyyəyə
buraxdıqlarını, anti-milli çağırışlar
səsləndirdiklərini bilir. Ümumiyyətlə, bu
cür cəhdlər faydasız və nəticəsizdir, iflasa
məhkumdur, çünki Azərbaycanda xalq-iqtidar birliyi
mövcuddur, ölkəmizdə sabitlik və inkişaf
hökm sürür. Azərbaycan xalqı reallıqları
görür və yüksək qiymətləndirir. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi
ilə böyük inkişaf yolu keçərək regionun
lider dövlətinə çevrilib, paytaxt Bakının və
regionların siması əhəmiyyətli dərəcədə
dəyişilib, əhalinin sosial müdafiəsi daha da gücləndirilib
və bütün bunlar Azərbaycanın qüdrətinin
artmasını təmin edib. Bütün bu
reallıqları görən hər bir vətəndaş Prezident
İlham Əliyevin rəhbərliyi ilə həyata
keçirilən siyasəti yüksək qiymətləndirir,
bu siyasətin Azərbaycanın gələcək
inkişafının əsası olduğunu anlayır və
dövlətimizin başçısına, Onun siyasətinə
böyük inamını ifadə edir. Ona
görə də Azərbaycan əleyhinə qarayaxma
kampaniyası aparanlar, o cümlədən sosial şəbəkələrdə
yalan məlumatlar yayanların “fəaliyyət”i xalq tərəfindən
ciddi narazılıqla qarşılanır. Ədliyyə
Nazirliyi yanında İctimai Komitənin üzvlərinin həbsdə
olan bloger Mehman Hüseynovla görüşməsi məhz
“beşinci kolon” nümayəndələri tərəfindən
səsləndirilən iddiaların yalan və böhtan
xarakterli məlumatlardan ibarət olduğunu bir daha sübuta
yetirdi.
- Mübariz müəllim, Azərbaycanda dini
durum yüksək qiymətləndirilir, din-dövlət
münasibətləri mütərəqqi nümunə kimi dəyərləndirilir.
Ölkəmiz dünyada multikulturalizmin ünvanlarından biri
kimi tanınır. Bu barədə fikirləriniz nədən
ibarətdir?
- Ölkəmizdə dövlət-din münasibətlərinin
tənzimlənməsi, dini sahədə sabitliyə nail
olunması, konfessiyalar arasında dözümlülük
mühitinin qorunub saxlanılması Ümummilli lider Heydər
Əliyevin adı ilə bağlıdır. Ulu
öndərin dövlət-din münasibətləri sahəsində
qoyduğu bu nümunəvi siyasətin Onun layiqli siyasi varisi
Prezident İlham Əliyev tərəfindən uğurla davam
etdirilməsi nəticəsində Azərbaycandakı dini
dözümlülük və tolerantlıq dinə münasibətdə
dövlət siyasəti kimi səciyyələndirilir.
Dövlətimizin başçısının sərəncamları
ilə son illər tarixi dini abidələr, ziyarətgahlar bərpa
edilir, milli-mənəvi dəyərlərə verilən
yüksək qiymətin göstəricisi olaraq silsilə tədbirlər
keçirilir. Mənəvi Dəyərlərin Təbliği
Fondunun və Azərbaycan İlahiyyat İnstitutunun
yaradılması bu diqqət və qayğının parlaq
nümunəsidir.
Azərbaycanda din-dövlət münasibətləri
nümunəvi xarakter daşıyır, tolerantlıq və
multikultural mühit hökm sürür. Son
hesablamalara görə, ölkə ərazisində 2250 məscid
mövcuddur, eləcə də 14 kilsə, 7 sinaqoq fəaliyyət
göstərir. Ölkə ərazisində 23 xristian dua evi, 1
bəhai, 1 krişna ibadətgahı mövcuddur. 2018-ci ildə
dini icmaların dövlət qeydiyyatına alınması
prosesi davam etdirilib, onların ümumi sayı 909-a
çatıb. Onlardan 877-si İslam, 32-si qeyri-islam təmayüllüdür.
Sonunculardan 21-i xristian, 8-i yəhudi, 2-si bəhai və 1-i
krişna şüuru dini icmasıdır.
Biz ötən il də Prezident
İlham Əliyevin siyasətində tolerant və multikultural dəyərlərin
əhəmiyyətli yer tutduğuna bir daha şahid olduq.
