Kərki kəndinin
ermənilər tərəfindən
işqal olunmasınıdan
29 il ötür
Bu gün
Kərki kəndinin ermənilər tərəfindən
işağl olunmasından
29 il ötür. Azərbaycanın ən qədim kəndlərindən
olan Kərki Naxçıvan Muxtar Respublikasının Sədərək
rayonunun inzibati ərazi vahidinə daxildir. Hazırda Ermənistan Silahlı Qüvvələrinin işğalı
altındadır. Kərki
kəndi 1990-ci ildə
ermənilər tərəfindən
işğal edilib. Bundan sonra kəndin
didərgin düşmüş
əhalisini məskunlaşdırmaq
üçün Kəngərli
rayonunda yeni qəsəbə salınıb.
Məcburi köçkünlər
Yeni Kərki qəsəbəsində məskunlaşıb.
1990-cı il yanvar ayının 15-dən
başlayaraq Azərbaycanın
ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasına qarşı
həyata keçiriblər.
Həmin
gündən davam edən şiddətli döyüşlərdən sonra
yanvarın 18-də keçmiş
SSRİ Müdafiə Nazirliyinin
7-ci ordusunun köməyi
ilə muxtar respublikanın Sədərək
rayonunun Kərki kəndi ermənilər tərəfindən işğal
olunub. Kərki və Sədərəyin
müdafiəsi uğrunda
gedən döyüşlərdə
şəhid olanların
sayı saatbasaat artırdı. Məhərrəm
Seyidov, Etibar Əhmədov, Məhəmməd
Məmmədov, Abbasəli
Nəzərəliyev, İdris
Məmmədov kimi igidlər ağır döyüşlərdə qəhrəmancasına həlak
oldular. Bütün bunlara baxmayaraq, ermənilər gözləmədikləri
müqavimətə rast
gəldilər və Sədərəyin müdafiə
xəttini keçə
bilmədilər. Naxçıvanlılar
bir yumruq kimi birləşərək,
qədim diyarın müdafiəsində iştirak
etdilər.
1990-cı il yanvarın 18-i səhərə
kimi Kərki kəndi inadla müdafiə olundu. Lakin qüvvələr nisbəti qeyri-bərabər
olduğuna, silah çatışmazlığına və dörd bir tərəfdən mühasirə şəraitində
olduğuna görə,
vəziyyət faciə
ilə nəticələnə
bilərdi. Kərki kəndinin müdafiəçiləri
qəhrəmanlıqla vuruşub,
son ana qədər
düşmənə ciddi
müqavimət göstəriblər.
Həmin
gün kənd səhər saat 4 radələrindən saat
18-19-a qədər şiddətli
atəşə tutulub.
30 nəfərədək Kərki
sakini Şərur Rayon Polis Şöbəsinin
3 əməkdaşı ilə
birlikdə 2 mindən
çox silahlı erməniyə qarşı
vuruşsa da, döyüş ləvazimatlarının
bitməsi səbəbi
ilə onlar yaşayış yerini tərk etməli olublar. Kərki də, digər işğal olunmuş ərazilərimiz kimi, xəyanət nəticəsində
düşmənin əlinə
keçib.
Ermenilerin işğal
etdiyi Naxçıvanın
Kərki kəndindən
reportaj
12–14 km-lik döyüş
zolağı olan Sədərəyin Kərki
kəndi Naxçıvanın
ermənilər tərəfindən
işğal olunmuş
yeganə kəndidir. Ermənistan hökuməti
kəndə Tiqranaşen
adını verib. Kərkidə hazırda Bakıdan və Gəncədən qayıdan
ermənilər məskunlaşıb.
Kənd ərazisindəki
şəhidlikdə, keçən
əsrin əvvəllərində
burada gedən döyüşlərdə şəhid
düşmüş türk
əsgərinin türbəsi
var. Yerlilərin müharibə ilə bağlı xatirələrinə
qandondurucudur. Bu günədək düşmən
mövqeləri ilə
üz-üzə yaşayır
və çalışırlar.
Kərki Sədərək
rayonu, Arpa çayı sahilində, düzənlikdədir. Oykonim
kərki tayfasının
adı ilə bağlıdır. Mənbələrdə
kərkilərin Azərbaycana
erkən orta əsrlərdə qıpçaqların
tərkibində gəldiyi
göstərilir. XIX əsrin
əvvəllərində qazaxlı
tayfasının tərkibində
kərkibaşlı adlı
tirənin olması haqqında məlumat verilir. Türkmənlərin
ersarı tayfasının
bir qolu da kərki adlanırdı.
Kərki tayfaları Türkiyə, Özbəkistan
ərazisində də
qeydə alınıb.
Türkmənistan ərazisində
Kərki adlı şəhər, rayon, qəsəbə və Kərkidağ adlı dağ mövcuddur.
Nəzakət
Ələddinqızı
Səs.- 2019.- 18 yanvar.- S.-13