Ölkə rəhbərliyinin dəstəyi ilə 2018-ci ildə
də müxtəlif xarici ölkələrdə Azərbaycanın
multikultural dəyərlərinin təbliği və təşviqi
ilə əlaqədar beynəlxalq konfranslar
keçirilib ki, bu tədbirlər coğrafi olaraq çox
geniş ərazini əhatə edib. İspaniya, Avropanın
müxtəlif ölkələri, Almaniya və başqa
ölkələrdə təşkil edilən tədbirlərdə
Azərbaycanın multikultural dəyərləri ətraflı
şəkildə insanlara çatdırılıb. Dövlətimizin başçısı İlham
Əliyevin dəstəyi ilə reallaşan beynəlxalq tədbirlər
insanların multikulturalizm və tolerantlıq ruhunda maarifləndirilməsinə,
dünyada sülhün və əməkdaşlığın
təşviqinə mühüm töhfə verib. Ölkə
rəhbərinin bu istiqamətdə atdığı
addımlar, söylədiyi fikirlər, verdiyi qərarlar
bütün İslam dünyasında geniş əks-səda
doğurmaqla bərabər, bizə gələcək fəaliyyətimizdə
böyük stimul verir və verməkdədir.
Prezident İlham Əliyevin rəhbərliyi
ilə son illərdə Azərbaycan mədəniyyətinin
inkişafı, milli-mənəvi dəyərlərimizin
qorunması, İslam dininə hörmət və ehtiramın
güclənməsi, başqa dinlərə qarşı
dözümlülüyün daha da möhkəmləndirilməsi
sahəsində xeyli iş görülüb. Dövlət başçımız İslam mədəniyyəti
ilə bağlı tarixi-memarlıq abidələrinin, məscid
və ziyarətgahların, müqəddəs dini ibadət və
inanc yerlərinin təmiri və bərpası ilə
bağlı bir sıra sərəncam və fərmanlar
imzalayıb. Ölkəmizdə mövcud olan digər
dinlərin nümayəndələri də dövlət
başçımızın diqqət və
qayğısından kənarda qalmırlar. Dövlətin
tolerantlıq prinsiplərinə yanaşmasını dini
konfessiyalara, müxtəlif dinlərin nümayəndələrinə
münasibətində, din sahəsini ehtiva edən qanunvericilik
bazasının möhkəmləndirilməsində də
açıq şəkildə görmək
mümkündür.
Azərbaycan dünyada öz mədəniyyəti,
tarixi, adət-ənənələri ilə fəxr etməyə
layiq olan az sayda dövlətlərdən biridir.
Tolerantlığın dövlət strategiyası olaraq əsasını
Ümummilli lider Heydər Əliyev qoymuş, bu zəngin ənənə
hazırda möhtərəm Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilir. Ulu öndər Heydər
Əliyevin zəngin dövlətçilik ənənələrinin
layiqli davamçısı olduğunu əməli
addımları ilə sübuta yetirən Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev milli-mənəvi
dəyərlərimizin qorunmasına və inkişafına
çox böyük diqqət və qayğı göstərir.
Prezident İlham Əliyevin
xalqımızın dini dəyərlərinə, müxtəlif
dinlərə və sivilizasiyalara hörmətlə
yanaşması, milli-mənəvi dəyərlərə həssas
münasibətin dövlət siyasətinin mühüm
prioritetlərindən birinə çevrilməsi, ölkədə
güclü tolerantlıq ənənələrinin
getdikcə daha da möhkəmləndirilməsi Azərbaycanı
dünyada multikulturalizmin əsas mərkəzinə
çevirib. Bu gün öz nümunəvi dəyərlərini
bütün dünyaya təqdim edən Azərbaycan əlverişli
coğrafi mövqeyindən və çoxmədəniyyətlilik
ənənələrindən istifadə edərək
artıq dünyada ən mühüm dialoq mərkəzlərindən
birinə çevrilib. Son illər həm lokal, həm də
qlobal əhəmiyyətli çoxsaylı sammitlərin,
forumların, konfrans və seminarların ölkəmizdə təşkil
olunması tamamilə məntiqəuyğundur.
Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik
etdiyi Heydər Əliyev Fondunun gördüyü işlər
- ibadət evlərinin təmiri və yenidən qurulması,
Azərbaycanın tolerant və multikultural dəyərlərinin
dünyaya çatdırılması istiqamətində həyata
keçirilən tədbirlər müstəsna əhəmiyyətə
malikdir.
- Dini maarifləndirmə istiqamətində
hansı tədbirlər həyata keçirilir?
- Təcrübə göstərir ki, bu gün
dini sahədə ortaya çıxan əksər problemlərin
kökündə dini savadsızlıq, İslamın
olduğu kimi təqdim edilməməsi dayanır. Məhz bu səbəbdən Azərbaycan dövləti
milli-mənəvi dəyərlərimizin təbliği istiqamətində
ölkədə dini maarifləndirmə və milli-mənəvi
dəyərlərin təbliği işinə xüsusi önəm
verir. Çünki dini maarifləndirmə düzgün
aparıldığı zaman dini təhlükəsizlik və
ictimai-siyasi sabitlik təmin olunur, tolerantlıq ənənələrinin
inkişafına təkan verilir, dini zəmindəki ziddiyyətlərin,
dövlətlər və xalqlar arasındakı
qarşıdurmaların qarşısı alınır.
Maarifləndirmə işi Dini Qurumlarla
İş üzrə Dövlət Komitəsinin əsas fəaliyyət
istiqamətlərindən birini təşkil edir. Dövlət Komitəsi ölkədə dövlət-din
münasibətlərinin, dini etiqad azadlığının
yüksək səviyyədə təmin olunması, dini
radikalizm meyillərinin qarşısının alınması,
o cümlədən milli-mənəvi dəyərlərimizin,
ölkədəki zəngin tolerantlıq və multikulturalizm mühitinin
qorunub saxlanılması məqsədilə dini maarifləndirmə
işi aparır. Bu məqsədlə komitənin “Dövlət
və Din” ictimai fikir toplusu və “Cəmiyyət və Din” qəzeti
nəşr olunur; dini radikalizm, ekstremizm, fanatizm və xurafat
meyillərinin qarşısını almaq, eyni zamanda milli-mənəvi
dəyərləri təbliğ etmək məqsədilə
kitab, broşür və digər çap məhsulları
hazırlanır; İctimai TV-də hər həftə “Din və
Cəmiyyət” verilişi, Space TV-də “İnam” verilişi
efirə gedir; ölkəmizin bütün regionlarında dini
sahə ilə bağlı aktual olan mövzularda ictimaiyyətlə,
dindarlarla silsilə konfranslar, seminar-treninqlər, “dəyirmi
masa”lar təşkil edilir. Eyni zamanda,
keçirilən əksər tədbirlərdə Dövlət
Komitəsinin sifarişi ilə ərsəyə gəlmiş,
dini radikalizmə qarşı mübarizənin psixoloji,
hüquqi, siyasi və mənəvi aspektlərindən bəhs
edən “Fitnə”, Azərbaycanın suverenliyi və ərazi
bütövlüyü uğrunda şəhid olanların xatirəsinə həsr olunmuş “Şəhadət”,
İslam dininin sülhsevərliyindən,
tolerantlığından bəhs edən “Üfüqdəki gələcək”
və bu günlərdə ictimaiyyətə təqdim
olunmuş Azərbaycanda dinlər, məzhəblər
arasında tarixən mövcud olmuş birlik və bərabərlik,
xalqımızın tolerantlıq keyfiyyətləri
işıqlandırılmış “Vəhdət
qanımızdadır” sənədli filmləri nümayiş
olunur. Ölkənin bütün regionlarında, o cümlədən
ölkəmizdəki ali təhsil müəssisələrində,
orta məktəblərdə, gənclər evlərində və
s. müvafiq məkanlarda nümayiş etdirilən filmlər
ictimaiyyət tərəfindən böyük maraqla
qarşılanır.
Ümumilikdə idxalla bağlı 2018-ci ildə
Dövlət Komitəsinə daxil olmuş müraciətlər
əsasında 1704 adda dini məzmunlu ədəbiyyata
baxılaraq, dini dözümsüzlüyü,
ayrı-seçkiliyi və radikallığı təbliğ
edən
Səs.-
2019.- 15 yanvar.- S.8-9